Dünya ədəbiyyatını

silkələyən kitab – “Uliss”

 

Uliss” çətin oxunan romandır. Bunun haqlı tərəfləri var. Ümumiyyətlə Ceyms Coysu oxumaq böyük səbr tələb edir. Romanın ən maraqlı tərəfi kitabın eyni gündə (1904-cü il 16 iyun) Dublində baş verən hadisə ətrafında qələmə alınmasıdır. İlk baxışda bu oxucu üçün çətin qəbul edilən məsələdir. Romanı ilk oxuyanlardan Virciniya Vulf kitab haqda “Yəqin hadisələr eyni gündə baş verir” – deyə yazmışdı. Kitabda həqiqətən 1904-cü ilin 16 iyununda baş verən hadisə 10 hissədə təsvir edilir. Coysun seçdiyi izahat metodu, başlanğıc və sonu klassik romanlardan fərqlənir. Əsər “Soyuq və qarlı bir qış günüydü. Markez tərliklərini tapa bilmədiyi üçün əsəbiydi” cümlələriylə başlayır.

 

Coys oxucunu baş verən hadisənin mərkəzinə ata bilir və yaratdığı obrazların gün ərzində qarşılaşdıqları posesləri ən kiçik detallarıyla izah etmək keyfiyyətinə sahibdir. Obrazlarının daxili dünyasıyla oxucunu az sonra baş verəcək hadisədən xəbərdar etmədən başqa bir səhnəyə keçirə bilir. Onun yazdığı hər cümlənin hansı obraza aid edildiyini bilmək əsas şərtdir. Sözləri həqiqətdən qarabasmaya, hekayədən parodiyaya çevirir. Ancaq kitabı başa çatdırdıqdan sonra oxucu nələrin baş verdiyini anlayır. Məsələn, “Attara səfər”in sonunda 30 quşun Simurq olduğunu yalnız hadisələrin sonunda məlum olur. Birmənalı qəbul edilməyən kitabda Coys üç obrazı ən xırda detallarla izah etməklə yanaşı, insanın daxili dünyasının portetini də çəkir. Yazıçının “Professorları bu əsərlə məşğul edəcəm” və “Dublin bir gün yox olarsa, bu kitabdan istifadə edərək onu yenidən inşa etmək olar” fikirləriylə “Uliss”ə yüklədiyi minlərlə fəlsəfi, tarixi və ədəbi dünyagörüşlərlə İrlandiyanın paytaxtının ictimai həyatı haqda net şəkildə təsəvvür yaradır.

Folkner kitab barədə “Uliss” baptistlərin müqəddəs kitabına imanla yaxınlaşmağı təmin edir” – demişdi. ÇünkiUlissilk baxışda özünü göstərə bilməsə də ona səbirlə yanaşan oxucunu sonda mükafatlandıran və özünü müsbət tərəfdən sübut edən kitabdır. Roman həyat eşqiylə oxunmalıdır. Uliss” həyatdan bəhs edirdoğuluşu, ölümü, xoşbəxtliyi, ümidsizliyi, səfilliyi, aristokrat təbəqənin bəzəkli yaşam tərziylə rəngarəng həyatdan. Əsərin süjet xəttində 22 yaşında fəlsəfi kitablarla, ilahiyyat və musiqiylə dolu gəncin, 38 yaşlı reklamçının, 34 yaşlı sopranonun dünyagörüşləri fonunda gənc qızın, atasını həmin tarixdə itirmiş oğlanın, tarix həvəskarı keşişin başından keçən hadisələrdən bəhs edir. “Ulissi bir dəfə oxuyanda başınıza gələn hadisələrin orada təkrarlandığını görəcəksiz. Bu görüntülər “Bunu Blum da düşünmüşdü”, “Stefan da eynən bunu etmişdi” cümlələrində təsvir olunur.

Ulissi böyük dil ustasının yaratdığı imkanlardan həzz almaq üçün oxumalıyıq. Coys sözlərlə istənilən klassikanı göstərməyi bacaran yazıçdır. Dilin bütün hallarından istifadə edir. İngilis dilinin bütün dövrlərdəki jarqonu, dini, siyasitarixi ritorikası Coysun incə gedişlərində əks olunub. Bütün bunlar 750 səhifləlik keçidlərdə peşəkarlıqla verilib. Üstəlik də bunu musiqi ahəngində - dilin ritmlərinə, səslərinə, sətraltı mənalarına qarşı incə peşəkarlıqla edir. Oxucunu dolaşığa salan roman biri-birinə göz qırpan detallarla zəngindir. İstənilən detal incələnəndə sizə gülümsəyəcək. “Bu məndən bəhs edir” – düşüncəsinə gətirəcək.

Ulissyumor hissləriylə oxunmalıdır. Lakin romanın çox ciddi çətin anlaşılan olduğunu düşünənlər var. Bəziləri isə, Coysun əsəri qeyri-ciddi dildə qələmə aldığını zənn edirlər. ÇünkiUliss”də istənilən zarafat, söz oyunu, sarkazm, istehza beldən aşağı yumor var. Yaratdığı obrazların çoxusu zarafatcıl qeyri-ciddidirlər. Ən vacibi isə Coysun dünyaya simpatiya bəsləyən ironiyasıdır. Jak Tatinin filmlərini xatırladan dünyagörüşlə, dünyanın boşluğu fonunda humanizmi ironik gülüşlə təsvir edir. Bunu edərkən qəhrəmanlıq hekayələrinin altını qazır, bizi özümüzü çox da ciddiyə almamağa qələndərliyə dəvət edir.

Uliss”i musiqi ahəngiylə oxumalıyıq. Roman musiqi doludur. Əsərin süjet xətti boyunca bəzi mahnılar baş verən hadisələrin fonunda səsləndirilir. Molli peşəkar sopranodur, Stefanın isə tenor səsi var. Blum Stefanı musiqçi etmək üçün beynini ütüləyir. Stefanın atası da məşhur musiqiçidir. Sirenlərhissəsində Stefanın atası yoldaşları piano arxasında uzun mahnı oxuyurlar. Yəni, Coysun musiqi anlayışı da peşəkardır. Kitabın bütün xəttində sonata səslənir.

Kitabın ağırlıq mərkəzi hesab olunan teatral hissəsində (“Sonat”) Stefan Blum qarşılaşırlar.Sonat”da əsərin mərkəzində yer alan bu iki obraz ətrafındakı xarakterlərlə iç-içə işlənir. Əsərin bu kulminasiya nöqtəsindən sonra Stefan Blum yorğun şəkildəSonathissəsinin təkrar təqdimatında kişilərin dünyasından çıxıb Mollinin dünyasına girdiyini yekun hissəsi, “Kodafəslini xatırladır.

Vacib məsələ isəUlisessdünya ölkələrində cərəyan edən hadisələrin ümumiləşdirilmiş səhnəsidir. 150 milyon km2-lik Yer Kürəsi Coysun 750 səhifəlikUlisess”ində cəmlənib.

Qeyd edək ki, irlandiyalı yazıçı Ceyms Coys tərəfindən qələmə alınan, ədəbiyyat aləmində təlatüm yaratmış nəsrin yeni istiqamətini müəyyən etmişUlissromanı bu gün birmənalı olaraq qəbul edilmir.

 

Tərcümə: Mənsur Rəğbətoğlu

 

(“Açıq dərgi”, Türkiyə, 20.12.2012-ci il)

 

Olaylar.- 2015.- 19 fevral.- S.12.