Ədəbi tənqidin vəziyyəti
Ədəbi mühitin tənqid sahəsi pis
vəziyyətdədir. Tənqidçilərin
yazıçı və şairlərlə yaxın əlaqələri
yazılan əsərlərin obyektiv tənqidinə
imkan vermir. Mühakimə
üçün ələ alınan kitablar haqda hazırlanan
materialların əksəriyyəti tərif
yığnağıdır. Az sayda obyektiv tənqidlərsə,
tələblərin əksinədir. Bu o demək deyil ki, tənqidçi mütləq əlinə
aldığı kitabın sıxıb suyunu
çıxarmalıdır. Ən azından oxucu
və yazara xoş gələcək
material hazırlamalıdır. Obyektiv olmalıdır. Tənqidçinin əsərinə
obyektiv yanaşma
addımı onun yazarı tərəfindən
də müsbət qarşılanacaq.
Düzdür, ədəbiyyat adamı üçün yazdığını tənqid etmək pis heç nə ola bilməz. Amma qələm adamları digərilərindən fərqli olaraq, daha demokratik düşüncəli, əsərlərinə qarşı yönəlmiş tənqidlərə açıq olurlar. Məsələn, heç vaxt Aysel Əlizadənin “Azad” kitabını zəif yazdığına görə, tənqid edilməsini top-tüfənglə qarşılayacağı inandırıcı deyil. Eynən “Bəyaz kürk” kitabındakı hekayələrinin ibtidai sinif şagirdinin qələmiylə yazılmasına yönəlik fikirlərdə olduğu kimi. Yaxud, Seymur Baycan “Həyatımın ən xoşbəxt günü” kitabındakı hekayələrini baxdığı filmlərdən fraqmentlərdə doldurmaqda ittiham olunmasını diktator refleksiylə qarşılamaz. Yəni, bildiriləcək haqlı iradlar düşünüldüyü kimi Aysel Əlizadə və Seymur Baycanla tənqidçilər arasında uçurum yaratmayacaq. Onlar başa düşəcəklər ki, tənqid pisləmək demək deyil. Onu da başa düşəcəklər ki, yazılan əsərləri ucdantutma oxucuları “yaxşı” kimi sırımaq terror əməlidir. Tənqidçi oxucu üçün bələdçi olmalıdır. Auditoriya üçün yaxşı, ya pis yazılmış əsər haqda məlumat toplusu funksiyasını yerinə yetirməyi bacarmalıdır. Yazarlar da tənqidçiləri başa düşməlidirlər. Çörçill deyirdi ki, “Tənqid bəlkə də yaxşı bir şey deyil, amma vacibdir. Tənqid ağrı ilə eynidir, çünki ağrı da bədəndə qəza olmasından xəbər verir”.
Problem təkcə tənqidçilərlə
yazarların yaxın əlaqələri ilə məhdudlaşmır.
Əsas poblemlərdən biri də tənqidçilərin
məşğul olduqları sahəni yaxşı bilməməsidir.
Böyük əksəriyyətin ədəbiyyat
araşdırması sıfır dərəcəsindədir.
Ələ alınmış kitabın digər ədəbiyyat
və əsərlərlə müqayisəsi ya
dəqiq aparılmır, ya da bu məsələyə
ümumiyyətlə müraciət olunmur.
Tənqidçi ilk növbədə əsəri
nəyə görə, seçdiyini bilməlidir.
Müraciət olunmuş kitab
onun üçün
maraqlı olmalıdır. Bu haqda digər yazıçı və həmkarların
fikirləri nəzərə almalıdır, bu
yöndə araşdırmalar aparılmalıdır.
Kitabın yazarı öyrənilməlidir. Müəllifin
şəxsi həyatı tənqid obyekti
olmamalıdır. Kitabın mövzusu dərindən
öyrənilməli və giriş hissəsi
barədə də kiçik məlumat
verilməlidir. Yazarın fərziyyəsi və
metodologiyası izah edilməlidir. Müəllifi
dəstəkləyən və ona
qarşı olanların adları təqdim edilməlidir.
Ən əsası yazar haqda
təqdimata xüsusi diqqət yetirmək
lazımdır. Onun barəsində oxucuda maraq oyatmağı bacarmaq lazımdır. Əldə olunan məlumatlar oxunulan kitabla düzgün əlaqələndirilməlidir.
Digər əsərlərlə müqayisə edilib,
bənzərlik, yaxud fərqliliklərini
ayırd etmək vacibdir. İctimai
həyatla əlaqələndirilməlidir. Bu,
yazarın əsəri hansı mühit və
dövr üçün
qələmə aldığını sübut
edən xronologiyadır. Subyektiv yanaşmadan qaçınılmalıdır, obyektiv, tərəfsiz mühakimə
olunmalıdır. Açıq və anlaşıqlı dildə
tənqid edilməlidir və s. Yəni, ədəbi
mühitin tənqid sahəsi tələblərin
əksinədir. Mütəxəsisslər məsələ ətrafında
hazırladığı materialları köşə
havasından çıxarmalıdırlar. Əks halda yazıçıları qazdıqları
quyuya salacaqlar. Linkolnun bu barədə
yaxşı sözü var.
O deyirdi ki: “Əgər
qarşındakı, adama bütün
qəlbinlə kömək etmək istəyirsənsə, onu tənqid et. Bu, müsbət mənada tənqiddir”.
Yazarı tənqidçi yaradır.
Mənsur Rəğbətoğlu
Olaylar.- 2015.- 13 fevral.- S.12.