20 Yanvar : faciə, yoxsa
milli mübarizə?!
Qanlı
20 Yanvar hadisələri
xalqın milli mübarizə əzmini boğmaq cəhdləri idi...
Ağla,
ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla,
dağlar yumşalsın,
Ağla,
qərənfil, ağla!
Azərbaycan xalqının qan
yaddaşına yazılmış
o gündən 24 il ötür. Hər keçən saniyə, saat, gün, ay, il
bizi həmin gündən uzaqlaşdırsa
da əsrlər belə həmin günün yaşatdığı
ağrı-acını unutdura
bilməyəcək... Həmin
günün faciəsi
xalqın yaddaşına,
qəlbinə vurulmuş
elə bir yaradır ki, onu heç nə ilə sağaltmaq mümkün deyil. Həmin faciədə övlad itirən anaların, ataların, valideyn itirən övladların,
ailə başçılarını
itirən gəlinlərin
acı fəryadı sözlərə, sətirlərə
sığmayacaq qədər
faciəvidir. Faciəni
xalqımıza yaşadanlar
vicdanları qarşısında
cavab verməlidirlər,
əgər o vicdan onlarda varsa...
20 Yanvar hadisələri baş verən zamanda Azərbaycanda gedən proseslər gərgin idi. 1980-ci illərin
axırlarında Azərbaycanda
ictimai-siyasi vəziyyət
kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz
"yenidənqurma" siyasəti,
iqtisadi islahatların düzgün aparılmaması,
milli siyasət sahəsində buraxılan
kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının
geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin
kəskinləşməsinin əsas səbəblərindən
biri də Ermənistanın Azərbaycana
qarşı ərazi iddiaları ilə çıxış etməsi,
uydurma "Dağlıq
Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın
ərazilərinə iddiaları
və dinc əhaliyə qarşı
azğın cinayətləri
haqlı olaraq xalq kütlələrinin hiddətinə səbəb
oldu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq
mitinqləri, 1989-cu il dekabrın 31-də
Naxçıvanda Azərbaycan-İran
sərhədinin sökülməsi
SSRİ rəhbərliyini qorxuya
salmaya bilməzdi. Ona görə də SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi (DTK) Azərbaycanda
xalq hərəkatının
yatırılmasına əlverişli
zəmin yaratmaq üçün Bakı, Lənkəran, Cəlilabad,
Neftçala digər bölgələrdə təxribatlar
törədərək ermənilərin
və rusların talanını təşkil
etdi. Kütləvi iğtişaşların qarşısını almaq
bəhanəsi əldə
etmiş SSRİ rəhbərliyi
1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.
Yanvarın
18-də televiziya ilə
çıxış edən
SSRİ və Azərbaycan
rəhbərliyinin nümayəndələri
respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət
tətbiq edilməyəcək
və belə tədbir nəzərdə
tutulmayıb. Ancaq bu vaxt DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi.
Yanvarın
19-da axşam Azərbaycan
televiziyasının enerji
bloku partladıldı. 20 Yanvar faciəsini
araşdıran dövlət
komissiyası tərəfindən
sübut edilib ki, həmin partlayış DTK tərəfindən
planlaşdırılıb və həyata keçirilib.
Yanvarın
19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə
daxil olan sovet qoşun hissələri küçələrə
çıxıb öz
etirazlarını bildirən
dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə
tutdu. Həmin gecə
Bakının müxtəlif
rayonlarında sovet əsgərləri tərəfindən
121 insan qətlə yetirildi, 700-dən artıq
vətəndaş yaralandı
və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak oldu ki, onlardan
da 123-ü kişi,
5-i qadın, 4-ü uşaq
idi.
20 Yanvar faciəsində
azərbaycanlılarla yanaşı,
Bakıda yaşayan 6 rus, 3 tatar,
3 yəhudi həlak olub. Həlak olanların arasında
4 milis işçisi,
1 həkim, 1 aspirant, 3 elmlər
doktoru olub. Qeydə alınan 700-dən çox
yaralının 25-i qadın,
20-si uşaq idi.
Bakı
şəhərinə 20 Yanvar
tarixindən fövqəladə
vəziyyət tətbiq
olunması haqqında
SSRİ Ali Soveti Heyətinin
19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi.
Elə
həmin gün ərzində 5 nəfər
dinc sakin imperiya ordusu tərəfindən güllələndi. Yanvarın
21-də o zaman Moskvada
yaşayan Heydər Əliyev heç bir təhlükəyə
baxmayaraq, Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəldi.
O, baş vermiş faciə ilə əlaqədar xalqımıza
başsağlığı verdi və mətbuat
konfransı keçirib,
başda Qorbaçov olmaqla Bakıdakı terror
aktına rəvac verən hakimiyyət nümayəndələrini və
hərbçiləri cinayətkar,
onların dinc əhaliyə tutduqları
divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı
və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını
bəyan etdi.
Tarixçi Nəsiman Yaqublu 20
Yanvar hadisələri
barədə fikirlərini
ifadə edərkən
bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan tarixində ən unudulmaz hadisələrdən biridir.
1990-cı il yanvar ayının 19-da Azərbaycanın
ərazisinə Azərbaycan
SSR-nin və SSRİ Konstitusiyasının
müvafiq maddələri
pozularaq bəzi mənbələrdə göstərildiyi
kimi 60 minə yaxın qoşun yeridilib. Tarixçi qeyd edib ki, Bakıya qoşun yeridilərkən
belə bir fikir irəli sürüldü ki, əsas məqsəd Azərbaycandakı rus hərbçilərinin ailələrini
qorumaq və onların təhlükəsizliyini
təmin etməkdən
ibarətdir. Amma əslində
həmin vaxt Azərbaycanda təxminən
11 minə qədər
hərbçi var idi, 60 minlik qüvvənin Azərbaycana
yeridilməsinə ehtiyac
yox idi.
Nəsiman Yaqublu
qeyd edib ki, baş verən
hadisələr SSRİ-nin
“Udar” əməliyyatı
adı altında həyata keçirilib: ”Digər bir
tərəfdən isə
bu SSRİ-nin Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin
hazırladığı “Udar”
əməliyyatı adı
altında qoşun hissələri Azərbaycana
yeridildi. Dövlət Təhlükəsizlik Xidmətinin “A” təxribatçı
qrupu tərəfindən
20 Yanvar hadisələri
törədildi. Azərbaycana
gətirilən hərbiçilərin
Stavropolda, Krasnadardakı
ehtiyatda olan ermənilərdən təşkil
olunması ilə bağlı məlumatlar
da var. Ona görə də baş verən hadisələri təhlil etdikdə bunun rus ailələrinin təhlükəsizliyinin qorunması
üçün gətirildiyini
deyil, qısasçı
dəstə olduğunun
şahidi oluruq”.
Tarixçi baş
verən hadisələrin
kökündə ermənilərin
qisasçılıq hissinin
dayandığını deyir:
“Baş verən hadisələr bir daha onu sübut
edir ki, azərbaycanlılara qarşı
törədilən hadisələrin
kökündə ermənilərin
rus hərbi birləşmələri ilə
birləşib Azərbaycana
qarşı törətdiyi
qisasçılıq hissi
dayanır. İkinci bir tərəfdən
isə bunu onunla izah edə
bilərəm ki, bu, Azərbaycan xalqının apardığı
azadlıq və müstəqillik mübarizəsini
boğmaq cəhdləri
idi. Çünki həmin vaxt
Azərbaycanda böyük
bir xalq hərəkatı gedirdi.
Xalq hərəkatı SSRİ-dən
ayrılmaq məsələsini
qarşıya qoymuşdu
və bu prosesleri boğmaq, dayandırmaq üçün
SSRİ və başda
prezident Qorbaçov olmaqla böyük bir cinayətə əl atdılar”.
Millət
vəkili Fazil Mustafa 20 yanvar hadisələrinin matəm
kimi qeyd olunmasını doğru hesab etmir: “20 Yanvar faciəsi Azərbaycan tarixində yaşanmış ən ağır faciələrdən
biridir. Amma bunun bir matəm kimi qeyd olunmasını doğru hesab eləmirəm. Azərbaycan xalqı,
eyni zamanda hər bir xalq
öz tarixi boyunca çox faciələr yaşaya bilər. Bunu rituallaşdırmaq əslində xalqın psixologiyasına doğru təsir göstərmir.
Biz Qarabağın itirilməsi tarixini də matəm kimi qiymətləndirə
bilərik. Bütün bunlar
üst-üstə yığılanda
o zaman gərək biz
bütün zamanları
matəm içərisində
keçirək. Amma həmin
günün müstəqillik
uğrunda mübarizə
günü kimi qeyd olunması daha doğru olardı”.
Zalım
öyünməsin zülümləriylə,
Min bir böhtanıyla,
min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi
Şəhidlər...
Qanlı 20 Yanvar
hadisələrinin qurbanlarından
olan Yanvar Nəsirovun həyat yoldaşı Almara Nəsirova baş verən hadisələri bu cür xatırlayır:
“20 Yanvar hadisələri
baş verən ərəfədə ölkədə
vəziyyət çox
gərgin idi. Hər kəs işdən evə qayıdan kimi Azadlıq Meydanına toplaşırdı.
Xalqın taleyinin necə
olacağı insanları
narahat edirdi. Həmin gecə güllə uğultusunda insanın qulağı deşilirdi sanki. Güllələr göydə elə
bil dövrə vururdular. Şəhər bir anda işıqlanırdı. Həmin gün
yaşadıqlarımızı sözlərlə ifadə
etmək çox çətindir. Allah bir də elə
bir günü xalqımıza yaşatmasın.
Çox
ağır bir gün idi”.
Qanlı 20 Yanvar
hadisələrində günahsız
insanların axıdılan
qanlarının qatili
olan keçmiş
SSRİ prezidenti M.Qorbaçov
1995-ci ilin aprel ayında Türkiyədə
səfərdə olarkən
1990-cı il yanvar qırğınından
bəhs edib, "Bakıda fövqəladə
vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim
siyasi həyatımda ən böyük səhvim idi" deyərək öz günahını etiraf edib.
Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla,
qərənfil, ağla!
Sevda Qurbanqızı
Olaylar.- 2014.- 18-21 yanvar.- S.4.