Diaspor təşkilatları 20 Yanvar
faciəsinin
ildönümünə hazırlaşırlar
Soydaşlarımız xarici ölkələrdə müxtəlif səpkili tədbirlər keçirəcəklər
Azərbaycan
xalqının tarixində baş vermiş faciələrlə
əlaqədar xarici ölkələrdə fəaliyyət
göstərən diaspor təşkilatları zaman-zaman
müxtəlif tədbirlər, konfrans və dəyirmi masalar
keçirirlər. 20 Yanvar faciəsinin növbəti
ildönümü ilə də əlaqədar olaraq dünyanın
bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları
tərəfindən müxtəlif formatlı tədbirlər
keçiriləcək. Belə
ki, Amerika Birləşmiş Ştatları, Kanada, Latın
Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da
daxil olmaqla dünyanın bir çox ölkələrində
20 Yanvar faciəsinin
qurbanları yad edilir. Məlumata görə, yanvarın 19-dan
başlayaraq Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda, həmçinin
Hyuston, Nyu-York, San Fransisko və
azərbaycanlıların kompakt yaşadığı digər
şəhərlərdə 20 Yanvar faciəsi qurbanlarının
xatirəsinə həsr olunan
anım mərasimləri, dəyirmi masaların
keçirilməsi, faciəni əks etdirən video
çarxların və sənədli
filmlərin nümayişi nəzərdə
tutulur. Almaniya Federativ Respublikasının müxtəlif
subyektlərində də 20 Yanvar faciəsi ilə
bağlı müxtəlif formatlı tədbirlər təşkil
olunur. Hazırda Almaniyanın Maqdeburq, Berlin və digər
şəhərlərində silsilə tədbirlərin
keçirilməsi davam etdirilir.
18-23 yanvar tarixlərində Niderland
Krallığının Haaqa, Amsterdam və Rotterdam
şəhərlərində digər xalqların diaspor nümayəndələrinin də
iştirakı ilə 20 Yanvar faciəsi
qurbanlarının xatirəsinə həsr olunan anım tədbirlərinin
keçirilməsi, o cümlədən, Niderland
Krallığının, Belçika Krallığının və Lüksemburqun siyasi
partiyalarına Faciə ilə bağlı bəyannamələrin
göndərilməsi planlaşdırılır. Yanvarın 19-da 20 Yanvar faciəsi ilə əlaqədar Türkiyə Respublikasının Kocaeli şəhərində də regional televiziya
kanalı olan 41 TV kanalında 20 Yanvar faciəsi
ilə bağlı Federasiyasının sədri Bilal Dündarın iştirakıyla brifinq
keçiriləcək. Brifinqdə milli
azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxmış dinc əhaliyə
qarşı Sovet rejiminin
törətdiyi kütləvi terror haqqında ictimaiyyətə ətraflı
məlumat veriləcək. Yanvarın 20-də isə
Türkiyə Respublikasının Kocaeli
şəhərində 20 Yanvar faciəsinin
iyirimi dördüncü
ildönümü ilə əlaqədar tarixçi - yazıçı Abdulla Köktürün iştirakı ilə konfrans, Kültür Evində fəaliyyət göstərən
Azərbaycan Muzeyində fotosərgi, Adana
şəhərində isə “Azərbaycan tarixinin Qanlı səhifəsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Yanvarın 19-da
Birləşmiş Ərəb Əmirliyində 20 Yanvar faciəsindən
bəhs edən sənədli filmlərin nümayişi,
yerli qəzetlərdə isə bu barədə ətraflı məlumatların çap
olunması nəzərdə tutulub. Bundan başqa Birləşmiş
Ərəb Əmirliyində fəaliyyət göstərən
“Azərbaycan” Cəmiyyəti 20 Yanvar faciəsi
ilə əlaqədar konfrans təşkil
edəcək. Həmçinin 19-20 yanvar
tarixlərində Gürcüstanın Qardabani,
Marneuli, Tbilisi Rustavi şəhərlərində də faciə
ilə bağlı anım mərasimləri, konfrans,
dəyirmi masa, şəhidlərin xatirəsinə
həsr olunmuş fotosərgi keçiriləcək. Rusiya
Federasiyasının paytaxtı Moskvada, eləcə
də Sank-Peterburq, Yekaterinburq
şəhərlərində və Rusiya
Federasiyasının digər müxtəlif subyektlərində
20 Yanvar şəhidləri
anılacaq. Ukraynanın
paytaxtı Kiyevdə, Xarkov və Denepropetrovsk şəhərlərində, eyni zamanda Belarus
Respublikasının Minsk şəhəri və Moldova
Respublikasının Kişinyov şəhərində də faciənin iyirmi
dördüncü ildönümünə həsr olunmuş anım mərasimləri təşkil
olunacaq. Silsilə tədbirlərin
davamı olaraq yanvarın 20-də Misir Ərəb
Respublikasının Qahirə şəhərində də 20 Yanvar faciəsi
qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək
və “Şəhidlərimiz” mövzusunda
fotosərgi nümayiş olunacaq.
20 Yanvar faciəsinin iyirmi
dördüncü ildönümü ilə bağlı
Qırğızıstan Respublikasının Bişkek
şəhərində “20 Yanvar faciəsinin
Azərbaycan xalqının milli azadlıq
hərəkatında yeri və rolu”mövzusunda konfrans keçiriləcək. Konfrnsa
çərçivəsində fotosərgi və sənədli
filimlərin nümayişi təşkil olunacaq. Həmçinin “20 Yanvar
qəhrəmanlıq tariximizin səhifəsi”
mövzusunda dəyirmi masa
keçiriləcək. Qazaxıstan
Respublikasının Astana şəhərində
“Azərbaycan xalqının azadlıq uğrunda
qəhrəmanlıq mübarizəsi” mövzusunda
elmi-praktiki konfrans,
Almatı şəhərində isə “20 Yanvar
faciəsi Azərbaycan xalqına və insanlığa
qarşı törədilmiş dəhşətli cinayət”
mövzusunda
konfrans və fotosərgi təşkil
olunacaq. 20 Yanvar faciəsinin
24-cü ildönümü ilə
bağlı bir sıra digər ölkələrdə
də tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Yanvarın 19-da isə Alman Azərbaycan
Mədəniyyət Evində “20 yanvar tariximizin qanlı və şanlı səhifəsidir“
mövzusunda anım tədbiri və konfrans keçiriləcək. Tədbirdə Almaniyada yaşayan
soydaşlarımız, diaspora nümayəndələrimiz,
türkiyəli dərnək və mətbuat nümayəndələri
iştirak edəcək. Tədbirdə 20 yanvar gününə həsr edilmiş
dinləmələr keçiriləcək, o
gün baş vermiş hadisələri əks etdirən film nümayiş etdirləcək
və şəhidlərimiz üçün
ehsan veriləcək. Tədbirin sonunda şəhidlərimiz üçün
dualar oxunacaq.
İsveç Azərbaycan Federasiyası, Finlandiya-Azərbaycan
“Dostluq” Cəmiyyəti, Norveçdə fəaliyyət
göstərən “Xəzər Yanar” dərnəyi,
Hollandiyada Azərbaycan Türk
Kültür Cəmiyyəti, Benilüks Azərbacanlıları Konqresi və digər təşkilatlar tərəfindən
20 Yanvar faciəsinin 24-cü ildönümü
ilə bağlı tədbirlərin keçirilməsi
planlaşdırılıb. İsveçrənin Bern şəhərində Qanlı Yanvar hadisələrinin 24-cü
ildönümünə həsr olunmuş
tədbir təşkil ediləcək. Həmçinin
faciənin ildönümü ilə
bağlı Avropa Azərbaycanlıları
Konqresi bəyanat yayıb, Latviyadakı
“Azəri Vəhdət” Cəmiyyəti,
Litva Azərbaycanlıları Cəmiyyəti,
Tallin şəhərində “Aydan” Estoniya-Azərbaycan Dostluq
Cəmiyyəti tərəfindən 20 Yanvar
faciəsinə həsr olunmuş tədbirlər
təşkil olunacaq. Rusiya, Ukrayna,
Belarus, Bolqarıstan, Türkiyə,
Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Kanada, Misir, Cənubi Koreya və
digər ölkələrdə yaşayan
soydaşlarımız tərəfindən də 20 Yanvar faciəsinin 24-cü ldönümünə həsr olunmuş tədbirlərin keçirilməsi
tədbirlər planına daxil edilib. Hollandiyada fəaliyyət göstərən “Ana
Vətən” Avropa Azərbaycanlı
Qadınlar Birliyi, İsrailin
Afula şəhərindəki Azərbaycan
Mədəniyyət Mərkəzi, İsveçrədəki
Azərbaycan Dili və Mədəniyyət
Məktəbi, Türkiyənin Manisa şəhərindəki
Azərbaycan Kültür Dərnəyi, Çexiyada Təhsil Alan Azərbaycanlı Tələbələr Birliyi, Misir Ərəb
Respublikasının Qahirə şəhərində Vətən
Tələbə Cəmiyyəti, Birləşmiş Ərəb
Əmirliklərinin Dubay Əmirliyində
fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti,
Yaponiyanın Osaka şəhərində
Yaponiya-Azərbaycan Dostluq Cəmiyyəti,
Tallində “Aydan” Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti və digər Azərbaycan
icmaları tərəfindən də 20 Yanvar
faciəsi qeyd ediləcək, şəhidlərin
ruhu anılacaq.
Artıq 20 Yanvar faciəsinin 24-cü ildönümünün
qeyd olunması, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin
ruhlarının anılması tədbirlərinə bir sıra ölkələrdə start da verilib.
Belə ki, yanvarın 11-də isə Almaniyanın Bad Salzuflen şəhərində
20 Yanvar faciəsinin 24-cü
ildönümünə həsr edilmiş
anım mərasimi keçirilib. Almaniyanın Nordrhein-Westfalen federal əyalətində fəaliyyət
göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti
tərəfindən təşkil edilmiş anım mərasimində Hannover, Hamburq, Minden, Herford və Almaniya Federativ
Respublikasının digər şəhərlərindən gəlmiş
120-dən çox həmyerlimiz, türk diasporunun nümayəndələri və
alman qonaqları iştirak
ediblər. Tədbir zamanı
qanlı 20 Yanvar hadisələrini əks
etdirən fotosərgi nümayiş etdirilib. Alman-Azərbaycan Mədəniyyət
Cəmiyyətinin sədri Təranə Tağıyeva tədbiri
giriş sözü
ilə açıb. Daha sonra
20 Yanvar şəhidlərinin əziz xatirəsi
1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə
iştirak edən “Xəzər” Alman- Azərbaycan cəmiyyətinin sədri Etibar Qəniyev,
Bielefeld şəhərində yaşayan həmvətənimiz Elşən
İsmayıllı, ağsaqqal Ramazan Məmmədov, türk
diasporunun nümayəndəsi İsmayıl
Nefis, iş adamı Adem Yavuz Tumay,
Nordrhein-Westfalen Alman-Azərbaycan Cəmiyyəti
İdarə Heyətinin üzvü
Faiq Məmmədov və digərləri
çıxış edərək Sovet
imperiyasına məxsus hərbi birləşmələrin
1990-cı ilin yanvarın 19-dan 20-nə
keçən gecə dinc əhaliyə
qarşı törətdiyi cinayət haqqında qonaqlara məlumat veriblər. Daha sonra 20 Yanvar
hadisələri ətrafında geniş diskussiya və fikir
mübadiləsi aparılıb, tədbir
iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən
cavablandırılıb. Tədbirin sonunda Nordrhein-Westfalen
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri
Təranə Tağıyeva qonaqlara öz təşəkkürünü bildirib, gələcəkdə
planlaşdırılan tədbirlər, o
cümlədən fevral ayında Bielefeld şəhərində keçiriləcək
Xocalı soyqırımının 22-ci ildönümünə
həsr edilmiş yürüş
haqqında həmvətənlərimizi məlumatlandırıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 17 yanvar.- S.12.