“Zəlimxan Yaqub yaradıcılığında
türk-islam əxlaqı”
Türk-islam dünyasının önəmli şairlərindən olan Zəlimxan Yaqubun müxtəlif illərdə xalq şeiri üslubunda ərsəyə gətirdiyi ədəbi-bədii nümunələrdə Türk-müsəlman əxlaqı özünü göstərməkdədir.Zaman-zaman Allah və ”Quran” inamına sadiq qalan türklərin cəsarəti, qəhrəmanlığı barədə dastan sayağı əsərləri hər bir türkün gözündə canlanır.Türklərin islam mədəniyyətinə bəxş etdiyi gözəl əxlaq, Allah və “Quran”a inam, islam dininə və türk dilinə sadiqlik, möhkəm etiqad, türkün al qırmızı rəngli bayrağa və torpağa ruhu, canı qədər bağlanmaq, vahid bir ad altında-böyük türk dövləti qurmaq və ərazilərini genişləndirmək türklərin zamanın astanasından süzülərək gəlmiş ənənələrin zənginliyindən xəbər verən faktlarından biridir.Təbii ki, sadalanan yüksək əxlaqi keyfiyyətlər eyni zamanda böyük türk dövlətinin, mədəniyyətinin, ədəbiyyatının, tarixinin qədimlərə gedib çımasından xəbər verən əsas və yeganə mənbələrdən hesab olunur.
Zaman etibarı ilə oğuz dillərinin
ilk böyük şairi Yunus Əmrəyə
ulu sayqılarla qəlbinin dərinliyindən
süzülərək ərsəyə gətirdiyi ədəbi-bədii
nümunəsində Zəlimxan Yaqub sufi şairin Uca Allaha bağlı
olmasından, türkün ana
yurdunda-Sarıcaqayadan Anadoluya qədər
geniş
bir ərazini əhatə etməsindən
xəbər verir:
Doğulan çox olsa da, neyləsin doğan ana,
Hər gün dünyaya gəlmir nə Yunus, nə Mövlana.
Dahilik zərrə-zərrə hopur
iliyə, qana,
Dünyanın yaxşi şeri
hər gün yazilan deyil!
Əsərlərini fars dilində
yazmasına baxmayaraq,
ilk dəfə türk
dilində söyləyən,
XIII əsr təsəvvüf
poeziyasının ilk böyük
nümayəndəsi Mövlana
Cəlaləddin Rumiyə
həsr etdiyi
“MÖVLANA TÜRBƏSİNDƏ” əsəri
deyiləni ədəbi
fakt kimi bir daha təsdiqləyir.
2006-ci ildə “Şərq-Qərb”
nəşriyyatı tərəfindən
kütləvi tirajla nəşr olunan “Seçilmiş Əsərləri”nin iki cildliyinin
ikinci cildində Türk-islam əxlaqının
kodekslərindən çıxış
edərək həmin
ədəbi-bədii nümunələrini
ərsəyə gətirməsi
əslində Zəlimxan
Yaqub yaradıcılığının
əsrarəngizliyindən, möhtəşəmliyindən irəli gəlir.
Müasir dövrdə
Türk-İslam əxlaqının
ən gözəl xüsusiyyətlərini özündə
birləşdirən Zəlimxan
Yaqub əsərləri
tarix boyu türk xalqının yüksək əxlaq sahibi olmasını bir daha sözün
həqiqi mənasında
oxucunun gözü önündə canlandırmaya
bilmir.Bu da öz növbəsində
əsası XIII əsrdə
Yunus Əmrə tərəfindən “Vəhdəti-vücud”fəlsəfəsinin
yaxud da Mövlana Cəlaləddin
Ruminin zərrənin-insanın
bütövə-Allaha yaxınlaşması
fəlsəfəsinin qaranlığına
dalmasından irəli
gələn faktordur.
Qarsın
xocası Fövzi paşa okul müdiri Şahmət Bilgirə ulu sevgilərlə ünvanladığı
“ŞAHMƏT XOCA” şeirində poetik olunması baxımından poeziya həvəskarlarının qəlbini
türk-islam əxlaqının
çalarları ilə
zənginləşdirir.
Qars ilə oyanırdım,
Konya ilə yatırdım,
Ən şirin
arzuların xoş ətrinə batırdım.
Bu torpaqla görüşə
lap çoxdan can atırdım,
Yaxşı ki, ömrüm
sənə tuş oldu, Şahmət Qoca!
“QOCATƏPƏ CAMESİNDƏ” şeirində bəndənin
mərhəməti ilə
geniş olan Uca Allahın qarşısında əyilməyini
minnətdarlıq əlaməti
kimi oxucunun nəzərinə çatdırır.
Qocatəpə camesi… namaz cümə namazı,
Tanrının xidmətində yüz
min adam var
azı.
İlk dəfə silkələndi
qəlbim, quhum, varlığım,
Əyilmək-ucalığa mənim minnətdarlığım.
Türk
övladının nə
krala, nə şaha, nə zora, nə də
silaha əyilmədiyini
belə göstərir:
Türk
övladı əyilməz
nə krala, nə şaha,
Türk
övladı əyilməz
nə zora, nə silaha.
Türk-müsəlman əxlaqının əsas
konsepsiyası olan Yaradanların ən gözəli olan uca Allaha, bəndələrə
qiyamətə qədər
doğru yol göstərən ilahi, nurani, səmavi kitaba-“Quran”a tabe olmaq Zəlimxan
Yaqub əsərlərindən
də yan keçmir.Bu konsepsiya zaman-zaman Türk-müsəlman
dünyasının ən
önəmli söz sənətkarlarının yaradıcılığının
əsasını təşkil
edib.Müasir çağdaş
dövrdə isə bu ənənəvi konsepsiyanı Zəlimxan Yaqub əsərlərində
yüksək Türk və Müsəlman ruhunda davam etdirir.Hətta
“Seçilmiş Əsərləri”nin
I və II cildində
“MƏLƏK DODAĞINDA DİNƏN NƏĞMƏLƏR”,
“TƏBİƏT ALLAHIN ŞAH ƏSƏRİDİ” bölməsi deyilənləri
geniş oxucu kütləsinin gözü
önündə canlandırır.
1991-ci ildə “Gənclik”
nəşriyyatı tərəfindən
yüksək tirajla nəşr olunan və 1995-ci ildə “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram” poemaları ilə birlikdə “Hacı Zeynalabdin Tağıyev” ədəbi mükafatına
layiq görülən
“Ziyarətin qəbul olsun” kitabının “İstanbulda quşlar qondu çiynimə” bölməsində Yunus Əmrəyə, Mövlana
Cəlaləddin Rumiyə,
Şahmət Bilgirə,
Məhmət Akif Ərsoya, Məhəmməd
Əmin Rəsulzadəyə,
Memar Sinaniyə, Nazim Hikmətə zaman-zaman haqqın süzgəcindən süzürək
gəlmiş dastan-epos
xarakterli əsərlərində
adlara rast gəlinməsi ədəbiyyat,
mədəniyyət üçün
əsrarəngiz, möhtəşəm,
ecaskar sənət əsərləri ərsəyə
gətirməyə qadir
olduğunu yenidən gözlər önündə
canladırır.
Zəlimxan Yaqub
kainatin fəxri, nəbilərin sərvəri,
dünyanin yaradılmasının
əsas və ilk şəxsi rəsulullahın,həbibullahın,
sonuncu Peyğəmbər
Əfəndimiz Həzrət
Məhəmməd (səlləllahu
əleyi və alihi və səlləm)
böyük sevgi ilə ərsəyə gətirdiyi “PEYĞƏMBƏR” poeması zaman-zaman, tarix boyu peyğəmbərlərin
əxlaqının dünyada
hər bir bəşər övladı
üçün nümunə
olduğunu sübuta yetirən növbəti ədəbi-bədii nümunələrdən
biridir.Türk-müsəlman dünyasının ən
gözəl şairi Yunus Əmrəyə böyük türk sevgisi ilə ərməğan etdiyi “Yunus Əmrə dastanı” poeması təsəvvüf şairinə
olan sevgisindən yaranıb.
Azərbaycan xalqının
adət-ənənəsini dərindən bildiyi üçün daha çox heca vəznində ərsəyə
gətirdiyi ədəbi-bədii
nümunələrdə türk
xalqının ərənlər
meydanında döyüşə
hər an qəhrəmanlıq
ruhu ilə hazır olduğunu
“DÖYÜŞƏN TÜRK,OYANAN TÜRK, QALXAN TÜRK” əsərində ən incə çalarları ilə əks etdirməklə yanaşı,
həm də türk xalqının
“GİLQAMIŞ”, “ALPAMIŞ”, “MANAS” dastanlarında
da böyük iftixar hissi ilə
əks etdirir:
“Gilqamış”dan, “Alpamış”dan,
“Manas”dan,
Geri qalmaz dastan olsun bu dastan.
Qurtar bizi bu həsrətdən,
bu yasdan
Dəniz
kimi dalğalan, türk, çalxan, türk!
Döyüşən türk, oyanan türk, qalxan türk!
Dünya tarixi
ərzində öz torpaqlarının ərazi
bütövlüyünün qorunub saxlanılmasında
yüksək əzmkarlıq
hissi ilə digər hökmdarlara nümunə olan Ərtoğrul bəy, Osman qazi, Orxan
qazinin adını yüksək və ali hisslərlə
öz poeziya örnəklərində qabarıq
şəkildə əks
etdirir:
Yaddaşında sıralansın, anılsın,
Ərtoğrul bəy, Osman qazi, Orxan, türk!
Yenə Tanrı dağlarını qucaqla,
Dağlar olsun səngərin, türk, arxan, türk!
Döyüşən türk, oyanan türk, qalxan türk!!!
Beləliklə,
Türk-müsəlman dünyasının önəmli şairi olan Zəlimxan Yaqub həm ümumtürk,
həm ümummüsəlman, həm də ümumbəşəri
duyğuları Türk-İslam əxlaqının
ən incə çalarlarını, təsəvvüf
ideyalarını öz əsərlərində
əks etdirən Böyük Türk Oğludur.
Kənan
Aydınoğlu
Olaylar.-
2014.- 19 sentyabr.- S.4.