Diaspora təşkilatlarımızı

birləşdirən məkan – Azərbaycan

 

Ulu Öndərimizin bu sahədə tövsiyələri, qarşıya qoyduğu mühüm vəzifələr və tapşırıqlar, dövlətin siyasi xətti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir

 

Diaspora müstəqil dövlətlərin inkişafı və nüfuzu üçün mühüm rol oynayır. Əgər diaspor fəaliyyəti güclü və zəif ölkələri müqayisə etsək bunun əhəmiyyətini daha aydın görmüş olarıq. Xüsusilə münaqişə tərəfi olan hər hansı bir dövlətin diasporu olmalı və inkişaf etməlidir. Diasporamızın bu nöqteyi-nəzərdən fəaliyyət növü hər zaman Azərbaycan üçün əhəmiyyətli olub. Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsi ötən əsrin ortalarından başlayıb. Həmin vaxtlar ölkəmizin diaspor fəaliyyətinin davamlılığı və sistemli olmasına diqqət yetirilməyib. Bu problemi biz müstəqilliyimizi bərpa edəndən sonra hiss etdik. Belə ki, düşmənlərimiz bizim yeni-yeni başladığımız lobbi fəaliyyətini uzun illər idi ki, aparırdılar. Onlar diaspor fəaliyyətini məhz bizə qarşı yönəltdilər. Azərbaycan indi kosmik inkişafı sayəsində müdafiə səviyyəsindən çıxaraq erməni diasporası ilə açıq mübarizə keçərək üstünlük əldə edib. Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət yetirir. Xarici ölkələrdə keçirilən tədbirlər, aksiyalar bunun nümunəsidir. Azərbaycan diasporu güclənir və koordinasiya edilmiş şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycan diasporu xarici ölkələrdə təkcə dərnəklər şəklində deyil, dövlətin xarici siyasət orqanları səviyyəsində fəaliyyət göstərir. Yaxın gələcəkdə Azərbaycan diasporasının fəaliyyəti istədiyimizdən də yüksək səviyyədə olacaq.

 

Dünyanın hər yerində varıq

 

50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Göründüyü kimi Amerika qitəsi ölkələri arasında azərbaycanlıların ABŞ-da sayı çoxluq təşkil edirdiaspora fəaliyyətinin əsas yükü ABŞ-da qurulmasıdır. ABŞ-da məskunlaşan azərbaycanlıların əksəriyyəti Güney Azərbaycandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism soydaşlarımızın  bu ölkəyə  axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.  Diaspora təşkilatlarımız son illər mövqelərini müsbətə doğru dəyişməyə nail olublar. Burada Azərbaycan-Amerika Alyansının fəaliyyətini qiymətləndirmək lazımdır. Alyansın ABŞ-da gördüyü işlər Amerika xalqının Azərbaycana olan münasibətin müsbətə doğru dəyişməyinə hesablanmış fəaliyyət saymaq olar. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsasən, Avropa azərbaycanlıların sayı Türkiyədə  Rusiyada, milyonlarla, UkraynadaBelarusda, Almaniyada, Böyük Britaniyada   yüzminlərlədir. Bizim Türkiyədə diasporamız güclüdü. Diaspora təşkilatlarımızın say hesabıyla çoxluq təşkil etdiyi ölkə Rusiyadır. Avropanın bir neçə ölkəsindəki diaspora təşkilatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir.

 

Diasporamızın xarici ölkələrin ictimai-siyasi həyatında rolu

 

Ümummilli lider Heydər Əliyevin soydaşlarımızla keçirdiyi  tarixi  görüşlərdə verdiyi   tövsiyələr xaricdə  məskunlaşmış Azərbaycan ziyalıları tərəfindən  proqram vəzifələr kimi qəbul edilmiş, milli özünüdərk hissinin  təşəkkülü, milli mədəniyyətimizin təbliği, soydaşlarımızın  müstəqil dövlətimiz ətrafında sıx mənəvi birliyinin təmin olunması sahəsində mühüm addımlar atılıb. Həmin tövsiyələrin uğurla həyata keçirilməsi sayəsində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkənin  ictimai-siyasi həyatına  daha fəal inteqrasiya etmiş, bu ölkələrin   qanunvericilikicra orqanlarında həmvətənlərimizin də  təmsil olunması istiqamətində məqsədyönlü aparmaqdadır. Soydaşlarımızın Türkiyə, Estoniya, GürcüstanMoldova Parlamentlərində təmsil olunmaları, Özbəkistanda, Rusiyada keçirilən parlament seçkilərində ilk dəfə olaraq həmyerlilərimizin irəli sürdüyü  namizədlərin qeydə alınması, Rusiya, Ukrayna və Qazaxıstanda  onlarca  soydaşlarımızın yerli qanunvericilik orqanlarına deputat seçilməsi həmvətənələrimizin ictimai-siyasi fəallığının yüksəlməsinin göstəricisidir. Azərbaycan diasporunun təşkilatlanması istiqamətində görülən uğurlu işlər nəticəsində bir sıra dövlətlərin rəsmi strukturlarında həmvətənlərimizin də təmsil edilməsinə şərait yaranmışdır. Belə ki, Birləşmiş Ştatlar, Rusiya, Ukrayna, Litva, Qazaxıstan, Özbəkistan və bəzi Avropa ölkələrinin idarəetmə orqanlarında soydaşlarımızın fəaliyyət göstərməsi ötən dövrdə qazanılmış nailiyyətlərin artıq öz uğurlu nəticələrini verdiyini söyləməyə imkan yaradır. Xarici ölkələrdə yaşayan Azərbaycan diasporu ilə əlaqəni möhkəmləndirmək diaspora fəaliyyətini koordinasiya etmək məqsədilə Ulu Öndərin rəhbərliyi ilə 5 iyul 2002-ci il tarixdə respublikamızda “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi” yaradıldı. Dünya azərbaycanlılarının I (2000-ci il) və II qurultaylarının (2001-ci il) keçirilməsi də məhz diaspor məqsədlərinin yerinə yetirilməsi istəyindən irəli gəlirdi. Prezident Heydər Əliyevin təklif və təşəbbüsü ilə elə I qurultaydaDünya Azərbaycanlılarının əlaqələndirmə şurası” yaradıldı. Bu bir daha Azərbaycan dövlətinin onun milli maraqlarına xidmət edən diasporasını verdiyi töhfənin bariz nümunəsidir. Bu gün həmin siyasi xətt prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İlham Əliyevin “Mən 9 milyonun yox, 50 milyon azərbaycanlının prezidentiyəm” deməsi çox mətləblərdən xəbər verir. Bütün diasporanın tək istinadgah nöqtəsi Azərbaycandır.

 

Diasporanın əhəmiyyəti

 

İnkişafın bütün mərhələlrində, xüsusən, Azərbaycan xalqının təşəkkülü prosesində milli birlik ideyalarının yenidən formalaşması və təkmilləşməsi Azərbaycan milli şüurunun beynəlxalq aləmdə qəbul edilib, başa düşülməsi bu günkü inkişafımızın prioritet məsələlərindəndir. Müasir dövrün tələblərinə uyğun olaraq, qloballaşan dünyada inteqrasiya etmək və eyni zamanda bu proses zamanı xalqların öz milli dəyər və xüsusiyyətlərini qoruyub saxlaması zərurəti meydana çıxır. Əlbəttə, bu zərurət hər şeydən əvvəl xalqın və cəmiyyətin milli şuurunda öz əksini tapmalı, mövcud beynəlxalq situasiyadan milli dəyərlərə ziyan gətirmədən istifadə olunmalıdır. Tarixən müxtəlif dövlətlərin maraq obyektinə çevrilmiş Azərbaycanın Şərq və Qərb arasındakı əhəmiyyətli coğrafi mövqeyi, dünya siyasəti və dövlətlərinin ona bu konteksdə yanaşması, xarici iqtisadisiyasi müdaxilə xalqımız içərisində vahid birlik ideyalarının yeni formada yaranıb inkişaf etməsinə səbəb olmuşdur. Həmin birliyin inkişafı və möhkəmləndirilməsi təkcə Azərbaycan Respublikası vətəndaşlarından deyil, həm də bütün dünyaya səpələnmiş soydaşlarımızın təşəbbüskarlığından, səyindən və fəaliyyətindən asılıdır. Yunan dilindən "səpələnmək” kimi səslənən diaspora öz əvvəlki mənasından fərqli olaraq, bu gün daha konkret məna daşıyır. Belə ki, diaspora-tarixi torpaqlarından buya digər səbəblərdən dolayı emiqrasiya etmiş əhalinin mərkəzlə, yəni doğma ata-baba yurdu ilə əlaqələndirilməsidir. Anlayışa məhz bu prizmadan yanaşılması ona siyasi xarakter verir ki, bu da bir neçə xüsusda təzahür edir. Bunlar diasporun yerli siyasətə təsiri, dövlətin siyasi haqlarının tanınması, beynəlxalq aləmdə müstəqil kimliyin yaradılması, siyasi mühacirlərin üzləşdiyi problemlər, diaspor təşkilatları fəaliyyətinin əlaqələndirilməsi, sosial-mədəni tədbirlərin keçirilməsinə dövlət dəstəyi və sairdir. Sadalanan məsələlər diasporun təməl prinsipləri olub, onların araşdırılması və dəyərləndirilməsi, bizcə, diaspor sözünün əsl mənasını açmağa bizə imkan verir. Dövlət, prinsipcə, yalnız öz sərhədləri daxilindəki əhali ilə birbaşa maraqlandığı halda, diasporanın təsir dairəsi daha genişdir. Prinsip etibarilə, diaspor təşkilatları ölkə daxilində yaşayan əhali ilə onun xaricində yaşayanların əlaqələrini qurmağı, fəaliyyətlərini koordinasiya etməyə çalışır. Məhz buna görə də dövlət və diaspora fəaliyyətinin bir istiqamətə yönəlməsi, başqa sözlə desək, onun vətəndaşlarının bütöv halda formalaşması vacibdir.

Nəticə: Azərbaycan diasporunun inkişafına dövlət qayğısı bu gün daha da güclənib. Ulu Öndərimizin bu sahədə tövsiyələri, qarşıya qoyduğu mühüm vəzifələr və tapşırıqlar, dövlətin siyasi xətti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. İnanırıq ki, həmin qayğı gündən günə artacaq və Azərbaycan diasporu xarici ölkələrdə yaşayan diasporalar arasında öncüllərdən biri olacaq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 18 sentyabr.- S.3.