Gənclərin vətənpərvər ruhda
tərbiyəsi başlıca prioritetdir
Müasir dövrdə gənclərin
milli vətənpərvərlik ruhunda tərbiyəsi
başlıca prioritetdir. Bu bir danılmaz faktdır ki,
gənclik hər bir millətin
inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu
üçün sağlam
gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin,
müstəqilliyin daha da
möhkəmləndirilməsi gələcəyin etibarlı təminatı,
intellektual səviyyəli potensial
kadrların yetişdirilməsindən, onların aparıcı
qüvvəyə çevrilməsindən asılıdır.
Bu baxımdan ölkəmizdə gənclərlə
iş sahəsində görülən tədbirlər
Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə
təkan verir, onların cəmiyyətdə
təsdiq olunmaları üçün
şərait yaradır.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.
Vətənpərvərlik – vətənə olan
ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər
bu hiss sənin daxilində yaranmayıbsa,
o zaman nə vətənini, nə torpağını, nə
valideynlərini sevə
bilməzsən. Vətənpərvərəm
deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri
ilə, gördüyü
işlərlə sübut
etməlidir. Vətənpərvərlik daxildən gələn bir hissdir ki,
bu hissləri də müəyyən vasitələrlə tərbiyələndirmək,
düzgün istiqamətə
yönəltmək lazımdır.
Vətən
bir adamın doğulub böyüdüyü və vətəndaş olduğu ölkə, doğma yurd, ana yurd deməkdir. Vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqətliliyindən,
onun tarixi və milli – mədəni dəyərləri
üçün qürur hissi keçirməkdən, doğma Vətənin siyasi, iqtisadi və mənəvi tərəqqi naminə çalışmaqdan və onun müdafiəsinə can atmaqdan ibarətdir. Vətənpərvərlik tərbiyəsinin
əsas məqsədi vətəndaşlıq borcunu yerinə yetirməyə can atan mənəvi, siyasi
professional, psixoloji və fiziki keyfiyyətlərə malik olan insan tərbiyə etməkdir.
Hər bir xalqın və millətin tarixində elə mərhələlər olur ki, vətənpərvərliyin
tərkibi sayılan hərbi vətənpərvərlik məfhumu ön plana çıxır .
Hərbi
vətənpərvərlik dedikdə əsasən üç vacib element nəzərdə tutulur: mənəvi-siyasi,
hərbi
texniki
və fiziki psixoloji hazırlıq. Bütövlükdə hərbi vətənpərvərlik tərbiyəsinin Vətən təəssübü, Vətən anlayışının aliliyi, hərbi anda sədaqət, Vətən müdafiəsinə hazırlıq, milli rəmzlərə hörmət meyarı təşkil edir.
Vətəndaşlıq hissi vətənpərvərliyin ən yüksək forması olub, fərdin dövlət qarşısında öz hüquq vəzifələrini başa düşməsidir.
Vətəndaşlıq hissi olan şəxs öz ətrafında vətənin taleyi ilə bağlı baş verən hadisələrin fəal iştirakçısına çevrilməlidir.
Bu gün müstəqil
dövlət quruculuğu
yolunda gənclərin
üzərinə böyük
və məsuliyyətli
vəzifələr düşür. Bu vəzifələri isə
yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda
canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri
vətən qarşısında
öz vətəndaşlıq
borclarını layiqincə
başa düşür,
onun qorunmasında və milli dövlətçilik
quruculuğunda fəal
iştirak edirlər.
Bununla belə, son dövrlərdə
bəzi gənclərdə
vətənpərvərlik və milli ləyaqət
hisslərinin zəif olması hallarına təsadüf edilir. Vətənin taleyinin təhlükə altında
olduğu, onun bütövlüyü uğrunda
ölüm-dirim mübarizəsinin
getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı
var. Buna görə də
gənclərdə vətənpərvərlik
və vətəndaşlıq
hisslərinin daha da gücləndirilməsi
sahəsində məqsədəuyğun
və sistemli iş aparılmalıdır.
Vətənə məhəbbət hissi gənclərin dövlət
dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə,
tarixi ənənələrə
bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına
hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü
tapmalıdır. Vətənin tərəqqisi naminə
çalışmaq üçün
gənclərin müəyyən
sənətə, peşəyə
sahib olması, dövlət
quruculuğunda fəal
iştirak etməsi, yüksək peşəkarlığa,
təhsilə və elmə yiyələnməsi,
geniş dünyagörüşünə
malik olması, əməyi sevməsi, onunla məşğul olması və təşəbbüskarlığı vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini
qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə
nail olmaq, baş verə biləcək iğtişaşlara, təxribatlara
və təbii fəlakətlərə qarşı
həmişə mübarizə
iqtidarında olmaq lazımdı.
Bu bir danılmaz faktdır ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət,
elinə və obasına hörmət, soykökünə,
öz
ata-babalarının ənənələrinə
sədaqət ruhunda tərbiyə olunmasına
həmişə böyük
məsuliyyətlə yanaşıb
və ona həyati əhəmiyyətli
məsələ kimi baxıb. Bu bir
həqiqətdir ki, vətənpərvərlik insanda
fədakarlıq, qəhrəmanlıq
və məğlubedilməzlık
hissi yaradır, apardığı mübarizədə
onda inam hissini gücləndirir. Danılmaz bir faktdır
ki, insanda vətənpərvərlik hissi
qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi
və əfsanəvi qəhrəmanları ilə
həmişə fəxr
edir. Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına
qarşı ölüm-dirim
savaşında həlak
olan Azərbaycanın
qəhrəman oğul
və qızlarının
ibrətamiz həyatı,
şəxsi nümunəsi
apardığımız hərbi
vətənpərvərlik tərbiyəsi işində
ön plana keçməlidir. Müstəqil
dövlətdə yaşayan
hər bir gənc ilk növbədə
bu dövlətin müstəqilliyinin təmin
edilməsini özünün
əsas vəzifəsi
və məqsədi hesab etməlidir. Gənclər bilməli və
dərk etməlidir ki, Azərbaycan üçün dövlət
müstəqilliyi ən
böyük hadisədir
və bu bilik vətənpərvərlik
hissinin aşılanması
vasitəsilə təlqin
edilə bilər.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə
tərzindən, intellektual
səviyyəsindən, milli
ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi
bütün dövrlərdə
ölkənin taleyüklü
məsələlərinə münasibətdə, həlledici
məqamlarda öz sözünü deyib.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə
daha böyük məsuliyyət düşüb.
Müstəqilliyin əldə edilməsində
olduğu kimi, onun qorunub saxlanmasında
da gənclərin rolu danılmazdır.
Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı
ənənələri, milli
mədəniyyəti yaşadır
və gələcək
nəsillərə ötürür.
Bu mənada gənclərin
çiyinlərinə böyük
yük düşmüş
olur, çünki gənclər dövlətin
həm bu günü, həm də onun gələcəyidir.
Bu gün Azərbaycanda
həyata keçirilən
gənclər siyasətinin,
gənclərə göstərilən
diqqət və qayğının əsasında
ölkəyə layiqli
vətəndaş və
sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyini
yaşayan Azərbaycana
məhz milli şüura malik, vətənpərvər gənclər
lazımdır. Ümummilli liderimiz
Heydər Əliyevin əsasını qoyduğu
müstəqil Azərbaycanın
gənclər siyasəti
də məhz bu amala xidmət
edir. Ümummilli
lider müstəqil düşüncə tərzinə
sahib vətənpərvər nəslin yetişməsini
dəfələrlə qürur
hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcədə
sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm
əllərdə saxlaya
bilən, Azərbaycanı
daim bütün xətalardan qoruya bilən, Azərbaycanın
dövlət müstəqilliyini,
demokratik dövlətini
qoruya bilən gəncliyi var”.
İnsanın ən ali
və əzəli hisslərindən olan vətənpərvərlik hər
kəsin doğulub boya-başa çatdığı
elə, obaya, torpağa, vətəndaşı
olduğu ölkəyə
məhəbbətdən qaynaqlanır.
Lakin vətənpərvərlik təkcə
vətəni sevmək
deyil. Vətənpərvərlik
həm də vətənin naminə çalışmaq, vətəni
qorumağa hər an hazır olmaq,
onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar
göstərmək, vətənin,
xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda
anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da
möhkəmlənir, artır.
Vətənpərvərlik insanı səciyyələndirən
ən mühüm keyfiyyətlərdən olduğundan
onun böyüməkdə
olan nəslə aşılanması, uşaq,
yeniyetmə və gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsi
həmişə təlim-tərbiyə
işinin ən mühüm istiqamətlərindən,
məktəbin ən vacib vəzifələrindən
olub. Müasir dövrdə təhsilin
qarşısında qoyulmuş
fəal vətəndaşlar
yetişdirmək vəzifəsi
də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik
tərbiyəsinin nəticəsində
reallaşdırılır.
Vətənpərvərlik eyni zamanda emosiyalarla, hisslərlə bağlıdır. Emosiya və hisslərin tərbiyə edilməsi müsbət, xeyirxah işdir. Lakin vətənpərvərlik yalnız hiss deyil. Bəlkə də ona görə, cəmiyyətdə milli ideologiya anlayışına, yəni vətənpərvərliyin formalaşdırılmasında və tərbiyə edilməsində bilik və dəyərlərin, davranış standartlarının və əxlaqın müəyyənləşdirilməsinə zərurət yaranır. Təməlində dövlət, cəmiyyət, ölkənin keçmişi, bugünü və gələcəyi haqqında biliklər sistemi olan vətənpərvərlik artıq maarifçi vətənpərvərlikdir, yəni bu, yalnız hiss deyil, ölkəni inkişaf etdirmək, ölkədə münasibətləri yaxşılaşdırmaq imkanları aramaqdır. Burada həm siyasi, həm iqtisadi, həm də mədəni münasibətlər nəzərdə tutulur. Bütün bu münasibətlər biliyin, əxlaqın, insana hörmətin nəticəsində yüksələ bilir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 8 dekabr.- S.15.