Gənclərin milli vətənpərvərlik
ruhunda tərbiyəsində
hərbi təhsil
müəssisələrinin
əhəmiyyəti
Hər bir ölkədə olduğu
kimi Azərbaycanda da
yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi başlıca prioritet hesab edilir. Bu məqsədlə
təhsil müəssisələrinin bütün
pillələrində yetişməkdə olan
gənc nəslə vətənpərvərlik ruhu aşılanır, onlarda
Vətənə, dövlətə məhəbbət hissi tərbiyə olunur. Gənclərin
milli vətənpərvər ruhda tərbiyyə olunması, böyüməsində
hərbi təhsilin də xüsusi rolu var. Sevindirici
hal ondan ibarətdir ki, bu məqsədlə Azərbaycanda
bir çox hərbi təhsil
müəssisələri fəaliyyət göstərir və
həmin təhsil müəssisələrində gələcək
üçün savadlı,
bacarılqlı hərbi kadrlar yetişir.
Müstəqil
dövlətin atributlarından biri olan güclü və
müasir tələblərə cavab verə biləcək
Silahlı Qüvvələrin yaradılmasında hərbi təhsil
sisteminin müstəsna əhəmiyyəti vardır. Bildiyimiz
kimi, hərbi təhsil Azərbaycan Respublikasının təhlükəsizliyini
və müdafiəsini təmin edən xüsusi strateji fəaliyyət
sahəsi olmaqla sistemləşdirilmiş bilik, bacarıq və
vərdişlərin mərhələlər üzrə fasiləsiz
mənimsənilməsini təmin edən təlim və tərbiyə
prosesidir. Hərbi təhsil sistemi müxtəlif pilləli
ardıcıl təhsil proqramlarını həyata keçirən
xüsusi təyinatlı təhsil müəssisələri
şəbəkəsindən və təhsili idarəetmə
orqanlarından ibarətdir və əsas məqsədi dövlət
təhsil standartlarına uyğun biliyə, bacarığa və
dünyagörüşünə malik olan, xalqını və
vətənini sevən, Azərbaycan Respublikasının təhlükəsizliyini
və müdafiəsini təmin etmək üçün
yaradılan Azərbaycan Silahlı Qüvvələrinin və
digər silahlı birləşmələrin
qarşısında qoyulan vəzifələri yerinə yetirməyi
bacaran kadrların hazırlanmasıdır. Hərbi təhsil
sisteminin idarə olunması, hərbi təhsil sistemi
iştirakçılarının hüquq və vəzifələri,
hərbi təhsil sahəsində əsas prinsip və normalar
xüsusi təyinatlı təhsil müəssisələrinin
nizamnamələrinə və “Təhsil haqqında Azərbaycan
Respublikasının Qanun”unun tələblərinə əsasən
müəyyənləşdirilir.
2009-cu
ildə qəbul olunmuş “Təhsil haqqında Azərbaycan
Respublikasının Qanunu”nun tətbiqi ilə bağlı digər
normativ-hüquqi sənədlərin qüvvəyə minməsi,
xüsusən də “Xüsusi təyinatlı təhsil müəssisələrinin
təsis edilməsi qaydaları”nın və “Xüsusi təyinatlı
təhsil müəssisələrinin siyahısı”nın təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24
may 2010-cu il tarixli fərmanı hərbi təhsil sahəsində qarşımıza yeni
tapşırıqlar qoydu. Belə ki, bu qanun təhsil sahəsində
əsas dövlət prinsiplərini müəyyən
etmiş, Azərbaycan Respublikası Prezidentinin fərmanı
isə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət
göstərən təhsil müəssisələrinə –
Silahlı Qüvvələrin Hərbi Akademiyasına,
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə,
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə,
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə,
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə,
C.Naxçıvanski adına Hərbi Liseyə və Heydər
Əliyev adına Hərbi Liseyə xüsusi status
vermişdir.
Bu
qanuna söykənərək demək olar ki, hərbi təhsil
dünyəvi və fasiləsiz xarakter daşımaqla milli-mənəvi
dəyərlərə köklənən, Silahlı Qüvvələrimizin,
xalqımızın və ölkəmizin maraqlarını əks
etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət
sahəsidir. Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Prezidenti – Silahlı Qüvvələrin
Ali Baş Komandanının qarşıya qoyduğu
tapşırıqlara və müdafiə nazirinin əmr və
direktivlərinə əsaslanaraq hərbi təhsil sisteminin əsas
məqsədini aşağıda göstərilən formada
ümumiləşdirmək olar.
Azərbaycan
xalqı və dövləti qarşısında öz məsuliyyətini
dərk edən, vətənə və xalqına sadiq olan,
xalqının milli-mənəvi dəyərlərinə və
demokratiya prinsiplərinə, insan hüquqlarına və azərbaycanlılıq
ideyalarına sadiq olan müstəqil və yaradıcı
düşünən hərbi qulluqçuları (zabitləri,
gizirləri və müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçuları) yetişdirmək, milli-mənəvi
və ümumbəşəri dəyərləri qoruyan və
inkişaf etdirən, geniş dünya görüşünə
malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi
bacaran, nəzəri və praktiki biliklərə yiyələnən,
müasir təfəkkürlü, silah və hərbi texnikanı
mükəmməl bilən mütəxəsis kadrlar
hazırlamaq, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin
mənimsənilməsini və ixtisasın daimi
artırılmasını təmin edən, Silahlı Qüvvələrin
döyüş hazırlığının və
ümumilikdə vətənin müdafiə qabliyyətinin
artırılması sahəsində yorulmadan
çalışan hərbi qulluqçular hazırlamaqdır.
“Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə əsasən Silahlı Qüvvələrdə təhsilin pillələri və səviyyələri aşağıdakı kimi müəyyən edilmişdir.
– tam orta təhsil;
– ilk peşə ixtisas təhsili;
– ali təhsilin
bakalavr və magistr səviyyələri;
– adyunktura təhsili.
Təhsilin ilk pilləsi – tam orta
təhsil xüsusi təyinatlı tam orta təhsil müəssisələrində
Cəmşid Naxçıvanski adına və Heydər Əliyev adına hərbi liseylərdə həyata keçirilir. İlk peşə-ixtisas təhsili xüsusi təyinatlı əlavə
təhsil müəssisələrində
(Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzində) gizir
və müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçularının hazırlanması
kurslarında həyata
keçirilir. Ali təhsilin
bakalavr səviyyəsi
üzrə zabit kadrların hazırlanması
xüsusi təyinatlı
ali təhsil
müəssisələrində (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi,
Azərbaycan Ali Hərbi
Təyyarəçilik Məktəbi,
Silahlı Qüvvələrin
Hərbi Akademiyası)
həyata keçirilir.
Hələ sovetlər birliyində
olarkən Azərbaycanın
gələcək kadrlara
olacaq ehtiyacını
və onların hazırlanması yollarını
düşünən uzaqgörən,
müdrik prezidentimiz, xalqımızın ümummilli
lideri Heydər Əliyev 1971-ci ildə şəxsi təşəbbüsü
ilə, keçmiş
SSRİ rəhbərliyinin müqavimətinə
baxmayaraq, sovetlər ittifaqının heç bir respublikasında analoqu olmayan Cəmşid Naxçıvanski
adına Hərbi məktəbin yaradılmasına,
Azərbaycanlı gənclərin
Bakı Ali Ümumqoşun
Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Məktəblərinə
və eləcə də ölkənin digər hərbi məktəblərinə güzəştli
qəbul olunmasına
nail olmuşdur.
1997-2001-ci
illərdə isə Silahlı Qüvvələrin
Hərbi Akademiyasının,
zabit heyətini təkmilləşdirmə kurslarının,
gizir hazırlığı
məktəbinin, C.Naxçıvanski
adına Hərbi Liseyin Naxçıvan filalının, ehtiyat zabitlərinin hazırlığı
kursunun, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi və Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzinin yaradılması Silahlı
Qüvvələrin peşəkar,
bilikli, vətənə
sadiq hərbiçilərlə
təmin edilməsində
böyük əhəmiyyət
kəsb edir. Məhz hərbi təhsil müəssisələrinin təsis
edilməsindəki qayğısının
təzahürü olaraq
respublikadakı minlərlə
təhsil müəssisəsi
arasında yalnız
2004-cü ildə Naxçıvan
şəhərində yaradılmış
hərbi liseyə və Azərbaycan Ali Hərbi Məktəbinə
ümummilli liderimiz, mərhum prezidentimiz Heydər Əliyevin adı verilmişdir.
Bu gün Heydər
Əliyev siyasi kursunun davamçısı
olan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənabları da daima təhsil problemlərini öz nəzarəti altında saxlayır. Bu iş ilə əlaqədar olaraq o demişdir: «Bildiyimiz kimi, Azərbaycanda təhsilə
büyük diqqət
güstərilir. Təhsil bilik,
elm, tərəqqi deməkdir.
Hər bir dövlət, hər bir xalq
öz təhsil sistemini daha da təkmilləşdirməyə
çalışmalıdır. Bu istiqamətdə Azərbaycanda da işlər aparılır.
Bilirsiniz
ki, bu yaxınlarda
müəyyən fərmanlar
verilib, əminəm ki, bunlar gələcəkdə
təhsilin inkişafına
güclü təkan olacaqdır. Onu da qeyd etməliyəm, ölkəmizdə büdcənin
20 faizi təhsilə ayrılır. Yəni büdcədən
ən çox bu sahəyə vəsait yönəldilir.
Bu təbiidir. Çünki təhsil bizim
gələcəyimizdir”.
Azərbaycan Respublikasının Prezidenti
- Silahlı Qüvvələrin
Ali Baş Komandanının
fikrinin təsdiqi olaraq demək olar ki, Silahlı
Qüvvələrin inkişafının
müasir mərhələsində
hərbi təhsil sahəsində aparılan
işlər qoşunlarda
yüksək döyüş
hazırlığının təmin edilməsinə, zabit heyətinin, gizir və miçmanların
vətənə, azərbaycan
xalqına və Azərbaycan Respublikası
Prezidentinə hədsiz
sədaqət və daimi peşə hazırlığının inkişaf
etdirilməsinə və
tapşırılmış işə yüksək məsuliyyət hissi tərbiyə edilməsinə
yönəlmişdir. Hazırda
respublikamızın Silahlı
Qüvvələri və
digər hərbiləşdirilmiş
birləşmələri üçün
müxtəlif kateqoriyalardan
olan hərbi kadrların hazırlanması
xüsusi təyinatlı
təyinatlı təhsil
müəssisələrində (Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Hərbi Akademiyasında,
Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzində,
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində,
Azərbaycan Ali Hərbi
Dənizçilik Məktəbində,
Azərbaycan Ali Hərbi
Təyyarəçilik Məktəbində)
və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində həyata
keçirilir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2015.- 1 aprel.- S.15.