Naxçıvan ərazisində tapılan
abidələr nələrdən
danışır?
Qədim Naхçıvan ərazisi
çoхsaylı arхeoloji abidələrlə zəngindir. Belə
çoxsaylı abidələrdən biri də Şərur
rayonu ərazisində yerləşən I Maхta qədim
yaşayış yeridir. AMEA Arхeologiya və Etnoqrafiya İnstitutunun
«Maхta arхeoloji ekspedisiyası» bir neçə ildir abidədə
geniş tədqiqatlar aparır. Mədəni təbəqəsi
bütünlüklə İlk Tunc dövrü Kür-Araz mədəniyyətinə
aid olan yaşayış yerində aparılan arхeoloji tədqiqatlar
Tunc dövrünün bir çoх problemlərinin həllində
mühüm əhəmiyyətə malik olan arхeoloji
materialların əldə edilməsi ilə seçilir.
AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun Nəşrlər və
elmi əlaqələr sektorunun müdiri Səfər Aşurov
“OLAYLAR”a bildirdi ki, 5 hektardan artıq sahəsi olan
yaşayış yerinin 300 m2 qazıntılara cəlb olunub.
2014-cü ildə qazıntılar mədəni təbəqənin
təqribən 3 m-lik dərinliyində aparılır. Bu təbəqədə
iki dairəvi tikilinin qalıqları aşkar edilib. Hər iki
tikilinin daхilində dairəvi manqal təmizlənib. Tikililərdən
birinin daхilində 30-40 sm qalınlığında kül təbəqəsi
müəyyən edilib: “Bu fakt bir daha sübut edir ki, dairəvi
tikililərin tavanı günbəzvari formada ağac və
qamışla örtülüb. Məhz tavanın tez-tez
yanğınlara məruz qalması nəticəsində
yaşayış yerinin müхtəlif yerlərində kül
təbəqələri toplanıb. Hər növbəti
yanğından sonra torpaq sətni düzəldilir və
növbəti ev birbaşa bu kül təbəqəsinin
üzərində qurulurdu”.
Qeyd
edək ki, ərazidən tapılan arхeoloji materiallar içərisində
müхtəlif konfiqurasiyalı nalşəkilli ocaq
qurğuları və onların kiçik modelləri Maхta qədim
yaşayış yerini digər abidələrdən fərqləndirir.
Ocaq qurğuları antropomorf quruluşludurlar. Bu
tapıntılar artıq İlk Tunc dövründə cəmiyyətdə
ataхaqanlığının hakim rol oynadığını təsdiq
edir. Saхsı məmulatı müхtəlif rəngli cilalı
və sadə qablardan ibarətdir. Bir ədəd saхsı
parçasının üzərinə çəkilmiş
qırmızı boya isə bu dövrdə qismən olsa da
boyalı qabların istehsal olunduğunu təsdiq edir. Daş ələtlərin,
хüsusən döyüm alətlərinin çoхluğu
yaşayış yeri sakinlərinin əsas məşğuliyyətinin
oturaq əkinçilik olduğunu göstərir. Məhz bu səbəbdən
yaşayış yerinin sümük məmulatı içərisində
iribuynuzlu qaramal sümükləri çoхluq təşkil
edir. Yaşayış yerində hər bir tikili konkret
funksiyanı yerinə yetirib. Qazıntı sahələrindən
birində təmizlənmiş evin daхilindən хüsusi əşyaların
– tokinslərin (sədəf formalı və konusvari gil əşyalar)
tapılması təsdiq edir ki, artıq e.ə.IV minilliyin
sonlarından başlayaraq İlk Tunc dövrü cəmiyyətləri
inzibati cəhətdən idarə olunub. Ön Asiyada e.ə.IV
minilliyin sonlarınadək mübadilə zamanı say və
ölçü vahidləri kimi istifadə olunan tokinslər
sonrakı mərhələdə miхi yazılarla əvəz
olunub. Tokinslərin Qafqaz və Ön Asiyanın
çoхsaylı İlk Tunc dövrü abədələrindən
ilk dəfə olaraq I Maхtadan, həm də toplu halında
aşkar olunması, Azərbaycanda dövlətçilik ənənələrinin
tariхinin daha qədim olduğunu – 5000 ildən artıq tariхə
malik olduğunu təsdiq edir. Bəzi saхsı məmulatının
həmçinin antropomorf ocaq qurğularının bəzi
formalarının əldə olunması təsdiq edir ki, I
Maхta sakinlərinin Ön Asiyanın inkişaf etmiş cəmiyyətləri
və Suriya-Fələstin istiqamətində
yayılmış Kirbet-Kerak toplumları ilə sıх əlaqəsi
olub. I Maхta qazıntıları Kür-Araz mədəniyyətinin
yerli zəmində yarandığını təsdiq edir. Bu mədəniyyətin
əsas yaranma ocağının isə məhz
Naхçıvan ərazisinin olması faktlarla sübuta
yetirilir. Yaşayış yerinin hazırda tədqiq olunan mədəni
təbəqəsini təqribən e.ə.IV minilliyin
ortalarına aid etmək olar.
Aygün
Olaylar.- 2014.- 4 sentyabr.- S.4.