Bizim diasporamız öz işini qura, informasiya

blokadasının aradan qaldırılmasında dönüş yarada bilib”

 

“Diasporanın qurulmasına, fəaliyyətin genişlənməsinə milli məsələ kimi yanaşılmalıdır”

 

Müsahibimiz müstəqil jurnalist, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanovdur.

- Azərbaycan diasporasının hazırki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Sistemli fəaliyyət nəticəsində dövlətin diaspora siyasətində çox ciddi irəliləyişlər əldə olunub. Artıq dünyanın elə bir ölkəsi yoxdur ki, orada azərbaycanlıların diaspor təşkilatları qurulmasın və ya fəaliyyət göstərməsin. Uzaq Şərqdən Cənubi Amerikaya qədər 100-lərlə diaspora təşkilatı formalaşıb. İndi Azərbaycan diasporası güclü diaspor təşkilatları sırasında ən önəmli yerlərdən birini tutur. Təbii ki, müxtəlif problemlər var, amma bu problemlər keçəridir. Ayrı-ayrı şəxslərin, imkanlı soydaşlarımızın diasporamızın təşkilatlanma işinə verdiyi dəstək çox önəmlidir. Artıq hamı dərk edir ki, diasporamızın güclənməsi söz sahibi olması milli məsələdir. Əvvəllər mövcud olan problemlər aradan qalxır, müxtəlif ölkələrdə fəaliyyət göstərən təşkilatların koordinasiyası yaradılır. Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimiz hər zaman bu məsələni diqqətdə saxlayır. Demək olar ki, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə bağlı Heydər Əliyev cənablarının 23 may 2001-ci il tarixli Sərəncamı bu ideologiyanın gerçəkləşməsinin əsas leytmotividir. 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Diaspora üzrə Dövlət Komitəsinin formalaşdırılması fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi diaspora siyasətinin daha da çevik güclü olmasına əsas yaratdı.

- Sizcə, diaspora təşkilatlarımız Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilirlərmi?

-Təbii ki, əvvəlki zamanlarla müqayisə edəndə demək olur ki, bəli. Artıq bizim diasporamız öz işini qura, informasiya blokadasının aradan qaldırılmasında dönüş yarada bilib. Diaspora təşkilatlarımız tərəfindən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq qaçqın köçkünlərimizin illərdir doğma yurdlarından didərgin düşməsi ilə bağlı ciddi təbliğat aparılıb. Bir misal üzərində fikrimizin dayanıqlılığını sübut edə bilərik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2009-cu ildə yaradılan Rusiya Azərbaycanlıları Gənclər TəşkilatıXocalıya ədalətkampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ciddi işlər görüb, İslam Konfransı Təşkilatında Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbuluna nail olunub. Eləcə həmin kampaniya yeni kreativ formatda illərdir davam etdirilir, dünyanın ən böyük dövlətlərində müxtəlif aksiyalar təşkil edilir. Bunun nəticəsdidir ki, Xocalı Soyqırımı Meksika, Pakistan parlamentləri tərəfindən tanınıb.

- Azərbaycan diasporası erməni diasporası ilə rəqabətə girə biləcək səviyyəyə yüksələ bilibmi?

-Bu gün dünyada erməni lobbisinin qarşısında eyni səviyyəli fəaliyyət sərgiləmək çox çətindir. Dünyanın ayrı-ayrı xristian dairələrində erməni təəssübkeşliyi güclüdür bu təəssübkeşlik onlara əlavə güc verir, əlavə resurs gətirir. Müxtəlif ölkələrdə mövcud olan KİV-lər, tanınmış ictimai-siyasi xadimlər, ayrı-ayrı parlament nümayəndələri erməni lobbisinin daha çox təsiri altındadır, nəinki Azərbaycan diasporunun onlara hansısa bir təsiri mövcuddur... Biz dövlət olaraq daha çox xarici ölkələrdə öz gücümüzlə fəaliyyət göstəririk. Amma eyni zamanda xarici ölkələrdəki diasporumuzu da ciddi resurs kimi dəyərləndiririk... Bu, diaspor təşkilatlarımıza işlərinin səmərəli qurulması üçün dövlətin onların fəaliyyətində maraqlı olması ilə bağlı bir mesajdır. Artıq diaspor təşkilatlarımız da fəaliyyətlərini genişləndirirlər, təşkilatlanırlar, formalaşırlar öz sözlərini deyə bilirlər. Azərbaycan dövlətinin cənab Prezidentin apardığı siyasətin nəticəsidir ki, artıq dünya ermənilərin yalançı hay-küyünə inanmır. Erməni yalanı, erməni hiyləsi, ermənilərin yalançı təbliğatları ifşa olunur. Bu siyasətin həyata keçirilməsində diasporamızın da xidməti vardır.

- Diaspora fəaliyyətimizin daha da inkişaf etməsi üçün nələr çatışmır?

- Diaspora təşkilatlarının inkişafı üçün çatışmayan prinsipial problem yoxdur. Dövlətin müdafiəsi var, siyasi-strateji xətt var. Sadəcə bəzi ambisiyalar kənara qoyulmalı, ayrı-ayrı diaspora təşkilatları siyasiləşməməli, siyasi qurumların sözçüsünə çevrilməməlidir. Diasporanın qurulmasına, fəaliyyətin genişlənməsinə milli məsələ kimi yanaşılmalıdır.

- QHT-lərin diaspora sahəsindəki fəaliyyətini yetərli hesab etmək olarmı?

- Təbii ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Amma fəaliyyətsizlikdir demək olmaz. QHT-lərin bəzən maddi kadr resursları bu istiqamətdə fəaliyyət göstərilməsinə imkan vermir. İxtisaslaşma formalaşdıqca, kadr potensialı gücləndikcə, maliyyə resursları artdıqca QHT-lərin bu istiqamətdə fəaliyyəti yüksələcək. Amma bütünlükdə götürəndə bu fəaliyyət vardır QHT-lərə Dövlət Dəstəyi Şurası hər zaman bu kimi təkliflərə dəstək verir. Şura hər zaman bu istiqamətdə fəaliyyət göstərən QHT-lərə yardım edirb, onların təkliflərini dəstəkləyib. Nəinki yerli QHT-lərin, eləcə xarici ölkələrin QHT-lərinin bu istiqamətdə olan layihələrinin maliyyələşdirilməsində əsas rol oynayıb, müxtəlif təşkilatların təşkilatçısı olduğu tədbirlərə dəstək verib.

 

 

***

 

Erməni lobbisi daim türk dünyasına qarşı kampaniya aparır

Deputat: “Məqsəd Azərbaycanla Türkiyənin imicinə zərbə vurmaqdır

Erməni lobbisi bir çox ölkələrdə var dünya erməniliyi bir xəstəlikdir. Erməni lobbisi daim türk dünyasına, xüsusilə, Azərbaycan və Türkiyəyə qarşı kampaniya aparır”. Bunu deyən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, burada məqsəd Azərbaycanla Türkiyənin imicinə dünyada zərbə vurmaqdan ibarətdir. Deputatın bildirdiyinə görə, vaxtilə erməni lobbisi dünyada elə rəy yaratmışdı ki, guya Ermənistana qarşı biz təcavüz etmişik, lakin mərhum Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra yorulmaz fəaliyyət göstərək dünyadakı bu rəyi dəyişməyə başladı:

“Yəqin xatirinizdədir ki, ulu öndərimiz xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərdə hətta xəritələr vasitəsilə qarşı tərəfə məsələni izah edirdi. Bunun nəticəsində də informasiya blokadası aradan götürülməyə başladı. Belə olan təqdirdə isə erməni lobbisi diqqəti Ermənistanın işğalçılıq siyasətindən yayındırmaq üçün guya Azərbaycanda demokratiya, insan hüquqları və söz azadlığı ilə bağlı ciddi problemlərin olduğunu ortaya atırlar. Bu prosesdə isə beynəlxalq statuslu qeyri-hökumət təşkilatlarından istifadə olunur. Demokratiya sonu olmayan bir inkişaf yoludur. Dünya ölkələri də hər zaman demokratik prosesləri inkişaf etdirir. Azərbaycan da uzun illər sovet totalitar sistemində yaşayıb. Müstəqillik qazandıqdan ötən müddət ərzində isə demokratiya sahəsində böyük inkişaf yolu keçib. Hazırda bu yolda inkişaf davam edir. Heç kim problemlərdən sığortalanmayıb. Amma bundan sui-istifadə halları üçün istifadə edilməməlidir. Bu gün Azərbaycanda hüquqi dövlət qurulub. Hüquqi dövlətdə isə qanun hamı üçün bərabərdir. Əgər qanun pozulubsa, qanunun aliliyi təmin olunmalıdır. Bütün hüquqi dövlətlərdə belədir. Amma Azərbaycanda demokratiya ilə bağlı qərəzli fikirlər səsləndirmənin əsas məqsədi isə dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçı siyasətindən, Qarabağ məsələsindən yayındırmaqdır. Vaxtilə Ermənistan parlamentində rəsmi şəxslər öldürüləndə hansı beynəlxalq hesabatda əksini tapdı? Yaxud ötən il prezident seçkilərində namizədə qarşı sui-qəsd edildi. Beynəlxalq təşkilatlar bu fakta ciddi əhəmiyyət vermədilər. Bu gün ABŞ-daAvropada irqçilik həddən artıq güclənməkdədir. Qara dərililərə qarşı diskriminasiya gedir. ABŞ-da qaradərili polis tərəfindən öldürülüb, müxtəlif ştatlarda mitinqlər gedir. Amma özlərini insan haqlarının müdafiəçisi elan edən qurumlar bu haqda səslərini çıxarmır. Bütün bunlar dünyadakı reallıqları, ikili standartları göstərir”. M.İbrahimqızı deyib ki, Azərbaycan öz qanunları ilə hərəkət edirheç kimin ixtiyarı yoxdur ki, daxili işlərimizə qarışsın: “Bu cür məlumatları erməni lobbisi və inkişafımızı sevməyən digər qüvvələr qərəzli şəkildə yayırlar. Onlar insan haqlarından narahatdırlarsa, niyə Ermənistanın işğalı nəticəsində öz torpağından didərgin düşmüş yüzminlərlə insanın hüquqlarının bərpasından danışmır? Bu insanların haqqını müdafiə etməyən təşkilatların obyektivliyinə cəmiyyətimiz heç zaman inanmaz. Azərbaycan xalqı bəşər sivilizasiyasına böyük töhfələr verən xalqdır. Xalqımız müdrikdirheç vaxt ölkəmizdə xaos yaratmaq istəyən xarici qüvvələrə və onların daxildəki havadarlarına imkan verməyəcək ki, hansısa problemlər yaratsınlar. Biz xaosu 1993-cü ilə qədər yaşamışıq və bundan sonra belə hallara yol verməyəcəyik. Demokratiya pərdəsi altında xaos yaratmaq istəyən qüvvələrə qarşı daim birlik göstərəcəyik”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2014.- 5 sentyabr.- S.3.