Vətənpərvərlik ruhunun yüksəlməsində

təbliğatın önəmli rolu var

 

Azərbaycanın müharibə şəraitində yaşaması bütün sahələrdə olduğu kimi mətbuat üzərində də vacib vəzifələr müəyyən etmiş olur. Bu vəzifələrdən bəlkə də ən birincisi vətənpərvərliyin təbliğidir ki, bu məsələ böyük məsuliyyət tələb edir. Bəs, Azərbaycan mətbuatı bu şərəfli və məsuliyyətli işin öhdəsindən necə gəlir? Əvvəla qeyd edək ki, mətbuatın ictimi fikirə təsir imkanlarını nəzərə alsaq hazırki şəraitdə vətənpərvərliyin təbliği günün tələbinə çevrilməlidir. Nəzərə almaq lazımdır ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində mətbuatın rolu əvəzolunmazdır. Yəni, dövlətin əsas maraqlarının təmsilçisi və təbliğatçısı kimi media istiqamətverici tərəfdir. Buna görə də media dövlət maraqlarını üstün tutaraq cəmiyyətdə vətənpərvərlik hissini artırmaq üçün zəruri işlər həyata keçirməlidir.

 

Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyinin sədri İradə Əliyeva qeyd edib ki, vətənpərvərliyin təbliği məsəsləsində əvvəlcə vətənpərvərliyin nə olduğunubunun inkişaf etdirlməsi yollarını araşdırmalıyıq. Vətənpərvlik deyəndə təkcə elə torpaqların müdafiəsinə hazır olan insan nəzərdə tutulmur. Hər bir şəxsin öz peşəsini ləyaqətlə, doğru-düzgün yerinə yetirməsi vətənpərvərlik nümunəsidir. İnsanların bu amalla yaşaması dövlətin və xalqın güclənməsinə xidmət etməkdir. Ümumi götürsək, vətənpərvərlik içdən gəlməlidir. Kənardan məcburi şəkildə kimisə vətənpərvər etmək mümkün deyil: “Əlbəttə ki, vətənpərvərliyi üzə çıxarmaq, inkişaf etdirmək metodları var. Bu gün Azərbaycan gənclərinin içində yatan vətənpərvərlik ruhu ilk Avropa Oyunlarında bir daha üzə çıxdı. Bu Oyunlar sanki gənclərin öz vətənpərvərliyini nümayiş etdirmək üçün bir meydan oldu. Fikir verin, ilk Avropa Oyunlarında 12 500-ə yaxın könüllü çalışır. Diqqət çəkən bir məqam da var ki, gənclərimiz bu işləri çox ürəklə edirlər. Gənclərin ilk Avropa Oyunlarında könüllü kimi fəaliyyəti onların Vətənə olan sevgisindən irəli gəlir. Məncə, ən böyük vətənpərvərlik elə könüllülük fəaliyyətidir. Çünki bu, elə adında da göründüyü kimi bir könül işidir. Burada heç bir təmənna, maddi maraq olmur. Yalnız Vətənə olan sevgi inasanı bu fəaliyyətə sövq edir. Bu o deməkdir ki, gənclərimiz Vətən məsuliyyətini şüurlu sürətdə dərk edirlər. Əlbəttə ki, gənclərin bu kimi ictimai aktivlikləri qiymətləndirilməli və daimi təbliğ olunmaldır”. Onun sözlərinə görə, ümumiyyətlə, vətənpərvərlik ruhunun yüksəlməsində təbliğat və təşviqatın önəmli rolu var. Bu baxımdan da KİV-in üzərinə böyük məsuliyyət düşür. Lakin KİV vətənpərvərliyin təbliğini sadəcə kampaniya şəklində aparmamalıdır. Bunun üçün də gənclər arasında daimi maariflənmə olmalıdır: “Bu təbliğat işlərinə yeri gələndə gənclərin özünü də cəlb etmək lazımdır. Gənclər arasında KİV sorğu və müsabiqələri keçirilməlidir. Bu təbliğat vətəndaş cəmiyyəti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində də mümkündür. KİV-lərdə milli-mənəvi dəyərləri, vətənpərvərliyi təbliğ edən materiallar daha çox yer almalıdır. Xüsusən tarxi şəxsiyyətlərin, ictimai xadimlərin, milli qəhrəmanların kimliyi, həyat yolu gənclər arasında mütəmadi təbliğ olunmalıdır. Bu təbliğat elə güclü olmalıdır ki, hər bir gəncin içində bir ideal, qəhrəman yaranmaldır. Daxilində qəhrəman yaşadan gənc isə daimi vətənpərvərlik eşqi ilə alışıb yanar. Elə dövlət gənclər siyasətinin də əsas məqsədi budan ibarətdir”. "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti normaldır: "Odur ki, hazırkı məqamda mətbuatda vətənpərvərliyin təbliği məsələsi olduqca vacibdir. Əvvəlcə o məsələyə aydınlıq gətirmək lazımdır ki, vətənpərvərlik dedikdə nə başa düşürük. Yəni, bir media qurumunun rəhbərliyi vətənpərvərliyi necə dərk edirsə, onun təbliğatını da elə qurur. Təbii ki, bu sahədə nə qədər görülsə, azdır. Çünki gənc müstəqil bir ölkənin inkişafı kimi, problemləri də mövcuddur. Biz bu problemi bir müddət öncə ordu ilə bağlı yayılan xəbərlərin təqdimatında gördük. Bu səbəbdən də düşünürəm ki, vətənpərvərlik dedikdə, vətənin təbliği dedikdə, bura nələr daxil edilməlidir, bunu dəqiqləşdirdikdən sonra qərar vermək olar ki, mediada vətənpərvərliyin təbliği qanedicidir, ya yox. Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını qurban verib, vətəninin və xalqının marağını daha üstün tutmağa hazır olmalısan. Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında xalq qəhrəmanlarının, eləcə də müasir dövürdə örnək və fəxr yerimiz olan Milli Qəhrəmanların təbliği də mühüm rol oynayır. Buna görə də, körpədən tutmuş yeniyetməyə, gəncə, qocaya qədər hamımız Vətən, Millət, Torpaq uğrunda savaş meydanına atılanları, şəhidləri tanımağa borcluyuq. Bəzən cəmiyyətdə vətənpərvərliklə bağlı müzakirələr aparılan zaman zəif təbliğata görə kütləvi informasiya vasitələri əsas hədəf obyektinə çevrilir. Doğrudur, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşürbunu inkar etmirik. Amma onu da qeyd etməliyik ki, vətənpərvərlik tərbiyəsində ailənin rolu danılmazdır". V. Hüseynli qeyd edib ki, mətbuatda vətənpərvərliklə bağlı yazıları-vətənpərvər insanların həyat hekayələrini mütəmadi işıqlandırmaq lazımdır. Gənclər arasında vətənpərvərlik ideyaları, onların dərk etdikləri yanaşma ilə bağlı sorğular aparılmalıdır ki, bu sahədə maarifçiliyə böyük töhfə verilsin: "Vətənpərvər ruhlu yazılara böyük tələbat duyulur. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət siyasətinin əsas məqsədlərindən biri də Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasıdır. Dövlətimiz ölkə mətbuatından, onun imkanlarından respublikada dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsində maraqlıdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutan, bu istiqamətdə inamlı addımlar atan Azərbaycanda azad mətbuatın inkişafı daim diqqət mərkəzində olan məsələlərdəndir. Heç kimə sirr deyildir ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən birisöz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasıdır". Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev bildirib ki, mətbuatda vətənpərvərliyin təbliğinə geniş yer verilməlidir. Mətbuatın ictimai rəyə geniş təsir imkanı nəzərə alınsa belə bir təbliğatın səmərə verəcəyi danılmazdır. Odur ki, KİV rəhbərləri bir vətəndaş kimi özləri bu məsələdə təşəbbüslə çıxış etməlidirlər. Ancaq sirr deyil ki, bu sahədə əsas maarifləndirmə vasitəsi ölkə televiziyalarıdır və telekanallar öz fəaliyyətində bu sahədə ciddi dönüş yaratmalıdırlar: “Gənclərin milli mənlik süurunun inkişaf etdirilməsi və vətənpərvərliyin artırılmasında televiziyaların rolu böyükdür. Bu sahədə görəcəyimiz işlər çoxdur. Çoxdur ona görə ki, gecə-gündüz kommersiya adlandırılan və ancaq şoularla məşğul olan, ən çox izləyici toplayan telekanallarımız bu məsələyə çox az diqqət yetirir. Düzdür, bir tərəfdən telekanallar azaddır. Amma, digər tərəfdən onlara bu məsələ ilə bağlı tövsiyyələr vermək olar. Əslində, bu sahədə təbliğat telekanalların öhdəliyi olmalıdır. Telekanallarda professional səviyyədə vətənpərvərlik proqramları hazırlanmalıdır. Daha bayağı verilişlər yox. Telekanallarda bayağı verilişlər, şoular nə qədər maraqlı ola bilər? Hər şeyi ifrat dərəcədə etmək lazım deyil. Bu boyda problem ola-ola, torpaqlarımızın 20 faizi 25 ildən artıq işğal altında olduğu halda, vətənpərvərlik proqramlarını nəyinsə xətrinə etmək düzgün deyil. Bu sahədə telekanallar ciddi tədbirlər görməlidir. Milli TeleviziyaRadio Şurası bu məsələyə ciddi müdaxilə etməlidir. Bu sahəyə telekanallar ciddi diqqət yetirməlidir. Gənc nəsilin vətənpərvər yetişməsi, milli mənlik şüurunu inkişaf etdirmək üçün telekanalların üzərinə böyük vəzifə düşür. Çünki hazırda ən çox izləyici telekanallardadır. Telekanallar yalnız ordu günü, respublika günü və digər bayram günlərində deyil, vətənpərvərliklə bağlı gündəlik verilişlər hazırlamalıdır. Telekanallarda bu təbliğat yüksək sahədə qurulmalıdır, bu sahəyə peşəkarlar cəlb edilməlidir”. Ekspertlərin qənaətincə, vətənpərvərliyin mətbuatda təbliğatının effektli nəticə verməsi üçün mütləq həqiqi nümunələr olmalıdır. Bir sadə vətəndaşın informasiyanı ən asan ala biləcəyi yer televiziya radiolardır. qəzetlər, xəbər portalları geniş auditoriyaya çata bilir. Deməli, bu təbliğatın əsas ağırlığı görüntülü medianın inhisarındadır. Televiziyalar isə reytinq qazanmaq üçün ucuz şoulara üstünlük verməklə tamaşaçıları istiqamətləndirir. Odur ki, gər bir kəs ailəsində, yerində, kollektivlərdə, sosial şəbəkələrdə könüllü olaraq vətənpərvərliyi yaymaq təbliğ etməklə məşğul olmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli gənclərin milli və-tənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə dövlətə qarşı qürur hissinin formalaşdırılmasından asılıdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 1 iyul.- S.15.