Xocalı soyqırımı:
insanlığa qarşı törədilmiş
cinayət
Fevralın 25-dən 26-na keçən gecə Azərbaycan
Respublikasının
Dağlıq Qarabağ bölgəsindəki Xocalı qəsəbəsındə
83 uşaq, 106 qadın və 70-dən çox yaşlı daxil olmaq üzrə cəmi 613 günahsız insan Ermənistan
silahlı qüvvələri tərəfindən qətlə
yetirilib. Xocalıda Ermənistan tərəfındən
törədilən cinayət 1948-ci ilin dekabrında BMT Ali Şurası tərəfındən qəbul
edilmiş Soyqırım Cinayətinin Qarşısının
Alınması və Cəzalandırılması
Anlaşmasındakı soyqırım anlamına tam olaraq uyğundur. 10-dan çox
ölkə Xocalıda baş vermiş hadisələri
soyqırım olaraq tanımışdır. Çox sayda
şahidin, şahid ifadələrinin,
fotoşəkil və video
görüntülərinin olmasına baxmayaraq Ermənistan Xocalıda törətdiyi soyqırımı hələ etiraf
etməyib, bununla əlaqədar üzr belə istəməyib.
Bu vahiməli olayları
planlayaraq həyata keçirənlər isə hələ cəzalarını
almayıb, əksinə Ermənistanda və Ermənistan tərəfındən
işgal edilmiş Azərbaycan torpaqlarında qurulmuş
separatçı rejimə rəhbərlik edirlər.
Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) son illərı ölkədə yaranmış ağır siyasi vəziyyətlə yadda qalmışdı. Totalitar rejimin apardiği siyasət nəticəsində ölkədə sabitlik pozulmuş, iqtisadiyyat iflas dərəcəsinə gəlmiş, xalq müxtəlif çətinliklərlə üz–üzə qalmışdı. İdarəetməni itirən Sovet hakimiyyəti vəziyyətdən çıxmaq üçün yol axtarır, amma tapa bilmirdi. Bu vəziyəti öz mənfəəti üçün fürsət bilən Ermənistan və diaspora erməniləri Azərbaycanın tarixi torpaqlarının Azərbaycandan qoparılaraq Ermənistana verilməsi üçün faaliyyətə keçdi. Ermənilər Azərbaycanın dilbər güşələrindən olan Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirərək “Böyük Ermənistan” yaratma planının önəmli bir həlqəsini həyata keçirmək istəyirdilər. Lakin ermənilər və erməni diasporasının satın aldığı SSRİ lideri Mixail Qorbaçov çox yaxşı bilirdilər ki, Politbüro üzvü və Sovet İttifaqının Nazirlər Sovetinin sədrinin birinci muavini olan Azərbaycanın böyük oğlu Heydər Əliyev vəzifə başında olduğu zaman onların planları baş tuta bilməz, öz məqsədlərinə çata bilməzlər. Bu səbəbdən onlar tərəfındən Heydər Əliyevə qarşı müxtəlif səpkili təzyiqlər edilmiş və nəticədə Heydər Əliyev zorla istefa etməyə məcbur olmuşdu. Bu istefadan sonra Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi fəaliyyəti açıq və daha geniş şəkil almağa başladı.
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planları Azərbaycan xalqının haqlı etirazına səbəb oldu və xalqı sıx birləşdirərək ermənilərə və onları dəstəkləyən Sovet totalitar rejiminə qarşı mücadiləyə qaldırdı. Sovet rəhbərliyi və onun başcısı Mixail Qorbaçov Azərbaycan xalqının bu mübarizəsini ötən yanvar ayında 25-ci ildönümünü qeyd etdiyimiz Qanlı Yanvar və buna bənzər olan digər qanlı olaylarla qırmağa çalışsa da, bunu bacaramadı. Onların gözlədiyinin əksinə bu olaylar Azərbaycanda azadlıq və milli hərakat dalğasını daha da güçləndirdi.
Sovet rəhbərliyinin başında duranları müxtəlif yollarla ələ almağa çalışan, Politbüroya və Qorbaçova yaxınlığı ilə bilinən Abel Aganbeqyanın, Georgi Şahnazarovun, erməni “ziyalıları” Zori Balayanın, Silva Kaputikyanın, Sero Xanzadyanın və erməni diaspora mənsublarının qızışdırdığı Dağlıq Qarabağ məsələsi çox keçmədən Ermənistanın və Azərbaycanın, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan Türklərinə qarşı silahlı hücumlarına, dəstələr halında azərbaycanlıların yaşadıqları kənd və məhəllələrə silahlı basqınlarına çevrildi.
Problemin başladığı 1987-88-ci illərdən Sovet İttifaqının süquta uğramasına qədər (dekabr 1991) keçən zaman ərzində Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən erməni dəstələri tərəfındən yüzlərlə azərbaycanlı sadəcə Türk olduqları üçün qətl edilib. Tarixə baxtığımızda, bu olaylarla 1914-15 illərındə Osmanlıda ermənilər tərəfındən törədilən qanlı olaylar arasında nə qədər oxşarlıqların olduğunu görməmək mümkün deyildir. Utopik “Böyük Ermənistan” qurma xəyalları ilə hərəkət edən ermənilərin düşüncə tərzı və yolları hər iki halda eynı oluB – Türkü Türk olduğu üçün yaşadığı tarixi torpaqlardan zorla çıxarmaq, hətta uşaq, qadın, yaşlı demədən vəhşicəsinə qətl etmək.
Ermənistanda yaşayan 300 mindən çox Azərbaycan Türkü bu olaylar nəticəsində ermənilər tərəfındən məruz qaldıqları etnik təmizləmə və şiddət səbəbi ilə 1988-89-cu illərdə evlərini tərk etməyə məcbur edilərək qaçqın olaraq Azərbaycana köç etmişlər. Yüzlərlə soydaşımız Ermənistanda qətlə yetirilərkən bir çoxu da köç zamanı soyuqdan və müxtəlif səbəblərdən həlak olmuşdu. Dağlıq Qarabağda da eynı yollara əl atan ermənilər bu qədim Türk yurdunda yaşayan Azərbaycan Türklərini silahlı hücumlar nəticəsində kənd və qəsəbələrını tərk etməyə məcbur etdilər. Görünən odur ki Ermənistan Sovet rəhbərliyinin dəstəyinə güvənərək işğalçılıq siyasətinə başlamışdı.
Sovet İttifaqınin o dövrdəki rəhbərliyinin və Moskvadan M.Qorbaçov tərəfındən təyin edilən Azərbaycan rəhbərliyinin apardığı siyasətin nəticəsində Azərbaycanda davam edən siyasi-iqtisadi böhran, işsizlik, yüzminlərlə insanın qaçqına çevrilməsi, ordunun və digər silahlı birliklərin yalnız Moskvadan verilən əmirlərə tabe olması, həmçinin Sovet hökümətinin qərarı ilə Azərbaycanda insanlardan ov tüfənklərinin belə zorla toplanması Azərbaycanın Ermənistana qarşı müqavimətində çətinliklərə gətirib çıxarmışdı. Digər tətəfdən isə Ermənistan Sovet ordusunun və silahlı birliklərinin silahlarıyla silahlanır və Azərbaycan üzərində hərbi təzyiqlərini artırırdı. Təpədən dırnağa silahlanmış Ermənistan və erməni silahlı birləşmələri bundan ruhlanaraq Sovet İttifaqının süqutuna yaxın dövrdə və ondan sonra Azərbaycanın Dağlıq Qarabağdaki kənd və qəsəbələrinə sistemli hücumlara başlamış və silahlı təzyiqi getdikçə artırmışdı. 1992 ılın fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş və yüzlərlə Azərbaycan Türkünün sadəcə etnik mənsubiyyətindən dolayı vəhşicəsinə qətl edildiyi soyqırımı şəklindəki Xocalı soyqırımı bu hücumlardan sadəcə birinin nəticəsində meydana gəlmişdi. Dağlıq Qarabağın ən önəmli mövqelərindən sayılan və strateji cəhətdən əlverişli mövqe sayılan Xocalı qəsəbəsi ermənilər üçün önəmli hərbi hədəf idi. Qəsəbə aylarla top atəşinə tutulmuş və erməni quvvələrinin mühasirəsinə alınmış, ətraf ərazilərlə əlaqəsi kəsilmişdi. Fevralın 26-na keçen gecə ermənilər keçmiş SSRİ-nin 366-cı Alayının da dəstəyi ilə Xocalı qəsəbəsınə girərək qadın, uşaq, qoca bilmədən insanlara qarşı işkəncə vəvəhşilikdə az rastlanan bir qətliyam həyata keçirdilər. Yüzlərlə insan əsir alındı. Xocalıda amansızcasına qətlə yetirilmiş 613 insanın cəsədləri üzərində aparılmış araşdırmalar onlara qarşı işkəncə edildiyi, bir çoxunun yandırıldığı, gözlərinin çıxarıldığı sübuta yetirilmişdi.
Xocalıda yaşanan bu soyqırıma dünya ictimaiyyəti, Birləşmiş Millətlər Təşkilatı və Qərb dövlətləri ciddi etiraz bildirmədilər.
Atəşkəsdən sonra Azərbaycanın hədəfi dövlət və güçlü iqtisadiyyat qurmaq, özümüzə inamımızı artırmaq olmuşdur. O zaman biz beynəlxalq ictimayyət ədaləti yenidən təsis edəcəyinə, inanırdıq. Lakin illər keçdikçə gördük ki, məsələ ətrafında hərəkətlilik olsa da, verilmiş qərarlar sadəcə, kağız üzərində qalır. 1990-cı illərin əvvəllərində Birləşmiş Millətlər Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərketməsini tələb edən 4 qərar qəbul etmişdir. Bundan başqa, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər qurumlar tərəfindən çıxarılmış qərarlarla da Azərbaycana dəstək verilmişdir. Lakin bütün bunlara baxmayaraq Ermənistanın işgalçılıq siyasəti dəyişməz qalır və torpaqlarımızın işğal altında qalmaqda davam edir. Bütün bunlar təcavüzkar Ermənistan üzərində beynəlxalq təsirin olmadığını, yaxud yetərsiz olduğunu çox aşıq olaraq göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsin həllini əngəlləyən başqa bir problem isə ikili standartlardır. Birləşmiş Millətlərin Təşilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) bəzi qərarlarının bir neçə saat və gün içində icra edilməyə başlandığı, beynəlxalq sanksiyaların geniş tətbiq edildiyi günlərdə yaşıyırıq. Ancaq BMT TŞ-nin yuxarıda göstərdiyimiz 4 qərarının qəbul edilməsindən 20 ildən çox bir zaman keçsə də, indiyə qədər nə problemin həllində bir irəliləyiş qeydə alınıb, nə də ki işğalçı dövlət olan Ermənistana qarşı hər hansı bir beynəlxalq sanksiya tətbiq edilib. Niyə bir dövlətin torpaq bütünlüyünü təmin etmək adına digər dövlətə qarşı sanksiyalar tətbiq edilir də Azərbaycanın torpaq bütünlüyünü pozmuş Ermənistana qarşı eyni münasibəti göstərmir? Müharibə nəticəsində Azərbaycanın torpaqlarının 20%-nin Ermənistan tərəfındən işğal edilməsinə və bir milyondan çox Azərbaycanlı qaçqının Ermənistandan və Azərbaycanın işgal altındakı torpaqlarından Bakıya və başqa şəhərlərə köç etməsinə baxmayaraq atəşkəs elan edilməsindən ötən 21 ilə yaxın zaman içində Azərbaycan inkişaf etməyə, güçlənməyə, beynəlxalq arenada öz yerini tutmağa, nizami ordu qurmağa nail olmuşdur. Heydər Əliyevin təməlini atdığı və İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi inkişafın Azərbaycan modeli öz bəhərsini verməkdədir. Bu gün Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından xilas etməyə gücü yetəcəyinə heç bir şübhə yoxdur. Azərbaycanın güçlü hərbi potensialı və yüksək dərəcədə hazırlıqlı, verilen vəzifəni yerine yetire biləcək güçə malik ordusu var. Azərbaycandan fərqlı olarak son 21 ildə geriləməkdə davam edən və törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun ara-sıra hərbi gücünü görən Ermənistanda bunu yaxşı başa düşür. Torpaqlarını istənilən zaman hərbi yolla almaq iqtidarında olan Azərbaycan bütün bunlara baxmayaraq məsələnin sülh yolu ilə həll edilməsinə tərəfdar olaraq bu prosesə sadiqdir və bu istiqamətdə cəhdlərini davam etdirir. Lakin hər kəs bilsin ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan öz torpaq bütünlüyünü hərbi yol da daxil olmaqla istənilən yolla təmin edəcək, işğal altındakı torpaqlarını azad edəcəkdir. 2015-ci il sözdə “erməni soyqırım”ı iddialarının 100-cü Ilinə təsadüf edir. Bununla bağlı bu il Ermənistan və diaspora erməniləri dünyanın bir çox ölkələrində anma törənləri, çeşidli tədbir keçirərək dünya ictimaiyyətinə yanlış məlumat vermək istəyirlər. Qərbin bu məsələdəki davranışı ilə Ermənilərin fəaliyyəti onillərdir davam etmiş və cari ildə bu fəaliyyətlər daha da artmış, Ermənilərin ümidləri canlanmışdır. Lakin dünya ictimaiyyəti bir çox dünya dövlətlərini media orqanlarında yer almasına, kifayət qədər şahid, foto ve video faktlara əsaslanmasına baxmayaraq, 23 il bundan əvvəl Xocalıda ermənilərin mülki Azərbaycan türklərinə qarşı törətdikləri insanlığa sığmayan vəhşilikləri hələ görmürlər. Ermənilərin apardığı çirkin siyasət nəticəsində dünya ictimaiyyəti erməni yalanlarına uymayı Xocalı həqiqətlərinə inanmaqdan üstün tutur. Azərbaycan Respublikası Xocalıda ve Dağlıq Qarabağın digər qəsəbə və kəndlərində Ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım və qətliam olayları haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasına, dünya dövlətlərinin parlamentləri ve beynəlxalq təşkilatlar tərəfındən tanınmasına çalışır. Bununla bağlı artıq bir sıra müvəfəqiyyətlərə imza atmışdır. Düşünürəm ki, sözdə “erməni soyqırımı” yalanlarının əsilsiz olduğunu ermənilərə və dünya ictimaiyyətinə göstərmək üçün Xocalı soyqırımının tanınması kampanyasına Türkiyənin də güclü dəstək verməsi, sözdə “Erməni soyqırımı” yalanları ilə dünya ictimaiyyətini aldatmaya çalışan ermənilərin fəaliyətinin təsirini azaltmaq və zamanla təsirsiz hala gətirilə bilmək üçün yaxşı bir fürsət ola bilər. Ermənistanın və ermənilərin işğalçılıq siyasəti aparan, beynəlxalq huquqa hörmət etməyən, Xocalı və daha necə kənd ve qəsəbələrimizdə soyqırım vəhşiliyinə imza atan, ortaq türk tarixi, dini ve mədəniyyət dəyərlərini yox edən bir dövlət və cəmiyyət olaraq tanıdılması yalan və əsilsiz iddialarla ortaya çıxmış sözdə “erməni soyqırımı” məsələsində dünya ictimaiyyətinə doğru yolu göstərə biləcək yol ola bilər. Əminəm ki, Ermənistanın və erməni diasporasının Azərbaycana və Türkiyəyə qrşı əsilsiz iddialarına, təcavüzkar siyasətinə və düşmanca münasibətinə son vermək və bölgədə sürdürülə bilən sülh üçün Azərbaycanla Türkiyə arasında bu yolda fəaliyyətlərin sıx koordinasiyası laızmdır. Bu yolda uğur qazanmaq üçün yetərincə əsas var, yetər ki, hər iki ölke ayrı-ayrılıqda sərf etdiyi güc və cəhdləri sistemli şəkildə hərəkət edərək hədəfə doğru birlikdə irəliləsin.
Həsən
Zeynalov,
Azərbaycan
Respublikasının İstanbuldakı baş konsulu
Olaylar.- 2015.- 24 fevral.- S.7.