Hər şeydən əvvəl Vətən sevgisi

 

“Hər bir millət o zaman səadət və nicatda olur ki, əvvəl əmrdə özünü tanıya, yəni hər bir millət öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını, keçmişini, bu gününü və gələcəyini öyrənməlidir”

 

Əli bəy Hüseynzadə

 

Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir.Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir.Əli bəy Hüseynzadə yazırdı:

 “Hər bir millət o zaman səadət və nicatda olur ki, əvvəl əmrdə özünü tanıya, yəni hər bir millət öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını, keçmişini, bu gününü və gələcəyini öyrənməlidir”.Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir.Bu, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.Vətənpərvər insan amilinin kökündə duranlardan ən əsası yaşadığı və ruzi qazandığı, nəslinin yüz illər sonra da yaşayacağı torpağı itirmək təhlükəsidir. Bu şərtlər onun üçün vətəni qorumağı vacib amilə çevirir. Renan deyirdi: “Hər bir sağlam, azad yaşamağa qadir xalqda milli mənsubiyyət, vətən hissi ən üstün bir dəyərdir. Xalqda vətənpərvərliyi formalaşdıran iki amil mövcuddur: Xalqın qəhrəmanlıq keçmişi və Xalqın bu gün ictimai həyatın müxtəlif sahələrində əldə etdiyi sosial nailiyyətlər”. Beləliklə, millətin mənəvi-siyasi cəhətdən yetişməsi və formalaşması onun vətənpərvərlik səviyyəsi ilə ölçülür. Millətin üzvləri öz millətinin, vətəninin həqiqi fədakarı kimi böyüməlidir. Bununçun tələb olunur ki,  cəmiyyət, xüsusən yeni nəsil vətənpərvər ruhda tərbiyə olunsun. Millətləri yüksəldən milli məfkurələrdir. Milli məfkurəsi, idealı olmayan millət geriləməyə, ən yaxşı halda yerində saymağa məhkumdur.Torpaqlarının 20 faizi işğalda olan Azərbaycanın hər bir vətəndaşı vətənpərvər olmalıdır, bu hisslərdən uzaq olmamamlıdır.Vətənpərvərlik hissi olmayan bir millətin yaşadığı ölkə həmişə təhlükələrə məruz qalır. Tarix göstərir ki, hansı ölkədəki vətənpərvərlik hissləri güclü olub, o ölkə düşmənə qalib gəlib, dövləti yüksək inkişaf edib. Televiziyabütün media orqanları müğənniləri yox, qəlbləri vətən eşqi ilə çırpınan Ramil Səfərovu, qəhrəman Mübariz İbrahimovu gənclərimizə örnək göstərməlidirlər.Hüquqi dövlət quruculuğunda ən öndə duran problemlərdən biri də elə vətənpərvərliyin aşılanmasıdır. Əgər vətəndaş öz dövləti ilə fəxr etmirsə o, öz dövlətinə xidmət etməyəcək. Vətənpərvərlik buna görə də mütləq şəkildə təbliğ olunmalıdır. Bunu tədris vasitəsi ilə, KİV-də təbliğatın düzgün qurulması ilə və ictimai aktivliyə bu yöndə dəstək verməklə vətəndaşlarda vətənpərvərlik hissini yüksəltmək olar. Vətənpərvərlik hissi birinci evdən, bağçadan, məktəbdən başlamalıdır. Bir də hər şeyi formalaşdıran insanın düşdüyü mühitdir. Bunlar olmasa vətənpərvərliyi təbliğ etmək çətindir. Bu məsələdə sistemli fəaliyyət mexanizmi işləməlidir. Bizə bu gün vətənpərvərlik eşqi güclü olmalıdır, nəzərə almaq lazımdır ki, torpaqlarımız işğal altındadır. Bu məsələdə konkretk şüarçılıqdan, populizmdən uzaq olmaqpraqmatik vətənpərvərliyi təbliğ etmək lazımdır.Vətənpərvərlik hər bir dövlətçiliyin qorunmasında mühüm yer tutur. Xüsusilə də müharibə şəraitində olan dövlətlərdə Vətənpərvərlik həm də milli mənəvi dəyərdir. Əgər hər bir xalq tarixi boyu döyüşkən əzmli olubsa onun yeni yetişən nəsli də daim vətənpərvər olmalıdır. Bu gun yeni müstəqillik qazanmış bir dövlət kimi bizə milli ideologiyaonun tərkib hissəsi olaraq vətənpərvərlik bir sistem halında aşılanmalıdır. Vətənpərvərlik ailədən başlayaraq hər bir sahədə olmalıdır. Yəni, hər şeydən əvvəl Vətəni dərk etmək və sevmək lazımdır. Vətənpərvərlik insanın içindən gələn və hər kəsin doğulduğu torpağa olan sevgisinin təzahür formasıdır. Vətənpərvərlik vətənə olan sevgi olduğundan onun yeri insanın qəlbindədir. Vətənpərvərlik elə hisslərdir ki, onun bütün insan cəmiyyətlərində aşılanmasına ehtiyac var. Bunun üçün bütün təbliğat resurslarından geniş istifadə etmək lazımdır. Müharibə şəraiti davam edən Azərbaycanda isə bu hisslərin təbliğinə daha böyük ehtiyac var. İnsan vətən sevgisini öz namusu bilməlidir. Ölkədə ən böyük təbliğat resursu televiziya kanallarıdır. Telekanallarda şou, milli-mənəvi dəyərləri aşağılayan proqramlar əvəzinə daha çox milli ruhu qaldıran verilişlər hazırlanmalıdır. Bütün ictimai rəy milli problemlər ətrafında köklənməlidir. Bu istiqamətdə nəinki telekanallar, internet resursları, qəzetlər, radiolar da ümumi səfərbərlik elan etməlidirlər. Əgər vətən dardadırsa, hətta sistemli şəkildə ümumi proqram hazırlanıb bütün resursların o istiqamətdə fəaliyyətinə təkan vermək olar. Ümumilikdə, vətənpərvərlik dillə deyiləsi, kağıza yazılası, «mən vətənpərvərəm» deyib şüar ediləsi hər hansı bir davranış deyil. Vəzifəndən aslı olmayaraq, hər hansı bir mütəxəssis və ya müəyyən işə məsul şəxs ölkə vətəndaşlarına vicdanı ilə xidmət edirsə, əyri yollardan istifadə etmirsə, bu özübir vətənpərvərlik sayıla bilər.Uşaqlıqdan biz bu kimi şeirlərin təsiri altında böyüyür, bu kəlmələrdən ilhamlanaraq tərbiyə alırıq. Bir sözlə, vətənpərvər olmağa öyrədilirik. Amma hər kəs bu hissi başqa cür qavrayır. Kimisi deyir ki, vətən öz övladının qədir-qiymətini bilməlidir, kimisiöz canını vətən yolunda qurban verməyə hazırdır. Şair Abbas Səhhət deyirdi:

 

Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

Vətəni sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.

 

Tarixin ibrət dərsləri unudulmur. Qanlar bahasına qazanılanların qədrini bilməyə, Vətəni göz bəbəyi kimi qorumağa səsləyir, bu yolda can qurban etməyə ürəkləndirir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üçün Vətən anlayışı yaratdığı milli dövlətə münasibətdə yeni məna daşımağa başladı. Gənclərin vətənpərvərlik tərbiyəsində dövlət rəmzlərinin təbliği mühüm rola malikdir. Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərləri, vətənpərvərlik tərbiyəsini hər bir zaman üçün vacib amil sayırdı. Unudulmaz dahi şəxsiyyətin bu barədə söylədiyi qanadlı fikirlər daim duyğu və düşüncələrimizin səmasında pərvaz edir, ürəklərimizin ən dərin guşələrinə şölə saçır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.Uğrunda qan tökülən torpaq Vətəndir. Qədim dövrlərdən Azərbaycan işğal hücumlarına məruz qalıb. Bu zaman qəhrəmancasına müqavimət göstərilməsinə dair örnəklərimiz vətənpərvərliyimizin qürur görüntüləri sayılır. Amma milli mücadilə taleyimizdə Xocalı faciəsi kimi səhnələr də var ki, bunlar bizim vətənpərvərliyimizin qan sızan yaralarıdır. Nə qədər ki, ərazi bütövlüyümüz təmin edilməyib, bu yaralar köz bağlamayacaq. Dövlətimizin və ordumuzun get-gedə güclənməsi, dünyadaregionda gedən proseslər bu sarıdan nikbinliyimizi xeyli artırır. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cavad xan, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur  soydaşlarımızın, həmçinin  çağımızın milli qəhrəmanlarının nümunəsi xalqımızın əzəli cəngavərliyinin əlvan tablolarıdır.Bu gün gənclər yaşlı nəslin əvəzediciləri, bəşəriyyətin dayağıdır. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Ümummilli lider Heydər Əliyevin təbirincə desək: “Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”. Elm və mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində fəaliyyət göstərən gənc istedadların aşkar edilməsi üçün müvafiq dövlət orqanları və yaradıcılıq ittifaqları ilə  birgə mütəmadi olaraq gənclər arasında olimpiadaların, müsabiqələrin, bilik yarışlarının, elmi-əyləncəli oyunların və festivalların keçirilməsi, yaradıcı gənclərin əsərlərindən ibarət sərgilərin təşkili, onların kitablarının dövlət hesabına nəşri, müsabiqə və yarışlarda fərqlənənlərin diplommükafatlarla  təltif olunması ölkəmizin gələcək qurucularına dövlət qayğısının əyani sübutudur. Vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir.Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. “Vətənpərvərəm” deməklə bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 30 iyul.- S.15.