İnternet siyasi proseslərə ciddi təsir edir

 

Rafael Hüseynov: “İnternetdəki kiçicik nifrət qığılcımı

bir neçə dəqiqə ərzində dünya boyunca yayılır

 

 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında ən böyük maraq doğuran müzakirə mövzularından biriİnternet siyasət: informasiya kommunikasiya texnologiyalarının demokratiyaya təsiriadlı məruzə olub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov bildirib ki, xəbər verir ki, sessiyanın üçüncü günündə təqdim olunan AŞPA-nın yeni sədri Ən Brasörün hazırladığı bu məruzə ətrafında müzakirələrdə iştirak etmək üçün 50 nəfər deputatın yazılması problemin aktuallığına başlıca göstəricilərdən sayıla bilər. Müzakirələr zamanı R.Hüseynov çıxışında bildirib ki, internetin demokratiyaya, o cümlədən, insan haqlarına faydaları mümkün təhlükələri ilə bağlı hələ 19-cu əsrin ortalarında nəşr edilmiş ölkə-ölkə dolaşan bir kitabın ilk cümləsi qitəni dünyanı dəyişə biləcək yeni cərəyan barədə xəbərdarlıq edirdi: “Avropada bir kabuskommunizm kabusu dolaşmaqdadır”. O, ifadənin birinci dəfə səsləndiyi 1848-ci ildən sonra həqiqətən həmin kabus asta-asta dünyanın hər bucağına yeridi çox şeyləri dəyişdi. İndi 21-ci əsrdir, Avropada dünyada yenə nəhəng bir kabus dolaşmaqdadır: “Doğrudur, bu kabus o əvvəlki kabusdan fərqli olaraq mahiyyəti etibarı ilə işıqlıdır, hər bir insana yardımçı olmağa, həyatı daha rahat etməyə köklənib. Lakin bütün müsbət keyfiyyətlərinə baxmayaraq, həmin yeni kabusun - bütün dünyanı bürümüş internet şəbəkəsinin təəssüf ki, öz qüsurları, öz təhlükələri var”.

Millət vəkili qeyd edib ki, bir neçə il öncə internet fəzasındakı sərbəstlik demokratiyanın vacib təzahürlərindən biri kimi dəyərləndirilirdisə, indi bu nəhənghörümçəkhəm demokratiyaya, insan haqlarına ara-sıra zədələr vurmağa bais olan qüvvə kimi səciyyələndirilir: “Belə təhlükələrin bir istiqaməti internetin rasizm, dözümsüzlük, millətlər, dinlər, mədəniyyətlər arasına ixtilaflar sala bilmək üçün münasib vasitə kimi istifadə edilməsi, müəyyən məkrli əllərlə xalqlar, ölkələr arasında ədavət yaratmağa münasib bir məkana döndərilməsidr. 30 il əvvəl hansısa bir ölkədə, hətta mətbuat səhifələrində bu qəbil istənilməz hallar baş verəndə bunun əks-sədalanmağı, müxtəlif ölkələrə yayılaraq mənfi, ya müsbət reaksiyalar oyatmağı uzun müddət tələb edirdi”. Millət vəkilinin dediyinə görə, bəzən qəsdən ortaya atılmış hansısa rasist, dözümsülük nümunəsi olan yazı, bəyanat, çağırış vaxtın uzanması ilə asta-asta soyuyur, onu dövriyyəyə buraxmış, bununla da müəyyən çirkin niyyətlərini gerçəkləşdirmək məqsədi güdmüş fitnəkarların istəyinin əksinə olaraq hədəfə yetişmədən unudulurdu: “Hazırda isə vəziyyət tamam başqa cürdür. İnternetə yerləşdirilmiş kiçicik nifrət qığılcımı bir neçə dəqiqə ərzində dünya boyunca yayılır həmin fəsadı törədənlər elə internetin özünün ani yaya bilmə yardımı ilə ocağı soyumağa qoymamağa da müvəffəq olur, qarşılıqlı nifrət yaradan bunu dərinləşdirən əməliyyatları an-an dərinləşdirirlər. Dövlətlər, hökumətlər, parlamentlər rasizmi, dözümsüzlüyü rədd edən, millətlərarası ədavətə bais ola biləcək hərəkətlərin qarşısını alan çox qərarlar qəbul edə, sənədlər hazırlaya bilər. Bunlar hamısı əlbəttə ki, lazımdır bundan sonra da davam etdirilməlidir. Lakin internet şəbəkəsinin uzun əllərindən istifadə edən bir bir neçə başıpozuq həmin ən nümunəvi qanunlara sənədlərə məhəl qoymadan öz qara əməllərini asanlıqla törətməkdə davam edə bilərlər. Ona görə internet şəbəkəsinə məhz həmin qanunların müstəvisində nəzarəti təmin edə biləcək mexanizmlərin tam gücündə işlətməyə nail olmalıyıq. Hüquqi normaların internet fəzasına bütün istiqamətlərdə yetərincə hakim kəsilməsi həm ona görə vacibdir ki, bu mühüm sərvət – internet, dəyər olaraq, demokratiya maneələr yaradan deyil, demokratiyaya dayaq olan güc kimi əhəmiyyətini daha da artırsın. Dünya, bu mehriban Yer kürəsi hamımızın ortaq evimiz, müştərək yuvamızdır. İnternet bu yuvanı get-gedə daha balaca, daha yığcam edən, bizi bir-birimizə daha çox yaxınlaşdıran qüdrətdir. Bu kiçilən yuvada rasizmə, dözümsüzlüyə, nifrətə, ədavətə yer qədər az qalsa, Evimiz olan Yer Kürəsi daha yaşamalı, daha sevimli olacaq. Dünyanı kiçildərək, yığcamlaşdıraraq bu böyük həqiqəti insanlara daha yaxından anladan “internet kabusu”nun indiki tarix məqamı üçün bəlkə ən ali vəzifəsi insan haqlarına zidd ola biləcək istənilən təmayülün qarşısına ən sərt çəpərlər çəkə bilməsidir. Bu yöndə gərək hamımız, o sıradan Avropa Şurası səylərimizi qətiyyətlə birləşdirək”.

Millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva isə qeyd edib ki, Web texnologiyaların siyasətə daxil olması mürəkkəb prosesdir. Kompüter texnologiyaları çoxtərəfli komunikasiya üçün yeni imkanlar açır, yəni, internet cəmiyyətdə real dialoq üçün mexanizmlər siyasi iştirakın genişləndirilməsi, həmçinin, siyasi məsələlər üzrə birbaşa rabitə üçün informasiya məkanını yaradır. Qlobal şəbəkə dövlət orqanları vətəndaşlar arasında real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsini təmin edir: “Elektron hökumətin yaradılması, insanlar hökumət arasında daha güclü, daha şəffav daha asan əlaqələrin qurulmasında internet böyük bir töhfədir. İnternet vasitəsi ilə gənclər siyasi liderlər, siyasi partiya bloklar, onların platforması haqqında məlumat əldə edir bu onların əsas informasiya mənbələrindən birinə çevrilir. Bununla yanaşı, gənclərin dünyagörüşünə bəzi internet resurslarının mənfi təşiri müşahidə olunur. Biz milliyyətçilik, ekstremizm, terrorızm, cinayətyönümlü resurslarının yayılmasının qarşısını alıb, gəncləri yalnış istiqamətə yönəldən qlobal çağırışlara müqavimət göstərilməsi üçün qanunvericiliyi təkmilləşdirilməliyik. Bəzən sosial şəbəkələrdən istifadədə qadağaların qoyulması vətəndaş azadlığının məhdudlaşdırılması kimi suallar səsləndirilir. Müasir dünyada internet demokratiyanın, söz ifadə azadlığının göstəricisidir. İnternetdə məhdudiyyətlərin qoyulması imkansızdır”. Millət vəkili çıxışında deyib ki, Azərbaycanda internet azaddır: “Azərbaycanda internet azadlığı bizim əsas nailiyyətlərimizdən biridir. Bu gün əhalinin təxminən 65% internet istifadəçisidir. Ölkədə istər bloqqerlər, istər media nümayəndələri internet vasitəsilə öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Hər bir ölkədə olduğu kimi sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu gün hər bir Azərbaycan vətəndaşı ölkədə dünyada gedən bütün siyasi proseslərə öz münasibətini azad şəkildə sosial şəbəkə vasitəsilə bildirir fikir mübadiləsi aparır. İKT universitetin yaradılması, 2013-ci ilin İKT ili elan olması, azad , şəffav internetə giriş , electron hökumət onun uğurlu fəaliyyəti bunların hamısı IKT -nin ölkə üçün prioritet məsələlərdən biri olduğunu subut edir. Təbii ki, müasir cəmiyyət proqresdən imtina edə bilməz. Siyasət diğər sahələr kimi yeni texnologiyalarla addımlamalıdır. Lakin unutmamalıyıq ki, bizim şəxsi baxışlarımız mövqeyimiz, kiminsə tərəfindən təqdim olunan, bəzən qərəzlı , düzgün interpretasiya olunmayan qeyri konstruktiv məlumatlar əsasında yox, real hadisələr proseslər əsasında qurulmalıdır”.

 

Alim

 

Olaylar.- 2014.- 4 fevral.- S.13.