“Məni Azərbaycan dövlətinin güclü,

Azərbaycan türkünün xoşbəxt olması sevindirir”

 

Sərdar Ünsal: “Son illərdə Türkiyə və Azərbaycan diasporası güçləndi”

 

İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal “OLAYLAR”a fəaliyyətləri ilə bağlı məlumat verdi.

 

QISA ARAYIŞ: Sərdar Ünsal bəy  Türk dili və ədəbiyyatı müəllimidir. Sağlıq peşə liseyində müdür  baş köməkçisidir. 36 ildir jurnalistliklə də məşğul olur. www.igdirim76.com internet saytı var. İğdır Azərbacan Evi Dərnəyinin rəhbəridir.

-Sərdar bəy, əvvəllcə dərnəyinizin məqsədi barəsində məlumat verərdiniz.

-Dərnəyimizin məqsədi Türkiyə-Azərbaycan əlaqələrini inkişaf etdirmək, iki qardaş ölkənin mənfəətlərini qorumaq və Türkiyədə Azərbaycanın səsi olmaqdır. Əsl məqsəd  dünyanın hər yerində yaxşı təşkilatlanmış erməni diasporasına qarşı fəal mübarizə etmək, ermənilərin vəhşi qatil üzlərini azad dünyaya çatdırmaq, Azərbaycanın, Türkiyənin ermənilərə qarşı apardığı diplomatik mübarizəyə vətəndaş cəmiyyəti təşkilatı olaraq yardım etmək, töhvə verməkdir. Bu səbəblə hər il  20 yanvar faciəsini, 31 mart soyqırım gününü anma toplantıları həyata keçirirk. Bu toplantılarda ermənilərin etdiyi zülmü, soyqırımı xalqımıza bir daha xatırladırıq. Mətbuat açıqlamları ilə hər yerə çatdırırıq. Ermənilərin dost olmadığını, türk düşməni olduğunu, torpaqlarımızda gözü olduqlarını, işğalçı bir dövlət olduqlarını anladırıq.   Qısası, ermənilərin həqiqi üzünü bütün dünyaya anlatmağa çalışırıq.

-Ermənilərin saxta soyqırım iddialarının 100-cü ildönümünə hazırlıq prosesi ilə bağlı nələri deyə bilərsiniz?

-Ermənilər 2015-ci ilə illərdir hazırlanırlar. Çünkü bu tarix onlar üçün önəmlidir. Sözdə soyqırım yalanlarının 100-cü ili səbəbilə  dünyanın hər yerində diasporaları müxtəlif tədbirlər edərək özlərinə tərəfdar toplayırlar. Bu gün  20-dən çox   erməni yalanını qəbul edib. Ermənilər 2015-ci ilə qədər bu sayı 50-yə çatdırmağı hədəfləyiblər. Bu günkü durumda bu bir az çətin kimi görünür. Çünki bəzı dövlətlər ABŞ-a baxır.  Əgər ABŞ qəbul edərsə, konqresdən keçərsə, o zaman say arta bilər.  Əks təqdirdə çətindir.  Amma erməni diasporası heç boş durmur. Fəaliyyətini daha da sürətləndirib. Xüsusilə,  ABŞ-da fəaliyyətləri sürətli bir şəkildə davam edir. Bu çalışmaların da ilkin əlaməti kimi ABŞ və İngiltərənin istəyi ilə Türkiyə hökuməti baş nazirlik adından bir təziyə mesajı yayınladı. Diasporanın istəyi əsasında  sərhəd qapıları da açıla bilər. Bu mövzuda Türkiyədəki erməni  heyranları imza kampanyası da aça bilər. Qısacası hər şey ola bilər. Çünki 2015-ci ilə az qaldı və qeyd etdiyim kmi diaspora çalışmalarını sürətləndirdi.

-Siz dərnək olaraq hansı tədbirləri həyata keçirirsiniz?

-İğdır Azərbaycan Evi Dərnəyi olaraq bu il erməni sözdə soyqırım yalanlarına qarşı planlı bir fəaliyyətə başladıq.  Şəhər meydanında mətbuat açıqlaması etməklə Xocalı faciəsini andıq.  TRT Avaz kanalı tədbirimizi işıqlandırdı. Konfrans keçirdik. Aprel ayında ermənilərin İğdırda etdiyi soyqırının mərkəzi olan Gedikli, Hakmehmet, Oba kəndlərində şəhidləri anma tədbirləri keçirdik.   Önümüzdəki günlərdə İğdırdakı məktəblərdə erməni zülmünü anladan toplantılar keçirəcəyik.  Əğər sponsor tapa bilsək sadəcə erməni zülmü ilə bağlı qəzetlər çıxaracağıq.  İnsanları məlumatlandırmaq üçün xüsusilə internet  sosial şəbəkələr vasitəsilə erməni yalanlarını, Türk millətinə etdiyi zülmü, vəhşiliyi geniş bir şəkildə anladacağıq. Təbii ki, bəzi işlər imkan məsələsinə bağlıdır. Bir yerdən dəstək görsək, daha gözəl işlər həyata keçirə bilərik. İmkanlarımız çərçivəli və öz imkanlarımız sayəsində işlər görməyə çalışırq.

-Erməni yalanlarına qarşı Azərbaycan və Türkiyə türkləri nə cür mübarizə aparmalıdırlar?

-Ermənilər dünyanın hər yerinə dağılıblar. Onlar Türkiyədə iddia etdikləri kimi  soyqırıma məruz qalmadılar,  dünyanın müxtəlif yerlərinə köçürüldülər. Bəzi erməni mənbələri, türklər erməniləri qırdı, deyə yalan deyirlər. Halbuki öldüyü bildirilən insanların  ABŞ və digər ölkələrdə yaşadığı sənədlər vasitəsilə isbat edildi. Xüsusilə ABŞ-da olan erməni diasporası çox güclüdür. Onlara dünyanın hər yerindən  adamları dəstək verir, pul xərcləyirlər. Birlik qura bildikləri üşün ABŞ konqesinin üzvlərinə təsir edə bilirlər. Erməni diasporası hər il məlum aylarda uşaqlardan da istifadə edərək AvropaABŞ-da  evləri, yerlərini gəzərək ”Bizlər 1915-ci ildə türklər tərəfindən soyqırıma uğrayan ermənilərin nəvələriyik.  Bu  həqiqəti qəbul edin  bizim davamıza sahib çıxın, bu broşürü oxuyun ” şəklində çalışma həyata keçirirlər. Beləcə Avropa və ABŞ insanlarını uşaqlardan istifadə etməklə aldadırlar. Bəzən isə qərb mətbuatına ya xətir, ya da pul müqabilində özlərinə dəstək yazıları yazdırırlar. Yəni onlar hər sahədə əlaqələr qurub planlı çalışırlar. Təəssüf ki, nə Türkiyə, nə də Azərbaycan diasporası yetəri qədər çalışa bilmir. Bu könül, inanc işidir. Bu işə könül verənlər uğur qazanırlar.  Son zamanlarda xaricdəki könüllü Azərbaycan və türkiyəli türk qardaşlarımız ermənilərə qarşı milli şüur çərçivəsində mübarizə aparır və uğur qazanırlar. Bizlər də el birliyi ilə çalışaraq erməni yalanlarına qarşı durmalıyıq.  Bu gün Türkiyədə yüz min insan küçələrə çıxıb “hər birimiz erməniyik” deyə gedirsə,  bu məsələdə bir tərslik var. Demək ki, Türkiyədə türklər yaşamır və ya türk milləti laqeyd hala gəlib. Türk millətinin milli mövzularda oyanması lazımdır.  Erməni diasporası mətbuat, televiziyalardan istifadə edərək insanları küçələrə tökə bilir. Biz isə bunu o qədər də bacara bilmirik. Türkiyə,  AvropaABŞ-da  erməni heyranları çoxdur. Bu səbəbdən də diaspora güclüdü deyə bilərəm. Lakin bu   diaspora işini əl altından görür. Son illərdə Türkiyə və Azərbaycan diasporası güçləndi. Hər bölgədə açılan  dərnəklər Azərbaycanın səsi olub. Bu gün Xocalı faciəsini bilməyən demək olar ki, yoxdur. Azərbaycan diasporasının imkânı ilə erməni diasporasının iqtisadi gücü bir deyil. Onlar daha güçlüdür, mətbuatda adamları var.  İşi yaxşı bilirlər. Ortada görünməsələr də, dərindən çalışırlar.  Biz bütün meydanlarda, salonlarda səsimizi yüksəldirik. Toplantılar, yürüşlər edirik. Onlar bunu edə bilmir. Amma Hıran Dink öldürüldüyündə minlərcə insan yürüş edə, bir  araya gələ bildi. Təəssüf ki, biz çox az sayda toplana bilirik. Bu məsələ müzakirə oluna bilər. Məncə,  ermənilər çox yaxşı təşkilatlana bilirlər. O dəqiqə mətbuatda olan adamları ilə əlaqəyə keçə bilirlər.  Bir El Cezirə televiziyası Türkiyədə də TV satın  ala bilirsə, Azərbaycan diasporası və ya televiziyası Türkiyədə bir TV və ya qəzet satın alıb daha çox kütləyə erməni həqiqətlərini anlada bilər. Təbii ki, biz imkanlarımız daxilində ermənilərə qarşı mübarizəmizi davam etdirirk. Gələcəkdə daha güclü olacağıq. Türkiyədə Osman Sınav deyilən bir rejissor var. O rejissora Xocalı ilə bağlı dünyada tanınan aktyorların iştirakı ilə bir film çəkdirilə və dünyanın hər yerində yayımlada bilərik. Bu gün Azərbaycan güclüdür. Neft, təbii qaz kimi silahı var. ABŞ, rus şirkətlərinidən istifadə edərək diplomatik hücuma keçə bilər. Kapitalist dünyada ABŞ, İngilis şirkətləri pul üçün hər şey edə bilərlər. Məncə, Azərbaycan bu silahından istifadə etməlidir. Rus, ABŞ, İngilis adamları məsələni həll edə bilərlər. Qarabağ hər türk üçün qanayan yaradır. Bir an öncə bu məsələ çözülməli və torpağı Azərbaycana qaytarılmalıdır.  Məsələnin bir  dövlətlərarası diplomatik tərəfi var ki, onu biz bilmirk.  Hörmətli ölkə başçısı  İlham Əliyev bu problemi çözmək üçün əlindən gələni edir. İnşallah gerçəkləşdirər.

-Türkiyənin lobbiçilk fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

-Türkiyə təəssüf ki, lobbiçilik məsələsində zəifdir.   Əslində bu işə ASALA terror təşkilatının türk diplomatlarını şəhid etdiyi zaman başlamalı idi. Bu işdə gecikdik və hələ də gözlə görünən bir çalışma yoxdur.  Halbuki Avropada  yaşayan minlərlə Türk insanı lobbiçilik fəaliyyətini ən yaxşı şəkildə həyata keçirə bilərdi. İndiyoxdur. Təzə-təzə inkişaf edir. Azərbaycan bu məsələdə daha fəaldır. Hər sahədə səsini yüksəldir. Sizdə ermənilərin sözdə soyqırım yalanlarını ifşa edən minlərcə kitab var. Bizdə isə çox azdır. Bu məsələdə daha aktivgüçlü lobbilər yaratmalıyıq. Diplomatiyanın bu işlərə nə üçün bu qədər soyuq yanaşdığını anlaya bilmirəm. Türkiyə və Azərbaycan ortaq bir lobbi qurmalıdır və ermənilərin həqiqi üzünü dünyaya sənədlərlə göstərməlidir. Bu məsələdə məlumatlı gənclər yetişdirməliyik. Ermənilər gənclərini türk düşməni kimi böyüdür.   Biz isə sülhsevər gənclər yetişdirik ki, məncə bu yanlış yanaşmadır. Gənclərimiz erməni zülmünü bilməlidirlər. Belə ki, Xocalı faciəsinin anım günlərində gənclər Avropa, ABŞ, rusun evinin, yerinin qapısını çalmalı, “mən erməni tərəfindən evi yıxılan, torpağı işğal edilən Xocalıdanam, erməni soyqırımına uğradım, mənim səsimi duyun”deməlidir. Amma bunu kimsə etmir. Əvəzində erməni bu yolla öz yalanları ilə dünyanı aldadır.

-Sizcə diaspora fəaliyyətini daha da önə götürə bilmək üçün nə etmək olar?

-Azərbaycan diasporası fəaliyyətinə ağırlıq verməli, dünyanın hər yerində təşkilat qurmalıdır. Toplantılar keçirməli və pul verərək toplantılarına dünyanın tanınmış sənətçilərini gətirməlidir. Onlar vasitəsilə ermənilərin işğal etdikləri torpaqları, qaçqınların vəziyyətini dünyaya anlatmalıdır.

Türkiyə bir proqram çərçivəsində tanınmış sənətçilərini pulsuz konsertlərə göndərməlidir. Bu konsertlərdə erməni zülmü, Qarabağ məsələsi anladılmalıdır Tanınmış televiziya əməkdaşı və jurnalistlər Azərbaycana dəvət edilməli, inkişaf edən Azərbaycan tanıdılmalıdır. Qaçqınlarla görüşlər təşkil olunmalı və Qarabağ məsələsi deyilməlidir. Azərbaycanda görən adamları prosesə cəlb olunmalıdır. Hər bir əcnəbi adamı  Azərbaycanın könüllü lobbisi, səsi olmalıdır. Öz ölkələrindəki siyasətçi və millət vəkillərini də bu işə cəlb etməlidirlər.

Lazım gələrsə Avropadakı məclislərə erməni soyqırımları sənədlər şəklində təqdim olunmalıdır. Bu işdə neftin və qazın həlledici rol oynayacağını düşünürəm.

Son söz əvəzi

Serdar Ünsal: Müsahibə üçün təşəkkür edirəm. Məni Azərbaycan dövlətinin güclü,  Azərbaycan Türkünün xoşbəxt olması sevindirir. Bu  yavaş-yavaş gerçəkləşir. Gələcəkdə Azərbaycan bölgənin ən güçlü dövləti olacaq. Nəyin bahasına olursa-olsun işğal olunmuş torpaqlarını geri alacaqdır. Geri alacaq gücə və qüdrətə sahibdir. 1990-cı ildə  Azərbaycan türkünün damarlarında dolaşan əsil türk qanı necə coşdusa, sovet hakimiyyətini Azərbaycandan necə söküb atdısa, bu güneyni ruha sahib Azərbaycan türkü erməniləri işğal edilən torpaqlardan atacaq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 17 sentyabr.- S.3.