“Azərbaycan xalqının müstəqillik

qazanması və bu günlərə gəlib çatması...”

 

Samir Əzizov: “Məhz vətənpərvər oğulların sayəsində mümkün olmuşdur

 

Bu bir danılmaz faktdır ki, bir millətin, xalqın gələcəyi onun sağlam ruhda böyüyən gənclərindən asılıdır. Gənclərin sağlam ruhda böyüməsi üçünsə ona düzgün tərbiyə verilməli, doğru yol göstərilməlidir. Sevindirici haldır ki, Azərbaycanda gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet vəzifələrdən hesab olunub. Xüsusilə, müstəqillik illərindən sonra bu sahədə müsbət tendensiya müşahidə edilməyə başlayıb.

Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdikdən sonra bu istiqamətdə həyata keçirilən tədbirlər, qəbul olunan dövlət proqramları, eləcə də imzalanan fərman və sərəncamlar gənclərin vətənpərvər ruhda böyüməsinə müsbət təsir edən amillərdən olub. Bu istiqamətdə bir müsbət məqamı da qeyd etmək yerinə düşər ki, ölkədə fəaliyyət göstərən əksəriyyət gənclər və qeyri-hökumət təşkilatları da gənclərin vətənpərvər ruhda böyüməsi, bu ruhda tərbiyə olunması məqsədilə çoxsaylı layihələr həyata keçirir, tədbirlər təşkil edirlər. Ancaq onu da etiraf etmək lazımdır ki, hazırda müharibə şəraitində olduğumuzdan və vətənimiz Azərbaycanın iyirmi faiz əraziləri erməni işğalına məruz qaldığından gənclərimizin daha çox vətənpərvər olmasına ehtiyac var. Çünki bu gün yetişməkdə olan gənc nəsil o dərəcədə vətənpərvər böyüməli, tərbiyə almalıdır ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev döyüş əmri verdiyi anda silaha sarılıb torpaqlarımızın işğaldan azad edilməsinə nail ola bilsin. Heç şübhəsiz ki, bunun üçün hələ bir xeyli işlər görmək də lazımdır.

Vətənpərvərlik anlayışına müqəddəs dinimiz olan İslam dinində də yüksək qiymət verilir, bu ruhda tərbiyə məqsədəuyğun sayılır. Təsadüfi deyil ki, dinimizdə şəhidlik ən yüksək zirvə hesab olunurtorpaq, Vətən uğrunda şəhid olanların cənnətə düşdüyü qeyd edilir. Bəs görəsən dinimizdə, eləcə də müqəddəs kitabımız olan Qurani-Kərimdə vətənpərvərlik, vətən anlayışı ilə bağlı hansısa ayələr varmı? Yaxud hədisi-şəriflərdə vətən sevgisi, vətənpərvərlik anlayışı necə tərənnüm olunur? Buya digər məsələlərlə bağlı ilahiyyatçı Hacı Samir Əzizovla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Hacı Samir Əzizov gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin daha da artırılması məqsədilə həyata keçirilməsi vacib olan addımlardan da danışıb.

-Samir müəllim, İslam dinində vətənpərvərlik anlayışı necə tərənnüm olunur?

-İslam insanlara vətənpərvərlik hissini ən gözəl, mötədil şəkildə aşılayan dinin adıdır. İslamın bizə "Vətəni sevin!"-deyə, verdiyi əmrə əsasən vətən qorunması vacib olan bir əmanətdir. Düzgün yanaşma ilə bizdən bu əmanətə sahib çıxmağı, şərəfli bir məsuliyyətin öhdəsindən gəlməyi tələb edir. Bu işdə səhv fikir və yanlış addım, hər ikisi xəyanət sayılır. Bu vətən sevgisi imanın tərkib hissəsi sayılmaqla bərabər ifrat həddinə də yetişməməlidir. İnsanın ən şərəfli hisslərindən biri olan vətən sevgisi, əsl-nəcabətpərəstlik hisslərinə çevrilməməli, Allah sevgisini üstələməməlidir. Iman əhli olan şəxs öz vətəninin əzəmətini başqalarının vətənini xarabalığa çevirməklə etməməlidir. Necə ki, hal-hazırda mənfur qonşularımız bu siyasəti bizə qarşı həyata keçirirlər. İslamın bizdən istədiyi mötədil vətənpərvərlik hissini qısa olaraq bu cür xülasələndirmək mümkündür.

-Dində vətənpərvər insan kim hesab olunur?

-Dediyimiz kimi, vətənpərvər insan dedikdə vətənini sevən, onu öz canı bahasına müdafiə edən, namusu kimi qoruyan onu qorumağı özünə ibadət bilən şəxs nəzərdə tutulur. Bu zaman hər iki məfhum dəyər qazanmış olur. Vətən vətənpərvər məfhumu müqəddəs məfhuma çevrilir. Ona görə vətəni uğrunda öldürülən şəxs şəhid sayılır şəhid Allah yanında ən əzəmətli mövqeyə sahibdir. Bu baxımdan vətənpərvər insan dinin ən mühüm atributu olan cihad əhlindən hesab olunur.

-Ümumiyyətlə vətən sevgisi, onu qorumaq barədə Quranda hansısa ayə, yaxud hədislər varmı?

-İslamda vətən anlayışı Qur'an etibarilə "ərz", "bələd", "bəldə", "diyar" , hədislərdə isə bizim dilimizdə işlədildiyi kimi "vətən" şəklində ifadə olunmuşdur. Ayələrə nəzər saldıqda maraqlı bir mənzərə ortaya çıxır. İslamın insandan tələb etdiyi ilk yaşadığı məkanını, vətənini abadlaşdırmaqdır. Bu barədə Hud surəsinin 61- ci ayəsində belə buyurulur: "Sizi torpaqdan yaradan, orada həyat verən oranı abadlaşdırmağınızı istəyən Odur. Qeyd etdiyimiz ayəni İmam Əli ( ə.s ) dən nəql olunan kəlamla açıqlamaq olar. "Ölkələr vətən sevgisi ilə abad olar" (Əllamə Məclisi, Biharul Ənvar, 75-ci cild, 45-ci səh.) Zikr olunan hədis bizə həm yaşadığımız yeri abadlaşdırmağı, həm bunu hansı şəkildə həyata keçirməyi izah edir ki, bunun adı Hubbul Vətən -yəni vətənə məhəbbətdir.Buna həm İslam

Peyğəmbərinin həyatında da rast gəlmək olar. İslam Peyğəmbəri öz doğma vətənindən hicrət etməyə məcbur edilmişdir. Buna görə sevgili Peyğəmbər (s.ə.ə) çox pərişan olmuş, vətənindən ayrı düşürülməklə nazənin qəlbinə əziyyət edilmişdir. Lakin Allah Cəbrayıl (ə.s ) vasitəsilə Qəsəs surəsinin 85 ci ayəsini nazil etməklə ona öz doğma vətəninə geri dönəcəyini vəd etmişdir: " (Ya Peyğəmbər!) Şübhəsiz, bu Qur’anı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır." Bu ayə ilə biz Peyğəmbərimizin öz doğulub boya başa çatdığını vətəninə qarşı olan məhəbbətini aşkar şəkildə müşahidə edirik. Haqq yolunda addımlayan Peyğəmbərə öz vətəninə geri dönəcəyi vəd edilir. Həmçinin Peyğəmbərimizin (s.ə.ə) in pak Əhli Beytindən(ə.s) sayılan İmam Hüseyn(ə.s)in övladı olan 4-cü imamımız İmam Zeynülabidin (ə.s) -in etdiyi dua bizə vətənpərvərlik ruhunda necə dua etməli olduğumuzu deyir: "Allahummə ətini səətə fir rızq vəl əmnə fil vatan" -Allahım bizə ruzi bolluğu vətənimizin əmin amanlığını bəxş et!" (Əllamə Məclisi, Biharul Ənvar, c.95, 91-ci səh). Bu dua ilə İmam (ə.s) bizə həm vətənimizi qorumağı həm onun üçün dua etməyimizin qaydasını öyrədir. Bundan əlavə Quran Bəni İsrail qövmünün dili ilə vətəni qorumağı bizə mesaj olaraq vermişdir. Bəqərə 246- Dedilər: «Bizə olub ki, öz ev-eşiyimizdən övladlarımızın yanından çıxarıldığımız halda Allah yolunda vuruşmayaq Beləliklə onlara döyüş yazılan zaman, onların az bir qismi istisna olmaqla (hamısı) arxa çevirdilər. Allah zalımları tanıyandır. Hərçənd bu qövm, az qism istisna olmaqla Allahın əmrini yerinə yetirməsələr , Allah mütəal bu ayə ilə vətəni qorumağı şəri bir vəzifə kimi bizə göstərmişdir. Beləliklə təqdim olunan ayələr kəlamlar bizə vətənə məhəbbət bəsləməyi, onu abadlaşdırmağı, əmin-amanlığı hifz etməli, bunun üçün dua etməyi, lazım gəlsə vətən uğrunda cihad etməyi bunu özümüzə şəri bir vəzifə bilməyi gözəl şəkildə gözlər önünə sərir.

-Bəs cihad adı ilə dövlətçiliyə qarşı çıxmağı vətənpərvərlik kimi qiymətləndirmək dərəcədə doğrudur?

-Cihad həm bir möminin öz dövlətçiliyinin qorunması uğrunda yerinə yetirməsi vacib olan ibadətdir. Bu belə anlaşımalıdır. Illa ki , o vətənin müstəqilliyi uğrunda şəhidlər verilibsə, günahsız qanlar tökülübsə bu yolda dövlətçiliyin müdafiəsi həm şəhidlərin qanına edilən bir ehtiramdır. Bu yolda dövlətçiliyin əleyhinə çıxmaq yolverilməz din baxımdan günah əməl sayılmalıdır.

-Bu gün Azərbaycan gənci dərəcədə vətənpərvərdir?

-Azərbaycan xalqının müstəqillik qazanması bu günlərə gəlib çatması məhz vətənpərvər oğulların sayəsində mümkün olmuşdur. Bu sübuta ehtiyacı olmayan aşkar məsələlərdəndir. Bariz nümunə olaraq Şəhid Mübariz İbrahimovu bunun kimi minlərlə mübarizləri qeyd etmək olar. Şəhid Mübariz İbrahimov bir iman əhli olaraq vətəni sevməyin qədər dəyərli, qədər şərəfli bir olduğunu bizə örnək olaraq göstərdi. Bu gün azərbaycanlı gəncin onu özünə örnək götürməsi üçün kifayət qədər dəyərlər var. Yenə bu sahədə görülməli olan işlər mövcuddur.

-Gənclərdə vətənpərvərlik hisslərinin artırılması üçün daha hansı tədbirlər görülməlidir?

-Hesab edirəm ki, görülən işlərlə bərabər görülməyən işlər var. Bu sahədə dövlət din sıx əməkdaşlıq şəraitində görməlidir. Xüsusilə gənclər arasında maarifləndirmə işləri həyata keçirilməli, onlara mənəvi dəyərlər aşılanmalıdır. Peyğəmbərimizin onun pak əhli beytinin kəlamları gənclərə izah olunmalı, gənclər öz vətəninin qorunmasını özünə ibadət hesab etməlidir. Bu barədə kifayət qədər örnək götürməli şəxsiyyətlərimiz mövcuddur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində gələcəyə ümidlə baxa bilərik.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 22 dekabr.- S.15.