“Rusiyada
ən güclü diaspora
məhz Azərbaycan
diasporasıdır”
Səbuhi Abbasov: “Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın nümunəvi diaspor fəaliyyətinin nəticəsidir ki, artıq soydaşlarımız arasında ciddi təşkilatlanma işi gedir”
Son illər gənclərə
göstərilən diqqət və qayğının
artması onların müxtəlif sahələrdə aktiv fəaliyyətinə öz
müsbət təsirini göstərib. Sevindirici
hal ondan ibarətdir ki, bu gün
gənclərimiz diaspor işində də
yaxından iştirak edirlər. Gənclər
tərəfindən təsis edilən yeni
təşkilat və mərkəzlər diaspor işinin daha da sürətləndirilməsinə təkan verir. Belə təşkilatlardan biri də Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyasıdır. Sözügedən təşkilatın
sədri Səbuhi Abbasovla söhbətimizdə
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının yaranma zərurəti, qarşısına qoyduğu başlıca məqsədlər və
gələcək fəaliyyət istiqamətləri barədə
danışdıq.
-Səbuhi bəy, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının yaradılması hansı zərurətdən meydana çıxdı və assosiasiyanın əsas fəaliyyət istiqamətlərinə nələr daxildir?
- Demokratiyanın,
qlobalaşmanın özü ilə gətirdiyi
bir sıra vacib məqamlar
var. Bunlardan biri də Qeyri-Hökümət Təşkilatlarının
yaranması və vətəndaş cəmiyyətində
sürətli inteqrasiyadır. Bu proses bizdən də yan
keçmədi. Belə deyək, sürətli QHT-ləşmə
başladı. Lakin gənclər çox təəssüf ki,
QHT-ləşməni yalnız strateji sahələrdə
axtarmağa başladılar. Daha dəqiq desək, ABŞ, Avropa,
İnsan Haqları, Demokratiya,
İnteqrasiya və s.
istiqamətlərin daha “məhsuldar” olduğunu düşünərək fəaliyyətlərini
bu istiqamətdə qurdular.
Lakin bir şeyi unutmaq lazım deyil ki, QHT qeyri-kommersiya
təşkilatıdır və burada əsas
məqsəd vətəndaş cəmiyyətinin
inkişafına nail olmaqdan
ibarətdir. Biz bu
istiqamətdə fəaliyyətimizlə birbaşa
dövlətə, milli maraqlara
xidmət etməliyik. Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyası İctimai Birliyi
də 2006-cı ildə təsis ediləndə çox müzakirələr,
danışıqlar oldu. Hər kəs israrla bizi
inandırmağa çalışdı ki,
bu istiqamətdə fəaliyyət
göstərməyin heç bir perspektivi yoxdur. Bəlkə də hansısa məqamda
haqlı idilər. Lakin
düşünürəm ki, biz kimliyimizi yaxın
qonşularımıza yetərincə tanıtmasaq uzaqda fəaliyyətimizin heç
bir əhəmiyyəti yoxdur.
Təsəvvür edin ki,
Çexiyada, və yaxud
Polşada Dağlıq Qarabağ
problemindən xəbərsizdirlər. Yaxud
da dolmanın erməni mətbəxinə
aid olduğunu
eşidirsən, sən isə ABŞ-da hay-haray salırsan ki, “Dolma” bizimdi. Bu absurddu. 2006-cı ildə
ASGA belə bir şəraitdə
yarandı. Əsas məqsəsimiz slavyan
ölkələrinin gəncləri ilə sıx sosial-mədəni
təmasda olmaq, fikir
mübadiləsi aparmaq və onları “Azərbaycanin
Dostu” etməkdən ibarətdir.
-Bu günlərdə təşkilatınızın Ukrayna nümayəndəliyi təsis edildi. Nümayəndəliyiniz Ukraynadakı diaspor təşkilatları və və digər qurumlarla sıx əməkdaşlıq edəcəkmi?
- Bu
artıq bizim xarici
ölkələrdə fəaliyyət göstərən 2-ci
nümayəndəliyimzdir. Bu ilin iyun ayında biz Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyasının Rusiya nümayəndəliyini
təsis etdik. Rusiyada aktiv fəaliyyəti ilə seçilən Toğrul Allahverdili
qısa zaman kəsiyində nümunəvi
fəaliyyəti ilə seçildi. Biz artıq Rusiyada iki beynəlxalq layihəmizi
reallaşdırmışıq. Ümumiyyətlə, Rusiyada fəaliyyət göstərmək üçün çox münbit şərait var.
Bunun da obyektiv və subyektiv səbəbləri
var. Heydər Əliyev Fondunun vitse-prezidenti,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
sədri Leyla xanım Əliyevanın
nümunəvi diaspor fəaliyyətinin nəticəsidir
ki, artıq soydaşlarımız,
xüsusən də Rusiyada yaşayan gənclərimiz arasında ciddi təşkilatlanma işi
gedir. Qətiyyətlə demək olar ki, Rusiyada
ən güclü diaspora
məhz Azərbaycan diasporasıdır. Biz
artıq Umumrusiya Azərbaycanlıları
Konqresi ilə sıx əlaqələr qurmuşuq, birgə layihələr
reallaşdırmışıq. Eyni zamanda Rusiyanın məşhur
Azərbaycan Mədəniyyətinin İnkişafı və
İntibahı Fondu ilə memorandum
imzaladıq. Ən sevindirici məqam ondan ibarətdir ki, bütün bu tədbirlərimizin,
layihələrimizin icrasına Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
tərəfindən çox böyük dəstək gəldi. Buna görə də ayrıca təşəkkür
edirəm. Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyasının Ukrayna nümayəndəliyi
də yuxarıda qeyd etdiyim
tarixi zərurətdən meydana
gəldi. Artıq orda da
komanda var. Nümayəndəliyin rəhbəri Xəzri Elxanoğlu ilk layihəsini-aksiyasını
da reallaşdırdı. Artıq Ukraynada fəaliyyət göstərən bir çox fondlar, təşkilatlarla danışıqlara
başlamışıq. İlk olaraq Ümumukrayna Azərbaycanli
Gənclər Təşkilati ilə razılaşmalar var. Düşünürəm ki, tez bir
zamanda bir çox layihələr reallaşdıra biləcəyik.
Bilirsiniz, nümayəndəliyin
açılması o qədər də asan məsələ deyil.
Bunun üçün
maddi-texniki bazanın formalaşması
mütləqdir. Dəstəyimiz olsa biz Belarus, Çexiya
və Polşada da
qısa zamanda nümayəndəlik aça biləcəyik.
Təşkilatınız Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı faciəsinin dünya birliyinə çatdırılması istiqamətində hansı addımlar atmağı, tədbirlər keçirməyi düşünür?
-2006-cı ildən bu günə qədər Dağlıq Qarabağ problemi,
Xocalı həqiqətlərinin dünyaya
çatdırılması ASGA-nın prioritet
istiqaməti olub. Bizim
rəsmi veb səhifəmiz olan www.AzSlav.org- da layihələr
bölümündə bu barədə geniş məlumat var. Biz ilk növbədə
Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın bu
istiqamətdəki fəaliyyətindən çox
böyük stimul
alırıq. Düşünürəm ki,
hər bir gənc QHT rəhbəri bu istiqamətdəki fəaliyyətində Leyla Əliyevanın ətrafında sıx
birləşərək sistemli şəkildə
fəaliyyət göstərməlidir. Bu bizim təşkilati prinsipimizdir.
-Yaxın vaxtlar üçün həyata keçirməyi nəzərdə tutduğunuz layihələr, tədbirlər nədən ibarətdir?
- Bu günlər üçün çox strateji layihələrimiz var. İlk növbədə “Təhlükəsiz İnternet Media Forumu”, “I Türk-Slavyan Gəncləri Forumu”nu layihə şəklində hazırlamışıq. Media təhlükəsizlik məsələləri ilə bağlı layihəmizi artıq Gənclər Fonduna təqdim etmişik. Digər layihəmiz üçün isə hələ də donor axtarmaqdayıq. Bundan başqa “Mobil Azerbaijan”, “Mədəniyyətə 1 həftəlik səyahət”, “Danışan Ensiklopediya” və s. kimi maraqlı layihələr hazırlamışıq.
-Növbəti mərhələdə hansı ölkələrdə nümayəndəliklərin təsis edilməsi nəzərdə tutulur?
-Maddi-texniki baza məsələləri həll olunduqdan sonra Belarus, Polşa və Çexiyada nümayəndəliklərin açılmasını planlaşdırırıq.
Təşkilatda son olaraq hansı yeniliklər reallaşıb?
- Biz yeni idarə
heyəti formalaşdırdıq.
Bir sədr, bir icraçı direktor, 2 müavin, departamentlər və nümayəndəliklər.
Ən
son açdığımız departament isə “Sorğu-Analitik Mərkəzi”
oldu. Biz “İlin Səfiri” adı altında ilk sorğumuzu reallaşdırdıq.
Hazırda isə “İlin
rayonu (şəhəri)”
və “İlin başçısı” sorğusunu
reallaşdırırıq. Bəzən deyirlər ki, sizin təşkilatın sorğuya nə aidiyyatı var. Biz slavyan ölkələrində fəaliyyət
göstərən bir
çox QHT-lərlə
fakir mübadiləsi aparırıq.
Belə məlum oldu ki, QHT üçün dövlət orqanları ilə əməkdaşlığın
ən uğurlu yolu bu orqanların
fəaliyyəti haqqında
ictimai sorğunun keçirilməsidir. Bu məqsədlə də
biz dostlarımızın təcrübəsindən
yararlanmaq qərarına
gəldik. Hazırda təşkilatın
rəsmi saytında sorğu davam edir.
-Sizin təşkilat da bir növ
diaspor fəaliyyəti
ilə məşğul
olan qurum hesab edilir. Bu
baxımdan bu gün Azərbaycan diasporunun vəziyyətini
necə dəyərləndirərdiniz?
-Diasporla İş
üzrə Dövlət Komitəsi
dünya azərbaycanlılarının
sistemli şəkildə
fəaliyyət göstərməsi
üçün əlindən
gələni edir. Lakin problemlər qalmaqdadır.
Bu problemlərin bir çoxunun isə psixoloji məsələlərlə bağlı
olduğunu düşünürəm.
Belə bir müqayisə edim. Deyək ki, ABŞ-da
güclü şəkildə
fəaliyyət göstərən
bir neçə erməni diaspora təşkilatı var və bəzi məsələlərdə onlar
arasında fikir ayrılığı da olur. Hökumətlərini dəstəkləyən də var, dəstəkləməyən
də. Lakin ümummilli məsələlərdə
onlar birmənalı şəkildə vahidləşirlər.
Bizdə
isə vəziyyət
bir qədər başqadır. Bəzi strateji
məsələlərdə bir araya gəlməyimiz
demək olar ki, mümkün olmur. Bu işdə düşünürəm ki,
hər bir QHT Diasporla İş üzrə Dövlət Komitəsinə
yardımçı olmalıdır.
Komitə də öz
növbəsində QHT-lərə
açıq olmalı,
birgə müxtəlif
layihələr həyata
keçirməlidir. Hətta
bunu qrant-müsabiqə
şəklində etsə
daha effektli olar..
-Son zamanlar bir çox
QHT-lərin xaricdən
maliyyələşərək milli maraqlara zidd fəaliyyəti məlum oldu. Bu barədə nə
deyə bilərsiniz?
- Bu məsələlər hər bir ölkədə
var, olub olacaq da. Bizim
ölkənin digərlərindən
fərqi ondan ibarətdir ki, ölkə rəhbəri,
şəxsən cənab
prezident bu tip təşkilatlara qarşı
çox humanist davrandı,
onlara düz yola qayıtmaları üçün yetərincə
şans verdi.
Təəssüflər olsun ki, bu təşkilatlar düzəlmək əvəzinə,
bir qədər də irəli gedərək daha böyük məbləğ
müqabilində milli
dəyərləri satdılar.
Məncə bu istiqamətdə
fəaliyyət göstərənlər
düzəlməyəcəklər.
Ən azından bu onların öz əllərində deyil.
Onlar sadəcə xarici, qərəzli donorların
əsiridirlər.
-Siz həm də
media sahəsində çalışırsınız.
Bu istiqamətdə hansı işlər görmüsünüz?
- 2005-ci ildən mətbuatdayam.
Ayrı-ayrı vaxtlarda “Yeni
Azərbaycan”, “Yeni Azərbaycan Gəncləri”
qəzetlərində fəaliyyət
göstərmişəm. Daha sonra Bakı Slavyan Universitetində yeni açılmış
Jurnalistika şöbəsinin
müdiri vəzifəsində
çalışmışam. Beləliklə media həyatımın ayrılmaz hissəsinə
çevrilib. Hhazırda isə
www.Xeber1.az, www.Gundem.Az və www.VestiAz.com saytlarının rəhbəriyəm.
Bundan başqa internet TV açmaq
kimi planlarım var. Bu
günkü Azərbaycan
mətbuatında çox
ciddi problemlər var.
Bu problemlərin böyük
əksəriyyəti internet medianın üzərinə
düşür. Düşünürəm ki, ciddi islahatlar
lazımdı. Bu istiqamətdə mən Təhlükəsiz İnternet
Media layihəsini təqdim
etmişəm. Bu layihədə biz slavyan ölkələrinin təcrübəsini
də nəzərə
almışıq. Digər bir
problem isə bloggerlik
fəaliyyətinin zəif
olmasıdır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 31 oktyabr.- S.3.