Ortaq dil türk birliyinin

yeganə məsələsi deyil

 

Müsahibimiz Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri,

yazıçı-publisist Əkbər QOŞALIdır

 

-Əkbər müəllim, siz 15 ildən artıq Dünya Gənc Türk Yazarlar Birliyinə (DGTYB) başçılıq etmisiniz. DGTYB-nin başqanı olduğunuz dövrdə birliyin fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

- Əgər bir neçə il dalbadal mənə etimad göstərilibsə və yalnız mən özüm Nizamnamədə dəyişiklər təklif edib, başqanlıqdan istefa qərarına gəlmişəmsə, deməli qənaətbəxş olan işlərimiz olub. Əlbəttə, nəsillər dəyişməliydi və yeni ədəbi qüvvələr bizə görə “qənaətbəxş” olanlardan daha yaxşısına çalışmalıdırlar.

- DGTYB-nin digər ədəbi qurumlarla əlaqəsinin səviyyəsi nə yerdədir?

- DGTYB-nin heç bir ədəbi qurumla, şair, yazıçı, tənqidçi ilə problemi yoxdur. Təvazökarlıqdan qıraq olmasın, əgər kimsə hesab edirsə, problem var – deməli, o problem bizdən qaynaqlanmır...DGTYB xətti ilə çıxan nəşrlərə, dgtyb.org, bizimyazı.com saytlarına baxmaq yetərlidir ki, “ayrıseçkilik” anlayışının (– anlayışsızlığının!) bizdən nə qədər uzaq olduğunu görəsən. Biz, respublikada, demək olar bütün ciddi ədəbi qurumlarla əlaqələrə malikik. – Hətta bu il ikinci dəfə “Çağdaş Azərbaycan ədəbi qurumları” adlı məlumat-informasiya kitabının yenidaha təkmil variantı ilə əməkdaşlıqda maraqlı olduğumuzu, necə deyərlər, kitablı ifadə etmiş olduq

Azərbaycandan qıraqda da, heç şübhəsiz əlaqələrimiz, işbirliyimiz mövcuddur. – Bura Türkiyə, Qırğızıstan, Qazaxıstan, özbəkistan və b. ölkələrdəki ədəbi təsisatlar daxildir.

- Uzun illərdir Türk Dünyası gənclərinin yaradıcılığı, necə deyərlər, sizin gö­zünüzdən, əlinizdən, qələminizdən… keçir. Onların hansı birisini daha ümidli hesab edirsiniz.

- Ümidli gənclərimiz var, maşallah. Onlar uzaq Saxa-Yakutiyadan tutmuş Balkanlara, Altaylardan tutmuş Çuvaşıstana, Borçalıdan tutmuş Kərkükə… Kıprısdan – Türküstana… hər bir türk elində var. Təqdir edərsiz, adbad sadalayası olsam, uzun bir siyahı alınardı.

Bununla belə, fürsət düşdükcə onların haqqında, ümumən Türk ÜDnyası Ədəbiyyatı üzərinə fakir və mülahizələrimizi məqalələr, məruzələr şəklində bölüşürük. Bu il işıq üzü görən “Türk Dünyasında Ədəbiyyat…” adlı kitabımız, hesab edirəm, bu mövzuda mövcud yazıların sis­temləşməsi, mövzunun informasiya təminatı (-internet resursları) baxımından diqqətəlayiq, qalıcı bir oldu.  

        - “Olaylar”ın son saylarından birində “Turan dövləti, yoxsa Türk Birliyi” adlı məqaləm çap olunmuşdu. Bildiyim qədərilə yazıyla tanışsınız. Mən o yazıda Turan dövləti qurmağın bir xəyal olduğunu, Türk Birliyinin isə daha perspektivli və gerçəkçi olmasını önə çəkmişəm. Bu fikirlərə münasibətinizi bilmək maraqlı olardı.

- “Olaylar” haqqında “Türk Dünyası fikir ocaqlarından biri”, habelə “Güney Azərbaycanla bağlı davamlı (cəsarətli!) kurs götürmüş bir təsisat” təyinini işlətsək yanlış olmasın gərək. – Fürsətdən yararlanıb, kollektivinizə təşəkkürlərimi yetirir, Yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi çatdırıram. Konkret olaraq, sualına gəldikdə isə, bir gənc yazarın öz yazısından misal çəkməyini də onun mövzuya dair ürək yanğısının, bu mövzuda daha çoxelmi məqalələrin, araşdırmaların, fakir meydanının olması arzusunun təzahürü hesab edi­rəm. Hesab edirəm, Türk Birliyi – aşağı-yuxarı, Avropa Birliyi modelinə yaxın bir model daha məqbudlur. Hər bir türk dövləti öz müstəqilliyini saxlayır, möhkəmlədir və ümumi bir model ətrafında birləşir. TürkPA, TürkGƏNƏŞi, TÜRKSOY kimi qurumları bu yolda olumlu addımlar kimi qeyd edə bilərik.    

- Ədəbi, mədəni tədbirlərdə, həmçinin də ortaq türk diliylə bağlı keçirilən top­lantılarda, simpoziumlarda iştirak məqsədi ilə tez-tez türkdilli dövlətlərə, özəlliklə də Türkiyəyə tez-tez səfər edirsiniz. Türkiyədə bu layihə bağlı işin gedişatı sizi qane edirmi?

- Mən “türkdilli dövlətlər” deyil, “türksoylu ölkələr” deyim və əlavə edim ki, səfər etdiyim ölkələrdə, həmən-həmən hər toplantıda dediyiniz mövzu hansısa bir şə­kildə müzakirə müstəvisinə çıxır. Türkiyədə araşdırma, tədiqqat mühiti ge­nidşir, təbii. Ortaq türk diliylə bağlı akademik araşdırmalar həm Türkiyədə həm digər türksoylu respublikalarda, hətta müstəqil olmayan trük respublikalarında belə… hansısa bir formada get­məmiş deyil. Bizdə - Azər­baycanda mövzunun elmi müstəviyə daşınması təcrübəsi yaxud elmi müəssisələrimizdə bu mövzuya mü­raciət edilməsi faktları barədə “Olaylarzaman-zaman materiallar verib. İstər Türkiyədə, istərsə də bütövlükdə Türk Dünyasında bu layihə bağlı işin gedişatı o zaman qaneedici olacaq ki, konkret elmi nəticələr tətbiqata keçiriləcək. Məncə, bu mövzuda nə bədügman olmalıyıq, nə də xüsusi bir romantic sevinc hissinə qapılmalıyıq… -  Necə deyərlər, nə necədirsə, elədir. –  Bu mövzu əlahiddə şəkildə təhlil olunduqda, olsun ki, tələskənlikdən, darıxmaqdan irəli gələn təza­hürlər özünü göstərsin... amma bütövlükdə dünyada baş verənlər, özəlliklə, ana materikdə - Av­rasiyada cərəyan edən ictimai-siyasi, ideoloji gedişatlar, dünən hardaydıq, bugün hardayıq, müstəqil dövlətlərimizin yönü hansı tərəfədir? - kimi mə­sələlərə vaqif olduqca, bir müəyyənlik yaranır, deyə düşünürəm. – Yəni əlifba və ortaq dil, bugün türk birliyinin yeganə və “1 saylı” məsələsi deyil. Ondan qabaq, onunla paralel çözməli olduğumuz çox önəmli siyasi, iqtisadi məsələlər mövcuddur  

- Ölkəmizdə alınma mənşəli yüzlərlə coğrafi adın, həmçinin bu kimi digər sözlərin təmiz türk sözləriylə əvəzlənməsini təklif etmisiniz. Onlardan müəyyən hissəsi həyata keçib. Bu sahədəki fəaliyyətinizi bu gündavam edirsinizmi?

- Bu sahədə mənim də, başqa aydınlarımızın da cəhdləri həmişə olub. Siz yəqin “Altun Bitik”ə işarə vurursuz. Fürsət tapınca, “Altun Bitikin həm içərik həm də poliqrafik göstəricilər baxımından kamil variantını – yeni nəşrini hazırlamağı düşünürəm.

- 1988-ci ildən bu günə qədər yazılmış hansı əsəri milli azadlıq hərəkatının ma­nifesti hesab etmək olar?

- Təbii, sevdiyimiz əsərlər var ancaq subyektiv mülahizə ilə, ayrıca bu mövzuda yazılmış əsərlərin heç də hamısı ilə tanış olmadan mənə doğma olan bir əsərə “manifest” deməyim düzgün olmazdı, bəlkə…

- Bu dəfəki sualım yaradıcılığınız haqqındadır. Yaradıcılıq sirri deyilsə, nə üzə­rində işləyirsiniz?

- Bir neçə yeni şeirim var – onları bugünlərdə bilgisayarda emal edib, yayın­la­yacam. Şeir kitabımı çapa hazırlamağı düşünürəm. – Əslində yola salmaqda ol­duğumuz 2013-cü təqvim ilində olmalıydı – texniki baxımdan çatdıra bilmədik. Bir də, şəxsi kitabxanamı yeni-yeni qaydaya salmaqdayambu sürəcin özükitablarla dərdləşmək də, hərdən mənə yaradıcı proses kimi gəlir… Yəqin təsadüfi deyil ki, artıq kitabxananın verdiyi enerjisi ilə “Deyimlər... Duyumlar” adlı yeni kitabın hazırlıqlarına baş­lamaqdayam. 

- Atatürk Mərkəzində şöbə müdirisiniz. Mərkəzin məsuliyyətli bir sahəsinə rəhbərlik edirsiniz. Bütövlükdə Mərkəzin başlıca planları haqqında nə deyə bilərsiniz?

- Bizim şöbə adından da göründüyü kimi ictimai-siyasi m konkret olaraq, Türkiyə Respublikası və türksoylu xalqların tarixi, ictimai fikri, dövlətçilik gələnəkləri və ictimai-siyasi həyatının öyrənilməsi, təbliğ olunması; türksoylu xalqların içtimai fikir tarixində və mədəni inkşafında Atatürk irsinin rolunun müəyyənləşdirilməsi ilə bağlı tədqiqatların aparılmasına töhfə vermək kimi məsələlərdən ibarətdir. Mərkəzin planları Əsasnamədən, Mərkəzin 2001-ci ildən bügünədək toplamış olduğu təcrübədən qaynaqlanır. Türk Dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisiilk cüm­hurbaşqanı Mustafa Kamal Atatürkün irsinin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədinə xidmət edən nəşrlər, tədqiqatlar, habelə uyğunmövzulu konfrans, simpoziumların təşkili və belə tədbirlərdə iştirak bundan sonra da davam etdiriləcəkdir. Mərkəzin müdiri professor, əməkdar elm xadimi Nizami Cəfərov yalnız Azərbaycanda deyil, bütün Türk Dünyasında tanınmış alimdir, Milli Məclisin Mədəniyyət Komitəsinin başqanıdır, onun tövsiyyələri, göstərişləri həm bir yazar olaraq həm də Mərkəzin şöbə müdiri olaraq mənimçün, Mərkəzimizin bütün əməkdaşları üçün çox qiymətlidir.

- Tanınmış yazıçı-şair kimi ədəbiyyata yenicə qədəm qoyan gənc yazarlara nəyi məsləhət görərdiniz?

- Bir rus yazıçısı belə deyib: “Gənc şairlərə tövsiyyəm budur ki, heç kimin tövsiyyəsinə baxmasınlar”... - Bu, yarızarafat, yarıgerçək sözdür. Gənc yazarlarımıza öz soyköklərinə bağlılıqla bəzəri dəyərləri harmonic şəkildə təcalla etdirməyi tövsiyyə edərdim. Bu, bəlkə tövsiyyə yox, arzudur. ÖZü olmayan heç özgə də ola bilməz!

 

Yeqzar CƏFƏRLİ

 

Olaylar.- 2014.- 9 yanvar.- S.13.