Diasporamızın vahid mərkəzi – Azərbaycan
Azərbaycan diasporunun
inkişafına 5 ildən bir keçirilən
dünya
azərbaycanlılarının
qurultayı də öz müsbət təsirini göstərir
İstənilən
dövlət, o cümlədən Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında onun xaricdəki
diasporasının müstəsna rolu var. Diaspora eyni
zamanda bir millətin vahid şəkildə formalaşmasına
yardım edən əsas amillərdəndir. Ölkədən
kənarda yaşayan azərbaycanlılar öz millətinin dirçəlməsi üçün münbit
şərait yaradır. Azərbaycan diasporası ilə onun dövlətinin sistemli
əlaqəsi ölkəmizin öz
hüdudlarından kənarda tanıdılması
yönündə müsbət nəticələrin nəticə
etibarilə ortaya çıxması heç kəsə sirr deyil. Azərbaycan dövləti diaspor quruculuğu işinə
xüsusi önəm verir.
Xaricdəki diasporamız getdikcə inkişaf
edir. Azərbaycan xalqı və dövlətinin
qarşısında duran problemləri daha dərindən dərk edir
və dünyaya da
tanıtmaq istiqamətində fəaliyyətlərini gücləndirirlər.
Dünya azərbaycanlıları artıq vahid
mərkəzdən idarə olunur. Bu məkanın
adı Azərbaycandır. Diasporamızın ideoloji
cəhətdən istiqamətlənməsi işi
də buradan həyata keçirilir.
Diasporamız Azərbaycan dövlətçiliyinin prinsiplərini
rəhbər tutaraq fəaliyyət
göstərir. Dünya azərbaycanlılarının qurultayının
Bakıda keçirilməsi, onların dövlət tədbirlərinə
qatılması, Azərbaycan dövlətinin xarici
və daxili siyasətinə aid məsələlərin dünyada
təbliğində onların iştirakı göstərir ki, getdikcə təşkilatlanma, ideoloji cəhətdən səfərbər
olunma və azərbaycançılıq ətrafında
birləşmə istiqamətində işlər sürətlənir.
Ümumi ab-hava onu deməyə əsas verir
ki, Azərbaycan dövləti və
xalqının milli mənafeyi
dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların şüuruna hakim kəsilir
və onlar eyni fikrin daşıyıcılarına
çevrilirlər.
Ulu öndər və Azərbaycan diasporu
Ulu öndərimiz Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına birinci səfərindən sonra
Azərbaycan diasporası barədə belə
danışdı: “Mən xarici ölkələrə
səfərlərim zamanı diaspora
üzvlərini bir yerə toplamağa
cəhd göstərirəm. Mən bunu Amerikada da həyata
keçirmək istədim. Çikaqoda
toplantıya 35 nəfər gəldi. Eləcə də, Parisdə
və Londonda da
toplantıya əksəriyyəti İran
azərbaycanlıları olan 35-40 nəfər
qatıldı. Bu diasporadırmı?
Baxın, torpaqları işğal edilən
bizik, şəhid verən bizik,
illərdir vətənsiz yaşayan bizik, ancaq günahkar
olan da bizik.
Bunun səbəbi aydındır. Amerikada 250 milyon insan yaşayır. Bunun 1 mln-u ermənidir. Sayları çox
azdır. Ancaq mövqeləri, vəzifələri
etibarilə ictimai fikri
öz məqsədləri ətrafında
birləşdirə bilirlər. Biz
mübarizəmizdə haqlı olduğumuzu
kəskin şəkildə sübut etməliyik.
Unutmayın, ermənilərə silah verənlər
və maddi yardım göstərənlər
qədər bizə yardım edən yoxdu.
Biz lobbimizi bütün dünyada qurmalıyıq.
Əsası ulu öndərimiz tərəfindən
qoyulan diaspora siyasəti
Prezidentimiz İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər
Əliyevin tapşırıq və tövsiyyələri ilə
xaricdəki Azərbaycan diasporası mütəşəkkillik
qazandı və öz inkişaf
yoluna qədəm qoydu.
Ulu öndərimizin səsləndirdiyi
fikirlərdən xeyli zaman
keçir. Bu müddət ərzində mühüm
qərar və qanunların qəbul edilməsi, eləcə də,
H.Əliyevin xarici səfərlər
zamanı Azərbaycan diasporunun nümayəndələri
ilə görüşü, onun tövsiyə və məsləhətləri
xarici ölkələrdə
diasporamızın mütəşəkkil cəmiyyət
kimi formalaşmasına və
inkişafına xüsusi təkan vermişdir. Bu gün diasporamız güclüdür.
Hazırda dünyada yaşayan azərbaycanlıların sayı təxminən
50 milyona yaxındır (bəzi mənbələrdə
bu rəqəmin 60 milyon
olduğu göstərilir) və
diasporamızın Rusiya Federasiyasında
65, Türkiyədə 20, Almaniyada 37, Amerika Birləşmiş Ştatlarında 20, Ukraynada 17, İsveçdə 11, Böyük Britaniyada
7, Fransada 7, Kanadada 6 və
digər ölkələrdə - Avstraliyada,
Avstriyada, Argentinada, Belorusiyada, Belçikada, Danimarkada, Dağıstanda, Estoniyada,
Finlandiyada, Gürcüstanda,
Hollandiyada, İspaniyada
və digər ölkələrdə çoxsaylı Azərbaycan
Milli mədəniyyət mərkəzləri
və cəmiyyətləri fəaliyyət göstərir.
Diasporamız tərəfindən xarici
ölkələrdə 50-yə yaxın adda
qəzet və 35-ə yaxın adda jurnal nəşr etdirilir. Bu Azərbaycan dövlətinin xaricdəki
diaporamıza göstərdiyi qayğının nəticəsidir.
Diasporamızın prinsipial mövqeyi
Dünyada yaşayan azərbaycanlıların
birlik və bərabərliyi,
soydaşlarımız arasında həmrəyliyin təmin
olunması məsələsi daim Azərbaycan
Respublikasının diqqət mərkəzində olub. İstər bu sahədə
qəbul edilmiş müvafiq
fərman və sərəncamlar, fəaliyyət proqramları olsun, istərsə də keçirilən bütün dövlət tədbirlərində
birmənalı şəkildə qeyd edilib ki, Azərbaycan
Respublikası dünya azərbaycanlılarının
birliyini milli mənafelər
və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi
zərurət kimi qiymətləndirir.
Dünya azərbaycanlılarının birliyi məsələsi Azərbaycançılıq
ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə
həyata keçirilən bütün tədbirlər
məhz həmin amala əsaslanır. Başqa sözlə desək, bu
ideya dünya azərbaycanlılarının
birliyinin fəlsəfi-nəzəri əsasları
kimi qəbul olunur. Azərbaycan
dövləti dünya azərbaycanlılarının
birliyini, mövcud iqtisadi və siyasi
gerçəklikləri, eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana
çıxardığı reallıqları nəzərə
alaraq həyata keçirməyə
çalışır. Məhz buna
görədir ki, dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlıların
həmrəyliyi bütün Azərbaycan
xalqının ideoloji bütövlüyünü,
milli birliyini təmin
edən əsas amil sayılır və
dövlət siyasətinin prinsipial istiqamətlərindən
biri kimi xarakterizə edilir.
Dünəndən bu günə
Müstəqilliyinin ilk illərində Azərbaycan diasporunun
təşkilatlanması və fəaliyyətində ciddi problemlər var idi. Amma son
15 il ərzində diaspor
təşkilatlanması istiqamətində önəmli tədbirlər
görüldü və əhəmiyyətli
nəticələr əldə edildi. Son 5 il ərzində isə diaspor
təşkilatlarının fəaliyyətinin səmərəlilik
səviyyəsi daha da
artdı və beynəlxalq miqyasda xüsusi önəm kəsb edən nailiyyətlər
qazanıldı. Bunlar isə erməni lobbisi və diaspor təşkilatları
ilə mübarizədə güc mənbəyi,
əhəmiyyətli resurs kimi dəyərləndirilməlidir. Bu gün biz
müxtəlif təşkilatlarla əməkdaşlıq edirik, onların vasitəsi ilə konqresmenlərə,
müvafiq qurum və
şəxslərə təsir etməyi bacarırıq. Azərbaycan
diasporu dünəndən bu
günədək əhəmiyyətli irəliləyişə
nail olub.
Dövlət-diaspora əlaqələri
Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və
güzar səfərləri çərçivəsində
xaricdə yaşayan azərbaycanlılarla
görüşməsi onların fəaliyyətləri ilə
tanış olması, soydaşlarımızı Azərbaycanda
investisiya layihələrində iştirak etməyə dəvət etməsi bu istiqamətdə
göstərilən diqqətin bariz
nümunəsidir. Diaspor nümayəndələri
ilə görüşmək, onların Azərbaycana gəlməsini
təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət
başçımız ulu öndər
Heydər Əliyev olub. Prezident
seçildikdən üç ay sonra Ümummilli
lider Heydər Əliyev Almaniyada
yaşayan soydaşlarımızın bir qrupunu qəbul etməklə
böyük bir ənənənin
əsasını qoydu. Bu görüşün
Avropadakı soydaşlarımızın milli,
ictimai fəaliyyətinə təsiri böyük olub və
dövlət-diaspor əlaqələrində yeni
mərhələsinin başlanğıcıdı. Ulu öndər Heydər Əliyev müstəqil
Azərbaycanın sivil bir
dövlətə çevrilməsi, qarşısında duran problemlərin həll
olunması, qanunun aliliyinin
təsbit olunduğu demokratik,
hüquqi və dünyəvi dövlət
kimi inkişaf etməsi
üçün bütün
dünya ölkələrindəki
soydaşlarımızın həmrəyliyinə nail olmaq kimi
çətin bir missiyanı üzərinə
götürmüşdü. Məhz Heydər
Əliyevin produktiv fəaliyyəti,
qayğısı və böyük diqqəti
sayəsində xaricdə yaşayan
soydaşlarımız Azərbaycanın milli
maraqları uğrunda daha
əzmlə fəaliyyət göstərməyə
başlamış, doğma vətənləri
ilə əlaqələrini möhkəmləndirmiş,
ölkəmizin dövlət quruculuğu prosesində yaxından iştirak
etməyə və burada gördükləri
real həqiqətləri bütün
dünyaya yaymağa
başlayıblar.
Məqsədyönlü siyasətin nəticəsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporunun inkişaf etdirilməsi, diasporamızın dünya ölkələrində söz sahibinə çevrilməsi, eləcə də lobbi fəaliyyəti istiqamətində müvafiq dövlət strukturları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun güclənməsinə imkan yaradır. Bu gün Azərbaycan diasporunun əldə etdiyi nailiyyətlər ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor rəhbərləri, eləcə də bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan diasporunun inkişafına 5 ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayı də öz müsbət təsirini göstərir. Bu baxımdan keçən ilin yayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının üçüncü qurultayı da mühüm əhəmiyyət daşıyırdı. Dünya Azərbaycanlılarının üçüncü qurultayından sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspora quruculuğunda yeni proqramların həyata keçirilməsi ilə bağlı bir sıra mühüm addımlar atılıb. O, cümlədən həm ayrı-ayrı qeyri-hökumət təşkilatları ilə işlərin aparılması, həm Beynəlxalq Diaspora Mərkəzi ilə birgə tədbirlərin keçirilməsi, həm də ölkədən kənarda fəaliyyət göstərən diaspor təşkilatlarının birgə mübarizəsinin təşkil edilməsi istiqamətində işlər görülüb. Diaspora sahəsində həyata keçirilən layihələr onu deməyə əsas verir ki, konsulluq, səfirlik və diaspor təşkilatlarının birgə mübarizəsinin strukturu formalaşıb. Bu dövrü diaspora fəaliyyətində yeni bir eranın başlanğıcı kimi dəyərləndirmək olar. Son dövrlərdə Türkiyə Azərbaycan diaspor təşkilatlarının birgə mübarizəsi daha effekli və təkmilləşdirilmiş formada özünü göstərir. Azərbaycan diasporu təmsil etdiyi ölkədə erməni diasporunu da öz fəaliyyəti ilə üstələyir. Bütün xarici ölkələrdə erməni diasporuna Azərbaycan əleyhinə anti-təbliğat aparmalarına imkan yaratmır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 10 sentyabr.- S.3.