Diasporumuzun fəaliyyətinin dövlətimiz

tərəfindən dəstəklənməsi...”

 

Adil Kərimov: “Ölkəmizin və millətimizin xaricdə təmsil olunması işində daha da uğurlu nailiyyətlər qazanacağına ümid bəsləməyə bizə əsas verir

 

Hazırda öz inkişaf dövrünü keçən Azərbaycan diasporu hər ötən il daha böyük nailiyyətlər və uğurlara imza atır. Sevindirici hal ondan ibarətdir ki, diaspor işinə təkcə bu sahədə fəaliyyət göstərən cəmiyyət və dərnəklər, qeyri-hökumət təşkilatları deyil, eləcə də fərdi şəxslər də öz dəstəklərini verirlər. Belə şəxslərdən biriAdil Kərimovdur. Əsasən Almaniyada yaşayan soydaşlarımız, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızla yaxından əməkdaşlıq edən Adil Kərimov müntəzəm olaraq etdiyi səfərlər zamanı Almaniya azərbaycanlıları ilə görüşür, onlarla söhbətlər aparır. Paralel olaraq Adil Kərimov Almaniyada Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği, ölkəmizin üzləşdiyi problemlərin Alman cəmiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərə də dəstək verir və həmin tədbirlərdə yaxından iştirak edir. Məlumat üçün qeyd edək ki, yaxın aylarda Almaniyada Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği ilə əlaqədar daha bir neçə tədbir keçiriləcək və Adil Kərimov da həmin tədbirlərdə iştirak etmək üçün Almaniyaya səfər edəcək. Biz də nəzərdə tutulan Almaniya səfəri, keçiriləcək tədbirlərin əhəmiyyəti, eləcə də Azərbaycan diasporunun mövcud durumu, qarşıda dayanan vəzifələr barədə Adil Kərimovla söhbətləşməyi qərara aldıq.

-Adil müəllim, Azərbaycan diasporu cənab prezidentin verdiyi tapşırıq və tövsiyyələrə nə dərəcədə əməl edirdiasporumuz onun qarşısında duran vəzifələri tam mənada yerinə yetirə bilirmi?

 -Bu suala ötən müsahibələrimin birində cavab vermişdim. Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın heç biri ilə şəxsən mən yaxın təmasda olmadığım üçün onların apardığı işlər haqqında ətraflı məlumat verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, biz azərbaycanlılar, məsələn, qonşu ermnəilərdən fərqli olaraq yalnız son bir neçə ildir ki təşkilatlanmağa başlamışıq. Buna görə də ola bilər ki, hansısa ölkədə diasporamız daha fəaldır. Yaxud hər hansı bir ölkədə fəallıq nisbətən azdır. Inanıram ki, bu istiqamətdə yaxın gələcəkdə təcrübə toplayıb uğurlu nəticələr əldə edəcəyik. Onu da qeyd etmək yerinə düşər ki, artıq belə nəticələr var. Sözsüz ki, diasporumuzun fəaliyyətinin dövlətimiz tərəfindən dəstəklənməsi ölkəmizin və millətimizin xaricdə təmsil olunması işində daha da uğurlu nailiyyətlər qazanacağına ümid bəsləməyə bizə əsas verir.

 -Dünya Azərbaycanlılarının İkinci Quriltayında dövlət başçısı diasporumuza hücum diplomatiyasına keçməyi tövsiyyə etdi. Ötən müddət ərzində diasporumuz hücum taktikasından nə dərəcədə səmərəli istifadə edib?

 -Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən birixarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi oldu. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Ötən dövrün ən mühüm hadisələrindən biri ümummilli lider Heydər Əliyevin 2001-ci il, may ayının 23-də imzaladığı sərəncam oldu. Həmin sərəncamda Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi nəzərdə tutulurdu. Beləliklə, həmin ilin noyabr ayının 5-7-də Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi. Sonradan isə bu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən davam etdirildi. 2006-cı il, mart ayında İlham Əliyevin iştirakı ilə Bakıda Dünya Azərbaycanlılarının İkinci Qurultayı, 2011-ci ilin yayında isə Dünya Azərbaycanlılarının Üçüncü Qurultayı baş tutdu. Qurultayda çıxışı zamanı dövlət başçısı məhz qeyd etdiyiniz məsələyə toxunaraq diasporumuza hücum diplomatiyasına keçməyi tövsiyyə etdi. Hesab edirəm ki, prezident İlham Əliyevin queultayda çıxışı zamanı səsləndirdiyi “Azərbaycan dövləti özünü qoruyur və qoruyacaqdır. Ancaq mən çox şadam ki, diaspor təşkilatlarımız da nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddireal faktlar əsasında qurulmuş təbliğat işləri aparırlar. Mən xaricdə çalışan səfirlərimizlə görüşlərdə həmişə demişəm və bu gün də demək istəyirəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır. Hücum diplomatiyamız nəticə verir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf və zərər çəkən tərəf bizik, əlbəttə, arqumentlərimiz daha da ciddidirdaha da tutarlıdır. Hesab edirəm ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməliyik və Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik. Müxtəlif konfranslar, simpoziumlar, “dəyirmi masalar keçirilir. Mən bunu alqışlayıram” fikri ötən müddət ərzində diaspor təşkilatlarımız tərəfindən əsas prioritet hesab edilib. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın son illər ərzində əldə etdiyi uğurlar belə deməyə əsas verir.

 -Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının dünyaya çatdırlmasında diasporumuzun fəaliyyəti sizləri qane edirmi?

 -Kütləvi informasiya vasitələrindən aldığım məlumatlara əsasən deyə bilərəm ki, bu istiqamətdə də az görülməyib. Dediyim kimi, biz hələ bir dövlət kimi dünyada yeni tanınırıq. Dünya birliklərinin, xarici ölkə vətəndaşlarının arasında Azərbaycan, onun tarixi, mədəniyyəti, zəngin musiqisi, istedadlı insanları haqqında kifayyət qədər təbliğat xarakterli  tanıtım işləri aparılmalıdır ki, bundan sonra bizim son illər başımıza gələn müsibətlərə dünya ictimaiyyəti daha diqqətlə qulaq assın. Və bu işlər nəinki xaricdə ölkə daxilində də keçirilən müxtəlif beynəlxalq tədbirlər vasitəsilə həyata keçirilməlidir və keçirilir də. Artıq bizi tanıyırlar. Bizə, xalqımızın, dövlətimizin keçmişimizə canlı marağın yarandığının şəxsən mən son səfərlər zamanı şahidi olmuşam. Bu onu göstərir ki, aparılan işlər düzgün istiqamətdə gedir. Qeyd etmək istərdim ki, Xocalı faciəsi və Ermənitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında, ümumiyyətlə ölkəmizin üzləşdiyi problemlər barədə məlumatların çatdırılması tarixindən asılı olmayaraq müntəzəm şəkildə həyata keçirilməlidir. Yalnız belə olduğu halda biz düşmənin bizimlə bu gün apardığı informasiya müharibəsində ona qalib gələ bilərik

 -Sizcə, müasir qloballaşan dünyada Azərbaycan diasporunun qarşısında duran yeganə vəzifə, məqsəd nə olmalıdır?

-Fikrimcə dünyada baş verəcək proseslərdən asılı olmayaraq biz hamımız, həm ölkədə yaşayanlar, həm diaspora, həm xaricdə yaşayan, təhsil alan vətəndaşlarımızın, məqsədi birdirişğal altında olan torpaqlarımızın azad olması uğrunda mübarizənin bütün mümkün olan yollarından istifadə etmək.

 -Kütləvi informasiya vasitələrində diaspor mövzusu nə dərəcədə aktual yer alır. Ümumiyyətlə, KİV-lər bu mövzuya yetərli qədər diqqət edirlərmi?

 -Almaniyada şəxsi təşəbbüsümlə keçirdiyim bir sıra görüşlərin kütləvi informasiya vasitələri tərəfindən dərhal işıqlandırılması mənə belə düşünməyə əsas verir ki, mətbuat və televiziyalarda, ümumilikdə KİV-lərdə bu mövzuya diqqət çoxdur. Qalır aparılan işləri daha da aktivləşdirmək.

 -Siz mütəmadi olaraq Almaniyaya səfər edirorada müxtəlif görüşılər, Almaniyada yaşayan soydaşlarımızla tədbirlər keçirirsiniz. Səhf etmirəmsə bu yaxınlarda da belə bir səfər gözlənilir. Mümkündürmü, həmin səfər və keçiriləcək tədbirlər barədə ətraflı məlumat verəsiniz?

-Hələlik onu deyə bilərəm ki, bu ilin mart ayında artıq yerli icra hakimiyyətləri ilə öncədən razılaşdırılmış şəkildə bir neçə tədbir də keçiriləcək. Bu tədbirlər xalqımızın ən qədim, ən zəngin və gözəl ənənələrindən biri olan Novruz bayramına həsr oluncaq. Tədbirdə bu bayrama həsr olunmuş videofilmin, qədim  musiqi alətləri ansamblının son konsertinin lent yazısının nümayişi, milli mətbəximizə xas bayram şirniyyatları ilə çay süfrəsi və suvenir hədiyyələrin paylanması nəzərdə tutulub.

  

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 31 yanvar.- S.15.