20 yaşına çatdıq
Aprelin 24-ü “Olaylar” qəzeti
və eyni adlı informasiya agentliyinin 20 yaşı tamam olur. Bir igidin ömrü olan 20 ili
“Olaylar” elə igid kimi yaşadı. Şər-böhtanla
üz-üzə qaldı, məhkəmələrə çəkildi,
ancaq doğru bildiyi yoldan çəkilmədi. Düzlüyü, çevikliyi və obyektivliyi
başlıca prinsip kimi qəbul edən “Olaylar” ailəsi daim
bu meyarlara sadiq qaldı. “Olaylar” qəzeti
dünya ölkələrində yaşayan, haqqı tapdanan hər
bir azərbaycanlının tribunasına çevrildi. Əsas işimiz xəbər yaymaq olsa da, milliliyi, azərbaycançılığı
da başlıca prinsip olaraq qəbul etdik. Budur,
20 yaşına çatdıq. 20 ildə
daim birgə olduğumuz, yanında olduğumuz,
yanımızda olan dostlar ürək sözlərini, təbriklərini
göndəriblər. Onları təqdim
edirik.
Elman Məmmədov-millət vəkili:
“Olaylar” həm qəzet, həm də informasiya agentliyi
olaraq həmişə respublikamızın həyatında fəal
mövqedə dayanıb. Bu media orqanları dövlətçilik
mövqeyində dayanan, obyektivliyi ilə seçilən bir
informasiya vasitələridir. Mən bu mətbuat
orqanlarına bütün xoş arzularımı
çatdırır və onların fəaliyyətinə
uğurlar arzulayıram. Hesab edirəm ki,
bundan sonrakı fəaliyyətində də bu mətbuat
orqanları dövlətin, dövlətçiliyin
maraqlarını müdafiə edəcək, milli maraqları
üstün tutacaq. Artıq “Olaylar” media
orqanları arasında öz dəsti-xətti ilə
seçilir. 20 illik fəaliyyətində
özünü obyektiv mətbuat orqanı kimi təsdiqləməyi
bacarıb. Bir daha “Olaylar”a fəaliyyətində
uğurlar diləyirəm.
Gövhər Baxşəliyeva-millət
vəkili:
“Qlaylar” qəzetinin bütün əməkdaşlarını
bu əlamətdar gün münasibətilə ürəkdən
təbrik edirəm. Onlara bu çətin işlərində
uğurlar arzulayıram. Arzu edirəm ki,
onlar daim öz obyektivliklərini qoruyub saxlasınlar, öz
çevikliklərini davam etdirsinlər. Azərbaycanın
informasiya məkanının formalaşmasında,
inkişafında öz layiqli töhfələrini versinlər.
“Olaylar” fəaliyyət göstərdiyi 20 il
ərzində öz sözünü deyib. İnformasiyanın
alınması və yayılmasında kifayət qədər
təcrübəsi olan bu mətbuat orqanı heç
şübhəsiz ki, alqışlara layiqdir. “Olaylar”a gələcək fəaliyyətində
uğurlar arzulayıram.
Azay Quliyev-millət vəkili:
“Mətbuat orqanı üçün 20 yaş
doğrudan da böyük bir dövrdür. “Olaylar” bu dövr ərzində
Azərbaycan mətbuatının inkişafında, söz və
fikir azadlığının müdafiəsində, vətəndaşların
hüquq və azadlıqlarının qorunmasında öz
sözünü deyə bilib. Bu mətbuat orqanının insanlara
obyektiv və qərəzsiz məlumatın
çatdırılmasında çox böyük rolu və təcrübəsi
var. Mən “Olaylar” qəzetinin rəhbəri Yunus Oğuz
başda olmaqla bütün kollektivi ürəkdən təbrik
edirəm Arzu edirəm ki, onlar bu mövqeyini həmişə
qoruyub saxlasınlar və Azərbaycanın milli
maraqlarını qorumaqda davam etsinlər.
Fəzail İbrahimli-millət vəkili:
“Azərbaycanın ictimai-siyasi həyatında kifayət
qədər mətbuat orqanı var. Bu mətbu orqanların hər
birinin öz mövqeyi, cəmiyyətdə yeri mövcuddur. Bu boy
sırasında uca görünən, nüfuza sahib olan, kifayət
qədər ədalətli mövqeyi ilə seçilən,
informasiyaları qərəzsiz çatdıran mətbuat
orqanlarından biri də “Olaylar”dır. Mənim
siyasi həyatda olduğum dövrdə izlədiyim informasiya
vasitələrindən biri də bu mətbuat orqanıdır.
Çünki, “Olaylar” bütün məsələləri
kifayət qədər obyektiv, dövlətçilik
baxımından işıqlandırır. Ona görə, “Olaylar” a yubiley münasibətilə
təşəkkürümü və təbriklərimi
çatdırmq istəyirəm. Məlumdur
ki, mətbuat öz ömrünü özü artıra bilir.
Güman edirəm ki, tutduğu mövqe, sərgilədiyi
dəsti-xətt “Olaylar”a kütləvi informasiya vasitəsi
kimi uzunömürlü həyat bəxş edəcək.
Odur ki, “Olaylar”ın rəhbərliyini və
bütün əməkdaşlarını təbrik edirəm,
tutduğu yolda uğurlar arzu edirəm”.
Elçin Mirzəbəyli-“Xalq Cəbhəsi”
qəzetinin baş redaktoru:
“Olaylar” Azərbaycanda yaranmış ilk müstəqil
informasiya agentliyi kimi müstəqil xəbərçilik ənənələrinin
formalaşmasında mühüm rol oynayıb. Bu baxımdan,
“Olaylar” İnformasiya Agentliyinin fəaliyyətinə və
missiyasına yeni dövr Azərbaycan mediasının
yaradıcılarından biri kimi yanaşılmalıdır.
Birinci olmaq, başlanğıclara imza atmaq bu və
ya digər şəxsə, yaxud təşkilata, indiki halda isə
media qurumuna yalnız tarixi status, imtiyaz bəxş etmir. Birinci olmaq yeni cığır açmaq, çətinliklərə
sinə gərmək, kimsənin getmədiyi və sonu bəlli
olmayan bir yolla irəliləmək, birinci və açıq hədəf
olmaq deməkdir. Bu gün Azərbaycan mətbuatının
aparıcı simalarının bir hissəsinin yolu məhz
“Olaylar” İnformasiya Agentliyi və eyni adlı qəzetdən keçib.
Müstəqil mətbuatımızın
formalaşması üçün çox önəmli
sayılan bir mərhələdə “Olaylar” yeni dövr Azərbaycan
mediasının kadr bazası funksiyasını uğurla yerinə
yetirib və bu gün də öz tarixi missiyasını davam
etdirməkdədir. “Olaylar”ın Azərbaycan
mətbuatı tarixində xüsusi yeri, çəkisi var.
Agentliyin və qəzetin bundan sonra necə fəaliyyət
göstərməsindən asılı olmayaraq, bu tarixi həqiqət
heç vaxt dəyişməyəcək. “Olaylar” İnformasiya Agentliyi və qəzetinin
yaranmasının 20 illiyi münasibəti ilə hər iki
qurumun qurucusu və rəhbəri dəyərli dostum Yunus
Oğuzu və bütün həmkarlarımı təbrik
edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Razi Nurullayev-“Region”
Beynəlxalq Analitik Mərkəzin rəhbəri:
“Olaylar” İA və eyni adlı qəzetə bol
uğurlar arzu edirəm. 20 il xidmət etmək və ayaqda
qalmaq az iş deyil. Buna nail olmaq
üçün rəhbərlik və kollektiv davamlı
çalışıb və nəticədə arxada qalan 20
illik xidmətdir. Agentlik və qəzetə daha
böyük şanslar diləyirəm. Daha
böyük olun, daha maraqlı yazın və daha çox
insan tərəfindən oxunun. Yolunuz açıq olsun,
dostlar!
Hüseyn Türkelli- Kanadada
yaşayan güneyli mühacir:
“Olaylar” qəzeti və eyni adlı informasiya agentliyi 20
ildə böyük yol keçib. Qəzet bu 20 ildə
dünyaya səpələnmiş azərbaycanlıların
tribunasına çevrilməyi bacarıb. “Olaylar”
qəzeti Güney Azərbaycan, Kərkük, Dərbənd,
Borçalı türklərinin haqlarının müdafiəsində
böyük rol oynayıb. “Olaylar” qəzetinin
Güney türklərinin milli şüurunun oyanmasında
böyük xidmətləri var. Hər zaman Azərbaycan
türklərinin doğma qəzeti olmuş “Olaylar” qəzetini
yubiley münasibəti ilə təbrik edirəm.
Aslan Xalidi- Azərbaycan Strateji
Araşdırma Mərkəzinin sədri:
“Olaylar” qəzeti hər zaman bütün dünya azərbaycanlılarının
qəzeti olub.
Qəzetin yaranma tarixi də maraqlı tarixə
təsadüf edir. Bildiyimiz kimi aprelin 24-ü hər il qondarma erməni soyqırımının
ildönümü kimi qeyd olunur. Bu tarixdən
çap olunmağa başlayan “Olaylar” qəzeti sanki dünya
azərbaycanlılarının, türklərinin haqq
bağıran səsi kimi doğuldu. “Olaylar”
qəzetinin olduqca müqəddəs missiyası var. Bu missiya
dünya ölkələrində yaşayan azərbaycanlıların
həmrəyliyinə, birliyinə, onların ana dili, milli
kimlik uğrunda mübarizəsinə dəstək verməkdən
ibarətdir. “Olaylar” qəzetinin 20 illik
yubileyi münasibətilə təbrik edirəm.
Bəhruz Quliyev- “Səs” qəzetinin
baş redaktoru:
“Olaylar” qəzeti
və “Olaylar” informasiya agentliyinin Azərbaycan mətbuatının
inkişafında özünəməxsus rolu var. Fəaliyyətində
peşəkarlığı, obyektivliyi, qərəzsizliyi
başlıca meyar olaraq götürmüş “Olaylar” qəzeti
daim dövlətçilik və azərbaycançılıq
mövqeyindən çıxış etmişdir. Bu illər ərzində “Olaylar” qəzeti bir məktəb
kimi formalaşmışdır. Bu gün
Azərbaycan mətbuatında “Olaylar” qəzetində
yetişmiş onlarla imza sahibi var. Başda Yunus Oğuz olmaqla
“Olaylar” qəzetində çalışan bütün həmkarlarımı
yubiley münasibətilə təbrik edir, qəzetə uzun
ömür arzu edirəm.
Emin Həsənli- Tərxis
Olunmuş Hərbçilərin
Gənclərin Maarifləndirmə
İctimai Birliyinin sədri:
Azərbaycan mediasında öz dəst-xətti ilə
seçilən “Olaylar” informasiya agentliyi və “Olaylar” qəzetinin
20 yaşı tamam olur. Bu münasibətlə qəzetin baş
redaktoru, tanınmış ictimai-siyasi xadim,
yazıçı-publisist Yunus Oğuzu və qəzetin
kollektivini səmimi qəlbdən təbrik edirəm. “Olaylar” qəzeti Azərbaycan mediasında öz
dürüstlüyü, ictimai problemlərə diqqət
ayırması ilə seçilir. “Olaylar”
qəzetinin qeyri-hökumət təşkilatlarına verdiyi informasiya
dəstəyi ilə vətəndaş cəmiyyətinin
inkişafına böyük töhfələri olmuşdur.
Qəzet daim Azərbaycan dövlətçiliyini,
ümummilli lider Heydər Əliyevin gündəmə gətirdiyi
milli idealogiyanı-azərbaycançılığı
müdafiə etmişdir. Ümid edirəm
ki, “Olaylar” qəzeti uzun ömürlü olacaq və Azərbaycan
mediasının inkişafına öz töhfələrini
verəcək.
Zəlimxan Məmmədli-
“Borçalı”
İctimai Cəmiyyətinin sədri:
20 illiyini
qeyd edən “Olaylar” qəzeti və eyni adlı informasiya
agentliyini səmimi qəlbdən təbrik edirəm! Yazıçı-publisist Yunus Oğuzun rəhbərlik
etdiyi qəzet daim milli davanın ön sıralarında olub.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların,
diaspora təşkilatlarının sevimli, doğma qəzeti
olmuş “Olaylar” qəzetinə uzun ömür arzu edirəm.
Qoy, öz obyektivliyi, dürüstlüyü ilə
seçilən qəzet neçə on illər
oxucularının görüşünə gəlsin.
Namiq Hacıheydərli- Azərbaycan
Yazıçılar Birliyi Muğan
Bölməsinin sədri
“Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin 20
yaşının tamam olması münasibətilə başda
Yunus bəy olmaqla agentliyin və qəzetin bütün əməkdaşlarını
təbrik edirəm. Çətin və çətin
olduğu qədər də fərəhverici olan qəzetçilik
işində qəzet əməkdaşlarının hər
birinə uğurlar diləyirəm. Yazar
adı daşımaq, qələm adamı olmaq təkcə bu
günlə yaşamaq deyil, həm də uzaq sabahları
düşünərək yaşamaq deməkdi. Arzu edirəm
ki, “Olaylar” qəzeti 20 yaşında yüksək qiymət
almağı haqq etdiyi kimi, uzaq sabahlardan – gələcək nəsillərdən
də yüksək dəyərini ala bilsin və tarixin
yaddaşında ən işıqlı mətbu
orqanlarımızdan biri kimi özünə yer tutsun.
Qaya Əliyev- hüquqşünas:
"“Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin
müstəqil mətbuatımızın formalaşması və
inkişafı prosesində müstəsna rolu vardır. Dövlətimiz
və xalqımız üçün taleyüklü bir
dövrdə əsası qoyulmuş bu mətbu orqanları daim
cəmiyyətin aktual problemlərini qətiyyətlə
ictimai müzakirəyə çıxarmış, bir növ
ziyalılarımızın, milli mütəxəssislərimizin
cəmiyyəti düşündürən ayrı-ayrı
prioritet məsələlər üzrə dialoq
platformasına çevrilmişdir. “Olaylar”
qəzeti ötən 20 illik dövr ərzində cəmiyyətdə
baş verən olayları işıqlandırmaqla kifayətlənməmiş,
həm də öz prinsipial mövqeyi, vətənpərvərlik
və dövlətçilik xətti, milli maraqlarımıza
sadiqlik və təəssübkeşlik mövqeyi ilə
geniş oxucu kütləsinin rəğbətini
qazanmışdır. Bildiyimiz kimi,
hal-hazırda yaşadığımız dövr – XXI əsr
informasiya əsri kimi xarakterizə olunur. Bu
baxımdan, istər “Olaylar” İA, istərsə də
“Olaylar” qəzetinin milli informasiya ehtiyatlarının
formalaşması, cəmiyyətin operativ, obyektiv və
dolğun informasiya ilə təmin olunması və milli
informasiya təhlükəsizliyimizin təminatı istiqamətindəki
fəaliyyəti təqdirəlayiqdir. Eyni
zamanda, bu mətbu orqanların yaradıcı gənclərə
paternalist (himayədar) münasibətini şəxsən
öz üzərində hiss etmiş bir insan kimi qeyd etməliyəm
ki, həm “Olaylar” İA, həm də “Olaylar” qəzeti bu
gün həmçinin yaradıcı gəncləri və
onların əsərlərini cəmiyyətə təmənnasız
olaraq təqdim edən əlverişli bir rupordur. Mən bu gün həm sadiq oxucusu olduğum qəzeti,
həm də bir yaradıcı insan kimi sevimli tribunamı yubileyi
münasibətilə təbrik edirəm. Hər
iki mətbu orqanın rəhbərliyinə və
yaradıcı kollektivinə bu çətin və şərəfli
yolda uğurlar arzulayıram".
Xanoğlan Əhmədov-Media və
Mülki Cəmiyyət
İctimai Birliyinin sədri, jurnalist
- “Olaylar” qəzetinin rəhbərliyini və
yaradıcı kollektivini yubileyləri münasibətilə təbrik
edirəm. Bu günki çap və internet resurslarının
bolluğu şəraitndə “Olaylar” özünün
xüsusi yeri və dəst-xətti olan mətbuat orqanı
kimi fərqlənir, fəaliyyəti dövründə cəmiyyətdə
söz və fikir azadlığının gerçəkləşdirilməsində
rolu əvəzedilməzdir. Bu qəzet Azərbaycan
mətbuatının bir nümunəsi kimi dünya mətbuatının
ümumi inkişaf xəttinə uyğun şəkildə fəaliyyət
göstərir. Eyni zamanda səhifələrində
Azərbaycan jurnalistikasının özünəməxsus ənənələrini
layiqincə davam edirməkdədir. Etiraf
etmək lazımdır ki, bu gün ölkəmizdə
çap mətbuatına oxucu marağı ürəkaçan
deyil. Çoxlu sayda kütləvi
informasiya vasitəsi - qəzetlər, informasiya agentlikləri,
internet portalları, elektron KİV-lər və jurnallar
qeydiyyatdan keçsə də, faktiki fəaliyyət göstərənlərin
sayı xeyli azdır. Bu sırada qəzetlər
xüsusilə seçilir. Son illər
internet medianın geniş vüsət alması nəticəsində
qəzetlərə oxucu tələbatı da azalıb. Lakin bütün bu çətinliklərə baxmayaraq
“Olaylar” sabit oxucusu olan qəzetlər sırasındadır,
oxucuları ilə müntəzəm təmasdadır. Həmkarlarımı bir daha təbrik edir, onlara
bol-bol yaradıcılıq uğurları arzulayıram.
Olaylar.- 2015.- 23 aprel.- S.8-9.