Region gənclərinin vətənpərvər

ruhda tərbiyəsi diqqət mərkəzindədir

 

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin tərkib hissələrindən biridir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu gün ölkədə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub.  Uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb.

Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmalarıdır. Bu baxımdan 2011-2015-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət proqramı mühüm əhəmiyyət kəsb edir. Müntəzəm olaraq Gənclər və İdman Nazirliyionun yerli idarələri tərəfindən bu istiqamətdə tədbirlər təşkil olunur, dəyirmi masalar keçirilir. Keçirilən tədbirlərdə gənclərin hərbi vətənpərvərlik hisslərinin artırılması da diqqət mərkəzində olur.

Balakən rayonunda gənclərin hərbi vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onların narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmaları, intellektual inkişafı daim diqqət mərkəzində duran məsələlərdəndir. Rayonda Gənclər evinin açılması gənclərlə aparılan işi həm keyfiyyət, həm də kəmiyyət baxımından daha da gücləndirib. Gənclər evində fəaliyyət göstərən Aktiv Gənclər Klubu “II Səmərəli tətil” Proqramına start  veribklubun tərkibində 11 adda dərnək və ya kurs fəaliyyət göstərir.

Zaqatalada da “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən gənclərdə  vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə həsr olunan bir sıra tədbirlər həyata keçirilir. Rayonda vaxtaşırı “Xəmsə”, ”Breyn-Rinq”, ”Kim, harda, necə?” və başqa intellektual oyunlar keçirilir. Rayon gəncləri  bu yarışlarda uğurla iştirak edirlər.

Qəbələdə isə Gənclər və İdman idarəsi tərəfindən  55 tədbir keçirilib. Bu tədbirlərin 27-si gənclərlə sahəsinə aid edilib.  Bundan əlavə rayonda gənclər sahəsində 16 respublika səviyyəli tədbir keçirilib. Keçirilən tədbirlərin başlıca istiqamətləri yeniyetmə gənclərin hərbi vətənpərvərlik sahəsində maarifləndirilməsi olub. İspaniya, Fransa, İsveç, İsveçrə kimi Avropa ölkələrindən gənclər Qəbələyə səfər edib. Avropalı gənclərlə Qəbələ gənclərinin görüşü keçirilib. Gənclər qarşılıqlı fikir mübadiləsi aparıblar.

Oğuzlu gənclər də öz fəallıqları ilə seçilir. Onlar müxtəlif intellektualidman yarışlarında yaxşı nəticələr göstərirlər. Rayon Gənclər və İdman idarəsi tərəfindən gənclərlə bağlı 20-dən çox tədbir keçirilib.

İsmayıllıda gənclər siyasəti sahəsində önəmli işlər görülür. Rayonda fəaliyyət göstərən Heydər Əliyev mərkəzi gənclərlə birgə işləməyə xüsusi şərait yaradır. Belə ki, mərkəzdə Gənclərə Grand layihələrin düzgün formada yazılmasını öyrətmək məqsədi ilə on günlük təlim təşkil olunub. Təlimlər çərçivəsində 8 Grand layihə yazılıb və təqdim olunub. İsmayıllı gəncləri Bakıda İstiqlal muzeyində təşkil olunmuş tədbir-sərgidə çıxış edib. Gələcəkdə isə Fransada təşkil olunacaq sərgidə İsmayıllı gənclərinin də öz əli işləri ilə iştirak etməsi nəzərdə tutulur.

Qaxda da gənclərin vətəndaşlıq tərbiyəsi və cəmiyyətdə iştirakı, vətənpərvərlik hisslərinin artırılması, intellektual və yaradıcı gənclərin inkişafı üçün şərait yaradılıb. Gənclər və İdman idarəsi tərəfindən bir sıra tədbirlər keçirilib. Gənclərin ən fəal olduğu rayonlardan biri də Şəkidir. Hazırda Şəkidə 8 qeyri-hökumət gənclər təşkilatı, 11 maraqlar klubu, 5 regional gənclər mərkəzi fəaliyyət göstərir. 2014-cü il ərzində rayon Gənclər və İdman idarəsi tərəfindən 6 respublika səviyyəli , 90 rayon səviyyəli tədbir keçirilib. Dünyanın bir sıra ölkələrindən gənclər Şəkiyə səfər edib. Respublikanın bütün rayonlarında olduğu kimi Yevlaxda da gənclərlə bağlı işlər həyata keçirilir. Dövlətin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Yevlax şəhərində tikilən Gənclər evi artıq xeyli vaxtdır ki, gənclərin istifadəsindədir. Lənkəranda da gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, təhsil və mədəni səviyyəsinin yüksəldilməsi, fiziki sağlamlığının möhkəmləndirilməsi istiqamətində hər cür şərait yaradılıb. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən bütün regionlarda,  o cümlədən Lənkəranda da regionlarda Gənclər evi və mərkəzləri yaradılıb, onlar üçün  intellektual klublar təsis olunub. Görülən bütün bu işlər gənclərin asudə  vaxtının  səmərəli təşkili baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycanın bütün regionlarında olduğu kimi, Qərb bölgəsində də gənclər siyasəti uğurla həyata keçirilir. Görülən işlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirir, onların ictimai-siyasi fəallığının artmasına köməklik edir. Göygöldə yaradılan Gənclər Mərkəzi də bölgədə yaşayan gənclərin rayonun həyatında fəal mövqe tutmalarına yeni stimul verir. Burada olan internet-kafe, karaoke otağı, dil kursları və digər əyləncə və tədris növləri gənclərin vaxtlarının səmərəli keçməsinə xidmət edir. Bu baxımdan Qazax rayonunda inşa edilərək gənclərin istifadəsinə verilən mərkəz də imkanları ilə seçilir.

Gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə Ağstafa rayonunda da bir sıra layihələr gerçəkləşdirilir. Bu gün gənclərin vətənpərvərlik və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyəsi prioritet istiqamətlərdəndir. Bölgələrdə gənclər üçün müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərin tikintisibu işə xidmət edir. Belə obyektlər sırasında Şəmkirdə inşa edilən "Zəka" - Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi xüsusi yer tutur. Mərkəzdən hazırda 1200-ə yaxın gənc yararlanır. Burada  olan kitabxanada 6000-nə yaxın ədəbiyyat gənc oxucuların ixtiyarına verilib. Şəmkirli gənclərin əsas marağını isə xarici dilkompyuter kursları çəkir. Mərkəzdə müxtəlif intellektual oyundebatlar da təşkil olunur ki, bu da müasir gəncliyin zehni inkişafına müsbət təsir göstərir.

Bu gün ölkədə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Demək olar ki, bütün sahələrdə həm TGT, həm gənclərin üstünlük təşkil etdiyi QHT, həm də müxtəlif intellektual klublarla sıx əməkdaşlıq edilir. Gəncə gəncləri dövlət dəstəyi ilə xeyli sayda yerli və beynəlxalq layihələr həyata keçiriblər. Burada gənclərin intellektual səviyyəsinin artırılması, istedadlı gənclərin üzə çıxarılması, 20 yanvar və Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılması kimi layihələri qeyd etmək olar. Bundan əlavə Gəncədə Gənclər Fondunun maliyyə dəstəyi ilə 70-dən artıq layihə reallaşdırılıb. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunaraq cəmiyyətin inkişafına öz töhfələrini verdiyindən onların bilik və bacarıqlarından istifadə olunur.

Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi sağlam düşüncəli yeni nəslin yetişdirilməsidir. Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltməkdir. Paytaxt Bakı ilə  yanaşı  bu  gün regionda yaşayan gənclərə    xüsusi diqqət ayrılır. Elə  bu diqqətin nəticəsidir  ki, region gəncləri  bu  gün ölkə hüdudlarından kənarda da öz üzərinə  düşən missiyanı layiqincə yerinə yetirməyi bacarırlar.

Bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Aparılan siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 24 iyul.- S.15.