“20 Yanvar
Azərbaycanın müstəqilliyini doğdu”
Ankarada 20 Yanvar faciəsi ilə bağlı tədbir
keçirilib
Qanlı 20 yanvar
1990-cı il hadisələri nəinki Azərbaycanda,
ölkə hüdudlarında da həmyerlilərimiz
tərəfindən xatırlanır, tədbirlər təşkil
olunur, erməni-rus işğalları tarixi şəkillər və videolentlər
vasitəsilə təqdim edilir, kitablar verilir və s. Qardaş Türkiyə
də Azərbaycan-erməni məsələsinin adının
gəldiyi hər məqamda ayağa
qalxıb bizə dəstək olduğunu nümayiş etdirir.
Belə
mühüm tədbirlərdən biri 20 Yanvarla bağlı
paytaxt Ankarada “İlci” Residence-də oldu. Bu, Eko Avrasiya Məsləhət
Şurası və Azərbaycanın Türkiyədəki səfirliyinin
birgə təşkilatçılığı ilə “Qarabağ problemi: hardan hara?” adlı seminar-tədbirlər
silsiləsinin ilk pilləsi idi. Türkiyə və Azərbaycan himnlərinin
səslənməsindən sonra layihənin
koordinatoru Dr. Can Ünvərin
giriş çıxışı etdi, sonra Giresun
Universitetinin rektoru professor Aygün Attar, Azərbaycan Milli Məclisinin
üzvü və Qeyri-Hökumət Təşkilatları
Şurasının sədri Azay Quliyev, Azərbaycanın Ankaradakı səfiri
Faiq Bağırov erməni-Azərbaycan
problemlərinin həm köklərindən, həm son 25 ildə törədilən faciələrdən,
həm beynəlxalq aləmin gözlə,
açıq-aşkar görünən bu
hadisələri qulaqardına vurmasından
danışdılar. Millət vəkilləri Dr.
Rəşad Doğru (Tokat
Millət vəkili), İsmayıl Safi (İstanbul Millət vəkili), professor
dr. Necdet Ünüvar (Adana Millət
vəkili) “əlbəttə bu işdə
başlıca dəstək Türkiyədir və bundan sonra da
olacaq” ana fikri əsasında çıxış etdilər.
Türkiyədə Avropa Birliyi sədr köməkçisi dr. Ələddin Böyükkaya
“Mən Türklüyü Azərbaycanda gördüm” deyərkən göz
yaşlarını saxlaya bilmədi. “2013-cü
ilin ən məhsuldar millət vəkili”
adını qazanmış İsmayıl Safi
isə çıxışında 20 Yanvar
hadisəsini faciə kimi
qəbul etmədiyini aydın şəkildə dilə gətirdi,
onu doğan qadına
bənzədərək “20 Yanvar qanla, min bir
ağrı ilə Azərbaycanın müstəqilliyini doğdu, dünyaya yenidən
bir varlıq gətirdi, dəstək olan dostları və sevinməyən
düşmənləri göstərdi bir
daha”.
Tədbirə
Türkiyənin ayrı-ayrı bölgələrindən –
Qaradəniz, Toros, Karabük,
Kırıkkalə və başqa yerlərin
Universitetlərindən professorları, müəllimləri və
tələbələr gəlmişdilər.
Olaylar.-
2014.- 22 yanvar.- S.15.