"Nizami rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət
və perspektivlər"
Dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin adını
daşıyan Bakının Nizami rayonu paytaxtın digər
rayonları ilə müqayisədə öz spesifikliyi ilə
fərqlənir. Əsası 1980-cı ilin noyabr ayında
ümumilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə qoyulmuş Nizami rayonu hazırda dinamilk inkişaf mərhələsini
yaşamaqdadır.
Respublika iqtisadiyyatında davam edən islahatlar kursu Nizami rayonundan da yan keçməmiş, rayonda sosial-iqtisadi islahatlar inamla davam etdirilməkdədir. Rayonda qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmaqdadır. Xatırladaq ki, Nizami rayonu vaxtı ilə iki rayonun- indiki Xətai və Nərimanov rayonları ərazisindən ayrılmaqla yaradılmışdır. Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Rayonun ərazisi 19,6 kvadrat kilometr, əhalisi isə 183 mindən artıqdır. Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Nizami rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində Nizami Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılıb. Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir. Hazırda rayonda 22 orta ümumtəhsil məktəbi, “Zəngi” liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, “Dədə Qorqud” özəl Türk liseyi, Uşaq-Gənclər və Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, Kar uşaqlar üçün 2 respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan “Xəzər” Universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir.
Sənaye mərkəzinə çevrilən rayon
Nizami rayonunun paytaxt rayonları içərisində ən gənc olmasına baxmayaraq vaxtı ilə burada iqtisadi baxımdan çox önəmli olan sənaye müəssisələri fəaliyyət göstərib. Sovet imperiyası dağıldıqdan və Azərbaycan müstqillik əldə etdikdən sonra baxımsızlıq ucbtından həmin müəssisələrin əksəriyyəti öz fəaliyyətini dayandırmış və tədricən dağıdılaraq yox dərəcəsinə gətirilmişdi. Rayonun əksər əhalisinin sözügedən müəssisələrdə çalışdığından təbii ki, bu proses əhalinin məşğulluq səviyyəsinə təsirsiz ötüşməmişdi. Lakin ölkədə həyata keçirilən sosial iqtisadi islahatlar, müəyyən edilmiş iqtisadi strategiya Nizami rayonunda da öz bəhrəsini verib. Nəticədə rayonda yeni istehsalat sahələri açılıb, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Ölkəmizin dinamik inkişafının təmin olunmasında Nizami rayonunun da xüsusi payı var. Belə ki, cari ilin doqquz ayında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 346,9 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz çoxdur. İstehsal olunmuş məhsulun 24,8 faizi qeyri-dövlət sektoruna aid olub. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində cari ilin yanvar-sentyabr aylarında istehlakçılara 364,4 milyon manatlıq məhsul göndərilb. Hazırda sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, “NJT-2000” firması, “Bakı Şərab-1” ASC, “Azərtunelmetrotikinti” SM-in Dəmir-beton Konstruksiyaları zavodu, “Körpü Tunel” ASC, “Bakı Diyircəkli Yastıq” ASC, “European-Tobacco Baku” ASC, “Bakı Yağ-Qida Sənaye” ASC, “Veysəloğlu” MMC, “Kaspi-Yıldız” MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 7 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir. Bu isə o deməkdir ki, qısa müddət ərzində Nizami rayonunda çoxlu sayda yeni rəqabət qabiliyyətli istehsal müəssisələri yaradılıb. İndi fəxarətlə demək olar ki, rayonda fəaliyyət göstərən bir sıra sənaye müəssisələri öz məhsulları ilə nəinki daxili bazara çıxa bilirlər, eyni zamanda onların məhsulları bir çox xarici ölkələrə də ixrac olunur.
Sosial iqtisadi problemlərin
həllinə xüsusi
diqqət yetirilir
Nizami rayonunda demək olar ki, hər
il sosial
iqtisadi inkişaf proqramları uğurla həyata keçirilir.
“2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”na əsasən Gimnastika Kompleksinin, onun yanında məşq zalının və köməkçi qurğuların tikintisinin
başa çatdırılıb,
Milli Sağlamlıq Mərkəzinin tikintisinin
davam etdirilib. Həmçinin rayonun daxili
resursları hesabına
Q.Qarayev prospekti və Ə.Vəliyev küçəsi əsaslı
təmir edilərək
abadlıq işləri
görülüb, Heydər
Əliyev prospektinin səki və yaşıllıq zonasının,
Naxçıvanski küçəsində
Heydər-bağı park-bulvarın
yenidən qurulması
davam etdirlib. Rayon ərazisində şəhər əhəmiyyətli
infranstruktur layihələrə
də məxsusi diqqət yetirilir. Xüsusən, yol infranstrukturunun
yenidən qurulması
sayəsində çox
böyük işlər
görülür. Mübaliğəsiz demək olar ki, artıq rayonda asfaltlanmamış küçə, xiyaban qalmayıb. Rayonun bütün ərazilərində
yol infranstrukturunun cari təmiri aparılır. Bakının digər rayonlarından fərqli olaraq Nizami rayonuda təmir olunun yollarda eyni zamanda
komunikasiya xətlərinin
çəkilişinə də
diqqət yetirilir.
Artıq
rayon ərazisində qonşu
rayonların da su təchizatını təmin edən borular tam dəyişdirilir,
paralel olaraq rabitə və kanalzasiya sistemi bərpa edilir. Demək olar ki, rayonda
içməli su problemi həllini tapıb, əksər ünvanlara 24 saat ərzində içməli
suyun verilişi təmin edilib. Bakı şəhərinin
problemi hesab olunan tıxacların aradan qaldırılması
istiqamətində Nizami
rayonunda əhəmiyyətli
işlər görülüb
və bu proses davam etdirilməkdədir.
Heydər Əliyev və
Ziya Bünyadov prospektlərinin kəsişməsində,
metronun “Koroğlu” stansiyasının yaxınlığında
yerləşən müxtəlif
səviyyəli yol qovşağının üçüncü
kompleksinin istismara verilməsi tıxac probleminin həllində xüsusi rol oynayıb.
Nizami rayonunda əhalinin
sağlamlığı və
idman sahələrinə
də xüsusi əhəmiyyət verilir.
Hazırda rayonda 6 stadion, 8 idman-sağlamlıq
kompleksi, 13 ¹-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
məktəbi əhalinin,
xüsusilə də gənclərin sağlam həyat tərzinin təminatına xidmət edir. Bununla yanaşı, rayon ərazisində AFFA tərəfindən
tutumu 20000 nəfərlik
stadionun tikintisi rayonda idmanın inkişafına verilən
diqqətin birbaşa göstəricisidir. Yeri gəlmişkən
qeyd edək ki, ölkəmizdə 1-ci
Avropa Oynlarının
yüksək səviyyədə
keçirilməsinə Nizami
rayonu da öz töhvəsini vermiş oldu. Milli Gimnastika Arenasının, Atletlər
kəndinin bu rayonunun ərazisində yerləşdiyini, Bakı
Olimpiya stadionun Sabunçu rayonu ilə Nizami rayonun sərhədində
olduğunu nəzərə
alsaq fəxarətlə
deyə bilərik ki, Nizami rayonu
infrastruktur layihələrin
vaxtında və keyfiyyətlə başa çatdırılması, eləcə
də təhlükəsizliyin
təmin olunması kimi mühüm məsələlərdə üzərinə
düşən vəzifəni
layiqincə yerinə yetirə bildi. Əhalinin sağlamlıqının təmin
olunması məsələsinə
gəldikdə qeyd edilməlidir ki, rayonda “Sağlam Təhsil” layihəsi çərçivəsində şagirdlərin Azərbaycan
Tibb Universitetinin əməkdaşları tərəfindən
müayinədən keçməsi
ənənəyə çevrilib.
Rayonda fəaliyyət göstərən
Daun Sindromlu Şəxslərin Reabilitasiya
Mərkəzində daun
sindromlu uşaqların
müayinə və müalicəsi aparılır.
Etiraf edilməlidir
ki, Nizami rayonunda elm və təhsilin inkişafına
xüsusi diqqət yetirilir. Məhz bu diqqət
və qayğının
nəticəsidir ki,
2014-2015-cı tədris ilində
rayonun təlim-tərbiyə
müəssisələri bir
sıra uğurlara imza atıb, rayon, şəhər və respublika səviyyəli tədbirlərdə, müsabiqələrdə,
yarışlarda, olimpiadalarda
nailiyyətlər qazanılıb.
Tədris ilində orta ümumtəhsil məktəblərini bitirmiş
2061 şagirddən 1882 nəfəri
ali məktəblərə
sənəd verib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
verdiyi rəsmi məlumata görə, onların 1190 nəfəri,
yəni 63,2 faizi tələbə adını
qazanıb ki, bu da ölkə
üzrə yüksək
göstərici sayıla
bilər. Raynda yeni təhsil
müəssisələrinin tikintisi də diqqətdən kənarda qalmır. Belə ki, Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı Proqramı”
çərçivəsində məktəbəqədər müəssisələrdə
mövcud vəziyyət
nəzərə alınaraq
Nizami rayonundakı 110
və 172 nömrəli
uşaq bağçalarının
ərazilərində yeni
əlavə korpuslar tikilib. 1 iyun 2015-ci il tarixində
Uşaqların Beynəlxalq
Müdafiə Günündə
Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva sözügedən körpələr
evi-uşaq bağçalarında
yeni korpusların açılışında iştirak
edib.
Rayonda məşğulluq strategiyasının həllinə
də xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, cari ilin
doqquz ayında rayonda 1847 yeni iş yeri açılıb.
Bütövlükdə 2003-cü ildən bu günə
kimi Nizami rayonunda 28012-si daimi iş yeri olmaqla
28109 yeni iş yeri açılıb. Cari ilin yanvar-iyun
aylarında rayon üzrə
orta aylıq əmək haqqı 528,3 manat təşkil
edib. Bu həmdə
rayon əhalisinin sosial
müdafiəsinin gücləndirilməsi
istiqamətində həyata
keçirilmiş tədbirlər
silsiləsindən hesab
edilə bilər.
Paytaxtın ekoloji vəziyyətinin
yaxşılaşdırılması məqsədilə Nizami rayonunda da əhəmiyyətli
işlər görülür.
Belə ki, vaxtilə mövcud olmuş sənaye müəssisələrinin
köçürülməsi nəticəsində boşaldılmış
ərazilərdə yeni
yaşayış massivləri,
mərkəzi icra hakimiyyəti orqanlarının
müasir inzibati binaları, olimpiya idman kompleksləri inşa olunur, abadlıq-quruculuq işləri
aparılır. Heydər
Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai
Birliyinin təsisçisi
və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü
ilə 5 noyabr
2014-cü il tarixindən
start verilmiş “I Ümumrespublika
Yaşıllaşdırma” marafonu çərçivəsində
mütəmadfi olaraq Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə rayonun müxtəlif ərazilərində
təmizlik işləri
aparılır, yaşıllıqlar
salınır. Rayonun infranstruktur
sahəsində bu gün də işlər davam etdirilir. Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən
irimiqyaslı və məqsədyönlü tədbirlər
Nizami rayonunun da simasını dəyişir, onun abad və müasir
rayon kimi daha da gözəlləşməsinə
böyük imkanlar yaradır.
Ənənəvi problemlər və gözləntilər
Bütün bunlarla yanaşı, digər rayonlada olduğu kimi Nizmi rayonu da ənənəvi problemlərdən xali deyil. Baxmayaraq ki, rayonda son illər ərzində yüzdən artıq binada mərkəzəşmiş istilik təchizatı qurulub və bu proses indi də davam etməkdədir. Lakin hələ də rayonda istilik sistemi ilə təchiz olunmayan yaşayış binaları mövcuddur ki, hazırda bu problemin həlli istiqamətində ciddi addımlar atılmaqdadır. Digər problem kanalzasiya və su təchizatı ilə bağlıdır və nəzərə almaq lazımdır ki, payonun kanalizasiya-su sistemi əsasən 60-ci 70-ci illərdə qurulub. Və uzun müddət demək olar ki, bu sistemdə əsaslı təmir işləri yetərincə aparılmayıb. Və həmin kanalizasiya-su xətləri fiziki cəhətdən tamamilə köhnələrək yararsız vəziyyətə düşüb. Ümidverici məqam ondan ibarətdir ki, rayonun daxili resursları hesabına son 2 ildə 200-ə yaxın binada kanalizasiya-su xətlərinin əsaslı təmirinə nail olunub. Eyni zamanda, ötən müddət ərzində rayonda aparılmış çoxlu sayda çoxmərtəbəli binaların tikintisi zamanı istifadə olunan boruların dimetri təlabatı tam şəkildə ödəyə bilmir. Nəticədə tez-tez qəza halları baş verir. Bütün sadalananlara baxmayaraq, rayonda sosial-iqtisadi layihələr uğurla davam etdirilir.
Alim Hüseynli
Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün
Olaylar.- 2015.- 2 dekabr.- S.12.