”Diasporamızın daha da

güclənməsinə ehtiyac var

 

Əli Zülfüqaroğlu: “Bu, erməni təcavüzünün ifşası üçün mühüm əhəmiyyətə malikdir

 

Müsahibimiz Diaspor Jurnalistləri Birliyinin (DJB) İdarə Heyərinin üzvü Əli Zülfüqaroğludur.

 

- Əli bəy, Azərbaycan diasporasının hazırki fəaliyyətini necə qiymətləndirisiniz? Sizcə diasporamız qarşısına qoyduğu hədəfə çata bilibmi?

- Diaspor geniş anlayışdır. Azərbaycan diasporunu təmsil edən 500-ə yaxın təşkilat var. Fikrimcə, diasporun fəaliyyəti dedikdə onu konktretləşdirmək lazımdır. Yəni Azərbaycan diasporunun fəaliyyətinə ölkələr və ya ayrı-ayrı təşkilatların gördüyü işlərlə bağlı qiymət vermək lazımdır. Ümumilikdə götürdükdə diasporamız gənc olmasına baxmayaraq fəaliyyəti dövründə xeyli uğurlara imza atıb. Hətta deyə bilərəm ki, əsrlərlə tarixi olan diasporalar qısa zaman kəsiyində bu dərəcədə hədəfə yaxınlaşa bilməyiblər. Bizim diaspora təşkilatlarımız koordinasiya olunmuş formada, qarşılıqlı əməkdaşlıq şəraitində işlərini qura bilsələr daha böyük nailiyyətlər əldə etmək mümkün olar. Təəssüf ki, hələlik ümumi işin xeyrinə olsa da bu birliyə nail olunmayıb. Məsələn, Azərbaycanın ən böyük diaspor təşkilatları Rusiyadadır, amma bunlardan bəziləri daha aktiv fəaliyyət göstərirlər. Eyni sözü AmerikaAvropaya da aid etmək olar. Belə bir misal çəkə bilərəm ki, Holandiyada “Azərbaycan evi” təşkilatı yeni yaranmasına baxmayaraq aktivdir, bu ölkədə Vüqar Abbasov fərdi olaraq önəmli işlər görür. Brlçikada Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi sözün əsil mənasında səmərəli fəaliyyət göstərir. Bunun nəticəsidir ki, adıçəkilən ölkə parlamenti və dövlət qurumları ilə sıx əlaqələr qura bilibbu ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir. Almaniyada Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamalın fəaliyyəti qənaətbəxşdir, Bundestaq və müxtəlif təşkilatlarla əlaqələri var, Berlində fəaliyyət göstərən Rəksanə Civişovanı qeyd etmək olar, Amerikada Tomris Azəri, Adil Bağırov, İsraildə Arye Qutu normal fəaliyyət göstərən diaspor nümayəndələri kimi qiymətləndirə bilərik. Bu siyahını genişləndirmək də olar. Amma ümumilikdə onu deyə bilərəm ki, Azərbaycan diasporu 2013-cü ildə bir sıra uğurlu nəticələrə də nail olub. Bunu təqdir etmək lazımdır. Xüsusilə Xocalı soyqırımı ilə bağlı qəbul edilən qərarları misal göstərmək olar. Amma bütövlükdə böyük uğurlardan danışmaq tezdir. Hələ bir sıra problemlər varonlar öz həllinu tapmalıdır. Diasporumuz güclənərsə, xarici siyasətdə dövlətə yardımçı ola bilər. Diasporamızın güclənməsi yaxşı haldır. Bütün bunlar erməni təcavüzünün ifşası üçün mühüm əhəmiyyətə malikdir. 21-ci əsrdə diaspor, xüsusən, Azərbaycan kimi ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən onun daha da güclənməsi vacib şərtdir. Lobbiləşməyə ciddi ehtiyac var.

- Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində diasporun fəaliyyətini yetərli hesab etmək olarmı?

- Təbii ki, Qarabağ probleminin həlli dövlətin işidir. Bunu dövlət siyasi ya hərbi yolla həll etməlidir. Diaspor isə dövlətin apardığı siyasətə, o cümlədən Qarabağ məsələsi ilə bağlı atdığı addımlara daha ciddi dəstək verməlidir. Bu səbəbdən Azərbaycan diasporunun erməni lobbisini üstələməsi vacib faktordur. Düşünürəm ki, Azərbaycan diasporu ölkəmiz üçün strateji əhəmiyyət daşıyan ölkələrdə daha da güclənərsə, onun siyasi səhnəsində akltiv rol oynayarsa, həmin dövlətlərdə siyasi proseslərə təsir imkanı qazanarsa, parlamentlərdə, bələdiyyələrdə, müxtəlif dövlət qurumlarında təmsil olunarlarsa, bu zaman dövlətimizn xarici siyasətində uğurların əldə olunmasında öz töhfələrini verə bilərlər. Yoxsa, bunun əksinə olaraq, xaricdə yalnız azərbaycanlıların iştirak edəcəyi tədbirlər keçirəcəyiksə dövlətdən nəsə qoparmaq barədə canfəşanləq edəcəyiksə onda, heç nəyə nail ola bilməyəcəyik. Təəssüf ki, bu faktorları sadalamaq məcburiyyətindəyəm.

- Sizcə, diaspora təşkilatlarımız Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilirlərmi?

- Diaporla İş üzrə Dövlət Komitəsi ciddi addımlar atsa da, əsas yük diaspor təşkilatlarının üzərinə düşür. Fikrimcə, hələ çox işləməliyik. Müxtəlif səpkili, orijinal layihələrə ehtiyac var. Hələ tədbir psixologiyasından qurtula bilmirik. Mənim fikrimcə bir tədbir keçirib, ora 10 min azərbaycanlı yığınca, hər hansı bir xarici mediada, hətta 500 tirajla çıxan region mətbuat orqanında Azərbaycanla bağlı bir yazı dərc etdirmək daha effektlidir. Onu da nəzərinizə çatdırım ki, Avropada hətta region qəzetləri belə 100-200 min tirajla çıxırlar. Bundan başqa koordinasiya daha mükəmməl şəkildə olmalıdır, mexanizmlər işlək olmalıdır, hər bir diaspor üzvü öz üzərinə düşəni etməlidir.

- Azərbaycan diasporası erməni diasporası ilə rəqabətə girə biləcək səviyyəyə yüksələ bilibmi?

- Fikrimcə, Azərbaycan diasporu əvvəlki illərə nisbətən çox inkişaf edib. Hətta erməni diasporunu üstələyən məqamlarımız da var. Bu həm Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Onu da nəzərinizə çatdırım ki, xarici siyasətin uğurlu olmasında diasporun rolu əhəmiyyətlidir. Diasporumuz elə bir səviyyədə olmalıdır ki, dövlətə ciddi dəstək verə bilsinlər. Erməni diasporunun bizdən üstün tərəfi onların adamlarının diaspora milli məsələlərə milyonlarla pul xərcləməsidir. Bizdə isə belə deyil, imkanı geniş olan adamlarımız az hallarda diasporun işinə yardım edirlər. Bunun da səbəbləri var bu səbəblər analiz edilərək nəticə çıxarılmalıdır. Qətiyyətlə demək olar ki, bizim diasporamız heç erməni diasporasından zəif deyil, əksinə, diasporamızın potensialı qat-qat üstündür. Sadəcə həmin potensialın ümumu məqsədlər naminə düzgün istifadəsınə ehtiyac var.

- Diaspora fəaliyyətimizin daha da inkişaf etməsi üçün nələr çatışmır?

- Bilirsiniz ki, Azərbaycan diasporu xaricdə yaşayan azərbaycanlılardan formalaşıb. Onlar Azərbaycanı müxtəlif səbəblərlə tərk ediblər. Ona görə mövqelər müxtəlifdir. Bizim hamımızın vətəni Azərbaycandır hamımızın ortaq ümummilli maraqlarımız problemlərimiz var. Bu ortaq məxrəc bizim birləşdirici vasitəmizdir. Amma birləşmək üçün təkcə aparılan siyasət yetmir, bu, həm düşüncə məsələsidir. Bu səbəbdən müxtəlif siyasi mənsubiyyət ya mövqelər hərdən xaricdə bizim ümumi işimizə mane olur. Amma düşünmürük ki, Xocalıda bizi bir millət olaraq, azərbaycanlı olaraq soyqırıma məruz qoydular, hansısa partiya mənsubiyyətimizə görə yox. Dediyim kimi yuxarıda sadaladığım digər bu kimi problemlər var ki, hələlik birliyimizə mane olur. Ona görə bu məsələlər düşündüyümüz qədər sadə deyil. Bunun üzərində analitik mərkəzlər işləməli, vahid konsepsiya müəyyən edilməlidir.

- Ümumiyyətlə bəzi ölkələrdə diaspor təşkilatlarımız sadəcə kağız üzərində mövcuddur. Reallıqda diaspora sahəsində heç bir görmürlər. Onların fəaliyyətinin dirçəldilməsi üçün hansı addımların atılmasına ehtiyac var?

- Təəssüf ki, belə təşkilatlar çoxdur. Onların fəaliyyətsizliyi ciddi tənqid olunmalıdır. Bəzən belə təşkilatlar da mətbuatda təbliğ olunurlar. Bu da jurnalistlərin həmin təşkilatlarla bağlı məlumatsızlığından irəli gəlir. Diasporla İş üzrə Dövlət Komitəsi bu təşkilatların tənqidi ilə bağlı mətbuata kömək etməlidir. Kəmiyyətə yox, keyfiyyətə üstünlük verilməlidir. Daha aktiv, səmərəli fəaliyyət göstərmək üçün yeni layihələrə ehtiyac var. Medianın bu istiqamətdəki rolu artırılmalıdır. Eyni zamanda stimullaşdırıcı tədbirlərə ehtiyac var. Önəmli işlər görən diaspor fəalları daha çox təbliğ, görməyənlər təşkilatlar isə tənqid olunmalıdır sair.

-Ayrı-ayrı diaspora təşkilatlarımız arasındakı əlaqələri necə qiymətləndirirsiniz?

Diaspor təşkilatları arasında əməkdaşlıq keyfiyyətli diaspor fəaliyyəti üçün vacib olan məsələdir. Deyərdim ki, diaspora təşkilatlarımız arasında lazımi dərəcədə koordinasiya işi olmasa da ümummilli məsələlərin həllinə təsir edə biləcək əməkdaşlıq mövcuddur. Belə bir əməkdaşlığın mövcudluğunu diaspora təşkilatlarımız dəfələrlə nümayiş etdiriblər. Hər hansı bir aksiya yaxud Azərbaycanla bağlı keçirilən tədbirlər zamanı diaspora təşkilatların bir-birinə dəstək verməsi məqsədilə əlaqələr bərpa olunub genişlənib. Bununla da istənilən nəticəni əldə etmək mümkün olub. Belə əlaqələrin daha da sıx olması üçün koordinasiya mərkəzlərinin sayı çox olmalıdır ki, lazımi anlarda bu təşkilatları əlaqələndirə bilsin.

- QHT-lərin diaspora sahəsindəki fəaliyyətini yetərli hesab etmək olarmı?

- QHT-lər birbaşa diaspor fəaliyyəti ilə məşğul olmurlar. Amma Azərbaycanda azsaylı QHT-lər var ki, diaspora təşkilatları ilə əlaqəli şəkildə xaricdə müxtəlif tədbirlər keçirirlər. Məsələn bu yaxınlarda Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov Almaniyanın prezidenti ilə görüşdülər. Görüş zamanı ona Qarabağ xalçası, Heydər Əliyev FonduDiasporla İş Üzrə Dövlət Komitəsinin Qarabağla bağlı hazırladığı kitablar, nəşrlər təqdim olundu. Eyni zamanda bundestaqda görüşlər keçirdilər. Hesab edirəm ki, bu, çox önəmli faktordurbu cür tədbirlər mütəmadi olmalıdır. Amma dediyim kimi Azərbaycanda çox az QHT var ki, bu cür tədbirlər keçirə bilirlər. Buna baxmayaraq, QHT-lərə lazımi dövlət dəstəyi verilməlidir ki, diaspor təşkilatları ilə daha geniş tərkibli tədbirlər keçirilməsinə nail ola bilsinlər. Praktika göstərir ki, vətəndaş cəmiyyətləri ilə diaspora təşkilatlarının əməkdaşlığı sayəsində bir sıra milli problemlərin həllinə nail olmaq mümkündür.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2014.- 16 sentyabr.- S.3.