Xaricdə yaşayan azərbaycanlılar

tariximizi dərindən öyrənməlidirlər...

 

İnsan doğulduğu torpağa genetik tellərlə bağlı olsa da, vətən həsrətinin özləmini çəksə də, dövrün tələbinə, şəraitə uyğun olaraq doğma yurdundan kənarda da yaşamaq məcburiyyətində qalır. 50 milyonluq millətimizin  təxminən 10 milyonu Azərbaycandan kənarda, yabançı məmləkətlərdə yaşayır. Bu, az qüvvə deyil. İndi dünyanın müxtəlif, ən ucqar yerlərində də azərbaycanlıya rast gəlmək mümkündür. Hərəni bir məqsəd aparır uzaq ölkələrə. Biri təhsil almağa, başqa biri çalışıb daha çox pul qazanmağa  gedirs. Amma bu gün dünyada yaşayan azərbaycanlıların yaşadıqları ölkədə həm də ümumi bir işi, vəzifəsi olmalıdır.

Azərbaycanı yaşadıqları ölkədə tanıtmaq, təbliğ etmək, həqiqətlərini dünyaya çatdırmaq. Yeri gəlmişkən, bu gün Azərbaycanın təbliğ olunası, dünyaya çatdırılası ən böyük həqiqətləri erməni məsələsi ilə bağlıdır. Dağlıq Qarabağın işğalı, tarixi torpaqlarımıza əsilsiz iddiaların dünyada yaşayan müxtəlif millətlərin nümayəndələrinə ermənilər tərəfindən yanlış şəkildə çatdırılması və s. Hazırda ermənilər bu istiqamətdə daha da fəal aparır, hazırlıqlar həyata keçirirlər. 2015-ci ildə saxta erməni soyqırımı məsələsini gündəmə gətirəcək ermənilər, bu fürsətdən hərtərəfli yararlanmağa çalışacaqlar. Təbii ki, onların təbliğatında sadəcə ermənilərin türklər tərəfindən “soyqırıma” uğradılması məsələsi yer almayacaq, Dağlıq Qarabağ, Azərbaycanın torpaqlarına və mədəniyyətinə  iddialar da təbliğ olunacaq. Bunun üçün isə xaricdə yaşayan hər bir azərbaycanlı, türk əlbir şəkildə işləməli, sistemli çalışmalar həyata keçirməlidirlər. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri, Kocaeli Azərbaycan Evi Dərnəyinin sədri Bilal Dündarın Türkiyə mətbuatında bu mövzu ilə bağlı yayımlanan bir yazısı diqqətimi çəkdi. Bilal bəy onümüzdəki il Türkiyəni gözləyən önəmli sıxıntılardan birinin erməni diasporasının və onların dəstəkçilərinin iddilalarının 100-cü ilə ilə əlaqədər xüsusi çalışmalarla bağlı olduğunu bildirib:Bildiyiniz kimi ermənilər onlara soyqırım edilməsi iddiaları ilə bir qaşıq suda fırtınalar qoparmaqdadırlar. Yüz illərlə Anadolu xalqı ilə yaxşı qonşuluq münasibəti içində yaşamaqdaydılar. Osmanlı hakimiyyəti illərində ən yaxşı mövqelərə yüksələn ermənilər 1915-ci ildə başda rusların, ingilislərin və fransızların qızışdırması ilə Osmanlıyı arxadan vuraraq bir çox yerdə üsyanlar çıxardılar. Onlarca il hər şeyini paylaşan Anadolu xalqını kütləvi şəkildə qətl etdilər. Qars, Ərzurum, və Ağrıda 110 min insanımız öldürüldü. Müharibə vəziyyətində olan osmanlını ən zəif vəziyyətində arxadan vurdular. Aclıq, qıtlıq, xəstəlik və imkansızlıqların yaşandığı o dövrdə hər iki tərəfdən minlərcə insan öldüöldürüldü. Ermənilər o dönəmdə şərtlərə bağlı olaraq çıxarılan qanunla məcburi şəkildə köçürüldülər.  Başda Suriya  olmaqla müxtəlif yerlərə sürüldülər.  Saxta soyqırım iddialarını həmişə gündəmdə tutmaq üçün ermənilər heç boş durmadılar.

1989-cu ildə  yeni müstəqilliyinə qovuşan Azərbaycanın rusların dəstəyi ilə  torpaqlarının yüzdə iyirmisini işğal etdilər. Azərbaycana soyqırım həyata keçirərək 1992-ci ildə Xocalı şəhərində 613 insanı vəhşicəsinə öldürdülər. Bu zülm qarşısında dünya dövlətləri həm kar, həm kor oldular.

1963-cü ilə qədər sakitlik oldu. Bu tarixdən sonra ASALA Terror təşkilatı müxtəlif ölkələrdə olan 44- qədər diplomatlarımızı sui-qəsd edərək öldürdülər. Asala ortadan çıxınca başqa terror təşkilatları meydana çıxdı”. Ermənilərin dəstəkçilərinin kömək və istiqamətləndirməsi llə  türklərin soyqırım etdiklərini səsləndirərək iyirmidən çox  ölkələrin parlamentində soyqırım qərarı aldığını vurğulayan B.Dündar onların 1915-ci il üçün hazırlıq içində oldqularını, tarixi həqiqətləri obyektiv şəkildə dəyərləndirmək üçün Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının  önəmli bir layihə gerçəkləşdirmək üçün çalışdığını açıqlayıb. Təbii ki, Türkiyə və Azərbaycan nümayəndələri birlikdə nə qədər çox layihələr həyata keçirsələr, ortaq tarixdən doğan həqiqətləri dünyaya bir o qədər doğru şəkildə çatdırmış olarlar. Amma bu gün xaricdə yaşayan hər br azərbaycanlı və eləcə də türk tariximizdə yaşanılan həqiqətləri dünyaya çatdırmaq istəyi ilə yanaşı, başqa bir məziyyətə da sahib olmalıdırlar. Əgər tarix doğru şəkildə öyrənilməyibsə, faktlar olduğu kimi deyilmirsə, yalanlar qarşısında ümumi sözlərlə duruş gətirmək çox çətindir. Bu gün Azərbaycanda ölkə başçısının göstərişi ilə keçmişimiz, tariximiz olduğu kimi araşdırılır və cild-cild kitablar yazılır. AMEA Tarix İnstitutu dünyanın müxtəlif ölkələrindəki arxivlərdən Azərbaycanın gerçək tarixi, ermənilərlə bağlı məsələlərdə əslində nələrin yaşanması ilə bağlı onlarla sənədlər gətirir və onların əsasında kitablar nəşr etdirilir. Eləcə də, qədim Azərbaycan torpaqları ilə bağlı tarix yenidən araşdırılır və olduğu kimi yazılır. İnstitutun direktoru Yaqub Mahmudovun da dediyi kimi ölkə başçısının Azərbaycanın tarixi torpaqları ilə bağlı səsləndirdiyi fikirləri xaricdən gətirilən arxiv materialları təsdiqləyir. Belə bir şəraitdə  dünyada yaşayan azərbaycanlı öncə tarixi həqiqətləti mükəmməl şəkildə bilməlidir ki, təbliğ edə bilsin. Yaxşı olar ki, xaricdə yaşayan adamları, cəmiyyət üzvləri imkanları hesabına tariximizi əks etdirən kitabların yaşadıqları ölkədə o ölkənin dilində nəşr olunmasına yardımçı olsunlar və özləri də bu yolla o kitabları əldə edib oxumaq imkanı qazansınlar. Elmi və əsaslandırılmış şəkildə aparılan mübarizə öz nəticəsini verəcək. Bunun üçün isə xaricdə yaşayan soydaşlarımızın istəkli olması vacibdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 12 sentyabr.- S.3.