Gənclərin vətənpərvər ruhda
böyüməsinə
təsir edən uğurlu layihələr
Müasir dövrdə müxtəlif
ideologiyaların gənclərin
dünyagörüşünün, şəxsiyyətinin
formalaşmasına təsiri fonunda milli düşüncəni
saxlamaq, gənclərin vətənpərvər ruhda
böyüməsinə yardım etmək cəmiyyətin hər
bir üzvünün vəzifəsidir. Bu istiqamətdə
dövlət tərəfindən çoxsaylı tədbirlər
həyata keçirilsə də, vətəndaş cəmiyyətinin
öhdəsinə daha böyük işlər
düşür. Bunun üçün gənclər
arasında təbliğat işləri aparmaq, müxtəlif formalarda
təşkil olunan tədbirlərə gənclərin milli
ruhda böyümələrinə təsir etmək zərurəti
ortaya çıxıb.
Qeyd
edək ki, gənclərdə vətənpərvərlik və
dövlətçilik hisslərinin gücləndirilməsi
istiqamətində onların hərbi-vətənpərvərlik
sahəsində tərbiyəsi də böyük əhəmiyyət
kəsb edir. Qarabağın işğal altında olması
ölkənin bütün əhalisinə bu və ya digər
dərəcədə toxunan, hər bir azərbaycanlını
narahat edən bir problem olmaqla yanaşı, onun azad edilməsi
də vətəndaşların vahid məqsəd uğrunda
milli birliyinə nail olunmasında vacib faktor kimi
çıxış edir. Bu baxımdan qeyd olunan istiqamətdə
keçirələn layihələrdə əsas məqsəd
gənclər arasında hərbi-vətənpərvərliklə
bağlı təbliğat işlərinin aparılması, gənclərdə
ordumuza olan inamın artırılmasına böyük dəstək
olmaqdır.
Gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması ölkədə fəaliyyət
göstərən əksər QHT və gənclər təşkilatları
üçün prioritet istiqamətlərdən
sayılır. Bu həmin təşkilatların həyata
keçirdikləri layihələr, tədbirlərdən də
aydın görmək mümkündür. Qeyd edilən istiqamətlərdə
bu gün uğurlu fəaliyyət göstərən təşkilatlardan
biri də Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyidir. Məlumat
üçün qeyd edək ki, Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüs
qrupu 2000-ci il, dekabrın 22-də hərbi xidmətdən yeni
tərxis olunmuş bir qrup gənc tərəfindən
yaradılıb. Ardıcıl fəaliyyət göstərən
Birlik 30 iyul 2003-cü ildə Ədliyyə Nazirliyi tərəfindən
dövlət qeydiyyatına alınıb. Emin Həsənlinin
sədrlik etdiyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyi yerli QHT olub ümumi
maraqlar əsasında birləşmiş,
könüllülük, üzvlərinin hüquq bərabərliyi
prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin
əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə
tutmayan və əldə edilən gəliri öz üzvlərinin
arasında bölməyən qeyri-hökumət təşkilatıdır
və fəaliyyəti bütün ölkə ərazisini əhatə
edir. Təşkilatın əsas fəaliyyət istiqaməti,
məqsədi gənc nəslin hərbi-vətənpərvərlik
ruhunda tərbiyə olunmasına yardım etməkdir. Birlik
qarşısına qoyduqları məqsədlərə
çatmaq üçün hərb tariximizin öyrənilməsi
və gənc nəslə çatdırılması, hərbi
vətənpərvərlik işinin aparılması, tərxis
olunmuş hərbçilərə, xüsusən də əlil
və veteranlara maddi və mənəvi dəstək verilməsi,
təcavüzkar müharibə və terror əleyhinə təbliğatın
aparılması istiqamətlərində fəaliyyət
göstərir. TOHGMİB fəaliyyət
göstərdiyi dövr ərzində vətənpərvərlik,
antiterror, NATO-Azərbaycan əlaqələri,
ordu-media münasibətləri və başqa mövzularda tədbirlər,
dəyirmi masalar təşkil edib, 2002-ci ildən nizamnamə məqsədlərinin
təbliği məqsədi ilə “Hərbi and”
adlı qəzetinin nəşrinə başlayıb.
İctimai Birliyin həyata keçirdiyi layihələrdən biri də “Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır” layihəsidir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə həyata keçirilən “Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır” layihəsi çərçivəsində gənclər üçün hərbi vətənpərvərlik düşərgəsi təşkil olunub. Həmçinin gənclərin Şamaxıda yerləşən N saylı hərbi hissəyə səfəri təşkil edilib. “Gənclər Ali Baş komandanın əmrinə hər an hazırdır” hərbi vətənpərvərlik düşərgəsinin sonuncu günündə Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli gənclərlə görüş keçirib.
Ümumiyyətlə, TOHGMİB 2003-cü ilin fevral-aprel aylarında Gənclər, İdman və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 180 nəfər gənc üçün pulsuz olaraq «Gənclər üçün kompüter kursu» layihəsini həyata keçirib. Həmin ildən başlayaraq Türkiyə səfirliyi ilə birgə 15 sentyabr 1918-ci ildə Bakı şəhərinin işğaldan azad olunmasının ildönümlərinə həsr olunmuş tədbirlər reallaşdırıb. Bu münasiətlə ədəbi-bədi tədbirlər, KİV-də müsabiqə, uşaqlar arasında rəsm sərgisi, elmi-praktik konfrans, mini futbol turniri və s. təşkil olunub. 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə «Hərbçinin qeyd və yaddaş kitabçası» layihəsi həyata keçirilib. Kitab nəşr edilərək hərbçi və məktəblilər arasında pulsuz yayılıb. Həmin ildə Gənclər, İdman və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə məşğulluq probleminin həll olunmasına kömək üçün «Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmuş gənclərə məsləhətlər» layihəsi həyata keçirilib və kitabça nəşr olunub. TOHGMİB-in məqsəd və məramlarını dolğun və ifadəli həyata keçirmək üçün 15 noyabr 2002-ci ildən artıq 100-dən çox sayı işıq üzü görmüş «Hərbi And » qəzetinin imkanlarından daha çox istifadə etməyə çalışıb. Hərbi, hüquq və vətənpərvərlik qəzeti olaraq gənc nəsildə Vətənə məhəbbət, düşmənə nifrət hissləri oyatmaq, hərbçi peşəsini sevdirmək, hərb tarixini araşdırmaq, Azərbayjan-NATO əlaqələrinin inkişafını, Ordu quruculuğunda əldə edilən irəliləyişləri geniş ictimaiyyətə çatdırmaq, dövlət atributları və rəmzlərini təbliğ etmək və Silahlı Qüvvələrin cəmiyyətdə nüfuzunu artırmağa xidməti əsas məqsəd kimi qarşıya qoyan bu qəzet həftədə bir dəfə nəşr olunur. “Ordunun Dostları” Mətbuat Klubu 4 fevral 2005-ci ildə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə təsis olunub. ODMK-nın yaradılmasında məqsəd ölkədə hərbi-vətənpərvərlik təbliğatını gücləndirmək, dövlətin və xalqın dayağı olan Azərbaycan Silahlı Qüvvələrini KİV-də təbliğ etmək və mətbuatda hərbi və dövlət sirlərinin yayılmasına qarşı hər bir jurnalistin vətəndaş mövqeyindən çıxış etməsini təmin etməkdən ibarətdir.
2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ordudan Tərxis Olunmuş Gənclərin Təlim və Resurs Mərkəzi” layihəsini həyata keçirib. 2009 cu il ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Hərbi-Vətənpərvərlik tərbiyəsində Kütləvi İnformasiya Vasitələrinin rolunun artırılması” layihəsini icra edib. 2010-cu il ərzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlil, veteran və şəhid ailələrinin sosial – iqtisadi vəziyyətinin yaxşilaşdirilmasi məqsədi ilə həyata keçirilən dövlət siyasətinin təbliği” layihəsini reallaşdırıb. İctimai Birlik Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Silahlı Qüvvələrə ictimai nəzarət modelinin yaradılması və təbliği” adlı layihəsini də icra edib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi daha bir layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırıb. “Gənc zabit – gənclərin ali hərbi məktəblərə cəlb olunması” adlı layihəsi çərçivəsində keçirilən hərbi vətənpərvliklə bağlı görüşlərdə gənclərə ilkin hərbi biliklər veriləcək, ordunun dövlət və millət üçün əhəmiyyəti aşılanıb. Görüş iştirakçıları Azərbaycan Respublikasının hərbi qanunvericiliyi, müxtəlif hərbi texnika, silah-sursat haqqında məlumatlandırılıb. Gənclərin Ali Hərbi Məktəblərə istiqamətləndirilməsi üçün bu məktəblərə qəbul qaydaları, hərbi məktəblərdə təhsil almağın üstünlükləri təbliğ edilib. Layihə çərçivəsində Bakı şəhərində müxtəlif orta məktəblərdə görüşlər keçirilib.
İctimai Birliyin həyata keçirdiyi digər bir uğurlu layihə “Cəbhə bölgələrində yaşayan gənclərə təhlükəsizlik qaydalarının təbliği"dir. Layihə çəerçivəsində Tərtər şəhər Gənclər Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirdə çıxış edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin sədri Emin Həsənli cəbhəyanı ərazilərdə yaşan insanların əsasən də gənclərin ayıq sayıq olmalarını, şübhəli əşyalardan qorunmalı, eyni zamanda yad insanlar gördükdə lazımi dövlət orqanlarına məlumat verməli olduqlarını diqqətə çatdırıb. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov bildirib ki, düşmənlə təmas xəttində yaşan insanlar, o cümlədən gənclər daima təhlükəsizlik qaydalarına əməl etməli, eyni zamanda özlərindən kiçik yaşlı uşaqları bu sahədə bilgiləndirməlidirlər.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 12-14 dekabr.- S.15.