Diaspor quruculuğu, lobbiçilik və
dünya azərbaycanlılarının həmrəyliyi
HEYDƏR ƏLİYEVİN adı ilə
bağlıdır
Bildiyimiz
kimi, Azərbaycan xalqı, dünyanın müxtəlif
ölkələrində məskunlaşmış soydaşlarımız
hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının
Həmrəylik Gününü təntənəli qeyd edir.
Cox qədim tarixə malik xalqımız bu əlamətdar
bayramı uzun illərdən bəri davam edən ənənələrinə,
mədəniyyətinə, tarixi köklərinə xas olan
duyğularla keçirir. Bu ənənəvi Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
bayramı ildən-ilə daha geniĢ vüsət
alır, ürəklərdə vətən eĢqi, milli-mənəvi
birlik hissləri bəsləyən hər bir həmv tənlimiz
tərəfindən güclü dəstək alır. Birinci dəfə
iyirmi il əvvəl həmrəylik və birlik eşqi ilə
dillərə güşən və rəsmiləĢdirilən
bu bayram ürəklərdə uzun illərdən bəri
qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.
Ənənəvi bayram Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin o vaxtkı Sədri
Heydər ƏLİYEVİN uzaqgörənliyini, xalqı
öz ətrafında birləşdirmək məharətini
bir daha sübuta yetirir. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlarının
həmrəylik və birlik günü haqqında" qərarı
yenicə müstəqilliyini elan etmiş Azərbaycanın
yeni tarixində ən mühüm sənədlərdən
biridi r. Tarixi sənəddə deyilir ki, Çoxəsrlik zəngin
tarixə malik olan Azərbaycan öz inkişafının
müxtəlif mərhələlərində dəfələrlə
xarici istilaya məruz qalmış, onun torpaqları zəbt
edilmiş və parçalanmış, dövlət müstəqilliyi
və suverenliyi əlindən alınmışdır.
Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il)
müqavilələri ilə Azərbaycan xalqı və onun
tarixi torpaqları parçalanaraq Rusiya ilə İran dövlətləri
arasında bölünmüşdür. Lakin dəfələrlə
tarixi ədalətsizliyə məruz qalsa da, milli dövlət qururmu ləğv
edilsə də, Azərbaycan xalqı
müstəqillik yolunda öz mübarizəsini
dayandırmamışdır. İyirminci yüzilliyin əvvəllərində
yaranmış mürəkkəb tarixi şəraitdə
müstəqilliyini bərpa etmək üçün
xalqımız mühüm addımlar atmışdır.
İmperiya zülmündən azad olan Quzey Azərbaycan 1918 -
ci il mayın 28-də dövlət müstəqilliyi qazanaraq
öz tarixi ərazisində milli dövlət qurumunu – Azərbaycan
Demokratik Cümhuriyyətini təşkil etdi. Çox
keçmədən Azərbaycanın dövlət müstəqilliyi
və ərazi bütövlüyü yeni təcavüzə -
bolşevik Rusiyasının silahlı müdaxiləsinə
məruz qaldı. Beləliklə,
qanuni hakimiyyət zorakılıqla devrildi və Azərbaycan
xalqının çox böyük qurbanlar bahasına
qazandığı müstəqilliyə son qoyuldu. Demokratik
qüvvələrin əksəriyyəti repressiyaya məruz
qaldı, xalqın bir qismi isə mühacirət etməyə
məcbur oldu.
Sovet imperiyası tərkibinə
qatıldığı 70 il ərzində Azərbaycana
qarşı müstəmləkəçilik siyasəti
yeridilmiş, Azərbaycan xalqı təqiblərə və
kütləvi cəza tədbirlərinə məruz
qalmışdır. İmperiya siyasəti dünya azərbaycanlılarını
bir-birindən təcrid etmək məqsədi ilə
pantürkizm məfhumunu şərq aləmində təhlükəli
bir ideya kimi təqdim edərək, dünyada və Sovetlər
İttifaqında yaşayan türkdilli xalqlar arasında əlaqələrin
məhdudlaşmasına, kəsilməsinə cəhd göstərmişdi.
Bu siyasətin təzahürü kimi sərhəd çəpərləri
Azərbaycan xalqını parçalamışdır.
Bütün bunlara baxmayaraq azərbaycanlılar milli dövlət,
milli və mənəvi bütövlük, müstəqillik
uğrunda mübarizəni davam etdirmişlər. Son illərdə
xalqın milli özünüdərki güclənmiş,
ictimai həyatın demokratikləşməsi istiqamətində
xalq hərəkatı genişlənmişdir. Muxtar Respublikada
demokratik qüvvələr milli birlik və müstəqillik
ideyası ətrafında birləşərək siyasi və
ictimai birliklər yaratmışlar. Azərbaycan Xalq Cəbhəsi
Naxçıvan Vilayət şöbəsinin 1989-cu ilin
noyabrında keçirilən Məclisi xalqın iradəsini
bir daha ifadə edərək Güney və Quzey Azərbaycan
arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini
bərpa etmək məqsədilə sərhəd çəpərlərinin
götürülməsi və mühəndis-texniki
qurğuların sökülməsi haqqında qərar qəbul
etmişdir.
Sovet İttifaqı Kommunist
Partiyasının, Azərbaycan
Kommunist Partiyasının mərkəzi komitələri,
partiyanın yerli orqanları, SSRİ sərhəd
qoşunlarının rəhbərliyi buna mane olmaq
üçün bütün siyasi və hərbi təsir
vasitələrinə əl atdılar. Lakin buna baxmayaraq Azərbaycan
Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi
ardıcıl olaraq "Sərhəd
hərəkatı" adlı
bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən
demokratik hərəkatın nəticəsində SSRİ-nin
dövlət sərhədi boyunca çəkilən sərhəd
çəpərləri elliklə söküldü. İlk dəfə
olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin
ünsiyyət imkanları yarandı, sadələşdirilmiş
keçid məntəqələri təşkil edildi. 1989-cu
il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik
bayramına çevrildi, 1990-cı ildə isə həmin
günün ildönümü Muxtar Respublikada geniş qeyd
edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb,
Azərbaycanın digər sərhəd rayonlarına da
keçən bu ümumxalq hərəkatına imperiya
mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın
kommunist rəhbərliyi, hərbi dairələr ona qara
yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar
ünsürlərin əməli kimi qiymətləndirib,
dünya ictimaiyyətinin gözündən salmağa
çalışdılar. Bu məqsədlə sərhəd
zonasında fövqəladə vəziyyət rejimi
yaradıldı. "Sərhəd hərəkatı " ilə
bağlı kommunist rəhbərlərin göstərişinə
əsasən Xalq cəbhəsi üzvlərinə
qarşı repressiyalar daha da gücləndi, onlardan bir
neçəsi həbs olundu, işdən
çıxarıldı, bir çox yerlərdə
sökülmüş sərhəd çəpərləri bərpa
olundu. Kommunist ruhlu kütləvi informasiya vasitələri var
gücü ilə sərhədlərin sökülməsini vəhşilik
adlandırdı, nəyin bahasına olursa-olsun xalqın iradəsini,
inamını qırmağa cəhd göstərdi. Lakin
qonşu ölkələrin, dünyanın müxtəlif yerlərində
yaşayan azərbaycanlıların, ümumən türk
dünyasının bu prosesi parçalanmış
xalqların təbii birləşmə meyli kimi müdafiə
etməsi, ölkədə və dünyada gedən demokratik
proseslər mövqeyindən qiymətləndirməsi
xalqımıza qarşı yönəldilmiş mürtəce
təbliğatın qarşısını qismən aldı.
1990-cı ilin noyabr ayının 3-də Türkiyədə
keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri
qurultayı isə Naxçıvan Muxtar Respublikasından
başlanmış sərhəd hərəkatının real
davamı kimi milli birlik və həmrəylik yolunda atılan
daha bir mühüm addım oldu. Noyabr ayının 5-də
qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün
hər il geniş qeyd edilməsi zərurəti irəli
sürüldü.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
qərarinda, axırda qeyd edilmişdir:"
1. 31 dekabr Dünya azərbaycanlılarının
həmrəylik və birlik günü elan olunsun və hər
il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar
Respublikası ərazisində iş günü hesab edilməsin.
2. 31 dekabrın Dünya azərbaycanlılarının
həmrəylik və birlik günü kimi bütün Azərbaycan
Respublikasında rəsmi qeyd edilməsi üçün
qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan
Respublikasının Ali Sovetinə təklif verilsin.
3. Naxçıvan Muxtar Respublikasının
şəhər və rayon məclislərinə
tapşırılsın ki, bayram günləri demokratik təşkilatların
iştirakı ilə təntənəli mərasimlər
hazırlayıb həyata keçirsinlər.
4. Akademik Yusif Məmmədəliyev adına
Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Elmlər
Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan
Yazıçılar Birliyinin Naxçıvan vilayət
şöbəsinə, Xalq Təhsili Nazirliyinə
tapşırılsın ki, 31 dekabr Dünya azərbaycanlılarının
həmrəylik və birlik gününə həsr olunmuş
elmi konfrans keçirsinlər.
5 .Sərhəd
çəpərlərinin bərpa edilməsi qanunsuz
hesab edilsin və istehkam qurğularının ləğv edilməsini
təmin etmək üçün deputat komissiyası yaradılsın. Bu qərarın
dünya azərbaycanlılarına
çatdırılması təmin edilsin."
Çünki,
1991-ci ilin oktyabrında canı,
qanı bahasına müstəqilliyə qovuşmuş
Azərbaycanda - cəmiyyətdə
caşqınlıq vardı. Belə ki,
1993-cü ilin iyun
ayınadək , yəni Heydər Əliyevin Azərbaycan
hakimiyyətinə qələnə qədər
ölkə ictimaiyyəti arasında vətəndaş sülhü və həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki siyasi konfrontasiya kəskinləşərək
ağır siyasi böhrana,
xaosa gətirib çıxarmış,
bütövlükdə, respublika parçalanmaq və
müstəqil dövlətçiliyini itirmək təhlükəsi
ilə üz - üzə
qalmışdı.
Bu
arzuolunmaz vəziyyət yalnız Azərbaycan
Respublikasının Prezidenti - Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra aradan
qalxmış, Heydər
Əliyev müxtəlif səbəblərdən Azərbaycanın
hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli
- mənəvi dəyərlər sistemi ətrafında
birləşməsinə, onların malik olduğu güclü
potensialın ümummilli problemlərinin həllinə
yönəldilməsinə xidmət edən bir
sıra tədbirlər həyata vəsiqə
almışdır. Siyasi baxışından asılı olmayaraq
indiki , müasir vətəndaş
cəmiyyətinin hər bir üzvü etiraf edir ki,
Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə
hakimiyyətə qayıdışından sonra
Azərbaycanda əldə edilmiş milli birlik
respublikamızın ən qiymətli mənəvi - ideoloji sərvətlərindən biri sayıla bilər. Heydər
Əliyev dühası Azərbaycana ikinci
rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq
həmrəyliyinin möhkəmləndirilməsi xəttini mqvəffəqiyyətlə
davam etdirmiş, bu siyasi, dqzqün xətti özünün
konkret addımları ilə kamil elmi - nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.
Bu
gün aydın görünən həqiqətlərdən
biri də məhz budur
ki, Ulu Öndərin Azərbaycan Respublikası tarixindəki möhtəşəm
izləri yalnız müasir,
müstəqil dövlət quruculuğu
və onun siyasi - iqtisadi əsaslarının möhkəmləndirilməsi
ilə yekunlaşmır. Ulu Öndər
Heydər Əliyev həm də bütün
dünya azərbaycanlılarının milli birliyinin
oyanışında, quruculuğunda və
təşkilamlanmasında əvəzolunmaz xidməti
olmuşdur. Heydər
Əliyev milli dövlət quruculuğunun, dövlətçilik ənənələrinin
formalaşdırılması istiqamətində əməli iş görmək, fəaliyyətini milli mənafe kontekstində qurmaq
üçün var gücü ilə
çalışmış,
xalqı səfərbər etməyə müvəffəq
olmuşdur. Bu bir fövqəladə dövlət tarixidir və bu tarix hec vədə yaddan cıxmayacaqdır.
Ardi var
Məlumatı "Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov göndərib.
MURMANSK-MOSKVA-BAKI-MASALLI-MURMANSK.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 4 fevral.- S.15.