Qırğızıstandakı Azərbaycan
diasporundan daha bir yenilik
Qırğızıstanda
fəaliyyət göstərən Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondu Azərbaycan mədəniyyətinin
təbliği istiqamətində daha bir yeniliyə imza
atıb. Belə ki, paytaxt
Bişkekdəki Çingiz Aytmatov adına kitabxanada
Qırğızıstanın məşhur simalarının
iştirakı ilə Bakı Dövlət Universitetinin
professoru Leyla Gərayzadənin “Mir Çinqiza Aytmatova”
kitabının təqdimatı keçirilib.
Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondunun sifarişi və maliyə dəstəyi
ilə rus dilində nəşr edilən kitabın təqdimat
mərasimində mərhum qırğız
yazıçısı Çingiz Aytmatovun qardaşı
akademik İlgiz Aytmatov, yazıçının oğlu Askar
Aytmatov və Qırğızsatnın tanınmış
simaları; Qırğızstan yazıçılar
İttifaqının birinci katibi Nurlan Kalıbayev, xalq
yazıçısı Kazak Akmatov və başqaları
iştirak ediblər. Tədbirdə
çıxış edən dünya şöhrətli
qırğız yazıçısı Çingiz Aytmatovun
qardaşı Akademik İlgiz Aytmatov, yazıçının
oğlu Askar Aytmatov, qohumu Şamşıbek Medetbekov,
YUNESKO-nun mədəni irsinin qorunması Orta Asiya ölkələri
üzrə nümayəndəsi Asan Torokulov,
Qırğızstanın xalq yazıçısı Kazak
Akmatov və başqaları kitabın əhəmiyyətindən
danışıblar. Kitabı öz vəsaiti hesabına nəşr
etdirən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək
Fondunun rəhbərinə minnətdarlıq ünvanlanıb.
Mərasimdə çıxış edən Türkdilli
Dövlətlərin Siyasətinə Dəstək Fondunun
prezidenti Nüsrət Məmmədov bildirib ki, bu, fondun nəşr etdirərək
pulsuz yaydığı 54-cü kitabdır. Kitabların nəşr
edilib pulsuz yayılmasında isə əsas məqsəd Ulu
Öndərimiz Heydər Əliyevin irsinin təbliği, Azərbaycan
Qırğızstan mədəni əlaqələrinin
inkişafıdır. 500 nüsxə ilə nəşr edilən
kitabın Qırğızıstanın kitabxanalarına və
təhsil ocaqlarına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki
2013-cü ildə dünyaşöhrətli qırğız
yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyi
keçirilib. Türdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondu tərəfindən
yazıçının yubileyinə töhfə edilən bu
ikinci kitabdır. Bir müddət əvvəl
Qırğızıstanda keçirilən İssık-Kul forumu çərçivəsində
baş tutan “Çingiz Aytmatov:
Mən Manas oğluyam” kitabının təqdimat mərasimdə
isə dünyanın 17 dövlətindən
tanınmış şəxslər və qırğız rəsmiləri
iştirak edib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 8 yanvar.- S.15.