Milli özünüdərk: Vətənpərvərlik və milli mənlik şüuru

 

Heydər Əliyev:  “Məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanıngələcəkvətəndaşı gərək, birincisi, mənəviyyatca saf olsun. Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər”.

Dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri yalnız  öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Ulu öndər Heydər Əliyev deyirdi: “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alimonlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəlidə getməsinə xidmət göstərir”. Hazırda torpaqlarımızın iyirmi faizi erməni ordusunun işğalı altındadır. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Vətənin belə bir çətin zamanda mərd, sadiq gənclərə böyük ehtiyacı var. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli aparılır. Hər bir millətin gələcəyi uşaqlara və gənclərə bağlıdır. İnsanın mənəvi və fiziki sağlamlığında, vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı gənc nəslin mənəvi saflığını təmin edir. Gənc nəslin sağlamlığının təmin edilməsində, vətənin müdafiəsinə hazır olan mərd, cəsur insanlar kimi yetişməsində idmanın, bədən tərbiyəsinin də rolu əvəzsizdir. Təlim-tərbiyə və təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır. Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətənin və xalqın marağını daha uca tutmağa hər an hazır olmalısan. Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında xalq qəhrəmanlarının, eləcə də müasir dövrdə örnək yerimiz Milli Qəhrəmanların təbliği də mühüm rol oynayır. Vətənpərvərlik, dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə müşayiət olunmalıdır. Gənclərin Azərbaycan üçün ənənəvi olmayan dinlərə, məzhəblərə qoşulması əsasən xarici qüvvələr tərəfindən maliyyələşdirilən təbliğatın, psixoloji təsirin nəticəsidir. Müharibə şəraitində olan Azərbaycanda milli şüurun inkişafı və vətənpərvərliyin yüksəldilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdən olub. Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli məhz gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır. Beləliklə, tərbiyə və tədrislə bu sahədə inkişafa nail olmaq mümkündür. Hər bir insanın mənəvi həyatı onun ailəsində aldığı tərbiyə ilə ölçülür. Yeni nəslin milli və mənəvi cəhətdən böyüməsində təhsilin də rolu böyükdür. Şübhəsiz ki, uşaqların milli və mənəvi ruhda böyümələri üçün həm valideynlərin, həm də təhsil müəssisələrinin üzərinə böyük yük düşür. Əsası və özülü olan hər bir xalqın özünəməxsus ənənə və dəyərləri var. Vətənpərvərlik yalnız öz millətinin dəyərlərinə aludəçilik demək deyil. Milli əxlaqımızın mühüm hissəsini təşkil edən islami dəyərlərə hörmət milli vətənpərvərlik tərbiyəsinin inkişafında xüsusi rolu olan bir amildir. Milli dəyərlərimiz, ilk növbədə, ana dilimizə hörmət və sədaqət ruhunda tərbiyənin mühüm tərkib hissəsidir. Xalqımızın milli birliyi də müstəqilliyimiz dövründə yarandı. Öz azadlığına qovuşmağa can atan xalqımızın milli mənlik şüuru, vətənpərvərlik hissləri məhz həmin dövrlərdə inkişaf etməyə başladı. Milli birliyin yaradılmasında isə milli vətənpərvərlik tərbiyəsinin təsir və imkanları daha çoxdur. Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində paytaxt və ölkənin digər bölgələrində ucaldılmış abidələrin, xalqımızın azadlığı uğrunda canından keçən igidlərin uyuduğu şəhidlər xiyabanlarının və digər tarixi abidələrin rolu böyükdür. Bu sözləri rayonlarda yaradılmış diyarşünaslıq muzeyləri haqqında da demək olar. Bu muzeylərdə vətənimizin azadlığı uğrunda şəhid olan igidlərin həyat yolunu əks etdirən sənədlər nümayiş olunur. Bütün bunlar isə, muzeyə gələn gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında önəmli rol oynayır. Milli ənənələr və dəyərlər dövlətin milli ideologiyasını təşkil edir. Milli ideologiya milli-mənəvi dəyərlər sisteminin əsas potensialının real siyasi məqsədlər naminə səfərbər edilməsidir ki, dövlət də bu əsasa söykənərsə, onun varlığı daha da dayanıqlı olar. Məhz bu zaman dövlət ən çətin situasiyalardan asanlıqla çıxaraq istənilən uğurlara imza ata bilər. Məlum olduğu kimi milli ideologiyanın əsas tərkib hissəsində azərbaycançılıq dayanır. İnsanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir.  Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olanmətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər. Milli şüur hər bir insanın mənsub olduğu millətə və vətənə bağlılıq hisslərini əks etdirən, öz hərəkət və davranışına, düşüncə tərzinə, baxışlarına olan münasibətlərin məcmusudur. Milli şüur mənəvi dəyərləri, milli adət-ənənələri özündə ehtiva edir. Milli şüurun formalaşmasında soy-kökə qayıdış, milli əxlaq, vətənə məhəbbət, milli vətənpərvərlik və qürur hissləri kimi mühüm göstəricilərlə yanaşı, özünüdərk, öz layiqli yerini müəyyənləşdirmə kimi hisslər də əsas rol oynayır. Ulu öndər milli şüurla Vətən, torpaq arasında üzvi bir bağlılıq olduğunu görür, milli şüuru milli-mənəvi bütövlüyümüz hesab edirdi. Milli özünüdərk amili vətənin müstəqilliyinin qorunmasına, yetişməkdə olan gənclərin mənəvi tərbiyəsinə müsbət təsir göstərir. Məhz milli özünüdərk amili gənclərin qəlbində vətən sevgisi oyadır. Özünü dərk edən, milli şüura sahib olan insanın doğma vətənini sevməməsi isə mümkün deyil. Belə məsuliyyətli işin yüksək səviyyədə təşkilinin əsas vəzifələrindən biri məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin rolunu yüksəltməkdən ibarətdir. Respublikamızın tanınımış elm xadimləri, tədqiqatçılar şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə dair kitabmetodik vasitələr hazırlamaqla bu məsələnin həllinə müəyyən qədər köməklik göstərirlər. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir. Gənclərimizin hələ orta təhsil illərindən başlayaraq ordu sıralarında xidmətə hazırlanması, müasir döyüş təliminə bacarıqla yiyələnməsi Azərbaycanda xüsusi diqqət mərkəzindədir. Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək aktual məsələ olaraq qalır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, – onu daha da yaxşı bilməlidirlər... Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Bunlar təhsilin milli məzmununu, vətənpərvərlik qayəsini müəyyənləşdirən çox mühüm faktorlar kimi düşünülmüş, ciddi bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Təhsilin məzmunca milli müstəqilliyimizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlərin, xüsusən Azərbaycan tarixinin, dilinin və ədəbiyyatının tədrisinin mahiyyətcə yeniləşməsini də dahi rəhbər çîx vacib şərt saymışdır. Bu da təsadüfi deyil, çünki gələcəyin qurucuları îlan yeni nəsillərin vətənpərvərlik amalına yiyələnməsi məktəbdən başlayır və bu işin düzgün təşkili ölkə üçün həyati əhəmiyyətə malikdir.

 

Olaylar. - 2015.- 25 avqust.- S.7.