İnternet mediası insanların

informasiya aclığını doldurur” -

 

Xaqani Səfəroğlu: “Peşəkar jurnalistləri ciddi şəkildə narahat edən jurnalistin imzası məsələsi yazınınoğurlanması”dır

 

Yeni formalaşmaqda olan internet mediasının problemləri, sonrakı inkişafı haqqındaYeni Media Jurnalistləri” İB-nin sədri Xaqani SəfəroğluOLAYLAR”a müsahibə verib.

-Xaqani müəllim, Azərbaycanda internet medianən rolu barədə deyə bilərsiniz?

-İnternet mediası son illərdə təşəkkül tapmış yeni bir media müstəvisidir. Bu da dünyada vüsət almış internet medianın bir təzahürüdür. 2000-ci ilin əvvəllərində Azərbaycanda internet medianın ilkin nümunələri ortaya çıxmağa başlayıb. Portallar, saytlar fəaliyyətə başlayıb. Azərbaycanda internet mediası dedikdə hələ tam oturuşmamış, müəyyən problemləri olan bir KİV sahəsi başa düşülür. Əslində Azərbaycanda indiyə qədər ənənəvi çap mediası əsas KİV kimi çıxış etdiyi üçün internet medianın bu sahədə rolu o qədər nəzərə çarpmayıb. Amma son illərdə Azərbaycanda internet media, sosial şəbəkələr sosial media demək olar ki, informasiya təminatında aparıcı rol oynamağa başlayıb. Hazırda Azərbaycanda bir internet KİV bumu yaşanır. Bu baxımdan yeni bir sahə olan internet KİV Azərbaycanda da gündəmdədir. Bununla bağlı məsələlərin həlli müvafiq amillərdən asılıdır.

-Azərbaycan internet məkanında hansı mövzular daha aktualdır?

-Azərbaycan internet KİV- əsas etibarı ilə demək olar ki, bütün mövzular aktualdır bütün mövzular öz oxucularını tapa bilir. Bunun da bir çox səbəbləri var. Bu səbəblərdən biri istər televiziya, istər qəzetlərdə əhali arasında olan informasiya aclığını internet KİV-i asanlıqla doldura bilməsidir. Bu baxımdan siyasi, sosial, mədəni, şou, kriminal s. xəbərlərin hər biri Azərbaycanın internet media məkanında da aktualdır hər birinin öz oxucuları var. İnternet mediasının bütün xəbərləri digər çap mediasından fərqli olaraq rezonans doğurur xəbərin yayılması daha geniş olur. Buna görə internet mediasının həm sosial şəbəkələrlə bağlı olması, bloqla, sosial media ilə eyni zamanda fəalliyyət göstərməsi həm xəbərlərin daha oxunaqlı olmasına xüsusi kömək göstərir.

-İnternet mediasının əsas problemləri nələrdir?

-Dünyanın özü üçün belə internet KİV yeni anlayışdır. Dünyanın bir çox yerlərində onlayın media ilə bağlı fikir müxtəlifliyi var hazırda əsas sual internetb KİV-ni ənənəvi KİV-dən fərqləndirən onu üstünləşdirən məqamları müəyyənləşdirməkdir. Bu isə o qədər asan məsələ deyil. Çünki internet mediasının meydana gəlməsi ilə yeni bir statusu olan internet jurnalisti statusu meydana gəlib. İnternet KİV-nin özünün özəl cəhətlərindən biri ondan ibarətdir ki, hazırda onlayın media üçün ənənəvi qəzetlərdə olan redaksiya anlayışı bir qədər məhdud qavranılır, belə ki hazırda internet medianın özündə internet jurnalisti özü xəbəri hazırlamalı, redaktə etməli, korrektə etməli özü texniki bilikləri sayəsində onu sayta yerləşdirməyi bacarmalıdır. Bu baxımdan internet mediada olan bəzi hallarda xüsusi yoxlamadan keçmədən belə, redaktorun, baş redaktorun xəbərləri yoxlama imkanı olmadan belə sayta qoyulur. Bu baxımdan dünyada hazırda internet KİV-nin statusları ilə bağlı ciddi müzakirələr gedir Azərbaycanda da bu cür müzakirələr zəruridir, vacibdir. İlk olaraq internet KİV-nin statusu ilə bağlı məsələ öz həllini tapmalıdır. Yeni Media Jurnalistləriİctimai Birliyi bununla bağlı məsələ qaldırıb ki, Azərbaycanda KİV-nin azadlığı haqqında qanunda müəyyən dəyişikliklərin edilməsi vacibdir. Çünki yeni vüsət alməş internet KİV- bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Belə ki KİV haqqında qanun Məlumat Azadlığı haqqında qanun ənənəvi mediaı əsasında məsuliyyət formalaşdırıb, qanunvericiliyi tənzimləyib. Amma internet KİV tamamilə yeni olduğundan internetlə bağlı məsələlər qanunda çox ümumi   yayğın bir şəkildə göstərilib. O isə indiki halda onlayn medianın tam hüquqi statusunu müəyyən etməyə imkan vermir. Məsələn, KİV haqqında qanunun 7-ci maddəsinə əsasən KİV məhsulları anlayışı var. Burada televiziya kanallarının bir buraxılışı çap məhsullarının bir tirajı nəzərdə tutulur. Orada internet KİV-i ilə bağlı anlayış yoxdur. Məlum olduğu kimi internet mediası hər gün onlarla xəbər istehal edir. İnternet mediası daima yenilənir. Amma onların istehsal etdiyi məhsullar isə KİV məhsulları anlayışı kimi nəzərdə tutulmayıb. Digər bir tərəfdən bu məsələ məlumat azadlığı haqqında qanunda da özünü göstərir. Yəni vətəndaşların informasiya almağı internet KİV-dən oxuduğu informasiyanın KİV olub-olmadığı barədə qeyri-müəyyənlik var. Bütün bunlar Azərbaycanda onlayn medianın statusunun müəyyən edilməsi ilə bağlı məsələni bir daha qabardır. Çünki bunlar internet mediada çalışan jurnalistlərin statusunu ortaya qoyur ki, bu məsələlər öz həllini tapsın. Ayrı-ayrı saytların dövlət qeydiyyatından keçməsi, jurnalistin fəaliyyətinin qorunmasının hansı formada olacağı məsələləri açıq qalıb. Bu baxımdan Azərbaycanda onlayın medianın statusunun müəyyən edilməsi üçün müzakirələrə ciddi ehtiyac var. “Yeni Media Jurnalistləri” İB bu məsələni aktiv şəkildə dəstəkləyir.

Digər bir məsələ internet jurnalistikasının sərhəədlərinin müəyyən edilməsidir. Düzdür, burada sərhədlərdən danışmaq bir qədər düzgün deyil, çünki internet qlobal məkan olduğu üçün burada sərhədlər bilinmir.

Onlayın medianın digər əsas problemlərindən biri “kopi-past” problemidir. Jurnalist imzasının itməsi, etik problemlər, şərhlər statuslar məsələsidir ki, dünyada bununla bağlı konkret bir mövqeyə gələ bilməyiblər. Peşəkar jurnalistləri ciddi şəkildə narahat edən jurnalistin imzası məsələsi yazınınoğurlanması”dır.

Digər bir məsələ internet saytlarına onlayn şərhlərin yazılmasıdır. Dünyanın bir çox saytlarında oxucular xəbərlərə dərhal reaksiya verirlər, çünki bu yeni bir tendensiyadır. İnternet media oxucu ilə real zamanda əlaqədə olan bir vasitədir. Məsələn, ənənəvi çap mediasında oxucu ilə belə bir çevik əlaqə yoxdur. Burada oxucu passivdir. Amma internet mediada oxucu oxuduğu yazıya dərhal reaksiya vermək üçün şərh yazmaq istəyir. Hazırda həmin şərhlərin verilib-verilməməsi ilə bağlı müzakirələr gedir. Avropa ölkələrində bunu problem kimi qəbul etmirlər, həmin ölkələr bütün şərhlərin saytda verilməsinin tərəfdarıdırlar. Bir sıra ölkələr isə korrektə olunmuş şərhlərin verilməsi ilə bağlı məsələni qaldırıblar. Qonşu Rusiyada bununla bağlı qanunvericiliyə xüsusi bir maddə salınıb ki, irqi, milli, cinsi zorakılıq yayan, təhqir elementləri olan şərhləri moderator verə bilməz. Əgər bu cür şərhlər verilərsə, xəbərdarlıqdan sora hətta saytın lisenziyası da ləğv edilə bilər.

Azərbaycanda isə bütün bunlar hələ ki qanunvericilikdə müəyyən edilmədiyinə görə internet mediasının problemləri açıq qalır.

-Mətbuat Şurası 2014-cü iliİnternet Mediası İlielan edib. Bu internet mediasının inkişafına necə təsir edəcək?

- Mətbuat Şurasının 2014-cü iliİnternet mediası ilielan etməsi Azərbaycanda internet mediasının hüquqi formatının müəyyən edilməsinə imkan verəcək. Biz “Yeni Media Jurnalistləri” İB olaraq bu ilinİnternet mediası ilielan edilməsini dəstəkləyirik hesab edirik ki, Mətbuat Şurası Azərbaycanda onlayn media sosial şəbəkələrlə bağlı proseslərdə jurnalistlərin yerini, payını müəyyən etmək üçün ciddi müzakirələr aparacaq vacib məsələlərə aydınlıq gətirmək imkanı olacaq. Mən bütün internet jurnalistləri bu sahədə ciddi müzakirələrə dəvət edirəm. Çünki bunlar yeni bir sahə olan internet medianın sonrakı inkişafı üçün əsas məqamlardan birinə çevriləcək.

- Azərbaycan internet mediasında işıqlandırılmayan mövzular mövcuddurmu?

Gündəlik izlədiyim internet media orqanları belə deməyə əsas verir ki, mediada işıqlandırılmayan mövzular yoxdur. Bütün mövzulara toxunulur. Bütün mövzular barədə məlumat gedir. Ola bilər ki, müəyyən xəbərlərin payı artqı olsun. Xüsusilə şou-biznes xəbərləri siyasi qalmaqallar. Sosial yönümlü xəbərlərin payı bir qədər azdır bir ki internet jurnaslistikada böyük yazılara maraq azdır. Jurnalistlər sayt rəhbərləri buna üstünlük vermirlər. Çünki onlayn rejimdə olan oxucu xırda xəbərlərin oxunmasına üstünlük verir.

 

Sevda Qurbanqızı

 

Olaylar.- 2014.- 1-3 fevral.- S.11.