Torpaq o zaman Vətənə çevrilir ki,

o milli ideyanın daşıyıcısı olsun

 

“Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə  Azərbaycanın gələcək inkişafına  töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır” (Azərbaycan Respublikasının prezidenti İlham Əliyev)

 

Qloballaşan dünyada milli dəyərlər və gənclərdə Vətənpərvərlik hisslərinin inkişafı mövzuları öz əhəmiyyətini bir qədər də bağlıdır. Vətənpərvərlik və milli şüurun inkişafı milli özünüdərk prosesi ilə vəhdətdə olan məsələdir. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə səsləndirdiyi fikirlərlə bu məsələlərə diqqət çəkib və buna xüsusi önəm verdiyini bildirib: “Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır”. Beləliklə, milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüurunun aşılanmasını həyata keçirmək lazımdır. Sözügedən zümrəyə arzuolunan səviyyədə bunu aşılaya bilsək, qarşıya qoyulan məqsədlərə çatmaq çətin olmaz. Milli mənlik şüuru nədir? Bu ifadəni dərindən təhlil edəndə belə qənaət hasil olur ki, milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı əsaslara söykənir. Milli fəlsəfi fikir dövlətçiliyin təməl daşlarından biridir. Özünü dərk etməyən xalqın Vətən idealı ola bilməz. Dövlətin varlığının qorunması, müstəqilliyinin qarant altına alınması məsuliyyəti varlığı ilə dövlətçiliyə, millətinə bağlı şəxsiyyətlərin üzərindədir. Müasir dünyamızda dövlətin təhlükəsizliyinin təminatı məsələsi olduqca vacib şərt sayılır. Bu baxımdan banisi ümummilli liderimiz Heydər Əliyev olan Azərbaycanın milli təhlükəsizlik sisteminin bugünkü səviyyəsi yüksək qiymətləndirilməlidir. 90 illik yubileyini qeyd edən Milli Təhlükəsizlik orqanı məhz 1964-ci ildən sonra-ulu öndər Heydər Əliyevin ilk azərbaycanlı kimi Azərbaycan Sovet Sosialist Respuklikasının Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər seçilməsi ilə milliləşdi. Hər zaman bir qorxu, xof kimi təqdim edilən milli təhlükəsizlik orqanının məhz dövlətin, millətin təhlükəsizliyinin təminatçısı olduğu cəmiyyətə izah edildi. Məhz həmin dövrdən artıq xalq öz təhlükəsizliyinin, milli mənafeyinin özünə məxsus olan bir qurum tərəfindən qorunduğuna inandı. Torpaq, ərazi o zaman vətənə çevrilir ki, o milli ideyanın daşıyıcısı olsun. İbtidai duyğu səviyyəsindəki vətəndaşlıq və vətən sevgisi dayanıqlı ola bilməz. İnsan xarici ölkələrə səfər edərkən şüurlu olaraqya təhtəlşüur səviyyəsində öz yetişdiyi mühitlə, artıq içində olanlarla yeni gördükləri arasında müqayisələr aparır. Müqayisə apara bilmək, özünü məhz öz ölkəsi timsalında fərqləndirə bilmək üçün, heç şübhəsiz, əvvəlcə milli Məni, Vətəni həm duyğu, həm də təfəkkür səviyyəsində tanımaq tələb olunur. Öz ölkəsindən ayrılmaq, başqa diyar, başqa ölkə ilə tanışlıq duyğu səviyyəsində bir nisgil, vətən həsrəti yaradırsa, təfəkkür səviyyəsində özünə kənardan baxmaq şansı verməklə özünüdərk üçün obyektiv şərait yaratmış olur. Yuxarıda sadalananlar milli mənlik şüuruna aid olan faktorlardır. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli ideologiya da eyni bir təməl üzərində – milli fəlsəfi fikir zəminində formalaşır. Beləliklə, dövlətçiliyin təməllərinə yönəlmiş xarici təhdidlər, o cümlədən xarici havadarların dəstəyilə formalaşdırılan daxili təhdidlərin qarşısının alınmasında milli özünüdərklə yanaşı, milli-mənəvi dəyərlərimiz qalxan rolunu oynayır. Bunu yaxşı bilən düşən Azərbaycana dost münasibəti bəsləməyən düşmən qüvvələr məqsədlərini reallaşdırmaq üçün milli-mənəvi dəyərləri alçaldan, dövlətçiliyi zəiflədən layihələrə maddi dəstək verir, bu sahədəki layihələrə olduqca yüksək məbləğdə qrantlar ayırırlar. Xarici qüvvələrin maraqlarına xidmət edən təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bilikli, intellektualperspektivli gənclər, mərkəzlərdəki təlimlərə cəlb edilir. Bu istiqamətdə informasiya texnologiyalarından olduqca səmərəli şəkildə istifadə edilirsosial şəbəkələr vasitəsilə yalanlarla dolu rəy formalaşdırılaraq gənclərdə öz cəmiyyətinə və dövlətinə qarşı itaətsizlik, özbaşınalıq və nifrət yaradılır. Lakin gənclərin vətən əxlaqı və milli-mənəvi dəyərlərə meyilliliyinin artması dövlətçiliyimizin təməllərinin qorunmasına xidmət edirbu istiqamətdə aparılan işlərdə mühüm əhəmiyyətə malikdir. Öz mədəni-məişət şəraitlərinin yaxşılaşdırmaq üçün gənc ailələlərə güzəştli ipoteka kreditlərinin verilməsi barədə Respublika Prezidentinin fərmanı ilə yeni ailə qurmuş gənc mütəxəssislərin-hərbi qulluqçuların, idmançıların, alimlərin və qeyri-peşə sahiblərinin sosial problemlərinin həllinə dövlət qayğısının əyani sübutu kimi dəyərləndirilməlidir. Elm və mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində fəaliyyət göstərən gənc istedadların aşkar edilməsi üçün müvafiq dövlət orqanları və yaradıcılıq ittifaqları ilə  birgə mütəmadi olaraq gənclər arasında olimpiadaların, müsabiqələrin, bilik yarışlarının, elmi-əyləncəli oyunların və festivalların keçirilməsi, yaradıcı gənclərin əsərlərindən ibarət sərgilərin təşkili, onların kitablarının dövlət hesabına nəşri, müsabiqə və yarışlarda fərqlənənlərin diplommükafatlarla  təltif olunması ölkəmizin gələcək qurucularına dövlət qayğısının əyani sübutudur. Vətənə xidmət göstərərək, dövlətçiliyimizin möhkəmlənməsi üçün çalışmalıyıq. Hər bir Azərbaycan gənci vətənpərvər, vicdanlı, məsuliyyətli, əxlaqlı olmalıdır. Azərbaycanın dövlət başçısı İlham Əliyev çıxışlarında həmişə bu məsələlərə diqqət yetirib: “Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə  Azərbaycanın gələcək inkişafına  töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”.

“Hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsinbu dildən istifadə etsin” – Ulu öndər Heydər Əliyev

Ulu öndər Heydər Əliyev də gənclərə həmişə xüsusi diqqət göstərib və onlara qayğı ilə yanaşıb. Onun 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanı bunun əyani təzahürüdür. Bununla da böyük öndərimiz müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratmış, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadihüquqi baza yaratmışdır. Gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək edib. Yeni nəslin formalaşmasında milli təhsilin rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev gənclərin təhsil almasına müstəsna əhəmiyyət verirdi. Ümummilli liderimiz təhsilin məzmununu yeniləşdirərək müstəqil Azərbaycanın tələblərinə, xalqın mənəviyyatına uyğun qurulmasının vacibliyindən danışarkən deyirdi: “Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq  öz xalqıının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz. Ancaq təkcə tarix deyil, bizim zəngin ədəbiyyatımız da var. Biz dilimizlə fəxr etməliyik. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsinbu dildən istifadə etsin”. Ümumiyyətlə müasir dünyamızın reallıqları elədir ki, bəşəri, dünyəvi dəyərlərə yiyələnmədən inkişafa nail olmaq mümkün deyil. Amma təbii ki, bunların qarşılığında gənclik də öz potensialından istifadə edib doğulduğu torpaq, yaşadığı ölkə, Vətəni üçün əlindən gələni əsirgəməməlidir. Gənclərdə Milli vətənpərvərlik hissləri güclü olmalıdır. Bizim gənclərimizin vətənpərvər olmaları isə xüsusilə vacibdir. O mənada ki, torpaqlarımız işğaldadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir. Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 11-13 iyul.- S.15.