İnsan alverinin
qurbanına çevrilməmək
üçün nələri
bilmək vacibdir?
Dünyada dərinləşən maliyyə
böhranı fonunda miqrasiya
problemi daha da aktuallaşıb. Sirr deyil ki, bu problem insan alveri məsələsini
daha da aktuallaşdırır.
Belə ki, miqrantların sayı artdıqca ucuz işçi qüvvəsi
məsələsi gündəmə
gəlir. Nəticədə insan əməyinin
istismarı prosesi baş verir. Azərbaycan beynəlxalq aləmə inteqrasiya etdiyindən insan alveri məsələsindən
xali deyil.
Məlum
olduğu ki, hər il çoxlu
sayda soydaşımız
insan alverinin qurbanına çevrilir. Məlumat üçün qeyd edək ki, 2015-ci ilin 10 ayı ərzində ölkədə
insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.
Daxili İşlər
Nazirliyinin (DİN) İnsan
Alverinə Qarşı
Mübarizə İdarəsindən
bildirilib ki, ümumilikdə 7 məcburi
əməyə cəlbetmə
faktı da aşkarlanıb: "Görülən
işlər nəticəsində
insan alveri məqsədilə sənədlərin
qanunsuz hazırlanmasına
dair 11 fakt qeydə alınıb”. Bu cinayətlərlə bağlı 26 nəfər
məsuliyyətə cəlb
edilib, bütövlükdə
58 insan alveri qurbanı müəyyən
olunub. 2014-cü ildə
isə həyàtà kåçirilmiş əməliyyàt-àõtàrış tədbirləri
nəticəsində insan
alveri ilə bağlı 23 cinayət işi üzrə 105 fakt müəyyən edilmiş, həmin faktların 97-si insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 3 fakt insan
alveri məqsədilə
sənədlərlə qanunsuz
hərəkətlərlə bağlı olmuşdur. İnsan alveri və məcburi əmək cinayətləri
törətdiklərinə görə 26 şəxs
(18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb
edilmiş və insan alveri qurbanı
olaraq 54 nəfər
(51 qadın, 3 kişi,
onlardan 3-ü əcnəbi
şəxs) müəyyən
edilmişdir. Hesabat dövründə insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil
dəstə ifşa edilərək zərərsizləşdirilmiş,
istintaqı tamamlanan
23 cinayət işi məhkəmə orqanlarına
göndərilmiş, 21 insan
alverçisi barədə
ittihamedici hökm çıxarılmışdır. Təhlil göstərir ki, insàn àlvåri qurbànlàrı Türkiyə Råspublikàsınà (37 nəfər), Rusiyà Fådåràsiyàsınà
(8 nəfər) və
Birləşmiş Ərəb
Əmirliklərinə (6 nəfər)
àpàrılmışdır.
Qurbanlardan 3-ü (hamısı əcnəbi şəxs,
2-si rus, 1-i çin əsilli kişilər) ölkə daxilində əmək istismarına,
51-i isə (hamısı
qadın) cinsi istismàra məruz qalmışdır.
Qurbanların hamısı
işləməyən, 1-i ali, 39-u îrtà, 9-u nàtàmàm îrtà təhsilli,
5-i təhsilsizdir. Onlàrdàn 15-i 18-25, 30-u 25-35, 9-u isə 35-dən yuxarı yaş hədlərində
îlmuş, hamısı
subay olmaqla 13-nün himayəsində azyaşlı
uşaqları var. Nəzərə
alsaq ki, insan alverinin formaları müxtəlifdir,
onda soydaşlarımız
insan alverinin qurbanına çevrilməməsi
üçün nələri
bilməlidir?
İş və təhsil
təklifi zamanı
nəqlərə diqqət yetirilməlidir?
Ekspertlərin qənaətinə görə,
istənilən Azərbaycan
vətəndaşına xarici
ölkədə yüksək
ödənişli iş
təklif oluna bilər. Bu zaman
“yüz ölçüb,
bir biçmək” tələb olunur. Əgər bu cür təklif
firmadan gəlibsə,
onun xaricdə işə düzəltmə
üçün xüsusi
icazəsi –lisenziyasının
olub olmaması ilə maraqlanın. Belə hüquqlara malik olan firmaların siyahısı Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyinə və Azərbaycan Respublikası
DİN-in Miqrasiya Xidmətində
vardır. Əgər xarici
ölkədə təhsil
almaq təklifi olunursa, yenə də bir sıra
məlumatları əldə
etmək vacibdir.
Vətəndaşlar xarici
ölkələrdə təhsil
almaq arzunuzunu reallaşdırmazdan öncə
aşagıdakı məlumatları
bilməyi vacibdir: Əgər Sizə xarici ölkədə təhsil almaq təklifi olunarsa, bu söz halında
həyata keçirilməməli,
mütləq rəsmi
müqavilə təqdim
edilmalidir;Əgər Siz,
xaricdə təhsil almağa gedirsinizsə, viza - tələbə vizası olmalıdır; Xaricdə təhsil almaq üçün Sizə müqavilə təqdim edilərsə, müqavilə mütləq
Sizin başa düşdüyünüz dildə,
yəni ana dilində olmalıdır;
Təhsil almağa gedəcəyiniz ölkənin
nümayəndəliyi Azərbaycanda
yerləşirsə mütləq
ora rəsmi müraciət edərək
Sizə təklif olunan təhsil müəssisəsi barədə
məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi
ölkəmizdə fəaliyyət
göstərmirsə, onda
Azərbaycan Respublikası
Təhsil Nazirliyinə
müraciət edib, Sizi maraqlandıran məlumalları dəqiqləşdirməyi
unutmayın!
İnternet vasitəsilə ailə
qurmaq
təklifi bəzən sizi
kölöyə çevirə
bilər
Məlum
olduğu kimi hər il
çoxlu sayda soydaşımız xarici ölkələrdə ailə
qurur. Təəssüf ki, bir çox hallarda işişni etibarlı qurmadığından insan
alverinini qurbanına çevrilmək təhklükəsi
ilə üzləşir.
Belə hallarla qarşılaşmamaq məqsədilə
bəzi bəzi tədbirlərin həyayata
keçirilməsi zərurəti
var. Belə ki, əgər siz xarici ölkədə ailə qurmağa razılıq vermisinizsə
aşağıdakı tədbirləri
həyata keçirməyiniz
məqsədə müvafiq
olardı: İnternet vasitəsilə ailə qurmaq təklifi bəzən sizi kölöyə çevirə
bilər. Odur ki, hər bir təklifi öncə dəqiqləşdirin.
Əgər xarici ölkə vətəndaşı
ilə ailə qurmaq istəyinizi reallaşdırmaq məqsədi
ilə Nikah firmalarına müraciət
etməli olsanız, iik öncə həmin firmanın lisenziyasının olmasına
diqqət yetirin! Ailə qurmaq təklif edilən şəxslə və onun sənədləri ilə tanış
olun! Ailə qurmaq istədiyiniz xarici vətəndaş barədə, onun vətənda oldugu ölkənin nümayəndiliyinə
müraciət edərək,
rəsmi məlumatalın!
Unutmayın ki, hər bir xarici ölkə
vətəndaşı nigaha
girərkən, onun haqqında bütün məlumatları əks etdirin Forma 4 anketini təqdim etməlidir.
İnsan alverçiləri həm
də kişiləri
və uşaqları qul
vəziyyətinə salır
İnsan alveri ilə məşul olan cinayətkarlar, əsasən
19 yaşından 55 yaşınadək
kişiləri əməyin
istismarına cəlb edirlər. Ölkə vətəndaşları olan kişilər bəzən mövsümli
xaraklerli işlərlə
baglı ölkəni
qısamüddətli tərk
edirlər. Başqasının əməyinin istismarı
bahasına gəlir əldə etmək istəyən cinayətkarlar,
belə insanların etibarından sui-islifədə
edərək onları
toplayaraq xarici ölkələrə aparır
və qul vəziyyətinə salırlar.
Belə insanlar uzun müddət
kölə vəziyyətində
çalışdıqdan sonra,
xəstə yarımcan
halda ölkəyə,
öz ailələrinin
yanına qayıdır.
Bəzən belə kişilər
özlərini günahkar
saydıqları üçün
ailələrinin yanma
dönməkdən çəkinirlər.
Bu vəziyyətə düşməmək
üçün dogmalarınıza
və ya dostlarınıza Sizin xarici getməyiniz haqqında müfəssəl
məlumatı, oradakı
ünvanı, əlaqə
telefonunu və həmçinin pasportunuzun
birinci səhifəsini,
viza səhifəsinin və müqaviləmn surətini verməyi unutmayın! Vətəndə
qalan yaxın adamlarınızla necə
əlaqə saxlayacagınızı
qabaqcadan razılaşdırınn;
Heç vaxt, dövlət sərhəddini,
qeyri-qanuni və ya saxta sənədlərlə
keçməyə çalışmayın;
Özünüzlə geri
qayıtmaq üçün
yol xərcinə yetəcək qədər
pul götürməyə
çalışmayın; Xaricdə
olarkən Sizə vəd edilən işlə təmin olunmadıqda və ya başınıza xoşagəlməz hadisə
gəldikdə dərhal
aşagıdakı "qaynar
xətlər"ə zəng
edin! Ümumiyyətlə
tez-tez xarici ölkələrə səfər
edən şəxslər
bunları unutmamalıdır:Pasportunuzu başqa şəxsə verməyin.
Lazım
gəldikdə sənədlərinizin
yalnız surətini tələb olunan yerə təqdimedin; Xarici ölkədə sənədləriniz itirsə,
dərhal həmin ölkənin polisinə və Azərbaycan Respublikasının həmin
ölkədəki səfirliyinə
və ya konsulluguna müraciət edin; Mütəmadi olaraq qohumlarınız və ailənizlə əlaqə saxlayın.
Həyatınızdakı hər-hans dəyişiklik
barədə dərhal
onlar məlumat verin; Sizə kömək lazım olduqda dərhal “qaynar xətt” telefon nömrələrinə
zəng edin. Yadda saxlanmalıdır ki, zarici ölkələrdə
Azərbaycan vətəndaşlarının
iş tapmasına yalnız bu fəaliyyətə lisenziyası
olan firmalar yardım edə bilər. Əgər xaricdə işə
düzəltmə, təhsil
artırma və ya ailə qurmay
təklif edilərsə,
bu mütləq rəsmi müqavilə əsasında yerinə yetirilməlidir. Müqavilənin
qanuni olub-olmamasına
müəyyən etmək
üçün həmin
xarici ölkənin Azərbaycan Respublikasındakı
səfirliyinə, Azərbaycan
Respublikasının ədliyyə
Nazirliyinə və Azərbaycan Respublikasının
əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya idarəsinə müraciət
etmək tələb olunur.
Nurlan
Olaylar.- 2015.- 23 dekabr.- S.6.