Milli özünüdərk
anlayışı
planlı şəkildə
aşılanmalıdır
İlham Əliyev: “Hər bir
kəs ləyaqət, ədəb-ərkan, vətənpərvərlik
hissini özü ilə
irəli aparmalıdır”
Xalqımızın milli mənlik
şüuru bir çox ziddiyyətli mərhələlərdən
keçərək yaşadığı mühitin
tarixi-siyasi reallıqlarına uyğun inkişaf etmiş,
öz keçmişinin zəngin etnomədəni dəyərlərindən
bəhrələnmişdir. Azərbaycanlıların zəngin
mifologiyası, qəhrəmanların vəsf etdiyi vətən
və azadlıq ideyaları onların düşüncə tərzinin
formalaşmasında önəmli yer tutur.
Vətənpərvlik
deyəndə təkcə elə torpaqların müdafiəsinə
hazır olan insan nəzərdə tutulmur. Hər bir şəxsin
öz peşəsini ləyaqətlə,
doğru-düzgün yerinə yetirməsi vətənpərvərlik
nümunəsidir. İnsanların bu amalla yaşaması
dövlətin və xalqın güclənməsinə xidmət
etməkdir. Ümumi götürsək, vətənpərvərlik
içdən gəlməlidir. Kənardan məcburi şəkildə
kimisə vətənpərvər etmək mümkün deyil.
İnsan özünü və dünyanı əsasən gənclik
yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub
olduğu xalq qarşısında borc, məsuliyyət hissləri
də bu yaşdan təşəkkül tapır. Ona görə
də hər bir ölkənin, xalqın gələcəyinin
necə olması bugünkü gəncliyin hansı ideallarla
yaşamasından, övladı olduğu Vətəni,
xalqı qarşısında borc, məsuliyyət hissini necə
dərk etməsindən, vətənini, xalqını nə dərəcədə
sevməsindən, milli-mənəvi
özünüdərkindən asılıdır. Əgər
biz gələcəyimizi xoşbəxt, əmin-amanda görmək
istəyiriksə sadalanan cəhətlərin bugünkü gənclikdə
olmasına çalışmalıyıq. Bu
çalışmanın mərkəzində isə gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona
görə də gənclərin vətənpərvərlik tərbiyəsi,
onlara Vətənə, xalqa məhəbbət hisslərinin
aşılanması həmişə olduğu kimi bu gün də
aktualdır. Azərbaycan xalqının ümummilli lideri, böyük
şəxsiyyət və dövlət xadimi Heydər
Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunmasını gənclərin tərbiyəsinə cavabdehlik
daşıyan bütün qurumların, xüsusilə də təhsil
işçilərinin qarşısında ən mühüm
vəzifə kimi qoyur, müxtəlif səviyyəli tədbirlərdə,
gənclərlə, müəllimlərlə, ziyalılarla
çoxsaylı görüşlərində bu məsələyə
dönə-dönə toxunaraq öz müdrik məsləhət,
tövsiyə və tapşırıqlarını verirdi. Ulu
öndər hələ 1994-cü ildə Bakı şəhərinin
təhsil işçiləri ilə görüşündəki
nitqində gənclərin vətənpərvərlik tərbiyəsinin zəruriliyinə toxunaraq demişdir: "Müstəqil
dövlətdə yaşayan hər bir vətəndaş
birinci növbədə bu dövlətin müstəqilliyinin,
suverenliyinin təmin olunmasını öz həyatının
əsas vəzifəsi və məqsədi bilməlidir. Ona
görə də bizim gənclər, təhsil alan gənclər
gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik
əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün
dərslər, xüsusən humanitar fənlər gərək gənclərimizə Vətənə
sədaqət, vətənpərvərlik ruhu
aşılasın, tərbiyə etsin və bunlar hər bir gəncin
qəlbində sarsılmaz bir qalaya çevrilsin”. Ölkəmizin
tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi
tərzdə verilən məlumatlar da vətənpərvərlik
tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki
ayrı-ayrı mətnlərdə, istərsə də
aparılan tərbiyəvi söhbətlər, tədbirlər
zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin
zəngin tarixi, xalqımızın zaman-zaman öz
varlığını qorumaq üçün
apardığı mübarizələr, azadlıq və
müstəqillik uğrunda gedən mücadilələr
haqqında biliklər əldə edir, bu biliklər əqidəyə
çevrilərək onlarda vətənpərvərlik hisslərini
daha da artırır. Azərbaycan gəncliyinin
sıralarında bəzi hallarda obyektiv və subyektiv səbəblərdən
müşahidə olunan “özünüdərk” anlamına və
onun doğurduğu milli dəyərlərə, vətəndaşlıq
borcuna və tarixi köklərə müəyyən biganəlik
və etinasızlıq cəmiyyətin birbaşa səyləri
ilə aradan qaldırılmalı, bağçalarda, orta məktəblərdə,
ali təhsil ocaqlarında milli özünüdərk
anlayışı mütləq olaraq mərkəzləşmiş
və planlı şəkildə hər kəsə
aşılanmalıdır. Tarixi dəyərlərin və
milli mənsubiyyət elementlərinin
daşıyıcıları olan gəncliyin
qarşısında bu gün layiqli gəcələcəyin təmin
edilməsi baxımından böyük vəzifələr
durur. Odur ki, zəngin millət, firavan cəmiyyət və
layiqli gələcək yönümlü əməllərimizin
fərdiyyət şəklində və mütləq xarakterli
kütləvi tədbirlərin hökumət səviyyəsində
həyata keçirilməsinə yeni bir təkan veriləcəyini
düşünürük. Vətənpərvərlik tərbiyəsində
xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər
haqqında şagirdlərə verilən məlumatlar,
aşılanan biliklər də güclü təsir qüvvəsinə
malikdir. Milli mənlik şüurunun formalaşması Vətənə,
doğma yurda məhəbbət yaradır. Gənclər dərk
edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır
və özünün çox hiyləgər düşməninə
- ermənilərə qarşı mübarizə aparır.
Başlıca məsələ gənclərdə bu mübarizədə
qələbəyə inam yaratmaqdır. Milli həyatımızın
bir çox hadisələri özünün
emosionallığı ilə gəncləri vəcdə gətirir,
millətin taleyi ilə bağlı məsələlərdə
onları fəaliyyətə səfərbər edir. Azərbaycan
gənclərində milli psixologiyanın, mənəviyyatın,
milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun
formalaşması və tərbiyə edilməsi ona görə
zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı
mübarizə apara bilir, bəsit hisslərdən uzaq olurlar.
Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi
işi onların Vətənə məhəbbət və sədaqət
ruhunda böyümələrinə, xalqımıza xas olan ən
yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə
yiyələnmələrinə müsbət təsir göstərir.
Müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi siyasi xətti
uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev
də öz çıxışlarında gənclərin vətənpərvərlik
ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə
vurğulamış, bu işin Azərbaycan dövlətinin gənclər,
təhsil siyasətinin prioritet məsələlərindən
olduğunu diqqətə çatdıraraq demişdir: “Biz
böyüməkdə olan nəslin vətənpərvərlik
ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə
edilməsinə çox böyük əhəmiyyət
veririk. Bu bizim inkişafımızın əsası, hər
bir xalqın inkişafının əsasıdır”. Gənclərimizdə
vətənpərvərlik ruhunun yüksək olması da
vacib amillərdəndir. Çünki milli ruhda
böyüyüb formalaşan gənclik hər şeyə
qadirdir. Təbii ki, torpağa, yurda sevginin əsası ailədə
və məktəbdə qoyulur. Buna görə də hər
bir məktəb ilk növbədə şagirdlərin yüksək
vətənpərvər kimi böyüməsi
üçün bütün imkanlardan istifadə etməlidir.
Bunun üçün məktəblilər ölkənin
tarixilə yanaşı, onun hər bir bölgəsini
yaxşı öyrənməlidirlər. Çünki Vətəni
yaxşı tanımadan onu sevmək çətindir. Ölkə,
Vətən sevgisi uşaqlara möhkəm
aşılanmalıdır. Gənclərdə vətənpərvərlik
hissinin aşılanması, formalaşdırılması məhz
məktəblərin üzərinə düşən vəzifələrdəndir.
Vətənpərvərlik hissi uşaqlarda körpə
yaşlarından formalaşdırılmalıdır.
Torpaqlarımızın işğal günlərində bunu
uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə
nifrət hissi kimi aşılamaq lazımdır. Ermənistanla
olan müharibə vəziyyəti hər an
torpaqlarımızın güc yolu ilə azad olunması
reallığını ortaya qoyur. Bu işin
reallaşdırılması əsasən gənc nəslin
üzərinə düşür. Belə bir şəraitin
mövcud olması gənc nəslin vətənpərvərlik
ruhunda formalaşdırılmasını labüd edir. Hər
bir vətəndaşa milli ruhun aşılanması prosesi hələ
körpə yaşlarından həyata keçirilməli, məktəblərdə
davam etdirilməli və təkmilləşdirilməlidir. Orta
məktəblərdə tədris olunan hərbi
hazırlıq fənlərinin böyük əhəmiyyəti
var. Hərbi hazırlıq dərslərində şagirdlər
təkcə silahlardan istifadə qaydalarını öyrənməməli,
eyni zamanda, Vətənə bağlılığını
artırmalı, onu müdafiə etmək borcunu öz üzərinə
götürməlidir. Orta ümumtəhsil məktəblərində
çağırışa qədərki hərbi
hazırlıq fənninin tədrisinin əsas məqsədi
birinci növbədə gəncləri ölkənin müdafiəsinə
indidən psixoloji cəhətdən hazırlamaqdır. Paralel
olaraq, milli mənlik şüuru Azərbaycanın
varlığının, milli özünüidarə və
özünütəsdiqinin, milli ləyaqətin və
ümumbəşəri keyfiyyətlərin məcmusudur. Milli
mənlik şüurunun komponentlərinə: millətin
adı, varlığı, dili, xarakteri, adət və ənənələri,
psixologiyası, mənəviyyatı, mədəniyyəti
daxildir. Hər bir azərbaycanlı
gəncdə milli mənlik şüuru belə bir zəmin
üzərində təşəkkül tapır və belə
bir həqiqəti bir daha təsdiq edir ki, mədəniyyətin,
elmin inkişafı xalqın böyüklüyü və
kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən
və zəngin təfəkkür tərzindən
asılıdır. Bu gün mənəvi tərbiyənin
mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində
milli mənlik şüurunun
formalaşdırılmasıdır. Azərbaycan gəncləri
öz kökünə müraciət edərək xalqın
tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin
həyat və fəaliyyətini öyrənir, milli
özünüdərkin, milli özünütəsdiqin, milli
özünəməxsusluğun bütün əlamətlərini
aşkar etməyə çalışır. Vətənpərvərlik
tərbiyəsi vətəni sevməkdən qaynaqlanır. Vətəni
sevmək üçünsə onu yaxşı tanımaq,
yeraltı və yerüstü sərvətlərinə, tarixdən
boy alıb gələn maddi-mədəniyyət abidələrinə,
adət və ənənələrimizə
dərindən bələd olmaq
lazımdır. Hər bir cəmiyyətin gələcəyi
onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə
qayğı isə hər bir dövlətin siyasətinin
aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli
nə qədər savadlı, nə qədər vətənpərvər,
nə qədər yüksək dünyagörüşünə
malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər
işıqlı və ümidverici olar. Bu mənada məktəb
gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə
xidmət edən bir qurumdur, bir ocaqdır. Beləliklə, gənc
nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi
vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi
bu gün dövlət siyasətinin əsas prioritetlərindən
biri kimi diqqət çəkir. Humanist ideyalara xidmət edən
təhsil sistemi, insani dəyərlərin böyük əhəmiyyət
kəsb etməsi, vətəndaş tərbiyəsi, insan
azadlığına və hüquqlarına hörmət, ətraf
mühitə, vətənə, ailəyə məhəbbət,
milli mədəniyyətin inkişafı, milli adət-ənənələrə
hörmət və ehtiram tərbiyə məsələsinin əsasında
durur.
Olaylar.- 2015.- 8 iyul.- S.15.