Soy kökə qayıdış:

Türkçülük və Vətənpərvərlik

 

“Bir gün o təbiət uşağı, sonra təbiət oldu, şimşək, ildırım, günəş oldu; Türk oldu. Türk budur: İldırımdır, Qasırğadır, dünyanı işıqlandıran Günəşdir”

 – Atatürk

 

Milli kimliyini itirmədən, universal şəxsiyyətə sahib olmaq milli şüuru qoruyub saxlamaq iradəsinin göstəricisidir. Qlobalavropalaşmaq və amerikalaşmaq mövqeyini təbliğatını aparan qruplaşmalar degenrativ məntiqlə qloballaşmanı gerçəkləşdirəcəklərinə inanırlar. Lakin Vətən üçün milli könüllülük – millətin qəlbində qiyamətə qədər yaşayacaq birözləm kimi varlığını davam etdirəcək bir dəyərdir. Başqa mədəniyyətlərlə ünsiyyət qurmağı bacaran və öz sivilizasiyasına heyranlıq hiss edən vətəndaşlar həmişə öz milli kimlik ləyaqətini müdafiə edəcəklər. Özünəməxsus bir mövqe ilə qloballaşanı milləti adına vurğulamaq avropalaşmaq və amerikalaşmaq ideyaları ilə fərqli ölçüdə kəsişir. Avropa və Amerikada milli kimlik həmişə başqalarına nümunə kimi göstərilir. Günümüzdəki milli iradə istismarçıları hərnə qədər millətin qloballığının olmadığını iddia etsələr də, türk millətinin mili suverenliyin həm siyasi, həm də gerçəkmübtədası olması hər kəsə nümunədir.

Məsələn, ilk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz bu üçrəngli bayrağın rənglərində öz əksini tapıb. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olması kimi rəmzləndirilir və türkçülük ideyası ilə bağlıdır. Həmçinin mavi rəng türklərin əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Qırmızı rəng – Müasir cəmiyyət qurmaq,demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni inkişaf etdirmək anlamını daşıyır. Yaşıl rəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir. Odlar Yurdu Azərbaycanımızın keşməkeşli yollarını əks etdirən, anaların göz yaşının, şəhidlərimizin axan qanının, qəhrəmanlarımızın döyüş mübarizəsinin, eyni zamanda körpələrin ümid dolu gələcəyinin ifadəsidir bu üçrəngli bayraq. Məhəmməd Əmin Rəsulzadə demişkən:” Ey gənclik, ey türk gəncliyi. Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmz yaratdı. Və onu yüksəldərək dedi ki, “bir kərə qalxan bayraq bir daha enməz” Sən də onun ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə tikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”. Qoy üçrəngli bayrağımız əbədi olaraq dalğalansın. Siyasi müasirlik maskası altında vətənpərvərlik iradəsinin suveren olmadığı şübhəsiyaradılaraq, milliyyətçi və vətənpərvər düşüncələrdə sarsıntı yaradılmağa çalışılsa da bu millətin hisslərindən milli şüurunu qazımaq mümkün olmayacaq. “Demokratik” və “universal” olduğunu iddia edən Avropa milliyyətçiliyindən fərqli olaraq, milli kimlik iradəsini əsas götürən türklük şüuru və onun vətəndaşlıq anlayışı aliliyi ilə seçiləndir. Yəni ki, müdafiəsini terrorçu bıçağı və odlu silahla yerinə yetirən və özünə yad olanları ən kəskin dillə özündən uzaqlaşdıran Qərb milliyyətçiliyi təqlid ediləcək dəyər deyil. Türklüyün dini əqidəsini nəzərə alanda onun Avropa və Amerika şüurunda qövmçülük və məzhəbçiliklə günahlandırılması qaçınılmazıdır. Çünki Qərbin din anlayışı çox fərqlidir. Din Qərbdə ümmətçilik kimi dəyərləndirilir. Bu həm ideoloji, həm fizioloji, həm də biolojidir. Məsələn, Amerikanın irq fərqliliyi anlayışı aldadıcıdır. Amerikalı siyasətçilər bunu gerçək kimi bazara çıxarırlar. Müəyyən qüvvələr Vətən vəmillət məsələsində millətimizin ortaq inancı üzərindən oynanılan oyunlarla vətənpərvərlik şüurunu əritmək niyyətindədirlər. Heç vaxt millətimizin vətənpərvərlik hissslərini konseptual qəliblərdə daraldaraq, bu anlayışları öz orbitindən çıxarmağa çalışanların olduğunu yaddan çıxarmamaq lazımdır. Vətən və milli mənlik şüurunun nüvəsini kiçik parçalara bölüb funksionallıq və dinamikliyini yox edib zərərsizləşdirməklə, bunu “demokratiya” adı ilə təqdim edən fəlsəfələrdən də uzaq dayanmaq lazımdır. Beləliklə, türklük şəxsiyyətinin milli şüur parametrləri avropalaşmaq və amerikalaşmaq tezislərindən fərqli olaraq, irqçilik, etnikçilik və məzhəbçilik tezislərdən ibarət deyil. Bunun əksini iddia edənlər yanılırlar. Bunlar türkçülüyün qloballağını və ümumbəşəriliyini qısqananlardır. Vətəndaş öz ölkəsinə kənardan başqalarının nəzərləri ilə yox, öz gözlərilə baxmalıdır. Məsələnin əks mövqeyində dayana yalnız vətənpərvərliyi vəmillətsevərliyi, milli hissləri yoxa çıxarmağa çalışan zehniyyət ola bilər. Başqa heç kim! Azərbaycanın və türklüyün milli çərçivəsini dağıtmaq istəyən qüvvələr var. Onlar daxildə və xaricdədirlər. Atatürk deyirdi: “Bu məmləkət dünyanıngözləmədiyi, ümid etmədiyi bir vaxtda ali milli kimliyinin yüksəlişiylə səhnəyə çıxdı. Bu səhnə 7 min illik bir türk beşiyidir. Beşik təbiətin küləkləriylə yelləndi. Beşiyin içindəki uşaq təbiətin yağışlarıyla yuyundu. O uşaq təbiətin ildırımlarından, qasırğalarından əvvəlcə qorxdu. Sonra onlara öyrəşdi. Onları təbiətin atası tanıdı, onların övladı dünyaya gəldi. Bir güno təbiət uşağı, sonra təbiət oldu, şimşək, ildırım, günəş oldu; Türk oldu. Türk budur: İldırımdır, Qasırğadır, dünyanı işıqlandıran Günəşdir”. Etnikçilik, regionçuluq, separatçılıq, tribalizm və məzhəbçilik türk millətinin birliyini fərqli, yad dəyərlərlə əritməyə çalışırlar. Vətənpərvərlik və millətsevərliyi ölkəyə Qərb siyasi nizamını idxal etməklə məhv edilməyəcəyini yaxşı bilmək lazımdır. Çünki ingilislər də, fransızlar da, hətta millət kimi formalaşmamış amerikalılar da özlərini dünyanın ən ali irqi kimi bilirlər. Digər millətlərə isə sadəcə “qəbilə”, “tayfa” münasibəti bəsləyirlər. Yəni ki, özünü “avropalı” adlandırmaqla birinci sinif vətəndaş olmaq mümkün deyil. Qərbin siyasi və mədəni geometrlərində türk kimliyinin həndəsi forması nəzərə alınmır. İnkar edilir. Amma tarix bunun əksini sübut edir. Bunu qərblilər də bilirlər. Sadəcə tarixinin böyük bir hissəsini “işğal” etmiş türk kimliyinin üzərindən xətt çəkmək tarixin təkərlərini özünə çevirmək istəyənlər üçün prioritetdir. Bunu görmək lazımdır. Halbuki biz türklər, öz tarixinə, mədəniyyətinə və vətəninə qarşı sədaqətiylə özünü isbat etmiş, tarix boyu millət anlayışının təməl olduğu bir konsepsiya yaratmışıq. Teymurilər, Ağqoyunlular, Səfəvilər, Osmanlı, Hun kimi imperiyalardan bizi çox da böyük tarix aralığı ayırmır. Millilik, vətənpərvərlik, dövlətçilik, vətənçilik, dünyəvilik, tolerantlıq – bunlar dinindən, dilindən, irqindən, cinsindən, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq, ağlı başında olan hər bir kəsin-fərdin fəaliyyətinin başlıca prinsipləri, həyat meyarıdır və ya olmalıdır. Üstəlik bunların üzərinə türkçülük və bəzi hallarda azərbaycançılıq kimi ideyaları, prinsipləri gəlmiş olsaq, o zaman bunlar biz Azərbaycan türklərinin, eyni zamanda, burada yaşayan, qəlbən, ruhən bu torpağın insanı olanların hər birinin fəaliyyətində, yaşam tərzində ana xətti təşkil etməlidir. Torpaqlarımızın 20%-nin düşmən işğalında olduğunu və zərərli cərəyanların, ənənələrin qloballaşdığını nəzərə alsaq, o zaman bu prinsiplər, ideyalar  bizlər –Azərbaycan vətəndaşları üçün heç bir tərəddüd etmədən ikiqat-üçqat əməl edilməli, riayət olunmalı ideyalardır. Azərbaycanlı şairi Almas İldırımın şeir və poemalarında da Azərbaycanın milli istiqlal fəlsəfəsi və bu davaya olan inam müstəsna yer tutur. Hələ Sovet Rusiyasında - Dağıstanda sürgün həyatı yaşayarkən A.İldırım vətən sevgisini bu cür ifadə edirdi: “Mən gələrkən o yurdun mövsümü son bahardı, Gülşəndə gül yerinə qızıl tikanlar vardı”. Hər şeirində sətiraltı, bəzən də açıq şəkildə vətənini əsarət altında saxlayanlara qəzəbini və kinini ifadə edən istiqlal şairi yazırdı:

 

Mən anlamaq isətəməm nə məzhəb, nə yol, nə din,

Mənim yalnız ümidim Türk qəlbi, iradəsi,

Mənim yalnız tutduğum millətimin haqq səsi.

Mən yalnız iman etdim qollarımın zoruna,

Bu zor məni qurtarıb, çıxaracaq yarına.

Dağları titrədirkən qəlbimin daşan kini,

Eh, sən ki bilməzsən bu gənc qəlbimdəkini.

 

Azərbaycanın beynəlxalq aləmə çıxması, onun nüfuzlu beynəlxalq tədbirlərdə təmsil olunması xalqımızda soy kökünə qayıdış, milli qürur və milli şüurun formalaşmasına, milli ləyaqətin tərbiyə edilməsinə ciddi zəmin və şərait yaratmışdır. Azərbaycan xalqı, onun ziyalısı, fəhləsi, kəndlisi, məktəblisi milli kökü, tarixi, ədəbiyyatı haqqında, özünün tarixi köklərini dərindən dərk etməyə çalışır. Hər bir məktəblidə milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və mənəvi zəmində tərbiyə olunan məktəbli özünün, xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına daxil olur. Bu çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Məktəbli dərindən-dərinə dərk edir ki, əzəmətli ağaclar öz kökləri üzərində dayandığı kimi hər bir şəxs də öz xalqı, öz milləti içərisində təşəkkül tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur formalaşdıqca məktəblidə milli ləyaqət tərbiyə olunur. Məktəbli oxucu belə bir həqiqəti dərk edir ki, millət və xalqın, Vətənin, doğma yurdun taleyi onun taleyinə qovuşur, şəxsi ideal və arzuların tərkib hissəsinə çevrilir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 16 iyul.- S.15.