Heydər Əliyev və gənc nəslin
milli vətənpərvər ruhda tərbiyəsi
İnteqrasiya prosesinin
qaçılmaz olduğu bir
zamanda milli mənəvi
əxlaqi və tərbiyəvi dəyərlərimizin
qorunmasına qayğı və maraq daha da artıb. Çunki qloballaşmanın ziddiyyətli
gedişatından doğan bu
zərurət cəmiyyət həyatının bütün sahələrini əhatə edib. Buna görə də biz
milli-mənəvi dəyərləri aşınmalardan
qorumalı, milli mədəniyyətimizi
millətin qloballaşmadan özünü
müdafiə vasitəsinə çevirməliyik. Yalnız birgə səmərəli fəaliyyət
nəticəsində milli ozunəməxsusluğu,
milli-mədəni dəyərləri qorumaq
və muhafizə etmək mümkündür Respublikamızda milli
və bəşəri dəyərlərin sintezini,
dünya təcrübəsinə
inteqrasiyanı təmin edən mühitin
formalaşdırılması yönündə həyata
keçirilən islahatlar dünyanın sosial, mədəni, iqtisadi
cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə
çatmağa şərait yaradır. Digər tərəfdən sosial,
mədəni, iqtisadi tərəqqiyə
xidmət edən bu prosesdə
qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət
sahəsində bəşər tarixinin,
dünyanın inkişaf təcrübəsinin
öyrədilməsini, kompleks təlim-tərbiyə
sisteminin qurulmasını,
yaradıcılıq əlaqələrinin genişləndirilməsini
zərurətə cevirir.
Şübhəsiz ki, inteqrasiya prosesinin qaçılmaz olduğu bir dövrdə milli-mənəvi və əxlaqi-tərbiyəvi dəyərlərimizin qorunmasına qayğı daha da artırılmalıdır. Bu zərurət cəmiyyət həyatının butun sahələrini – iqtisadiyyatı, siyasəti və mədəniyyəti əhatə edən qloballaşmanın ziddiyyətli gedişatından, onun görünən və görünməyən tərəflərinin movcudluğundan doğur. Şübhəsiz ki, Azərbaycan Respublikası dünya birliyinin üzvü kimi bu inteqrasiya proseslərindən təcrid oluna bilməz. Deməli, bu gün kənar təsirlər qarşısında milli-mənəvi dəyərlərimizin muhafizəsi probleminə daha ciddi fikir verilməlidir. Ona gorə də biz bu dəyərləri aşınmalardan qorumalı, milli mədəniyyətimizi millətin qloballaşmanın mənfi təzahurlərindən özünü müdafiə vasitəsinə çevirməliyik. Ümumiyyətlə, təhlillərdən belə ümumiləşdirici nəticəyə gəlmək mümkündür ki, son illərin çətinlikləri ilə yanaşı Azərbaycanın dünyaya mədəni inteqrasiyası şəraitində mədəniyyətin maliyyələşməsi probleminin həlli istiqamətində ümidverici proseslər müşahidə edilməkdədir. Və bu proseslər fonunda milli-mənəvi dəyərlərin mühafizəsi məsələsi də daima dövlət rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu da ondan irəli gəlir ki, müstəqilliyinin bərpasından otən illər ərzində Azərbaycanın dövlət müstəqilliyi getdikcə, möhkəmləndirilməkdə, respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha da sürətlə inkişaf etməkdədir.
Dövlətciliyin təməlinin, milli varlığın özülünün, əsasının mədəniyyətə bağlı olduğunu aydın dərk edən görkəmli siyasət və mədəniyyət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev rəhbərlik etdiyi bütün illərdə milli-mənəvi dəyərlərimizə həmişə qaygı ilə yanaşmış və bununla bağlı bəyanatlarla çıxış etmiş, qanunlar imzalamışdır. O, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi ruhda tərbiyələndirməyin dövlətimiz, xalqımız qarşısında ən zəruri, həlli qaçılmaz vəzifələr olduğunu 13 avqust 2001-ci il tarixli bəyanatında da söyləmişdir: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adətənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.
Azərbaycan milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Ümummilli lider bu məsələdən bəhs edərkən belə deyirdi: “Gənclərimiz milli ruhlda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Milli dəyərlərin, milli adət-ənənələrin zəruriliyi mərhum Heydər Əliyevin məruzə və cıxışlarında həmişə qururla soylənilirdi. Heydər Əliyev gostərirdi ki, milli mənəvi dəyərlər xalqın mənəvi sərvəti, mənəvi xəzinəsidir, bu sərvətə, xəzinəyə biganə olmaq cinayətdir. Son illərdə xalqımızın milli adət-ənənələrinə biganəlik halları haqlı olaraq xalqın, xususilə ziyalıların etirazına səbəb olmuşdur. Bu etiraz və narazılıqlar haqqında mətbuatda cıxışlar milli-mənəvi dəyərləri qorumaq cağırışına cevrildiyi bir vaxtda mərhum prezident, umummilli liderimiz Heydər Əliyev bir sıra məqamlara aydınlıq gətirmiş, goruləcək işlərin perspektivini muəyyənləşdirmişdi: “Fursətdən istifadə edərək, bir-iki məsələyə toxunmaq istəyirəm. O da ondan ibarətdir ki, biz oz dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi butun iistiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu sınaqlardan kecmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər xalqın oz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun boyuk sərvətidir. Hec vaxt iki xalq bir-birinə bənzəməz. Hec vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın ozunə, oz tarixi koklərinə, əcdadları tərəfindən yaradılmış milli, mənəvi dəyərlərinə bağlılığı boyuk amildir. Biz də indi dunyanın mutərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə tərbiyələndirməliyik”
Ümumiyyətlə, Heydər Əliyev heç vaxt gənc nəslə öz qayğısını əsirgəməyib, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin edib. 1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdığı andan etibarən Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırmışdı. Məhz elə 1993-cü ildən etibarən dövlət gənclər siyasəti öz işinə başladı. Dövlət gənclər siyasəti gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin etmək üçün yaradılmış və uğurla həyata keçirildi.
Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi inkişafı ilə sıx əlaqədar olmuşdu. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı həyata keçirilən siyasətin xronoloji ardıcıllığına nəzər salsaq bunu aydın görərik.
1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. Qısa müddət ərzində Gənclər və İdman Nazirliyi gənc nəslin inkişafı üçün mühüm işlər görmüş, gənclərin inkişafı naminə iki minə yaxın tədbirlər həyata keçirilmişdi.
1996-cı il fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gənclərin I Forumunun keçirilməsi haqqında Sərəncam imzalaması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox mühüm bir addım oldu. Həmin forumda 2000-dək nümayəndə iştirak etmiş və problemlərin həlli istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu. Forum zamanı Heydər Əliyev öz çıxışında gənclər qarşısında duran əsas məqsədləri də göstərdi. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin Azərbaycan gəncliyinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu qeyd etdi. "Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı və orduda xidmət etməyi özünə şərəf bilməlidir" sözləri artıq hər bir gəncin yaddaşına həkk edilmişdi. Prezident Heydər Əliyev 1997-ci ilin fevralın 1-də forum nümayəndə-lərini qəbul etmiş və forumun əhəmiyyətini nəzərə alaraq, onun keçirildiyi 2 fevral tarixini "Azərbaycan gəncləri günü" elan etmişdi.
1996-cı il iyun ayının 29-da "Gənclik" Beynəlxalq Turizm Mərkəzində XXVI Yay Olimpiya oyunlarına idman-çılarımızı məhz özü yola salması onun gənclərə qarşı səmimi və qayğıkeş münasibətini bir daha göstərdi.
1999-cu il martın 2-3 də II Forumun keçirilməsi isə Ulu Öndərin "Dövlət Gənclər Siyasəti"nin həyata keçirilməsi ilə bağlı Fərmanının imzalanması ilə yadda qaldı.
1999-cu ilin fevral ayının 17-də "Gənclərdə vətən-pərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi" proqramı, 1999-cu il 29 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti "Dövlət Gənclər Siyasəti haqqında", "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı" haqqında fərmanlar Ulu Öndərin öz fəaliyyətində gənclərə verdiyi yüksək diqqət və qiyməti göstərmiş oldu. 1999-cu ildə bir gənc olaraq cənab İlham Əliyevin YAP-ın II qurultayında partiya sədrinin birinci müavini seçilməsi bütün gənclərin sevincinə səbəb oldu.
Olaylar.- 2015.- 26 fevral.- S.15.