“Bakı-2015”i əlamətdar edən faktlardan

biri də burada 59 Olimpiya çempionunun

və 150 Olimpiya mükafatçısının iştirak etməsi idi

 

Birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir.

Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər

Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir.

Avropa üçün isə ona görə ki, Avropada başqa qitələrdən

fərqli olaraq heç vaxt qitə oyunları keçirilməmişdir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan paytaxtında müvəffəqiyyətlə  başa çatmış birinci Avropa Oyunları həm bizim milli dövlətçilik  tariximizə, həm də dünyanın idman tarixinə heç zaman solmayacaq, köhnəlməyəcək sətirlərlə yazıldı. Oyunların başa çatmasından on gün ötməsinə baxmayaraq, dünya mətbuatı bu mötəbər Avropa tədbiri haqqında hələ də yeni-yeni faktlar ortaya qoymaqda davam edir. Biz gərgin çalışdıq, insanlarımızın, qonaqlarımızın və bütün Avropanın  yaddaşında qalacaq səviyyədə Oyunları təşkil etdik”,  – deyə, qazanılmış qələbə ilə fəxr edən Prezident İlham Əliyev və onun liderliyi ilə möhtəşəm uğurlara imza atan Azərbaycan xalqı bu sınaqdan da üzüağ çıxdı.

 

Həqiqətən,  bu Oyunlar bizim üçün keçilməsi şərəf məsələsi olan  ağır sınaq idi. Çünki Avropa Olimpiya Komitəsi ölkəmizdə həyata keçirilən hərtərəfli islahatları, cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində reallaşdırılan tədbirləri, Qərb mədəniyyətinə inteqrasiyamızı, Avropadadünyada mövcud olan dövlət idarəçiliyi təcrübəsindən bəhrələnərək sivil, demokratik və dünyəvi dövlət quruculuğu kursuna sədaqətimizi, dövlətimizin qüdrətini, paytaxtımızın idman qurğularının cavab verdiyi standartları və bu kimi bir çox məqamları nəzərə alaraq, ilk Avropa Oyunlarının təşkilini bizə  etibar etmişdi. Bizim üzərimizə təkcə Oyunların təşkil edilməsi deyil, həm də Avropa Oyunlarının standartlarını formalaşdırmaq kimi böyük bir vəzifə düşürdü. Avropada hamı, ən ali səviyyəli siyasətçi də, sıravi vətəndaş da çox yaxşı bilirdi ki, Azərbaycan və şəxsən Prezident İlham Əliyev bu vəzifənin öhdəsindən layiqincə gələcək və Bakı dünyada daha böyük nüfuz sahibi olacaq.

Məhz həmin məntiqin nəticəsi - yəni, bizim şəksiz uğur qazanacağımız bir çox bədxahlarımızı ciddi şəkildə narahat etdiyinə görə həmin qüvvələr Oyunların baş tutmamasını, tutsa da, onu gözdən salmağı təmin etməyə çalışırdılar. Hansısa mərkəzdən idarə olunan bəzi ağzıgöyçəklər dönə-dönə bəyanatlar verirdilər ki, filan ölkə, filan federasiyaya filan komitə birinci Bakı Oyunlarını boykot edəcək. Azərbaycan rəhbərliyi həmin cəfəngiyyatlara baş qoşmadan ciddi hazırlıq işlərini davam etdirirdi. Elə bir hazırlıq ki, nəticəsini görəndə nəinki dostlarımız və qitənin ədalətli insanları heyran oldular, hətta bədxahlarımızın özləri  mat qaldılar. Azərbaycan diplomatiyası, siyasətçilərimiz, idman qurumlarının, Milli Olimpiya Komitəsinin rəhbərləri, xüsusən , tikinti-quruculuq işlərinə məsul olan şəxslər dövlət başçısının bütün tövsiyə və tapşırıqlarını mükəmməl bir məsuliyyət və operativliklə yerinə yetirdilər. Dövlət başçısının sərəncamı ilə yaradılmış birinci Avropa Oyunları Təşkilat Komitəsi və komitənin sədri Mehriban xanım Əliyeva isə dövlətin və xalqın sınaq qarşısında olduğu zaman dövlət başçısına göstərilə biləcək sədaqətin ən ali nümunəsini nümayiş etdirdilər. İlk Avropa Oyunları hazırlandı, keçirildi və ayrı-ayrı yarışların qalibi idmançılar olsa da, bütövlükdə qalib gələn  Azərbaycan xalqı və dövlət başçımız oldu.

Nəticə göstərdi ki, bütün qarayaxmalara, cəfəng bəyanatlara və zəvzək mülahizələrə baxmayaraq, qitənin nəinki hansısa ölkəsi, heç adi bir idmançısı da “Bakı-2015"-i boykot etməmişdir. Hətta, ərazilərimizin 20 faizini on illərdən bəri işğal altında saxlayan, dünyanın hər yerindəki antiazərbaycan təbliğatını körükləyən Ermənistan belə özünün say-seçmə pəhləvanlarını iki mərhələdə Bakıya göndərmişdi. Doğrudur, bütün Olimpiya oyunlarından əvvəl oyunlara ev sahibliyi edən ölkə haqqında qarayaxma kampaniyası aparılır. Nəticədə hansısa ölkənin  oyunları boykot etməsi  faktı ortaya çıxırdı. Azərbaycanın ev sahibliyi etdiyi Oyunlarda isə belə  fakt qeydə alınmadı. Bu isə sübut edirdi ki, dünya bizə daha çox inanır və etibar edir.

Başqa bir fakta diqqət yönəldək. Həm xaricdə, həm də ölkə daxilində vay-şivən qaldırırdılar ki, guya bəzi ölkələr Bakıya əvəzedici heyətləri və ya ikinci dərəcəli idmançıları göndərəcəklər.  Oyunların nəticələri bu ehtimalın  da sıfır səviyyəsində olduğunu sübut etdi. Məlum oldu ki, birinci Avropa Oyunlarında  59 nəfər Olimpiya çempionu, 150 nəfər  Olimpiya mükafatçısı yarışmışdır. Üstəlik, iki yüzə qədər dünya çempionu,  təxminən o qədər   Avropa çempionları da Bakıda medal uğrunda mübarizə aparmışlar. Hamı, həm idmançılar, həm federasiyalar, həm də milli Olimpiya komitələri arzu edir və çalışırdılar ki,  öz tarixlərinə ilk Avropa Oyunlarının qalibiya mükafatçısı sözü də yazılsın.

Birinci Avropa Oyunlarının nəticələri iştirakçı ölkələrin hər biri üçün əlamətdar məqamlarla yadda qalsa da, daha çox unudulmaz məqamlar bizim bəxtimizə düşdü. Silahlı Qüvvələrimizin  əsgəri Rəsul Çunayevin qızıl medal uğrunda mübarizəni qələbə ilə başa vurduqdan sonra  Ali Baş Komandan, Prezident İlham Əliyevə əsgəri qaydada salam verməsi 150-yə qədər ölkədə canlı yayımlanan reportaj vasitəsilə  Azərbaycan əsgərinin nəyə qadir olduğunu nümayiş etdirdi. Türkiyəli həmkarlarımız Azərbaycan idmançılarının möhtəşəm qələbəsini - medalların ümumi sayına görə İngiltərə, Fransa, Almaniya, İtaliya  Ukrayna kimi məşhur idman ölkələrini qabaqlayaraq 50 ölkə arasında ikinci yeri tutmasını “Prezident İlham Əliyevin antiazərbaycan qüvvələr üzərində silahsız  qələbəsi” adlandırmışdılar. Azərbaycan Prezidentinin paralimpiya çempionu İlham Zəkiyev tərəfindən  dəvət edilərək  birinci yeri tutan idmançı ilə eyni podiumu bölüşməsi  isə  rusiyalı jurnalistlər tərəfindən dəfələrlə gündəliyə gətirilmişdi. Yeri gəlmişkən,  Rusiya Federasiyasının “Bakı-2015”-i canlı yayımlayan ”Boytsovski klub" telekanalının şərhçiləri, demək olar ki, bütün  reportajlarda azərbaycanlı könüllülərdən söz açır, bu qədər gəncin eyni səviyyədə mədəniyyət və təəssübkeşlik nümayiş etdirməsindən heyranlıqla   danışırdılar.

Azərbaycanlı gimnast Oleq Stepkonun  ilk Avropa Oyunlarının beş medalını qazanması, qılıncoynatma yarışlarında SevilSevinc Bünyadova  əkiz bacılarının milli komandamıza gümüşbürünc medallar qazandırması, Prezidentin və ailə üzvlərinin demək olar ki, idmançılarımızın iştirak etdiyi bütün yarışları bilavasitə Oyunların getdiyi məkanlarda izləməsi, azərbaycanlı könüllü Elçin Əlibəylinin polşalı idmançını xəsarət almaqdan son anda xilas etməsinə qədər onlarca məqam beynəlxalq aləmdəki həmkarlarımız tərəfindən tez-tez qabardılırdı. Ancaq təntənəli bağlanış mərasiminin təşkilatçılarının  imza atdığı bir yenilik dünya jurnalistləri tərəfindən daha maraqla qarşılanmışdı. Doğrudur, həmin məqamı da bəyənməyib qulp qoyanlar oldu. Ancaq rusiyalı şərhçilər bağlanış mərasiminin sonunda bütün idmançıların musiqi sədaları altında meydana dəvət edilməsini və onların hərəsinin orijinal bir şəkildə öz sevincini ifadə etməsini özünəməxsus şəkildə qiymətləndirirdilər: “Biz Bakıda birinci Avropa Oyunlarının ilk məzunlarının “son zəng"ini də gördük”. Rusiyalı həmkarlarımızın “Bakı-2015" haqqında dediyi istənilən ifadə bizim üçün xoş idi. Bir ifadə isə daha yaddaqalan oldu: ”Bakıdan sonra bu oyunları təşkil etməli olan istənilən ölkə üçün çətin olacaq".

Bütün bunlar həm özümüz, həm də Avropanın idman ictimaiyyəti üçün dərs oldu. Özüçox böyük bir dərs. Biz  başqa bir  dərsi də  dövlət başçımızın Oyunların başa çatmasından sonrakı gün səsləndirdiyi nitqində gördük. İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla  keçirilən görüşdə nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi:  “ ... Mən hesab edirəm, əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik. Bu məhəbbət, bu vətənpərvərlik, bu peşəkarlıq və işimizə sədaqət, əlbəttə, imkan verir ki, Azərbaycan sürətlə  inkişaf etsinbizim gələcəkdə də çox böyük qələbələrimiz olacaqdır”.

Bəli, bu, bir həqiqətdir.  Biz dövlətimizi və xalqımızı  möhtəşəm bir məhəbbətlə sevirikbütün qələbələrimizin təməlində də məhz həmin sevgi, məhəbbət və Vətənə sədaqət hissləri dayanır. İnanırıq ki, bu sevgi bizim bütün qələbələrimizi təmin edəcək və  o cümlədən, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsini də tezləşdirəcək.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2015.- 7 iyul.- S.1.