Ocaq hələ söndürülməyib,

təhlükə sovuşmayıb

 

Nardaran hadisələrinə sözardı

 

Cəmiyyəti vahid bir sistemə və yaxud orqanizmə bənzətsək bazis – iqtisadiyyat üstqurumun – siyasi hakimiyyətin fövqündə necədirsə, üstqurum da öz növbəsində bazisə o dərəcədə əks təsir edir. Bu mənada cəmiyyətdə baş verən hər cürə ictimai münasibətlərə zidd əməllər Azərbaycan deyilən vahid bir orqanizmin əzalarına ziyan vururonu incidir.

Mövcud qanunları pozmaq, onlara itaətsizlik etmək, qanunların tələbləri daxilində asayişi qoruyan hakimiyyətin səlahiyyətləri nümayəndələrinə tabe olmamaq qanunların təbiətindən və yaxud boşluqlarından yaranmır. Qanunların sərtliyi də bu boşluqları aradan qaldırmağa acizdir. “Polisə Dəstək” Ictimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin 20 ildən çox müstəqillik tarixində qəbul edilən normativ hüquqi aktlara, hətta ölkə konstitutsiyasına kifayət qədər əlavə və dəyişiklər edilsə də, düşündüyünü beynindən çıxarmayanların cəmiyyət üçün arzuolunmaz hərəkətlərinin qarşısını almaq mümkün olmamışdır. Bəzən insanların fərdi cəhətləri, sosial baxımdan mövcud həyata uyğunlaşa və cəza tətbiq etmədən islah oluna bilməyən,davranışları suallar doğuran belə şəxslərə əməllərinə görə adekvat cavabın verilməsi qaçılmaz olur. Bir az da obrazlı ifadə etsək, dövlətin bir valideyn kimi həddini aşmış övladına əxlaq silləsini tətbiq etməklə ona “ağıllı oldeyir: “Mən, bunları 2015-ci ilin noyabr ayının son günlərində baş verən, məqsəd ölkədə davamlı sabitliyin pozulmasına yönələn, konstitusion quruluşun devrilməsinə tuşlanan, xaotik şərait, çadralı, əmmaməli, saqqallı bir həyat üçün səmtlənən Nardaran hadisələrinin fövqündə bir daha qeyd etməyi özümə borc bildim. Çox qədim bir atalar sözünü xatırladım: “Evdəki oğurluğa görə ailə üzvlərinin, qohum qonşuların; bəlkə qapını bağlamamışdın, bəlkə açarı qapının üstündə qoymuşdun yersiz iradlarına ailə başçısı belə cavab verir: Məgər bu oğrunun heç bir günahı yoxdur? Bu gün həbs edilən şəxslərin müdafiəsinə qalxanyaxud qalxacaq şəxslərdən soruşmaq istəyirəm: “bu oğruların heç bir günahı yoxdur?” Var və ağırdır! Nardaran hadisələrində təbii ki, həddini aşan hər bir subyektin, qəsdən ağır cinayət etməkdə, qəsdən birgə iştirak edən bəd niyyətli şəxslərin hər birinin əməlinə prinsipal qiymət veriləcək. Amma, bu hadisədə sadə, ağsaqqal nardaranlıların da günahı az deyil. Hadisələrdən sonra məlum oldu ki, uzun illər Azərbaycan dövləti nardaranlılardan enerji təchizatından istifadəyə görə haqq almırmış. Bu məbləğ ağlasığmaz həddə - milyon manatlar qədər imiş. Amma yenə də bakılıların bir sualı meydana çıxır: Ya Rəbb! Bizim aramızdan seçilən məmurlara, onların idarəçiliyinə, ən başlıcası ölkə Prezidentinin idarəçilik üsullarına qarşı çıxan, onu devirmək istəyənlərə bu qədər “jest” etməyə dəyərdimi? Əslində, bu “jest”dövlətin öz vətəndaşlarının rifah halının yaxşılaşdırılması məqsədilə ali məqsədinin müəyyən qisminin həyata keçirilməsinin bariz nümunəsi idi. Digər vətəndaşlarla müqayisədə “bərabərlik hüququnun pozulması kimi səslənsə də qanuna zidd sayıla bilməzdi”.

Nardaranlıların “Müsəlman birliyi” ölkəmizin hüdudlarından kənarda, yenə müsəlman ölkələrində ekstremist, radikal notlarla köklənən və həmin təşkilatların beşikdə böyüyən körpələridir – desəm vallah yanılmaram. “Müsəlman birliyi”. Bu ifadənin özündə dinimizə və imanımıza zidd niyyətlər var. Niyə məhz həmin qaraguruhlu bir qrup şəxslər özlərini bu dinin “birliyi”ndə görürlər? Məgər, Nardaranın sağlam, Allahdan, onun kitabından qorxan imanlı qardaş və bacılarımızın bu bəd xislətli insanların bəd əməllərindən heç bir xəbərləri olmayıb? Olmayıbsa çox pis. Yenə niyə olmayıb sualı yaranır. Yox əgər məlumatları ola-ola niyə bu barədə müvafiq orqanlara heç olmazsaanonim” zənglərlə məlumat verməmişlər?! Bu artıq” cinayətlər barədə xəbər verməmə, onu gizlətmə” tərkibini yaradır: “Məni narahat edən başqa məqamlar da var. Nardaranda baş verən xüsusilə ictimai təhlükəli əməlin ərsəyə gəlməsi qəsəbənin - inzibati ərazinin icra nümayəndələrinin, bələdiyyə üzvlərinin,məsul orqanlarının da əməliyyat marağından və nəzarətlərindən kənarda qalması hadisənin cücərməsinə stimul yaratmışdır. Şübhəm yoxdur ki, bütün bunlar prinsipal müzakirələrin predmetinə çevriləcək və səhlənkarlığa yol verənlər tənbeh olunacaqlar.Nardaranlıların hər birinin Allaha inanmaqlarına şübhəm yoxdur. Allaha inanmaq bəxş edilən mühitdə, şəraitdə Allah həqiqətlərini axtarıb tapmağa çalışmaq deməkdir. Bu yoxdursa, Allaha həqiqi mənada tanımaq da yoxdurbunu dərk etməyə-etməyə cihad etmək, guya haqsızlığa qarşı vuruşmaq küfrlükdən başqa bir şey deyil. Quranda buyurulur: “Ən böyük cihad insanın şeytani əməlləri ilə mübarizəsindən keçir”. Təkrar etmək yerinə düşərdi ki, hazırki ağır hadisələri doğuran motivlərin ən əsası şeytani nəfsdir. “Müsəlman birliyiöz bəd əməllərinə qarşı cihad etsəydilər yəqin ki, acı nəticələr, faciələr baş verməzdi. Ölənlərin hər biri dini və imanı bir qardaşlarımızdır.Hər birinin ruhu şad olsun və doğmalarına səbr diləyirəm. Amin! Digər zərərçəkənlər də həmçinin. Amma, unutmayaq! Qanunları bilməmək, əməlinin nəticəsini arzulamaqonun baş verməsinə çalışmaq qəsdən törədilən cinayət olduğuna görə heç kimi məsuliyyətdən azad etmir. Çox istərdim ki, dəyən ziyan “müsəlman birliyinnin havadarlarından tutulsun!Tam məsuliyyətlə demək olar ki, “Müsəlman birliyininislama heç bir aidiyyəti yoxdur. Həqiqi islam xudpəsənliyi, həsədi, pis əxlaqı, niyyəti, öz dövlətinə və həmvətəninə qarşı çıxmağı qəbul etmir. Dahi rus klassiklərindən L.N. Tolstoy baxın nə yazıb: “Məhəmmədin şəriəti ağıl və hikmətlə vəhdət təşkil etdiyindən, gələcəkdə bütün dünyada hökmranlıq edəcək.” Bernard Şou: “Məhəmmədin dinində qəribə bir təravət və həyatsevərlik var. Mən həmişə Ona, Onun dininə ehtiramla yanaşmışam”- deyir. Böyük alim, filosof və mütəfəkkir Volter isə islam dini haqqında yazır: “Məhəmmədin gətirdiyi din şübhəsiz xristianlıqdan üstündür. İslamda heç vaxt məsihilikdə olduğu kimi dəlilik və sərsəmlik dərəcəsinə çatan küfr olmamışdır.” Əziz həmvətənlər!Bu birliyin əməlləri sərsəmlik və küfr deyilsə,onda kafirlik necə olur? Qırıq əxlaq, natamam bilik, qəbul etdiyi dinin mahiyyətini və üstünlüyünü, nəyin qadağan, nəyin fərz qılındığını bilməyənlər qışqırıb-bağırmaqla “islam dininə mənsubam” desələr də, islam ola bilməzlər.Uca Rəbbimiz hər birimizin əməlinə görə müvafiq cəzanı sanki boynumuzdan asmış,yaxşı və pis davranışlarımızın yazıldığı dəftər isə qoltuğmuzdadır”. Onun sözlərinə görə, baş verənlər deməyə əsas verir ki, Nardaran hadisələri bir, iki günün hadisəsi kimi yaranmamışdır. O vaxtında söndürülməyən ocaq qədər təhlükəli olduğunu sübut etdi. Göstərilən humanist münasibətlər, sosial qayğılar, bəzi insani yanaşma halları, “göz yummalar” “Müsəlman birliyini şirnikləndirərək, hakimiyyət sevdasına doğru getməyə imkan vermişdir. Lakin hadisələrin konteksində məlumatların realizə olunmasına həmişə olduğu kimi çevik reaksiya verən DİN, MTN və Baş Prokurorluq tərəfindən gözlənilən təhlükənin qarşısı alındı. Ekstremistradikal əxlaqlı bir qrup subyektlər cəmiyyətdən təcrid olundular. Hadisələr şəxsən ölkə Prezidentinin nəzarəti altında izlənilir, heçyaddan çıxmır, diqqətdən yayınmır. Daha diqqət çəkən məqam ondan ibarətdir ki, DİN-nin kollegiya sədri Ramil Usubov, müavini Vilayət Eyvazov və digər ali rütbəli dövlət rəsmiləri Nardaranda dəfələrlə oldular, onlara bir neçə dəfə silahların təhvil verilməsi ilə bağlı xitablar edildi. Müsbət reaksiya hələ ki, yoxdur. Əslində Daxili İşlər naziri hörmətli Ramil müəllimin “Silahları könüllü şəkildə yerli hüquq mühafizə orqanlarına təhvil verin” müraciətində dövlətin vətəndaşlarının əməllərinə qarşı bir unutqanlığı-amnistiya elan olunması eyhamı var. Bu ondan ibarətdir ki, odlu silahları könüllü təhvil verənlər məsuliyyətə cəlb olunmayacaqlar. Vətəndaşlar bu müraciətin mahiyyətinə hələ ki, varmırlar. Əgər DİN-nin rəhbərliyində nardaranlılarda əlavə silahlarla bağlı məlumatlar olmasaydı, nazir heç vaxt belə müraciətə imza atmaz və “məsuliyyətə cəlb olunmayacaqlar” ifadəsini işlətməzdi. Amma çox təəssüf ki, hələ də müsbət reaksiyanın olmaması əvvəl dediyimi təsdiqləmiş olur. Deməli, “ocaq hələ söndürülməyib, təhlükə sovuşmayıb”.

 

Alim

 

Olaylar.- 2015.- 9 dekabr.- S.12.