Milli mənəvi dəyərlərə
hörmət vətənpərvərlik hissini
formalaşdırır
Azərbaycan gənclərinin milli şüurunun formalaşdırılmasında milli mənəvi dəyərlərə hörmət xüsusi əhəmiyyətə malikdir. Çox təəssüf ki, son zamanlar bəzi gənclərin Avropa dəyərlərinə istiqamətlənməsi mənfi fəsadlara yol açmaq təhlükəsi yaradıb. Düzdür, Avropa dövlətləri böyük inkişaf mərhələsi keçib və hazırda bu coğrafiyada olan ölkələr dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır. Bu baxımdan da gənclərimizin Avropadan öyrənməli olduğu çox zəruri məsələlər var. Ancaq bəzən Avropa dəyərləri altında gənclərimiz elə təbliğatın təsirinə düşür ki, bu həm bizim milli, mental, həm də dini dəyərlərimizlə kəskin ziddiyyət təşkil edir. Bu baxımdan gənclərimizlə bağlı təbliğatın aparılmasında bir az mühafizəkar olmaq lazımdır. Milli şüuru deqradasiyaya uğradan, vətənpərvərlik hisslərini öldürən, adət-ənənəmizlə tamamilə ziddiyyət təşkil edən təbliğatın qarşısı kəskin şəkildə alınmalıdır. Maraqlıdır ki, Avropa dəyərləri adı altında gənclərimizə təbliğ olunması nəzərdə tutulan dəyərləri bütün vasitələrlə yaymağa çalışırlar. Burada mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də gənclərin Avropa və bəşəri dəyərlərlə milli dəyərləri düşüncəsində, həyat tərzində uzlaşdıra bilməsidir. Nəzərə alsaq ki, müasir dövrdə bu bir o qədər də asan məsələ deyil, o zaman bunun nə qədər aktuallıq kəsb etdiyi bir daha ortaya çıxar. Çünki müasir dövrdə bu sahədə bir sıra problemlər var. Məsələ ondadır ki, gənclərin artıq dərəcədə dünyəvi dəyərlərə önəm verməsi, onları millilikdən uzaqlaşdırır. Nəticədə onların öz milli kimliyini itirməsi təhlükəsi yaranır. Kosmopolit düşüncə tərzinin hakim olması xalqın sahib olduğu dəyərləri deqradasiyaya uğradır. Digər bir məsələ ondan ibarətdir ki, ekspertlər müasir inkişaf səviyyəsini nəzərə alaraq belə bir fikir irəli sürürlər ki, gənclərin sırf milli dəyərlərə bağlılığı da arzuolunan deyil. Çünki bu, gəncləri dünyəvi dəyərlərdən uzaq saxlayır ki, bu da nəticə etibarilə dövləti, cəmiyyəti müasir inkişafdan kənar saxlayır. Belə halda gəncələrin milli şüuru hansı istiqamətdə formalaşdırılmalıdır ki, həm milli dəyərlərə sahib çıxsınlar, həm də dünyəvi dəyərlərdən kənarda qalmasınlar? Etiraf edək ki, əxlaqi-mənəvi mədəniyyət və onun tərkibinə daxil olan ənənələri, mentaliteti sıxışdırmaq və milli şüuru kosmopolitləşdirməklə qloballaşma gənclərin özünüqoruma instiktlərini zəiflədə bilər. Ona görə də mütəxəssislər düzgün olaraq qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi təhlükədən uzaqlaşdırmaq üçün milli-fəlsəfi fikrə istinad etməyi, milli ideologiya və milli-sosial özünüqoruma şüuru formalaşdırmağı tövsiyə edir. Çıxış yolunu milli-mənəvi dəyərləri əxz edərək real proseslərə formal əlavə etməkdə deyil, milli və ümumbəşəri dəyərlərin müasirliyin məzmunu müstəvisində vəhdətinə nail olmaqda görür. Məsələyə bu konteksdən yanaşsaq, gənclər dərk etməlidir ki, Azərbaycanın Avropaya inteqrasiya olunması, onun müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul etməsi heç də Azərbaycanın öz milli və dini varlığından imtina etməsi deyil. Bu halda belə bir suai yaranır, bəs, Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafının Avropa ölkələrindəki gənclərdən fərqi nədədir? Əslində bu məsələ bir qədər həssas yanaşma tələb edir. Ona görə ki, Avropa ilə Azərbaycanın gəncləri, onların həyat tərzi, düşüncəsi arasında olan fərq çox böyükdür. Avropa gənclərinin vətənpərvərlik tərbiyəsi ilə bizim gənclərin tərbiyəsi arasında müqayisə aparanda görürük ki, onlar qarşılarında duran bir sıra mühüm problemləri həll edib. Yəni onların vətəni işğal olunmadığından bizdə yaşanan problemlərlə üzləşmirlər. Bu baxımdan Avropa gənclərinin tərbiyə modelini Azərbaycana heç cür tətbiq etmək olmaz. Baxmayaraq ki, bu modeli bütövlüklə bizə sırımaq istəyirlər. Reallıqda isə Avropa dəyərləri adlı dəyərlər sistemi yoxdur. Çünki, Avropa dəyərləri adı ilə elə şeylər bu gün təbliğ olunur ki, orada müsbət götürüləsi heç nə yoxdur. Ona görə də gənclərin tərbiyəsi ilə bağlı oradan örnək götürərək Avropa dəyərləri adı ilə məsələlərin Azərbaycana olduğu kimi tətbiqini düzgün olmazdı. Mütəxəssislərin qənaətinə görə, gənclərin milli şüurunun formalaşmasında ümumilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin irəli sürdüyü ideyaların inkişaf etdirilməsi kifayət qədər əhəmiyyətli rol oynaya bilər. Ulu öndərin möhtəşəm fəaliyyəti Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğu kimi, onun mükəmməl konsepsiyaları, müdrik ideyaları da son dərəcə qiymətlidir. Bu ideyaların əsasını isə milli mənəvi dəyərlərə hörmətlə vətənpərvərlik hisslərinin vəhdəti təşkil edir. Xalqımızın böyük oğlu yaşından, peşəsindən asılı olmayaraq, cəmiyyətin hər bir üzvünün öz fəaliyyət sahəsində vicdanla çalışmasını, öz amal və əməlləri ilə Vətənin və xalqın hərtərəfli tərəqqisinə xidmət göstərməsini məhz vətənpərvərlik işi kimi dəyərləndirmişdir. Qəlbi Vətən eşqi ilə döyünən hər bir şəxsin bu yöndə atdığı addım ölçüsündən asılı olmayaraq, ölkə və xalq üçün əhəmiyyət və dəyər qazanır. Bütün bunlar tam halda, bir yerdə möhtəşəm vətənpərvərliyi formalaşdırır ki, bunda hər bir şəxsin özünəməxsus payı vardır. Ulu öndər bu sahədə ziyalıların da öhdəsinə mühüm vəzifələr düşdüyünü vurğulayaraq fikrini belə ümumiləşdirmişdir: “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim – onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəlidə getməsinə xidmət göstərir”. Ulu öndərimiz Heydər Əliyev vətənpərvərliyin yüksək səviyyədə formalaşması üçün sistematik, ardıcıl tədbirlərin həyata keçirilməsinin vacibliyini önə çəkərək bunu ümumxalq işi, taleyüklü məsələ kimi dəyərləndirmişdir. Ulu öndərin aşağıdakı fikri bütün zamanlar üçün aktual olan vəzifəni nəzərə çatdırır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Müstəqil dövlətimizin gələcəyinin böyüməkdə olan nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən çîx asılı îlduğunu vurğulayan müdrik lideri¬mizin parlaq dühası, ardıcıl səyləri sayəsində Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə vətənpərvərlik amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə konseptual tədbirlər uğurla həyata keçi¬rilmişdir. Dahi şəxsiyyət Heydər Əliyev tədris ocaqlarında, o cümlədən ümumtəhsil məktəblərində şagirdlərin bütün müvafiq elmlər üzrə zəruri biliklərə yiyələnməsini, onların seçdikləri gələcək ixtisaslara uyğun fənləri daha dərindən öyrənməsini lazım bilmiş, bunlarla yanaşı, istisnasız olaraq hər bir şagirdin mükəmməl bilməsi son dərəcə vacib olan fənləri də ayrıca vurğulamışdır: “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, – onu daha da yaxşı bilməlidirlər... Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Bütün bunlar isə təhsilin milli məzmununu, vətənpərvərlik qayəsini müəyyənləşdirən çox mühüm faktorlar kimi düşünülmüş, ciddi bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Təhsilin məzmunca milli müstəqilliyimizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlərin, xüsusən Azərbaycan tarixinin, dilinin və ədəbiyyatının tədrisinin mahiyyətcə yeniləşməsini də dahi rəhbər çîx vacib şərt saymışdır. Bu da təsadüfi deyil, çünki gələcəyin qurucuları îlan yeni nəsillərin vətənpərvərlik amalına yiyələnməsi məktəbdən başlayır və bu işin düzgün təşkili ölkə üçün həyati əhəmiyyətə malikdir.
Müstəqil Azərbaycanın təhsil
sisteminin qarşısında duran məqsəd və vəzifələrdən
bəhs edərkən dahi şəxsiyyət təlim prosesinin
düzgün qurulmasının böyük amalların,
ideyaların, vəzifələrin gerçəkləşməsi,
bütövlükdə, xalqın və ölkənin
sabahkı taleyi üçün son dərəcə vacib əhəmiyyət
daşıdığını konkret şəkildə nəzərə
çatdırmışdır: “İndi bizim təhsilimizin məqsədi
gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə
hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük
məqsədi Azərbaycan vətəndaşı
hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin
ləyaqətli üzvünü hazırlamaqdır”. Ulu
öndərimizin müdrik tövsiyəsi belədir ki, gənc
nəsli vətənpərvərlik ruhunda yetişdirmək
üçün hər bir müəllimin, tərbiyəçinin
şəxsi nümunəsi vacib şərtdir: “Məktəbdə,
universitetdə formalaşan gənc, Azərbaycanın gələcək
vətəndaşı gərək, birincisi, mənəviyyatca
saf olsun... Ona görə də gərək onun müəllimləri,
tərbiyəçiləri özləri vətənpərvər
olsunlar, vətənpərvərliyi gənclərə
aşılaya bilsinlər”. Bəli, görkəmli dövlət
xadimi Heydər Əliyevin tövsiyə etdiyi əsl vətənpərvərliyin
təməli, əsas xətti məhz budur – həmişə
və hər yerdə Azərbaycan naminə
çalışmaq, onun hərtərəfli yüksəlişinə
səy göstərmək, milli-mənəvi dəyərləri
qorumaq, Vətən və xalq qarşısında borc və məsuliyyəti
dərk edib əməli fəaliyyətdə rəhbər
tutmaq! Hazırda ölkəmizdə bütün digər sahələrlə
yanaşı, vətənpərvərlik təliminin prinsiplərinin
ardıcıl və əhatəli şəkildə həyata
keçirilməsi sahəsində də ulu öndərin
siyasi kursuna dönmədən əməl olunur, Vətənimizin
və xalqımızın hərtərəfli yüksəlişi
üçün misilsiz işlər görülür. Bir
sözlə, ümummilli lider Heydər Əliyevin dərin
milli mündəricəyə malik vətənpərvərlik
təlimi sîn dərəcə qiymətli îlub,
çağdaş dövrdə də, gələcək
yüzillərdə də öz dəyərini, əhəmiyyətini
saxlamaq gücünə malikdir. Bu konsepsiya hər bir Azərbaycan
vətəndaşının fəaliyyət devizi, həyat
amalıdır.
Olaylar. - 2015.- 22-24 avqust.- S.7.