Azərbaycan diasporu dünyada
ciddi bir qüvvəyə çevrilir
Azərbaycan gənc bir dövlət kimi tədricən öz inkişaf yolunu keçir. Ölkəmizdə gedən inkişaf prosesi dünyanın ən qabaqcıl və qocaman ölkələrini belə geridə qoymaqdadır. İstər iqtisadiyyat, istər xarici siyasət, istərsə də həyatın digər sahələrində ölkəmiz birincilər sırasındadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf indi də uğurla davam etməkdədir. Ölkəmiz yola saldığımız 2013-cü ildə həm daxildə, həm də xarici siyasətdə ciddi nailiyyətlər əldə etdi. Heç şübhəsiz ki, bu nailiyyətlər dövlətin apardığı uğurlu xarici siyasətin sayəsində mümkün olub. Bu xarici siyasətin bir hissəsi də diasporumuzla bağlıdır. Artıq bütün dünyada ciddi bir qüvvə kimi çıxış edən Azərbaycan diasporu ölkə başçısı İlham Əliyevin Türk Xalqlarının Qurultayında erməni yalanlarının qarşısının alınmasından danışarkən səsləndirdiyi “Biz müdafiədən hücuma keçməliyik” şüarından sonra daha qətiyyətli mövqe ortaya qoymağa başlayıb.
Bu gün Azərbaycan diasporunun geniş yayıldığı və fəal olduğu ölkələrdən biri də Rusiya
Federasiyasıdır. Rusiya Federasiyası Prezidenti
yanında Dövlət İdarəçiliyi
Akademiyasının “Hüquq” fakültəsinin
tələbəsi olmuş, filologiya üzrə fəlsəfə doktoru, Əhməd Şahidov
da bu qənaətdədir.
Bildirib ki, Rusiyada 3 milyona yaxın azərbaycanlının
yaşadığını nəzərə alsaq,
şimal qonşumuzun bizim üçün nə
qədər önəm kəsb etdiyini
anlayarıq: “Rusiyada azərbaycanlıların
sayının kütləvi şəkildə artması
90-cı illərin əvvəllərində
soydaşlarımızın əməkçi miqrant
kimi bu ölkəyə
işləməyə gəlməsi ilə
bağlıdır. Təxminən 20 il əvvəl
Azərbaycandan Rusiyaya getmiş
soydaşlarımız həmin vaxt Rusiya cəmiyyətinə inteqrasiya
etməkdə böyük problemlər
yaşayırdılar. Dili bilməmələri
və digər səbəblərdən onlar
sıxışdırılır, incidilirdilər. Təəssüf
ki, həmin nəslin inteqrasiya
problemi indi də
qalmaqdadır. Onları bəzən cəmiyyət içinə
buraxmır, bəzən də sürətlə yenilənən
Rusiya cəmiyyətinə inteqrasiya
etməkdə lazımi imkanlara sahib ola bilmirlər.
Soydaşlarımız min bir
əziyyətlə qazandıqları pulu
övladlarının təhsilinə yatırırlar. Nəticə
bu gün göz qabağındadır. İndi
17-20 yaşında olan gənc
soydaşlarımız Rusiyanın ən prestijli
ali məktəblərinin tələbələridir.
Bu yerdə Ümummilli
Lider Heydər Əliyevin səsləndirdiyi
bir fikir yadıma düşür: “Cəmiyyətin gələcək
tərəqqisi bir çox
cəhətdən indi gənclərimizə
nəyi və necə öyrətməyimizdən asılı
olacaqdır.”
Heydər
Əliyev bu sözləri həm də öz nümunəsində nümayiş
etdirmiş oldu”.
Əhməd Şshidovun sözlərinə
görə, məhz onun böyüdüb boya-başa çatdırdığı və
tərbiyə verdiyi nəvəsi Leyla xanım Əliyeva indi
Rusiyada Azərbaycan gənclərinin güc mərkəzinə çevrilib: “Leyla Əliyevanın fəaliyyətini çoxdan izləsəm də, onunla şəxsi tanışlığım
26 Fevral 2010-cu il
tarixinə təsadüf etdi. Onda mən Rusiya Fedearsiyası
Prezidenti yanında Dövlət İdarəçiliyi
Akademiyasının Hüquq fakültəsinin
2-ci kursunda təhsil alırdım.
Günlərin bir günü
dekanlıqdan məni çağırıb dəvətnamə
təqdim etdilər. Açığı, heç
gözləmirdim. Məni Moskvanın ən nüfuzlu
“Prezident” Hotelində keçiriləcək
“26 Fevral – Xocalıya Ədalət”
kampaniyası çərçivəsində keçirilən
tədbirə dəvət etmişdilər. Bu,
artıq ardıcıl fəaliyyətin nəticəsi idi. Rusiyada təhsil alan bütün azərbaycanlı
gəncləri axtarıb tapmaq, onları
Azərbaycanın milli maraqları ətrafında
sıx birləşdirmək və bununla da Azərbaycan diasporunun gücünü, qüdrətini bütün dünyada
möhkəmlətmək. Həmin tədbirə gələndə
həm təəccübləndim, həm də böyük fəxarət hissi
keçirdim. Rusiyanın demək olar ki, bütün
ali təhsil müəssisələrindən
azərbaycanlı gənclər həmin tədbirdə
yaxından iştirak edirdilər. Zalda Rusiyanın tanınmış ictimai-siyasi xadimləri, jurnalistlər, millət
vəkilləri var idi.
Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin rəhbəri Leyla xanım Əliyevanın tədbirdəki
çıxışı hamı tərəfindən
alqışlarla qarşılandı. “Xocalıya Ədalət”
kampaniyası çərçivəsində həyata
keçirilən tədbirlərin nəinki Rusiyada,
Avropanın bir çox
şəhərlərində, habelə uzaq
Amerika və Afrika
ölkələrində də
reallaşdığını bildirən Leyla
xanım Azərbaycan həqiqətlərinin bundan
sonra da dünya ictimaiyyətinə
çatdırılacağını bildirdi»
Əhməd Şahidovun sözlərinə
görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın Azərbaycanın dünyada
tanıdılması istiqamətindəki fəaliyyəti
ölkə gənclərinin bu işə
fəal qoşulmasına səbəb olub:
”Ümumiyyətlə, Leyla xanım
Əliyevanın Rusiyadakı fəaliyyəti təkcə diaspora ilə məhdudlaşmır. Onun rəhbərlik etdiyi Rusiya Azərbaycan Gənclər Təşkilatı
eyni zamanda təhsil, səhiyyə
və sosial sahələrdə də
çoxsaylı layihələr həyata keçirməkdədir.
Statistikaya görə, Rusiyada
170 min azərbaycanlı gənc
yaşayır. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
bu gənclərin fiziki
və mənəvi sağlamlığına dəstək verir. Rusiyanın ən iri
şəhərlərində, uzaq
regionlarında əhalinin sağlamlığının təmin
olunması, gənclərin elm, təhsil
yarışlarına cəlb edilməsi istiqamətində böyük layihələrə imza atılıb. Bunlardan Leyla
Əliyevanın təşəbbüsü ilə Moskvada azərbaycanlı tələbələrin
bilik yarışmasının
keçirilməsini, “Əmin ol ki, sağlamsan, xəstəliyə
yox de!” kampaniyası
çərçivəsində Rusiyadakı azərbaycanlı
gənclərin və Rusiya vətəndaşlarının
həkim müayinəsindən keçməsini, mütəmadi olaraq Rusiyada təhsil alan azərbaycanlı
tələbələrlə görüşlərin
keçirilməsi və onların problemlərinin həlli
istiqamətində Leyla xanım
Əliyevanın fəaliyyətini, Udmurtiyada
Bazar günü məktəbinin
açılmasını, Sankt-Peterburqda Nizami Gəncəvi adına bağın açılışını, Rusiyadakı uşaq
evlərinə mütəmadi ziyarətlər və onlara maddi
yardımların edilməsini, Azərbaycanın milli və dövlət bayramlarının Rusiyada yüksək səviyyədə
keçirilməsini və həmin tədbirlərdə
Rusiyanın tanınmış ictimai-siyasi
xadimlərinin, sənət adamlarının iştirak etməsini və bu
kimi onlarla tədbirləri
misal gətirmək olar.
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyeva Azərbaycan mədəniyyətinin
xaricdə təbliği üzrə çox
ciddi iş aparır,
Azərbaycanın xaricdə həyata keçirdiyi
bütün mədəni layihələrə
dəstək göstərir. Leyla xanım
Əliyevanın bir diaspor
lideri kimi fəaliyyəti
təkcə AMOR təşkilatı ilə bitmir.
Belə ki, Leyla
Əliyeva eyni zamanda
tanınmış “Bakı” jurnalının baş
redaktoru kimi həm Azərbaycanda,
həm də Rusiyada kifayət qədər
nüfuz qazana bilib. “Bakı” artıq neçə ildir ki, rus
dilində nəşr olunur. Jurnalın rus dilində hazırlanmış ilk sayı 2007-ci ilin
dekabrında Moskvada təqdim olunub. Bu qısa müddət
ərzində “Bakı” jurnalı böyük
nüfuz qazanıb və geniş
maraq oyada bilib. Jurnalda Azərbaycanın
tarixi, mədəniyyəti, dünəni
və bu günü
haqqında maraqlı materiallar təqdim olunur. Jurnalın həm də ingilis
dilində nəşr edilməsi Azərbaycan həqiqətlərinin
yayılma coğrafiyasının bir qədər
də genişlənməsindən xəbər verir. Jurnalın çap olunduğu Böyük
Britaniyanın “Conde Nast”
nəşriyyatının məsul redaktoru
Darius Sanai deyib ki, ingilis
dilində çıxan nəşr Azərbaycanı maddi və mənəvi sərvətləri ilə
dünyaya tanıdır. O, jurnalın
hazırlanmasında Leyla Əliyevanın
dəyərli, innovativ ideyalarla
çıxış etdiyini
vurğulayıb. Darius Sanai
qeyd edib ki, ingilis dilində
çıxan nömrədə Azərbaycanın zəngin incəsənəti,
mədəniyyəti haqqında maraqlı materiallar
verilib”. Natiq bildirib ki, Rusiya
Federasiyası həm Azərbaycanın şimal
qonşusu kimi, həm
də 3 milyon azərbaycanlının
yaşayış yeri kimi
bizim üçün
çox böyük əhəmiyyət
kəsb edir. Bu səbəbdən
də belə bir coğrafiyada
diaspor siyasətinə Leyla
Əliyeva kimi gənc, perspektivli
bir ictimai xadimin rəhbərlik etməsi çox
sevindiricidir. Eyni zamanda bu gün
bütün dünyanın Avropa dəyərlərinə inteqrasiya
olunduğu bir dövrda Azərbaycanın Avropadakı diaspor fəaliyyətinin gücləndirilməsinə
də ciddi ehtiyac var idi. Bu səbəbdən Avropada Azərbaycanın tanınmasında,
Dağlıq Qarabağ kimi
ağrılı problemimizin Avropanın
sıravi vətəndaşlarına, siyasət düşərgəsinə
tanıdılmasında aparıcı rol oynayan Avropa-Azərbaycan Cəmiyyətinin fəaliyyətini
xüsusilə qeyd etmək istərdim.
Məhz Avropa-Azərbaycan Cəmiyyətinin Böyük
Britaniyada, mən deyərdim, Avropanın tam mərkəzində Azərbaycan naminə fəaliyyəti
artıq öz bəhrəsini verməkdədir.
Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərov gənc olmasına baxmayaraq, müasir dünyagörüşlü şəxsiyyət
kimi Avropada kifayət
qədər tanınır. Tale Heydərov London iqdisadiyyat
məktəbində beynəlxalq münasibətlər və tarix üzrə bakalavr, Birkbek kollecində isə təhlükəsizlik
və qlobal idarəetmə üzrə magistr dərəcəsinə malikdir.
Çıxışlarının birində “Azərbaycan
diplomatiyası və diasporunun fəaliyyəti
nəticəsində Britaniya parlamentində
Azərbaycan lobbisi erməni lobbisindən
qat-qat güclüdür”
deyən Tale Heydərov Azərbaycanı xarici ölkələrdə ləyaqətlə
təmsil edir. Rəhbərlik etdiyi Cəmiyyətin əsas fəaliyyət
istiqaməti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizi
dünyaya daha
yaxından tanıtmaqdır. Tale Heydərovun beynəlxalq səviyyəli mərasimlərdə
Dağlıq Qarabağa “erməni təcavüzü”,
Amerikanın insan hüquqları və demokratiya haqqında hesabatlarında “ikili standartlar” haqqında
çıxışlar etməsi və Konqresin
Dağlıq Qarabağ anklavına humanitar yardımı təmin etmək səylərindən
şikayətlənməsi Azərbaycanın beynəlxalq
arenada daha bir ictimai uğuru
kimi də qiymətləndirilə bilər.
Tale Heydərov Azərbaycanın dünyada tanıdılması istiqamətində
gərgin səylərini bu gün də davam etdirir. Onun təqdimatını
etdiyi “Qafqazda erməni
məsələsi” kitabı da deyilənlərin
əyani təzahürü rolunda
çıxış edir”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 28 yanvar.- S.15.