Hər qəzet öz redaktorunun mətbu obrazıdır

 

Hacı Etibaronun 20 yaşlı “Aşkarlıq” qəzeti parlaq və işıqlı rənglər saçır

 

90- cı illərin əvvəlində qəzet bumu tüğyan edirdi. Zarafat deyil, ölkədə 600-dən çox qəzet dərc olunurdu. Mentalitet məsələsi güc gəlmişdi. Biz axı tarixən sözə yüksək qiymət verən, Sovetlər dövründə isə qəzetdən əməllicə qorxan hümmət idik. Əgər bir qəzetdə beş cümləlik tənqid gedərdisə, bunu rayon partiya komitəsinin şura iclasında geniş müzakirə edər, dünən hamının təriflədiyi şəxsi bu gün yıxıb  düşmən balası kimi sürüyərdilər. Çünki qəzetin gözünə tuş gələn məsələ qərəzli və yalan ola bilməzdi. Sovetlər Birliyi qısa vaxt ərzində tarixin arxivinə keçsə də, sovet təfəkkür tərzi uzun illər qüvvədə qaldı. Yeni qəzet açanların da bir qısmi əslində elə bu qorxudan sui-istifadə edərək pul qazanmaq fikrinə düşənlər idi. Bir çox yeni qəzetlərin ikimərtəbəli və çox gurultulu adı vardı.   İl ərzində cəmi bir-iki şablon nömrə buraxsa da, ilboyu bu cür qəzetlərin əbləh “müxbirləri” idarə və təşkilatları ərklə, əda ilə  gəzir,  müdirləri qorxudubya sadəcə, özünü təmtəraqla təqdim edərək, pul qopartmağa çalışırdı. Vaxtı ilə kolxoz-sovxoz rəhbərləri jurnalistin maşınının yük yerini doldurar, “konvertini” də əksik etməzdilər.  Amma qısa vaxt ərzində kolxoz-sovxoz ləğv olunduğu kimi idarələrin kandarını döyəcləyən müxbirlərə hörmət-ehtiram da aradan qalxdı. Bundan sonra çox az qəzet yaşadı. Məhz əsil “Əkinçi” ənənələrinə sadiq olan yazarlar, qəzetlər ayaq üstdə dayaq tutdularmüasir dövrümüzə qədər gəlib çıxdılar. Elə qəzetlərdən biri də Lənkəranda dərc olunan  müstəqil “Aşkarlıq” qəzeti oldu.

Hər bir qəzet həm də onu dərc edən redaktorun simasıdır. “Aşkarlıq” qəzeti də büsbütün baş redaktor Hacı Etibar Əhədovun mətbu obrazıdır” deyə bilərik. Həm də ona görə ki, Hacı Etibar bu qəzetin təkcə təsisçisi və baş redaktoru deyil, həm də korrektoru, müxbiri, rəssamı, dizayneri, yığımçısı, sponsoru və yayıcısı idi.

“Aşkarlıq” hər şeyi açıq-aşkar və olduğu kimi göstərməyə çalışdı. Çalışdı və özünü qərəzdən, məddahlıqdan və diqtələrdən qoruya bildi. Başqa cür olardısa, onun cəzasını verər, özünü ifşa edərdilər. Amma “Aşkarlıq”ın səmimiyyətinə hamı inandı və etibar etdi.

Qəzetin bir vəzifəsi də əsil həqiqəti aşkar etmək, üzə çıxartmaq, xalqa çatdırmaqdır. “Aşkarlıq” bu missiyaya kökləndi, amma daha çox xoş olan, müsbət emosiya doğuran həqiqətləri üzə  çıxartmağa çalışdı. Bu da daha çox baş redaktor    Hacı Etibarın özünün şəxsi xarakterindən doğan təzahür idi. Lənkəranda onu   xoş siması və işıqlı fikirləri ilə tanıyırlar. Hacı imanlı, düzgün, doğruçu və ədalətli kişidir. Hacı sözü pula satmaz, Hacının sözü kimsədən qorxmaz və Hacı öz sözünü dəyişməz! Yerli yazarlar daha yaxşı bilir ki, Hacı Etibar nə qədər  təmkinli, səbrli, müdrik bir kişidir! Onun öz həyatına aşkarlıq prizmasından baxdıqda qəzet səhifələrinə və kitablara sığmayacaq qədər zəngin, maraqlı, kədərli və həm də fəxarət dolu hadisələrlə qarşılaşırsan.

Onda Etibar hələ çox balaca idi, cəmi üç yaşı vardı. II Dünya Müharibəsi 5-6 il olardı bitmişdi. Stalinin represiya aparatı adamların gözünü qorxutmaq və diqqətini mövcud, ağır problemlərdən yayındırmaqdan ötrü qondarma ittihamlarla insanları  haq-nahaq həbs edir, sürgünə göndərirdi. Onun atası feldşer Əliağa kişini və anasını da şərləyib həbs etmişdilər. Balaca Etibar ana babası Əmənulla Əzimovun himayəsində qalmışdı. Hələ dünyanı, həyatı dərk etmirdi. Amma bir gün Stalinin şəklini kitabda görüb, bu lopabığ kişiyə nifrətlə baxdı və bu şəkli cırdı. Uşaqlar bunu gördükdə  qorxu içərisində qışqırışdılar və tezliklə gəlib onu tutacaqlarını  dedilər. Etibar isə bu şəkli aparıb, torpağa basdırdı. Bir gün babasının yanına iki nəfər gəlmişdi. Bir qadın və bir kişi idi. Onu çağırdıqlarını öyrəndi. Bu adamların ciddi simasını gördükdə, indicə həbs ediləcəyini düşündü və qaçdı. Bu gələnlər də onun arxasıyca qaçmağa başladılar. O, “Əcəb edib cırmışam, əcəb edib basdırmışam!” deyə qışqırır, arxasıyca gələnlər isə onun adını çəkir və dayanmasını yalvarırdılar. Birdən onların onu ağlayaraq çağırdığını duyduayaq saxladı. Çevrilib baxdı. Arxasıyca qaçanların arasında babası da vardı.Gələnlər isə onun sürgündən   qayıtmış doğma ata-anası idi.

Babası Əmənulla kişi özünün doğruçuluğu, düzlüyü ilə tanınırdı. O, ördəkçilik fermasının müdiri idi. Bir dəfə kolxoz sədri Əmənulla kişiyə qonağı gəldiyini və təcili iki ördək kəsdirib göndərməsi xəbərini çatdırmışdı. Əmənulla kişi etiraz eləmədi, iki ördək kəsdirdi, təmizlətdi, hətta bişirdi və göndərdi. Amma bu, fermanın deyil, öz həyətinin ördəklərindən idi.

Sonralar hər gün gördüyü, hər gün şahidi olduğu bu kimi hadisələr, maraqlı adamlar çox olurdu. Bunları hamıya danışmaq, o adamları tanıtmaq istəyirdi. Dünyanın yaxşı adamlardan xali olmadığını çatdırmaq istəyirdi. Yaşadığı və orta məktəb təhsili aldığı Vilvan kəndində düzlük, din, iman, ədalət və digər müsbət əxlaqi keyfiyyətlər əsas kişilik meyarı sayılırdı. Bütün bunlar şeir, mahnı mövzusu sayılmazdı. Jurnalist olmaq, publisistik yazılar yazmaq, qəzet buraxmaq istəyi də buradan qaynaqlanırdı.

Orta məktəbi və əsgəri xidmətini bitirdikdən sonra Etibar Əhədov bir müddət yerli Lənkəran radiosunda işlədi, hətta redaktor da oldu. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdi. Bir ildən sonra rayon partiya  komitəsinin göndərişi ilə yerliLeninçi” qəzetində məsul katib vəzifəsinə irəli çəkildi. O dövr üçün bu çox böyük vəzifə sayılırdı. Qəzetin redaktoru məşhur şair Şəkər Aslan idi. Şəkər müəllimlə birlikdə oxunaqlı, maraqlı və baxımlı qəzet buraxdılar. Bu qəzetdə rayonun əmək qəhrəmanlarından daha çox maraqlı, müdrik insanları, ağsaqqallar, ağbirçəklər haqda oçerklər dərc etdirdi, onların tanıtımı ilə məşğul oldu. Oçerklərini təqdim etdiyi 4 müsabiqənin qalibi seçildi. “Xatın harayı”  yazısına mükafatı “Kənd həyatı” jurnalı verdi. “Sovet kəndi”, “İdman”, “Na straje” qəzetlərinin keçirtdiyi böyük rəqabətli müsabiqələrin qalibi olmaq da qürurverici idi. Əslində özünün bir elə böyük hünər göstərdiyini düşünmürdü; o sadəcə, gördüklərini, tanıdıqlarını və düşündüklərini kağıza köçürtmüşdü.

Müstəqilliyin ilk illərində “Leninçi” qəzetinin adı “Lənkəran” adı ilə əvəzləndi və Etibar Əhədov qəzetin  baş redaktoru təyin edildi. “Lənkəran” qəzeti hətta hakim partiyanı və hakimiyyəti qəsb etmiş etnik separatizmi də tənqid etməkdən çəkinmədi. Qəzetə  kənar şəxslər də qəbul edilmişdionlar ucuz populizmə, diqqəti cəlb etmək üçün  radikal yönümə daha çox üstünlük verirdilər. Etibarın düşüncəsi radikalizmin düzgün olduğunu qəbul etmirdi. Cəmiyyət parçalanmış, radikal qütblərə bölünmüşdü. Onu sakitləşdirmək, sülhə, barışa, qarşılıqlı anlaşmaya gətirmək lazım idi. Xüsusilə də etnik separatçılar sanki qatığın qara olduğunu qəzetin dili ilə cəmiyyətə sırımaq istəyirdilər. Hakimiyyəti silah yolu ilə qəsb etmiş Ə.Hümbətov qaraguruhu özünün qanunsuz əməllərinə “Lənkəran” qəzetini də qatmaq istəyirdi. Etibar Əhədov Ə.Hümbətovun qanunsuz 3 sərəncamının yerli hakimiyyətin orqanı sayılan qəzetdə dərc olunmasına imkan vermədi. Buna görə də Ə.Hümbətov onu vəzifəsindən azad etdi. Qəribə mənzərə yaranmışdı: köhnə partokratlar onu “cəbhəçilərin”, cəbhəçilər isə “partokratların” adamı hesab edirdilər. O isə əslində heç birinin adamı deyil, yalnız ədalətin, haqqın və xalqın adamı idi. Etibar Əhədov jurnalist idi kimsə onu jurnalist olmaqdan azad edə bilməzdi. 1993-cü ildə Etibar müəllim Lənkəranda Milli-azadlıq hərəkatının liderlərindən sayılan Sakin Məmmədzadə ilə birlikdəLənkəranın səsiqəzetini buraxmağa başladı. Sakin bəy radikal müxalifət yönümlü şəxs satirikÇeşməqəzetininyazarı olmuşdu. Həm onun yazılarınınistiotu-duzuartıq olurdu, həm hakim dairələr hələ tənqidə alışmamışdılar deyə bu qəzetə qarşı basqılar şiddətlənirdi.Lənkəranın səsiqəzetinin cəmi  13 sayı işıq üzü gördü. Qəzet maliyyə çatışmazlığı ucbatından öz fəaliyyətini dayandırdı. Bunsuz da o bu qəzetdən ayrılacaqdı.  Lənkəranın səsi” tam özünün istədiyi qəzet deyilldi. Etibar müəllim jurnalistlik fəaliyyətini yenə dayandırmadı. Bu arada onunla Lənkəran Dövlət Universitetinin banisi ilk rektoru, professor Hacıbaba Əzimov maraqlandı onu LDU Mətbuat xidmətinin rəhbəri təyin etdi. Amma o, Etibar Əhədov yenə qəzetçilik fəaliyyətini dayandırmadı beynəlxalqGünayqəzetinin bölgə yazarı oldu. Eyni zamanda o publisistik kitabların müəllifi kimi məşhurlaşırdı yazmaqdan ötrü  hələ çox kitab mövzuları vardı. 1995-ci ildə Etibar Əhədov məhz əqidə keyfiyyətlərinə görə müqəddəs Həcc səfərinin zəvvarı oldu. Elə həmin il Hacı Etibar “Aşkarlıq” qəzetini təsis etdi.

Cəmiyyət radikal müxalifət və iqtidar qarşıdurmalarından bezmişdi. Belə bir zamanda mərkəzdə durub yalnız reallıq və ədalət prinsiplərinə istinad etmək tələbləri yaranmışdı. Mərkəzçi olmaq çox çətin olur: səni bəzən iqtidar, bəzən müxalifət, bəzən də hər ikisi sevmirya əksinə. Sən isə ictimai şüurun sakitləşməsinə, düzgünümumxalq mənafeyinə yönəlməsinə xidmət göstərməlisən, həm də bunu iynə ilə yer qazırmış kimi ustufca etməlisən. Bu mövqeyə iddiaçılar çox oldu, amma təkcə Hacı Etibar bu mövqeyi sərgiləyə bilən yeni və mərkəzçi  qəzet çap etməyə başladı – “Aşkarlıq” qəzetini. Qəzetin ilk sayını Lənkəranda çap etdirmək mümkün olmadı. İlk sayı Masallıda, sonrakı saylar isə Bakı şəhərində çap edildi. Qəzetin ofisi Hacının  ailəsi ilə birlikdə yaşadığı kiçik mənzili, əsas işçisi isə kiçik oğlu Araz oldu. Araz Lənkəranda kompüter tədrisini və nəşriyyat işini mükəmməl bilən bəlkə də yeganə şəxs kimi tanınırdı. Yerli müəlliflərin  bir çoxunun kitablarının və qəzetlərin yığımını məhz Araz həyata keçirdirdi. “Aşkarlıq”ın baxımlı və düzgün yığılmasında Arazın da az xidməti olmadı.

Artıq 20 il keçib və qəzetin 170 sayı işıq üzü görüb. Qəzet bəzən 8, bəzən də 16 səhifə və Azərbaycan, talış, rus dilində olmaqla həmişə 3 dildə çap olunub. Qəzetin yeganə sponsoru da Hacı Etibarın özüdür. Kimsənin üzərində dili və iddiası olmasın deyə heç kəsdən maliyyə vəsaiti ummur və istəmir. Aldığı təqaüdlər, mükafatlar, ailəsinin qənaət toplantıları bu qəzetin əsas maliyyə qaynağıdır. Nə vaxtsa əmək haqqı vermək problemi olmasın və ya adına kənar sözlər gətirməsin deyə qəzetə başqa kimsəni işə götürülməyib. Olan az sayda abunə də şərti xarakter daşıyır. Min nüsxə ilə çap olan qəzetin böyük hissəsi paylanılır, Azərbaycanın digər yerlərində yaşayan soydaşlarımıza, hətta Rusiyaya da göndərilir. Hacıların, Kərbəlayilərin tez-tez ehsan verdiklərini, imkansızlara əl tutduğunu, yardımlar etdiyini çox eşitmişdik, amma 20 il qəzet ehsan edən Hacı yəqin ki, bütün dünyada bir nəfər olar. O da lənkəranlı, “Aşkarlıq” qəzetinin baş redaktoru Hacı Etibar Əhədovdur. Onun kitablarının sayı da sanki savab əməllərindən qaynaqlanaraq günbəgün artmaqdadır. Hacı Etibar hər il bir neçə kitab buraxır. Müxtəlif mövzularda 53 publisistik kitabın müəllifidir. 70 yaşınadək bu sayı artırıb, doğumundan bu yana ilə bir kitab həddinə qaldırmaq fikrindədir. Bütün məşhur el adamları, ağsaqqallar, ağbirçəklər onun mövzu obyektidir.  Bölgənin səhiyyə, təhsil, mədəniyyət, rabitə, sənət xadimləri barədə, eləcə də hacılar, kərbəlayilər, Qarabağ savaşının qəhrəmanları, şəhidlər, məktəblər, kəndlər barədə kitablar yazır. Onun kitablarını Lənkəranın etnoqrafik səlnaməsi də hesab etmək olar. Elə bircə “Lənkəran: ensiklopedik məlumat” kitabı bir neçə institutun görə biləcəyi səviyyədə fundamental tədqiqat əsəridir. Publisistika öz yerində, informasiya yayıcısı olmaqictimai şüurun inkişafına xidmət etmək tamam başqa şeydir. Hacı kitabda deyə bilmədiklərini “Aşkarlıq”ın səhifələrinə köçürdür. Əslində nə qədər yazırsa da ürəyi soyumur, içi boşalmır, fikirləri tükənmir. Dünya yaxşılıqlardan, gözəlliklərdən, haqdan, ədalətdən tükənirmi? Nə qədər bu varsa, “Aşkarlıq”ın da var olacağını deyir, hətta özü dünyada olmasa da. Amma el üçün yaşamış insanlar dünyadan köçsə də eldən köçmür. Lənkəranlı Hacı Etibarın “Aşkarlıq” qəzeti  dərc etdiyi yazıların parlaq, işıqlı rəngləri ilə düşüncələrə nur saçır. Buna insanların hər zaman elə çox ehtiyacı var ki!

 

Hafiz Mirzə

 

 

Olaylar.- 2015.- 26 avqust.- S.6.