Azərbaycan diaspor təşkilatları ilə
əməkdaşlığımız
yüksək səviyyədədir
Ağahüseyn Babayev: “Tolerantlıq nümunəsi olan
Azərbaycanımızı tanıtmaq cəmiyyətimizin əsas vəzifələrindəndir”
Sürətli inkişaf
yolu keçən Azərbaycan diasporunun bu gün fəaliyyət göstərdiyi ölkələrdən
biri də Almaniyadır. İqtisadi
potensialına, zəngin mədəniyyətinə, yüksək
həyat tərzinə və digər xüsusiyyətlərinə
görə Avropanın mərkəzi hesab
olunan Almaniya ilə
Azərbaycanın mədəni-iqtisadi, ticari
əlaqələrinin tarixi çox qədimdir. 1815-ci ildən başlayaraq, Azərbaycanda Ellendorf
və Dineşfeld koloniyalarında almanlar məskunlaşmağa
başlayıblar. Forer qardaşlarına məxsus
şirkət şərab istehsalına, Siemens
qardaşlarına məxsus şirkət isə mis və qiymətli filizlər
axtarışına kapital qoyurdular.
Almanların Azərbaycan iqtisadiyyatı ilə yanaşı, ədəbiyyatı,
mədəniyyəti, incəsənətinə marağı olduqca böyük idi.
Bunun nəticəsində Azərbaycana məxsus
qədim əlyazmalar, sənət əsərləri, zərgərlik
məmulatları, xalçalar, saxsı və mis qab-qacaq, qədim
məişət və ov alətləri Almaniyaya
aparılmış və bu gunə qədər də geri
qaytarılmayıb. 1844-cu ildə
Mirzə Şəfi Vazehin əsərlərinin
Almaniyada böyük maraqla qarşılanmasında Fridrix
Bodenştedtin xidmətləri böyükdür. Azərbaycana səfər
edən Bodenştedt 1851-ci ildə
"Mirzə Şəfinin nəğmələri" adlanan kitabı nəşr etdirib. 1881-ci il
noyabrın 5-də isə Almaniyada Fridrix Vilhelm teatrında
"Mirzə Şəfinin nəğmələri" adlanan operetta səhnəyə
qoyulur. Emil Pol Korx və
Luiz Rotun birgə işi olan operetta
burada böyük maraq doğurur Mirzə Şəfi poeziyası ilə
paralel olaraq, Azərbaycan
şifahi və yazılı ədəbiyyatı
da Almaniyada təbliğ
olunurdu. 1813-cu ildə Hote
12 fəsildən ibarət "Qərb-Şərq"
divanında dahi şairimiz
Nizami Gəncəviyə "Oxu kitab" adlanan şeir həsr
etmişdi. Bundan əlavə, Reman Dits 1813-cü ildə “Kitabi-Dədə Qorqud” da atalar
sözləri və məsəllər” mövzusunda
kitab çap etmişdi. 1815-ci ildə isə "Basatın
Təpəgözü öldürməsi boyu"
alman dilində oxuculara
təqdim olunmuşdu. Bu
əlaqələr XX əsrin əvvəllərində də intensiv şəkildə davam
edir. Almaniyanın Avropada qüdrətli dövlət olması azərbaycanlıların
bu ölkəyə mühacirətinə əsas
yaradırdı. 1913-cu il dən etibarən
alman kitabxanalarında Azərbaycandan bəhs
edən muxtəlif səpkili kitablar mövcud idi ki, onların bəzilərini bura
köçən ziyalı azərbaycanlılar aparmışdı. Demokratik Respublika
qurulandan sonra Azərbaycandan
Almaniyaya Frayberq,
Dağ-Mədən Akademiyası, Münhen,
Dertştad, Leypsiq, Rena, Hamburq universitetlərində
təhsil almağa 50 nəfər tələbə
göndərilmiş və onların çox
hissəsi burada daimi qalaraq geri dönməmişlər.
ADR-in süqutundan sonra azərbaycanlıların çoxsaylı
köçdükləri ölkələr içərisində
Almaniya üstünlük
təşkil edirdi. Burada
məskunlaşan soydaşlarımız Azərbaycan
istiqlalının bərpa olunması istiqamətində fəal
iş apırırdılar. Almaniyada Azərbaycan diasporunun
formalaşması və burada yaşayan azərbaycanlıların fəaliyyəti
II dunya müharibəsi illərində də
davam etmişdir. Azərbaycan
legionerlərinin müəyyən hissəsini artıq Almaniyada çoxdan məskunlaşan
soydaşlarımız təşkil edirdi.
Müharibədən sonra Almaniyada iqtisadi
islahatların aparılması, ölkənin dirçəlməsi
yolunda görülən işlər
diasporların siyasi fəaliyyətini bir qədər passivləşdirdi. 1980-ci illərin
əvvəllərindən yenidən Azərbaycan diasporu burada öz fəaliyyətini genişləndirməyə
başladı. Almaniyanın müxtəlif
şəhərlərində Azərbaycan mədəni təşkilatları
təsis olundu. 1989-cu ildə Almaniyanın
birləşməsi, Sovetlər Birliyinin
çökməsi və Azərbaycanın müstəqillik əldə
etməsi Almaniya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması ilə
nəticələndi. Buradakı azərbaycanlıların
fəaliyyətinə təsirini göstərdi. Təhsil
proqramı əsasında azərbaycanlı tələbələrin
Almaniyaya oxumağa
göndərilməsi, azərbaycanlı həkim, mühəndis,
inşaatçı, texnoloqlar və digər
peşə sahiblərinin bu ölkəyə
miqrasiyası müstəqillik illərinin əsas hadisələrindən
idi. Azərbaycanlıların hazırda da kütləvi köçdükləri
ölkələr içərisində Almaniya
üstünlük təşkil edir. Almaniya diasporumuzun Şimal,
Cənub və Türkiyə qanadları arasında ümumi fikir
ayrılığına baxmayaraq, bu üç qanad arasında birləşməyə doğru addım müstəqillik illərindən
sonra daha da canlandı. Ermənistan tərəfindən
müharibəyə sövq edilən Azərbaycan
torpaqlarının 20 faizinin işğalı,
20 Yanvar və Xocalı
soyqırımıları və xalqımızın
başına gətirilən digər faciələr
Almaniyadakı azərbaycanlılar tərəfindən biganə
qarşılanmırdı. Onlar Vətənə,
qaçqınlara yardım məqsədilə bir
sıra tədbirlər həyata keçirir.
Azərbaycan mədəniyyətinin Almaniyada
Azərbaycan diasporu tərəfindən təbliğ
olunması işi də sürətləndi.
Türk,
ərəb, latın və kiril əlifbaları
ilə Azərbaycanın tarixi ədəbiyyatına,
folkloruna, mədəniyyətinə aid kitabın çapı daha
da artmaqla, qəzet və
jurnalların sayı nəzərə çarpacaq
dərəcədə çoxaldı. Almaniyada
soydaşlarımız Azərbaycanla bağlı
çoxsaylı kitablar nəşr edirlər.
Bu gün Almaniyada onlarla Azərbaycan
diaspor təşkilatı fəaliyyət
göstərir ki, onlardan
da biri Alm.Az
Drezden Cəmiyyətidir. Cəmiyyətin
sədri Ağahüseyn Babayev
„OLAYLAR“-a verdiyi
müsahibədə bu ölkədəki
Azərbaycan diasporunun vəziyyəti, rəhbərlik
etdiyi cəmiyyətin fəaliyyət
istiqamətlərindən danışıb.
-Ağahüseyn müəllim, Alm.Az Drezden Cəmiyyəti nə vaxtdan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
-Alm.Az Drezden Cəmiyyəti 2006 –çı ildən Almaniyanın Saksonya vilayətinin Drezden şəhərində fəaliyyət göstərir. Cəmiyyətin əsas
fəaliyyət istiqamətlərindən biri Azərbaycan dili, tarixi, mədəniyyəti, musiqisi,
mətbəxini gənc azərbaycanlı övladlarımıza öyrətmək
və adət-ənənlərimizi unutdurmamaq, Azərbaycanın siyasi - ictimai kerçəkliklərini
dolgun, dürüst
şəkildə keçirdiyimiz tədbirlərlə, yerli mətbuat
orqanları vasitəsilə
alman
ictimaiyyətinə
çatdırmaqdır.
Ümumiyyətlə, müstəqil, demokratik, tolerantlıq nümunəsi olan Azərbaycanımızı tanıtmaq
cəmiyyətimizin əsas vəzifələrindəndir.
-Cəmiyyətinizin yaxın vaxtlarda həyata keçirəcəyi tədbirlər, layihələr nədən ibarətdir?
-Hər il oldugu kimi rəhbərlik
etdiyim cəmiyyət Drezden
şəhərində hər il keçirilən, sentyabrın 21–dən oktyabrın 5–ə
qədər davam edən ənənəvi “Multikültrel” festivalında iştirak edəcək. Festivalda
cəmiyyətimiz tərəfindən Azərbaycanın musiqisi, mətbəx mədəniyyəti, adət-ənənələri
yerli
ictimaiyyətə, digər xalqların nümayəndələrinə təqdim
ediləcək. Bundan başqa 18 oktyabr-
Azərbaycanın Müstəqillik Günü,
9 noyabr-Dövlət Bayraq Günü,
17 noyabr-Milli Dirçəliş Günü, Ulu Öndərimizdən bizlərə miras
qalmış 31 dekabr- Dünya Azərbaycanlılarının
Həmrəylik Gününü
qeyd etmək
arzusundayıq. Bütün bunlarla yanaşı xalqımızın qan yaddaşı olan 20 Yanvar, Xocalı
Soyqrımı, 31 Mart-Azərbaycanlıların Soyqrımı Günü hər
il olduğu kimi bu il də yerli ictimaiyyətin və digər
xalqların nümayəndələrinin
iştirakı ilə birgə qeyd olunacaq.
-Hazırda Azərbaycanla Almaniya arasındakı əlaqələri necə dəyərləndirərdiniz?
-Azərbaycan
Respublikası rəhbərliyi tərəfindən aparılan müstəqil, qərəzsiz,
düzgün
və etibarlı tərəfdaş xarici siyasətinin nəticəsində Almaniya –Azərbayçan əlaqələri qarşılıqlı hörmət və ehtiram səviyyəsindədir. Əlbəttə hərdən
müəyyən dairələrdə maraqlar toqquşanda və yaxud
lobbiçiliklə bağlı
hər hansi
bir sifarişin həyata
keçirilməsi ilə əlaqədar bəzi Almaniya
mətbuat və media
orqanlarında böhtan
və həqiqətləri əks
etdirməyən bəyanatlara rast gəlmək olur. Bu çür yazılara
və bəyanatlara bizim cəmiyyət tərəfindən dərhal kəskin reaksiya verilir, öz
etirazımızı
yazılı şəkildə onlara
bildiririk.
-Bəs Almaniyadakı Azərbaycan diasporunun durumunu necə qiymətləndirərdiniz?
Bu gün Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarının əlaqələndirilməsində və əməkdaşlığında Berlin şəhərində
Diasporla İş
üzrə Dövlət Komitəsi
tərəfindən yaradılmış və fəaliyyət
göstərən Koordinasiya Mərkəzinin rolunu
xüsusi qeyd etmək istərdim. Belə ki, Diasporla İş
üzrə Dövlət Komitəsi
və Koordinasiya Mərkəzinin
yüksək peşəkar islərinin
nəticəsində Azərbaycan
diaspor təşkilatları, cəmiyyətləri
ilə əməkdaşlığımız yüksək səviyyədədir. Dogrudur, Almaniyada Azərbaycan
diasporu kiçik zaman ərzində çox önəmli işlər görülüb, nailliyyətlər əldə olunub.
Ancaq bundan da çox işlər görülməli, addımlar
atılmalıdır. İnanıram ki,
bunun üçün
bizim
bacarığımız və fikri
istedadımız kifayət qədərdir.
-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının alman ictimaiyyətinə çatdırlması istiqamətində cəmiyyətiniz hansı tədbirlər keçirir?
-Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi,
Xocalı soyqırımının alman
ictimaiyyətinə çatdırılması istiqamətində
cəmiyyətimiz digər xalqlarin nümayəndələrinin iştiraki ilə müxtəlif formatda tədbirlər
keçirir. Son 2 ildə
rəhbərlik etdiyim
cəmiyyətin təşşəbüsü ilə kreativ bir layihə həyata
keçirmişik. Belə ki şəhər və şəhər
ətrafi sərnişin nəqliyyatlarında
quraşdırılan monitorlarda Xocali soyqrımə haqqında video klip sərnişinlərə
nümayiş olunub. Bundan əlavə
eyni formatda 2015-ci ildə respublikamızda keçiriləcək 1-ci Avropa Oyunlarının başlamasına start kompaniyasına
biz də qoşulmuşuq.
Bu layihələrlə bağlı Az.Tv tərəfindən geniş reportaj hazırlanıb.
- Diasporla İş
üzrə Dövlət Komitəsi və Almaniyadakı Azərbaycan
səfirliyi ilə əlaqələriniz hansı səviyyədədir?
-Diasporla
İş üzrə Döövlət
Komitəsi və Almaniyadakı Azərbaycan səfirliyi ilə
əlaqələrimiz çox yüksək
səviyyədədir. Hər iki qurum keçirdiyimiz
tədbirlər zamanı bizi əyani vəsaitlərlə təmin edir
.Fürsətdən istifadə edib bizə öz vətəndaşlıq borçumuzu yerinə yetirməkdə yardımçı olduqlarına görə onlara öz dərin
minnətdarlığımızı bildirmək istərdim.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 13-15 sentyabr.- S.3.