Əsgərlərin döyüş
ruhu yüksək səviyyədədir
Gənclər, xüsusilə əsgərlər arasında hərbi vətənpərvərlik ruhunun yüksəıldilməsi məqsədilə müharibə veteranları, ziyalılar, elm və incəsənət xadimlərinin döyüş bölgəsinə səfərlərinin əhəmiyyəti danılmazdır. Elə bu məqsədlə bir müddət öncə Əfqanıstan müharibəsi veteranlarının bir qrupu, millət vəkilləri, QHT nümayəndələri və jurnalistlər cəbhə bölgələrində səfərdə olublar. Cəbhə bölgəsində olan soydaşlarımızın hər birinin ümumi fikri ondan ibarətdir ki, belə səfərlər əsgərlərin döyüş ruhunu artırmış olur. “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Məhəmməd Vəliyev qeyd edir ki, bir həftə davam edən səfər zamanı keçmiş beynəlmiləlçi-döyüşçülər hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhalisi ilə görüşüb. Keçmiş döyüşçülər səfər çərçivəsində düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olub, gənc əsgərlərlə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçib. Hətta əllərinə silah alaraq Vətən müdafiəçiləri ilə birlikdə ön səngərdə gecə döyüş növbəsində durublar: “ Əfqanıstan döyüşçülərinin potensialından ötən ildəın istifadə edilməyə başlanıb. İndiyə qədər 30-a yaxın səngərdə olmuşuq. Baxmayaraq ki, bu səngərlərə mülki vətəndaşlar buraxılmır, amma bizə şərait yaradıldı ki, ön cəbhədə olan əsgərlərin vəziyyəti ilə tanış olaq. Onların ruh yüksəkliyini diqqət edək, öz dəstəyimizlə onları bir az da ruhlandıraq. Eləcə də keçmiş peşəkar döyüşçü kimi əsgərlərlə müxtəlif sahələr üzrə nümunəvi dərslər keçək. Biz gecələr də əsgərlərlə bərabər səngərlərdə qaldıq. Gecə atəşkəs pozulanda əsgərlərimizlə birgə cavab atəşinə qoşulduq. İB sədri bildirib ki, səfər zamanı əsgərlərin döyüş hazırlığı ilə qürur duyublar: “Əsgərlərimizi çox qürurlu, əzəmətli döyüşə hazırlıqlı gördük. Əminəm ki, belə səfərlərin həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayacaq. Hazırda əsgərlərdə yüksək döyüş ruhu var. Məqam gözləyirlər ki, səngərlərdən çıxsınlar. Artıq düşmənin zəif olmasını əsgərlər də bilirlər”. Onun sözlərinə görə, orduda bütün sahələr üzrə təminat var: “Hesab edirəm ki, cəbhə bölgələrinə getmək, əsgərlərin yanında olmaq lazımdır. Bu səfər unudulmaz və yaddaqalan tarixi hadisəyə çevrilib. İlk növbədə milli ordumuzun qüdrətlənməsinin, əsgəri xidmət üçün gözəl şərait yaradılmasının, Azərbaycan əsgərinin döyüş ruhunun, vətənpərvərlik hissinin necə yüksəldiyinin şahidi olduq. Cəbhəboyu yaşayış məntəqələrində görüşlər zamanı ordu ilə xalqın birliyinə bir daha əmin olduq. Həqiqətən xalq öz ordusuna inanır, ordu isə xalqın etimadını Vətənə sədaqətli xidməti ilə doğruldur”. Əfqanıstan müharibəsindən iki “Qırmızı Döyüş Bayrağı” ordeni ilə Vətənə qayıtmış ehtiyatda olan zabit Şakir Əhmədov diqqətə çatdırıb ki, əsgərlər bu səfərlə fəxr edirdilər: “Mənim üçün maraqlı idi ki, görəsən döyüş bölgəsində əsgər-zabit arasındakı münasibət nə yerdədir, əsgərlərin özlərinin bir-birinə qarşı rəğbəti hansı səviyyədədir? Mən ordudan təxris olunanda düşünürdün ki, görəsən ordumuz inkişaf edəcəkmi? Mübaliğəsiz demək istəyirəm ki, cəbhə bölgəsinə səfər zamanı gördüm ki, mənim orduda qalmağıma ehtiyac yoxdur. Sadəcə onları gedib yerində görmək lazımdır. Əsgər və zabitlət bir-birinə qarşı elə mehriban davranırlar ki, bunu sözlə ifadə etmək qeyri-mümkündür. İnanmaq olmur ki, ötən qısa müddət ərzində orduda nə qədər dəyişilik olub. Qətiyyətlə demək olar ki, əsgər və zabitlərimizin hamısı torpaqlarımızı düşməndən azad etməyə hazırdırlar”. Onun sözlrinə görə, əsgərlərin kazarması dəniz səviyyəsindən 3 min metr yüksəklikdə olmasına baxmayaraq bütün standartlara cavab verir. Həmin kazarmalar səliqə-sahmanı ilə xüsusilə fərqlənir: “Əsgərlərin yeməkxanasında da olduq. Deyə bilərəm ki, bu gün əsgərlərimiz ərzaq sarıdan heç bir çətinlik çəkmirlər. Biz də əsgər və zabitlərin ruh yüksəkliyindən qürur duyduq. Çünki, sözün həqiqi mənasında əsgər və zabitlər arasında ruh yüksəkliyi var. Bununla paralel, orduda kifayət qədər qeyrətli, cəsarətli hərbçilərimiz xidmət edir. Hesab edirəm ki, Əfqanıstan döyüşçüləri ilə bərabər cəmiyyətin hər bir üzvü orduya dəstək olmalıdır”. Qarabağ müharibəsinin iştirakçısı, “Qırmızı Ulduz” ordenli Əbülfət Hüseynov bildirib ki, artıq Azərbaycan ordusunun qüdrəti ermənilıri qorxuya salıb: “Qətiyyətlə demək olar ki, əsgərlərimiz düşmən tapdağı altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır. Belə bir şəraitdə nəinki Əfqanıstan döyüşçüləri, eləcə də bütün xalq əsgərlərimizə dəstək olmalıdır”. Onun bildirdiyinə görə, demək olar ki, cəbhə bölgələrində əsgərlər üçün hər cür şərait yaradılıb. Silah, yemək-işmək, təmizlik sarıdan problem yoxdur. Əsgərlər yalnız döyüş əmrini gözləyirlər: “Hesab edirəm ki, qələbənin əldə edilməsi üçün cəbhə bölgəsinə tez-tez belə səfərlər təşkil edilməlidir. Təkcə Əfqanıstan vütüranları deyil, cəmiyyətin bütün üzvləri əsgərlərin yanında olmalıdır”. Müstəqilliyin ilk illərində ordunun dağınıq halda olduğunu xatırladan “İgidliyə görə” medalı ilə təltif olunmuş Məhiyyəddin Rüstəmov bildirib ki, hazırda Azərbaycanın mütəşəkkil ordusu var. Əsgərlər arasında hərbi vətənpərvərlik ruhu o dərəcədə yüksəlib ki, hətta qadınlardan ibarət rabitəçi qrupu yaradılıb. Bu isə o deməkdir ki, xalqın və əsgərlərin səbri tükənib, hücum əmri gözləyirlər: “Hərbçilərlə yanaşı, ictimaiyyət nümayəndələrinin də cəbhə bölgəsinə səfərinə ehtiyac var. Əsgərlər hiss etməlidirlər ki, onların arxasında xalq, təcrübəli döyüşçülər durub. Hər bir Azərbaycan vətəndaşı əsgərlərə mənəvi və psixoloji dəstək olmalıdır. Qələbə əldə etmək üçün hərbçilərimizin bu cür dəstəyə ehtiyacı var. Odur ki, müharibə, əmək, slahlı qüvvələr veteranları orduda hərbi vətənpərvərlik ruhunun yüksəlməsində iştirak etməlidirlər. Əsgərlərimiz isə yaxşı dərk edirlər ki, Qarabaq problemini məhz onlar həll etməlidirlər”.
Cəbhə bölgəsinə səfər
heyətə rəhbərlik edən Parlament
Jurnalistlər Birliyinin (PJB) sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı bildirib ki, bir il
ərzində 4-cü dəfədir ki, Parlament Jurnalistlər Birliyinin
təşəbbüsü ilə jurnalistlər cəbhə
bölgəsinə səfər edirlər: “Ötən ilin bu vaxtlarında cəbhədə
atəşkəs ciddi şəkildə pozuldu. O zaman çox təəssüf ki,
bilərəkdən, ya bilməyərəkdən
aparıcı mətbu orqanlar da bununla bağlı az qala şou
göstərdilər. Doğru olmayan məlumatların
yayılması cəmiyyətdə, insanlar
arasında çaşqınlıq yaratdı. Hətta Azərbaycanın
bir neçə kəndinin ermənilər
tərəfindən işğal olunduğunu, eyni zamanda işğalda olan torpaqların geri
qaytarılması ilə bağlı yalnış məlumatlar
yayıldı. O zaman biz
Müdafiə Nazirliyinə müraciət edərək, cəbhə
bölgəsinə getmək üçün
icazə aldıq. Demək olar ki, bütün cəbhəboyu
zonada olduq və doğru məlumatları cəmiyyətimizə
çatdırdıq. Bundan sonra artıq cəbhə ilə bağlı
yayılan yalnış məlumatların fəsadları aradan qaldırıldı. Birmənalı olaraq cəmiyyətimizə
çatdırdığımız məlumatlara görə insanlar rahatlıq tapdı”. E.Eyvazlı bildirib ki, bundan
sonra bir neçə
dəfə cəbhə bölgələrinə səfərləri
olub: “Bu da onun nəticəsidir ki, bu məsələdə
yanlışlığa yol vermədik. Sonuncu dəfə isə bu
ilin avqust
ayının 14-də cəbhə bölgəsinə səfərimiz
oldu. Mən bu cür səfərlərə şərait
yaratdığına görə müdafiə naziri,
general-polkovnik Zakir Həsənova
dərin minnətdarlığımı bildirirəm. Bu gün doğru
xəbər yazan, naməlum mənbələrə
istinadən ordu ilə bağlı dezinformasiya yaymayan
jurnalistlərin cəbhə bölgəsinə getməsində
heç bir problem yoxdur. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra orduda çox
ciddi işlərin görüldüyü
danılmazdır. Artıq əsgərlərimizlə hər
hansı ictimaiyyət nümayəndəsinin
görüşündə heç bir problem yoxdur.
Sadəcə onlarla görüşəndən
sonra cəmiyyətə doğru
məlumatları çatdırmaq lazımdır”. “Bəs prosedur hansı şəkildədir,
əsgərlərlə görüşə getmək üçün hansı addımlar
atılmalıdır?” sualına Elşad
Eyvazlı cavab olaraq bildirdi ki, cəbhəyə
getməkdə məqsədlərini, jurnalistlərin
siyahısını Müdafiə Nazirliyinə təqdim ediblər
və müsbət cavab alıblar:
“Cəbhə bölgəsində zabitlər bizi
çox yüksək şəkildə
qarşıladılar. Onların da bizdən
bir istəyi vardı, cəbhə ilə
bağlı xəbərləri insanlara doğru şəkildə çatdırmaq. Mən
bir daha qeyd etmək istəyirəm ki,
biz əvvəllər də cəbhə
bölgəsində olmuşuq. Amma son illər ordu quruculuğunda
görülən işlər göz
qabağındadır. Biz başlıca olaraq əsgərlərin üzündə əvvəllər
olduğu kimi nisgil, qəm-qüssə görmədik, əksinə
onların sifətlərində torpaqlarımızı işğaldan azad etmək
əzmi açıq sezilirdi. Bu, tək mənim
fikrim deyil, orda olan millət vəkillərimiz,
jurnalistlərimiz, QHT nümayəndələri də bunu təsdiqləyə bilər. Əsgərlərimizin
üzündəki bu ifadəni
gördükdən sonra inanın,
yaşından asılı olmayaraq
hamının ürəyindən yenidən əsgər olmaq istəyi keçdi. Bu, artıq
Azərbaycan ordusunda olan
vətənpərvərlik ruhunun, Vətən
sevgisinin və torpaqlarımızın işğaldan azad etmək
ruhunun yüksəkdə olmasının təzahürüdür.
Ən əsası ordumuzun hərbi
texnikı təchizatı yüksək səviyyədədir.
Ordumuz bu gün hərtərəfli,
istər geyim, istərsə də qida baxımından çox
yüksək şəkildə təmin olunub.
Ən yüksək postlarda belə əsgərlərin
təmizliyi üçün şərait
yaradılıb. Şahidi olduq
ki, əsgərlərimizə artıq ev yeməkləri, milli
xörəklər verilir”.
E.Eyvazlı qeyd edib ki, əsgər-zabit münasibətlərində
də artıq çox ciddi
şəkildə dəyişikliklər var:
“Biz cəbhəyə səfərimiz
zamanı bunun şahidi
olduq. Bizim istəklə
əvvəlcədən nəzərdə tutulmamış hərbi
hissələrdə olduq. Burada
da eyni münasibəti
gördük. Bu gün Azərbaycan ordusunda
zabit-əsgər münasibətləri çox
yüksək səviyyədədir. Bu da əlbəttə ki, ordu sahəsində aparılan islahatlar
və görülən işlərin nəticəsidir. Zabitlərin
əsgərlərlə qanuna uyğun şəkildə davranması tələb
olunur. Onlar da bu qaydalara
çox yüksək şəkildə əməl
edirlər. Əlbəttə ki, bu da bizləri çox sevindirdi”. Bu gün Azərbaycan əsgərinin
ictimaiyyət nümayəndələri ilə
görüşünə heç bir məhdudiyyət qoyulmadığını
vurğulayan E.Eyvazlı bu
məsələdə yenə də Müdafiə Nazirliyi rəhbərliyinin rolunu
xüsusilə qeyd edib.
Olaylar. - 2015.- 26 avqust.- S.7.