Azərbaycan diasporunun

akademik fəaliyyət dövrü

 

Artıq xarici ölkələrdəki Azərbaycan diasporası

təşkilatlanma işini də sona çatdırmaq üzrədir

 

Son illərdə Azərbaycan diasporunun fəaliyyətində dinamik inkişaf var. Müstəqillik əldə etdikdən qısa müddət sonra Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın milli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirilməyə başlanıldı. Xüsusilə Ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə gəlməsiylə, cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər gördü, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürdü. Ulu Öndərin bilavasitə təşəbbüsü sayəsində hələ 90-cı illərdə xaricdə yaşayan soydaşlarımızla əlaqə saxlayan, Azərbaycan həqiqətlərini dünya azərbaycanlıları vasitəsilə yaymağı qarşısına məqsəd qoyan xüsusi qurumun yaradılması sahəsində ilk addım atılıb. Həmin dövrlərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında "Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bölməsi" yaradıldı.

Diasporamızın inkişafında ulu öndərin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı rəhbər tutuldu. Heydər Əliyev kursu dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Xaricdə yaşayan soydaşlarımızın tarixi vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də Ulu öndərin tarixi xidmətidir. Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Ümummilli lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan edib. Ulu öndər öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərək müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə alıb. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda, milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil. Həmin siyasəti xəttin bu gün Prezident İlham Əliyev tərəfindən lazımi qaydada həyata keçirilməsi diqqətəşayan hadisədir. Dövlətimizin yürütdüyü siyasətin əsas qayəsini, məhz azərbaycançılıq ideologiyasının qlobal şəkildə dünya ictimaiyyətinə təqdim etmək tutur. Məntiqi sonluqdur ki, artıq xarici ölkələrdəki Azərbaycan diasporası təşkilatlanma işinisona çatdırmaq üzrədir. Bu da sahə üzərində Azərbaycan dövlətinin getdikcə, artan qayğısından irəli gəlir. Məqsəd Azərbaycanın icmadiaspor təşkilatlarını artıq konqreslər və federasiyalar şəklində birləşdirməkdən ibarətdir. Artıq Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ keçib. Bu prosesidə müvəfəqiyyətlə arxada qoyan diasporamız daha yüksək, akademik  fəaliyyət dönəminə qədəm qoyur. Ötən bu illər ərzində diasporun keyfiyyət tərkibi də dəyişib.

 

Dövlət Komitəsinin uğurlu işi

 

Müsbət nəticənin əldə edilməsində dövlətimizin Diasporla üzrə Dövlət Komitəsinin qarşısında qoyduğu vəzifələri lazımi şəkildə həyata keçirməsi də mühüm əhəmiyyətə malikdir. Komitə Azərbaycan prezidentinin tapşırıq və tövsiyələrinə, müvafiq qanunvericilik aktlarına uyğun olaraq, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqları ilə sıx əməkdaşlıq şəraitində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların problemlərini daim diqqət mərkəzində saxlayır, səlahiyyətləri çərçivəsində onların həllinə çalışır, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, xalqımızın zəngin mədəni irsinintarixinin təbliğ edilməsinə səy göstərir. Azərbaycanın diplomatik korpusları azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya olunması işində Dövlət Komitəsinə yaxından dəstək verir, bu sahədəki bütün tədbirlər birgə məsləhətləşmələr əsasında həyata keçirilir. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının təşkilatlanmasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Artıq dünya azərbaycanlılarının öz paytaxtlarında öz mənzil-qərargahları vardı. Onlar istədikləri vaxt bura gələ və öz problemlərini müzakirə edə bilərdilər. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli görməyə müvəffəq oldu. Komitənin fəaliyyəti nəticəsində get-gedə daha çox təşkilat “güc birlikdədir” məntiqinə gəlir, ziddiyyətləri aradan qaldırmaq, mütəşəkkilliyə nail olmaq üçün qüvvələrini səfərbər etməyə çalışır.

 

İnkişafın dolğun ifadəsi

 

Azərbaycan hər zaman xarici siyasətə və xarici dövlətlərlə güclü əlaqələrin yaradılmasına önəm verib. Müstəqilliyimizin bərpasının ilk illərində çətin bir dövrdən keçsək də Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu çətin dövr tez bir zamanda sona çatdı. Aparılan düzgün xaricidaxili siyasət Azərbaycanın dünyada tanınmasına gətirib çıxardı. Təsadüfi deyil ki, 1994-cü ildə dünyanın nəhəng neft istehsalçıları ilə “Əsrin müqaviləsi” imzalandı. Bu cür sürətli inkişafı davam etdirmək üçün Heydər Əliyev yeni tədbirlər görməyə başladı. Əlbəttə, bu mənada ən önəmli tədbir xarici dövlətlərdə yaşayan azərbaycanlılarla bağlı idi. Nəzərə alsaq ki, təxmini hesablamalara görə dünyada 40 milyondan çox azərbaycanlı yaşayır və bunun da böyük bir hissəsi Azərbaycandan kənardadır, deməli, bu haqda düzgün qərar vermək labüd idi. Hazırda da Prezident İlham Əliyevin qayğısı və zəngin arasında diaspor quruculuğu ilə bağlı proqram xarakterli tövsiyələri bütün dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılanır və əməli fəaliyyətdə rəhbər tutulur. Dövlətimizin diaspor quruculuğu sahəsində apardığı siyasət bu gün azərbaycançılıq ideologiyasının təbliğində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması məsələlərində öz dolğun ifadəsini tapır. Prezident İlham Əliyevin müxtəlif ölkələrə səfərlərində Azərbaycan diasporu nümayəndələri ilə görüşləri, diaspor quruculuğu sahəsində məqsədyönlü fəaliyyəti bu fikrə parlaq sübutdur. Prezidentin bütün sahələrdə olduğu kimi diasporaya xüsusi diqqət yönəltməsi Azərbaycan insanı tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan XXI əsrdə bu siyasətdən bəhrələnməklə dövlət quruculuğunda, beynəlxalq həyat sahəsində aparılan siyasətdə çox mühüm qələbələr əldə edəcək. Heydər Əliyevin arzuladığı, daim böyük qayğı ilə qeyd etdiyi Azərbaycan diasporulobbisinin yaradılması, təşkilatlanması və mütəşəkkil bir qüvvəyə çevrilməsi sahəsində böyük dönüş yaradacaqdır. Azərbaycan dövləti diasporun təşkilatlanmasında mühüm rol oynadığı kimi, diaspor da Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həllində mühüm rol oynaya bilər. Həmin məntiqlə bu gün Azərbaycan dövlətinin dəstəyi ilə  diasporumuz sürətlə inkişaf edirdünya azərbaycanlılarının haqlarını qoruya biləcək, bütün dünyada Azərbaycanın maraqlarını qoruya biləcək bir qüvvəyə çevrilir. Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfi Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsinə hesablanıb. Diaspora hədəflərə çatmaq üçün isə ardıcıl olaraq ermənilərin Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin, xüsusən Xocalı soyqırımının və əsrlərdir erməni millətçilərinin apardığı etnik təmizləmə siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırılır. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız ildən-ilə təbliğat işini daha da gücləndirir. Bunun nəticəsi olaraq Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayı da artır. Artıq ABŞ-ın 13 ştatı Xocalıda baş verənləri soyqırım kimi qəbul edir. Ötən il Evin rəsmi saytında petisiyanın yerləşdirilməsi, qısa müddətdə 125 mindən çox imza toplanması Azərbaycan diasporunun fəaliyyətinin nəticəsi idi.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb. Bundan başqa, diaspor təşkilatlarımız hər il dünyanın bir çox ölkəsində Xocalı soyqrımı ilə bağlı müxtəlif aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini bu hadisəyə yönəltməyə çalışırlar. Azərbaycan diasporu artıq yeni bir mərhələdədir. Azərbaycan həqiqətlərinin təbliğində müasir informasiya texnologiyalarının tətbiqi, xaricdəki azərbaycanlıların inteqrasiyasının sürətləndirilməsi, digər xalqların diasporları ilə əməkdaşlığın inkişaf etdirilməsi, türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi, lobbi quruculuğundakı uğurlar danılmaz faktlar kimi ortadadır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 30 sentyabr.-S.3.