Diaspora təşkilatlarımız
təsirli üsullara
yiyələnməlidir
İctimai-siyasi təsir
rıçaqlarına önəm verilməlidir
Azərbaycan diasporası inkişaf mərhələsini yaşamaqdadır. Buna baxmayaraq hələ də bir sıra problemlər var ki, onların aradan qaldırılması vacib sayılır. Diasporanın hazırki vəziyyəti və görüləcək işlər barədə jurnalistlər nə düşünür?
“Gündəlik Teleqraf” qəzetinin
əməkdaşı Bəxtiyar Məmmədli bildirib ki, 10-15 il əvvələ nəzər saldıqda Azərbaycan
diasporasının indi xeyli
işlər gördüyünün şahidi oluruq. Amma bununla yanaşı,
problemlər də az deyil.
Xüsusilə, diasporanın fəaliyyətində bir sistemsizlik özünü göstərir, pərakəndəlik
var. Daha çox isə diaspor rəhbərliyinin
ümumi dövlət maraqlarından deyil, şəxsi maraqlardan
məsələyə yanaşmasının şahidi
olursan. Təbii ki, bu fikirləri hər kəsə aid etmək olmaz. Ona görə də öz
şəxsi maraqlarını üstün
tutan şəxslərin diaspor
fəaliyyətindən uzaqlaşmasına çalışmaq
lazımdır. Misal üçün,
bu gün Rusiyada olan Azərbaycan diasporunu göstərmək olar.
Təkliflərə gəlincə, Azərbaycanın
tanıdılması istiqamətində kiçik
təşkilatlar üçün ümumi fəaliyyət proqramı
olmalıdır. Əgər Avropanın bir
şəhərində iki Azərbaycan diasporu varsa, onlar eyni istiqamətdə
fəaliyyət göstərməməlidir. Eləcə də
Diaspor Komitəsi onlara
lazımi köməkliyi göstərməlidir: “Gələn ilin aprelində qondarma erməni
soyqırımının 100 illiyi ilə
bağlı ermənilər silsilə tədbirlər
keçirəcəklər. Ermənilərin bu
kampaniyasına qarşı işlər
aparılmalıdır. Ola bilsin
ilin sonundan başlayaraq hansısa işlər
görülməyə başlanacaq, bu da artıq gecdir”.
Bakupost.az
əməkdaşı Fərəh Sabirqızı deyir ki, Azərbaycanı xarici ölkələrdə
təmsil edən bəzi təşkilatlar, diaspor qurumları
ilə əlaqələri var: “Ara-sıra onların
keçirdikləri tədbirlər haqqında məlumatları
da yayırıq. Sözsüz, etiraf etmək lazımdır ki,
əvvəlki dövrlərə nisbətən son illər diaspor
qurumlarının işində də müəyyən aktivlik, hətta müəyyən təşkilatlanma
ortaya çıxıb. Məsələn,
əvvəllər xarici öllələrin
hansısa şəhərində Azərbaycana dair
təşkil olunan tədbirdə
yalnız o şəhərdə yaşayan həmyerlilərimiz iştirak
edirdi. Tədricən belə
məhdudiyyət aradan qalxır, yaxın
şəhər və qonşu ölkələrdəki
diaspora nümayəndələri də aksiyalarda iştirak edir. Şəxsən məni narahat
edən məqamlardan biri Azərbaycanın
tanıdılması, haqq sözünün
çatdırılması üçün
diaspor təşkilatlarının hələ
də ənənəvi metodlardan - dəyirmi
masalar, seminarlardan
istifadəyə üstünlük verməsidir.
Düzdür, bəzən hansısa kreativ ideyalar, hər kəsdə
maraq doğuran aksiyalar keçirildiyinin şahidi oluruq. Belə təşəbbüslər
adətən gənclər tərəfindən irəli sürülür. Lakin təəssüf
ki, tədbirlərin böyük
əksəriyyəti hələ də konfranslardan
ibarətdir. Halbuki, xarici
ölkələrdə yaşayan vətəndaşları
maraqlandırmaq, cəlb etmək, tərəfimizə çəkmək
üçün isə uzun-uzadı
çıxışlar, buklet və broşürlar kifayət etmir.
Daha çevik, cəlbedici,
hətta təəccübləndirən aksiyalar
təşkil etmək lazımdır”. Onun
fikrincə, daha bir
narahatlıq isə diaspor təşkilatlarının
arasındakı qarşıdurmalarla bağlıdır: “Şəxsən
tez-tez Facebook-da belə
halların mövcudluğunu
müşahidə edirik. Hər
hansı səbəbdən Azərbaycandan köçən,
xaricdə yaşayan eyni
əqidəli insanlar var
ki, sonradan bir-birinin əleyhinə az
qala “donoslar”
yazırlar, bir-birilərinin işinə mane
olurlar, paxıllıqda ittiham
edirlər, təşkilat yaratmasını istəmirlər, təhqir
səviyyəsində statuslar
paylaşırlar. Bəziləri isə “tədbir
keçirmək” adıyla Azərbaycan dövlətindən
maliyyə qoparmaq istəyini gizlətmir.
Ən pisi odur ki, bəzən bu cür hallara onların
yaşadığı ölkənin icması da
qoşulmaq məcburiyyətində
qalır. Bunlar isə ümumi
işin həm ziyanınadır, həm də
Azərbaycanın adının daha pis kontekstdə xatırlanmasına səbəb
olur. Məncə, ürəyi doğrudan da Azərbaycanla
döyünən soydaşlarımız belə hallara qətiyyən yol
verməməlidir”. "Yeni Media Jurnalistləri" İB-nin
sədri Xəqani Səfəroğlunun sözlərinə
görə, Azərbaycan diasporu özünün formalaşma
dövrünü yaşayır. Tarix elə gətirib ki, son 70 ildə kommunist
ideologiyası altında mövcud olmuş Azərbaycan özünün
xaricə olan bağlarından tamamilə
məhrum olub: “Bizim diaspora
tarixşünaslığımız öyrənilməyib və
o illərdə əcnəbi ölkələrdə
yaşayan azərbaycanlılar arasında
“sələflər və xələflər” zənciri
formalaşmayıb. İndi-indi Avropada, Rusiyada, Birləşmiş
Ştatlarda, Türkiyədə olan diaspora təbəqəmiz
mövqelərini möhkəmləndirir. Halbuki,
düşmən Ermənistanın diaspora
tarixi 100 ildən artıq tarixi
əhatə edir. Lakin
buna baxmayaraq xarici ölkələrdə yaşayan
və işləyən soydaşlarımız getdikcə bu yöndə təsirli imkanlara
yiyələnirlər. Bu baxımdan
yürüdülən dövlət siyasətinin
ardıcıllığı və prioritetliyi
diaspora quruculuğunda
nəticələr əldə edilməsinə imkan yaradıb”. X.Səfəroğlu hesab edir ki,
ilk növbədə xarici
ölkələrdə yaşayan
soydaşlarımız daha yaxşı təşkilatlanmalıdırlar.
Bu ölkələrdə yaşayan
ən yaxşı alimlər, jurnalistlər, ziyalılar,
biznesmenlər diasporanın avanqardını təşkil etməlidirlər.
Digər tərəfdən milli diaspora yaşadığı ölkədə
öz liderini təqdim
etməyi bacarmalıdır. Nufuzlu və
yaşadığı ölkədə mövqe
sahibi olmuş bu diaspora lideri
orada yaşayan
soydaşlarımızı təkcə ətrafında birləşdirməli
deyil, onları eyni zamanda təsirli ictimai-sosial
təsir rıçağı kimi
yönləndirməyi bacarmalıdır. Bu
baxımdan Diasporla İş
üzrə Dövlət Komitəsinin üzərinə böyük iş düşür. Çünki
öz ölkəsinin siyasi
dəstəyini hiss etməyən diaspora heç bir halda hörmətli və
nufuzlu qüvvəyə çevrilə
bilməyəcək. Azərbaycanın strateji
müttəfiqləri olan, dünya
siyasətini həll edən ölkələrdə diaspora təşkilatlarını gücləndirmək
əsas məsələ olmalıdır. Aznews.az
saytının əməkdaşı Gültəkin Quliyeva qeyd edib
ki, bu gün
diasporamızın fəaliyyətini yüksək qiymətləndirmək
olar: “Bilirəm çoxları mənimlə
razılaşmayacaq. Amma bəzi faktlar var ki,
bunları görəndə disporamızın işini
gözardına vurmaq olmaz.
Heç uzağa getməyək,
iki gün bundan öncə Sank-Peterburqda
həmyerlimiz Elşən Həmzəliyevin deputat
seçilməsini böyük uğur adlandırmaq olar.
Təbii ki, onun yad ölkədə bu vəzifəyə
yüksəlməsi Azərbaycanın orada
təmsilinin də lazımi səviyyədə olması deməkdir.
Yəni bir çoxları Azərbaycanı,
azərbaycanlıları yalnız ticarətlə məşğul
olan xalq kimi tanıyır. Amma belə
uğurlarımız olduqda təbii ki, Azərbaycan haqqında
düşünülən “ticarət adamı” fikirləri alt-üst olmuş olur. Biri var
ölkəni “ticarətçi” təmsil etsin,
biri var yüksək vəzifəli
şəxs. Təbii ki, ikincisi
daha dolğun və əsaslı
tanıtma edər. Lakin belə
diasporamızın fəaliyyətini tərifləməklə
də onları rahatlamaq fikrində deyiləm.
Biz bu işə
yaxın zamanlarda
başlamışıqsa, düşmən ölkənin
nümayəndələri uzun illərdən
bəri müxtəlif ölkələrə səpələnərək
özlərini tanıdırlar. Yəni onları ötmək üçün hələ çox
çalışmalıyıq. Təklif edirəm
ki, Diaspora Komitəsi
xüsusən xarici ölkələrdə
oxuyan gənclərlə sıx əlaqə
qursun, onların Azərbaycanı təmsil
etməyində yardımçı olsun. Çox istərdim ki,
xaricdə yaşayan imkanlı, vəzifəli,
hətta deyərdim ki, milyonçu
azərbaycanlılar həmkarlarının təhsil
almasına, yüksək vəzifələrə çəkilməsinə
yardımçı olsunlar. Çünki savadlı insan
daha keyfiyyətli iş
apara bilər”. “Olaylar”
qəzetinin əməkdaşı Samir
Güləliyev bildirib ki,
Azərbaycan diasporası son vaxtlar sürətlə inkişaf
edir. Bu vacib və təqdirəlayiq haldır. Bu gün Azərbaycanın haqq
səsinin dünya ictimaiyyətinə
çatdırılması, beynəlxalq aləmdə Azərbaycanın
müsbət imicinin
formalaşdırılması istiqamətində fəaliyyət
göstərmək hər bir Azərbaycan
vətəndaşının, o cümlədən
diaspor təşkilatlarının əsas
vəzifələrindəndir: “Şükürlər olsun ki son
illərdə bu sahədə ciddi irəliləyişlər əldə edilib. Artıq Azərbaycanın xarici ölkələrdəki diaspora
təşkilatları qarşılarına ciddi
məqsəd qoyub. Bu sevindirici haldır. Amma, bu o demək deyil ki, Azərbaycanın diaspora təşkilatları bununla
kifayətlənməlidir. Azərbaycanın diaspora
təşkilatları daha böyük
nailiyyətlər əldə etməli, Azərbaycanın
başına gətirilən müsibətləri bütün dünyada
tanıtdırmalıdır. Etiraf edilməldir
ki, bu istiqamətdə
fəaliyyət qurmaq üçün
diaspora təşkilatlarımızın
kifayət qədər potensialı mövcuddur.
Bu baxımdan Azərbaycan
diasporasının bu sahədə gördüyü iş zəruridir,
vacibdir. Yəni bu işin yüksək səviyyədə həyata
keçirilməsi üçün
çalışmaq və həmin nəticəni əldə
etmək lazımdır. Azərbaycan diaspora
təşkilatlarının bütün dünyada yüksək təbliğat aparmağa və istədiyi nəticəni əldə
etməyə yetərli gücü var. Bu güçdən səmərəli
şəkildə idtifadə edilməlidir”. S.Güləliyev hesab edir ki,
diaspora təşkilatlarımız təkcə
mədəni-kütləvi tədbirlərlə kifayətlənməməlidir.
Onlar yaşadıqları ölkələrin
ictimai-siyasi həyatına nüfuz
etməlidir. Yalnız bu halda
Azərbaycan barədə həqiqətləri dünya
ictimaiyyətinə çatdırmaq mümkün
olar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 27-29 sentyabr.- S.4.