Milli şüur millətin qalasıdır”

 

Milli şüurun letargiyaoyaq olması, millətlərin zəfərləri ilə mütənasibdir”

 

Türk yazıçısı Hüseyn Nihal Adsız yazır: “Milli şüur bir millətin özünü dərk etməsi və tanımasıdır. Həm duyğuya, həm də düşüncəyə söykənən milli şüur, bir millətin mənəvi dəyərlərinin ən vacibidir. Millətlərin varlığını qoruyan dörd müdafiə xəttindən ən geridə qalanı yəni sonuncusu və ən mühümü milli şüurdur. İnsanın daxili orqanlarından ağciyər, qaraciyər, ürək və beyin necə dörd əhəmiyyətli orqanlardırsa, bir millətin də ordu, müstəqillik, dilmilli şüuru dörd böyük qalasıdır. Bir millət ordusunu itirə bilər, müstəqilliyini də itirə bilər. Lakin, dilini qoruduqca, o millət demək ki, yaşayır. Dilini itirən bir millət ölü hesab edilir. Buna baxmayaraq bir millət, dilini məcburi səbəblərlə itirdiyi halda, milli şüuruna sahibdirsə, o millət özünə zorla qəbul etdirilən xarici dilə baxmayaraq, gerçək şəxsiyyətini qoruyacaqbir gün bu milli şüur sayəsində, öz dilini yenidən öyrənərək gerçək mənliyinə dönəcək. Bunun ən gözəl nümunəsi Ləhistan türkləridir. Dilini əsrlər boyunca unudub Litva dilində danışdıqları halda türk olduqlarını unutmadılar və onlar bir gün türk dilində danışacaqlar. Milli şüurun letargiyaoyaq olması, millətlərin zəfərləri ilə mütənasibdir. Milli şüurun oyaq olduğu yerlərdə, xarici ünsürlərin tütəyi çalmaz, idarəetmənin başına əcnəbi soydan olanlar keçə bilməzlər. Artıq "elm", "milli mənfəətin" əmrindədir. Elm, elm üçün deyil, millətin böyüklüyü və şanı üçündür. Milli şüurun oyaq olduğu yerlərdə, millət, əcnəbiliyi özündən saymaz. Xarici soydan olanlar, vətəndaş və təbəə olsa belə, yenə xarici sayılır. Onlara etibarsızdırlar, əcənəbilərlə evlənmək doğru deyil. Hələ yüksək təbəqədə bu evlənmək heç doğru deyil. Qanunlar, yalnız milli mənfəəti qorumaq və milləti yüksəltmək üçün var. Tarix yalnız milli şan və şərəf baxımından müzakirə edilir. Keçmişə söymək olmaz. Əcnəbi millətlər və insanlar milli heyətə sancılmaz. Keçmişi, məfahiri, əxlaqı, ailəni, ərdəmi, qəhrəmanlığı, milliyyətçiliyi açıq formadaya hiyləgərcə baltalayan yazılara, əsərlərə, filmlərdən imtina etmək lazımdır. Millətə xitab edən və xalqın tərbiyəsində əhəmiyyətli rol oynayan müəssisələrin başına o millətdən olan iqtidarlı, əxlaqlı və ağıllı insanlar gətirilir. Milli şüur oyaq oluqda iltimas, rüşvət və haqsızlıq aradan qalxar. Xidməti olanların xidməti inkar olunmaz. Tarixi şəxsiyyətlərə gerçək dəyər verilər. Nə kiçik qüsurlara görə adamlar alçaldılar, nə də həqiqətlərə söykənməyən əxlaqsız insanlar dövlətləşdirilər. Vəkillər millətə təhqir etmiş əcnəbilərin müdafiələrini öz öhdəliklərinə götürməzlər. Soysuzlaşmış tiplər, yarı dəlilər, milli dili doğru dürüst bilmədiyi halda özünü gəncliyin lideri sayan manyaklaraxmaqlar, qəzet və jurnallarda, özlərindən daha güclü olanlara, fikirülkü müdafiəsi pərdəsi altında, öz kiçik şəxsiyyətlərinin reklamını edə bilməzlər. Milli şüurun oyaq olduğu yerlərdə həkimlər saxta hesabat verməzlər. Məktəbə gəlməyən şagird “xəstəydim” deyə yalan söyləməz. Milli şüurun olduğu yerdə heç bir zaman yalan deyilməz. Qadınlar və kişilər eşqi, millət və vətən duyğularından üstün tutmaz. Bayraq hörmət görər. Milli rənglər hər zaman ululanır. Ataların məzarlarında heyvanlar otlamaz və hələ fahişə və əcnəbi qanı daşıyanlar orada zina edəcək qədər dözüm görməzlər. Kiçik böyüyün, şagird müəllimin, məmur komandiri əleyhinə söz deməz. Qadınlara hörmət göstərilər. Şagirdlər milli həyəcanla coşqun bir ürəklərə sahib olarlar. Müəllimlər iltimas etməzlər, şagirdlər saxta imtahanlar verməzlər və hər kəs öz haqlarından razı qalar. Dünən məktəbə başlayanlar bu gün ustadlıq iddiasında olmazlar. Vəzifə müqəddəs bilinər. Milli şüurun oyaq olduğu yerlərdə, dil qısqanclıqla qorunur. Dilin qaydalarını pozmağa cəhd edən dəlilər alqışlanmır. Heç kəs bu dildən istədiyi kimi istifadə etmir. Milli şüur oyaq olduqca hər kəs öz yerini və vəzifəsini yaxşı bilər. Milli şüur, bir işıqdır. Yurdu işıqlandırar və görünməyən köşələrdə gizlənən bütün əqrəbləri ortaya çıxararaq, qaranlıqda görmələrinə mane olur. İnsanda beyin nədirsə, millətdə də milli şüur odur. Ciyəri, qaraciyəri, hətta bəzən ürəyi gülləylə deşilən bir adamın yaşaya bilir o yerlərdə. Lakin beynindən güllə yeyən bir insanın yaşamasına imkan yoxdur. Bunun kimi bir millət də ordusuz və müstəqil yaşaya bilər. Hətta dilini itirsə də ölməz, yetər ki, milli şüuru olsun. Milli şüur, bir millətin yaşamaq ifadəsi, həyat qaynağı və ən qüvvətli silahıdır. Milli şüuru olmayan millətlər yıxılmağa məhkumdurlar”. Beləliklə, Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir adamın üzərinə şərəfli yük qoyur. Millətin, vətənin elmi-fəlsəfi özünüdərk konsepsiyası bütün millətlər deyil, milli intellektin səfərbər olunması sayəsində, milli filosoflar, ictimai-siyasi liderlər tərəfindən işlənib hazırlanmalı və geniş kütlələrin sərəncamına verilməlidir. Lakin elmi-fəlsəfi dildə yox, elmi-kütləvi, fəlsəfi-publisistik, poetik dildə, bədii obrazlar vasitəsilə, ədəbiyyatın, sənətin, kütləvi informasiya vasitələrinin bütün mümkün imkanlarından istifadə etməklə. Milli ideologiyaya söykənməyən, vahid konsepsiyaya əsaslanmayan kortəbii fəaliyyətlər, hətta sevgidən və millətçilik hisslərindən doğsa da son nəticədə ancaq ziyan gətirə bilər. Poeziya da, şifahi xalq ədəbiyyatı da, mahnılarımız da, epik düşüncə və siyasi təfəkkür də – dillə sıx surətdə bağlıdır. Dil ümumiliyi həmin dildə yaradılmış mədəni sərvətlərin də ümumiliyinə, bədii-estetik düşüncənin də vəhdətinə səbəb olur. Təsadüfi deyildir ki, türk xalqları öz mədəniyyətləri, ədəbiyyatları ilə də sıx surətdə bağlıdırlar. Bir sıra hallarda eyni bədii-estetik abidələrə malikdirlər. “Dədə Qorqud”, “Koroğlu”, aşıq ədəbiyyatı və s. buna misal ola bilər. Dil nə qədər böyük rol oynasa da, milli birliyin yeganə göstəricisi deyil. Burada təfəkkür tərzi, ictimai şüurun səviyyəsi, adət-ənənə, dini etiqad, həyat tərzi mədəni-mənəvi abidələrin, xüsusən yazılı ədəbiyyatın, fəlsəfi fikrin siyasiiqtisadi təfəkkür mədəniyyətlərinin də nəzərə alınması lazımdır. Müharibə şəraitində olan Azərbaycanda milli şüurun inkişafı və vətənpərvərliyin yüksəldilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdən olub. Nəzərə almalıyıq ki, Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli məhz gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır. Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, o zaman gənclərin beyninin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə aparılan təbliğatın miqyasından asılıdır. İnsanların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın aparılmasına dövlətin bütün mümkün resursları cəm olunmalıdır. Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümumilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Bu gün uşaqlarımız və gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir. Gənc nəslə vətənə, xalqa məhəbbət hissləri dərindən aşılanır. Azərbaycan tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, qorunması və beynəlxalq aləmdə təbliğ olunması istiqamətində məqsədyönlüiş aparılır. Ümumiyyətlə, millətin tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hərbir azərbaycanlıda milli mənlik şüurunu, vətənpərvərlik hissini daha da gücləndirir. Məhəmməd Peyğəmbər deyirdi: "Atanın öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün və gözəl tərbiyə etsin". Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı, bilikli olacaq, həm də Vətənə, xalqa gərəkli bir övlad  kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da, mədəni səviyyəsi də yüksək olur. Belə insanlar, digərlərindən fərqliolaraq, doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkir. Onlar doğma yurd üçün, təmsil etdiyi xalqın xoşbəxtliyi üçün canını belə əsirgəmir. Xalqının tarixini, dilini, mədəniyyətini bilməyəninsan millimənlikşüuruna malik deyil. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət çəkir. Humanist ideyalara xidmət edən təhsil sistemi insani dəyərlərin böyük əhəmiyyət kəsb etməsi, vətəndaş tərbiyəsi, insan azadlığına və hüquqlarına hörmət, ətraf mühitə, vətənə, ailəyə məhəbbət, milli mədəniyyətin inkişafı, milli adət-ənənələrə hörmət və ehtiram göstərilməsi əsasında təşəkkül tapır. Mütəxəssislər sübut ediblər ki, doğma təbiətə bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsizrol oynayır. Bu hisslərolmadanəsl insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Xalqın tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik deyil.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 23 iyul.- S.15.