Vətənpərvərlik ruhunun
yüksəlməsində
təbliğatın önəmli rolu var
Azərbaycanın
müharibə şəraitində yaşaması bütün sahələrdə olduğu kimi mətbuat
üzərində də vacib vəzifələr
müəyyən etmiş olur.
Bu vəzifələrdən bəlkə də
ən birincisi vətənpərvərliyin
təbliğidir ki, bu
məsələ böyük məsuliyyət
tələb edir. Bəs, Azərbaycan
mətbuatı bu şərəfli və
məsuliyyətli işin öhdəsindən
necə gəlir? Əvvəla qeyd edək
ki, mətbuatın ictimi
fikirə təsir imkanlarını nəzərə alsaq hazırki şəraitdə vətənpərvərliyin
təbliği günün tələbinə
çevrilməlidir. Nəzərə almaq
lazımdır ki, gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması işində
mətbuatın rolu əvəzolunmazdır.
Yəni, dövlətin əsas maraqlarının təmsilçisi
və təbliğatçısı kimi media istiqamətverici tərəfdir. Buna görə də media
dövlət maraqlarını üstün
tutaraq cəmiyyətdə vətənpərvərlik
hissini artırmaq üçün
zəruri işlər həyata keçirməlidir.
Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai
Birliyinin sədri İradə Əliyeva qeyd edib ki,
vətənpərvərliyin təbliği məsəsləsində
əvvəlcə vətənpərvərliyin nə olduğunu və bunun inkişaf etdirlməsi yollarını
araşdırmalıyıq. Vətənpərvlik deyəndə
təkcə elə torpaqların müdafiəsinə hazır
olan insan nəzərdə
tutulmur. Hər bir şəxsin öz
peşəsini ləyaqətlə, doğru-düzgün
yerinə yetirməsi vətənpərvərlik nümunəsidir.
İnsanların bu amalla
yaşaması dövlətin və xalqın güclənməsinə
xidmət etməkdir. Ümumi
götürsək, vətənpərvərlik içdən gəlməlidir.
Kənardan məcburi şəkildə kimisə vətənpərvər
etmək mümkün deyil:
“Əlbəttə ki, vətənpərvərliyi
üzə çıxarmaq, inkişaf
etdirmək metodları var. Bu
gün Azərbaycan gənclərinin
içində yatan vətənpərvərlik
ruhu ilk Avropa Oyunlarında bir daha üzə çıxdı. Bu Oyunlar sanki
gənclərin öz vətənpərvərliyini
nümayiş etdirmək üçün
bir meydan oldu. Fikir verin,
ilk Avropa Oyunlarında
12 500-ə yaxın könüllü
çalışır. Diqqət çəkən bir məqam da var ki, gənclərimiz bu işləri çox
ürəklə edirlər. Gənclərin ilk
Avropa Oyunlarında könüllü
kimi fəaliyyəti onların Vətənə
olan sevgisindən irəli gəlir. Məncə,
ən böyük vətənpərvərlik
elə könüllülük fəaliyyətidir.
Çünki bu, elə
adında da göründüyü
kimi bir könül işidir. Burada heç bir təmənna, maddi maraq olmur. Yalnız Vətənə
olan sevgi inasanı bu fəaliyyətə sövq
edir. Bu o deməkdir ki, gənclərimiz
Vətən məsuliyyətini şüurlu
sürətdə dərk edirlər. Əlbəttə ki, gənclərin bu kimi ictimai aktivlikləri
qiymətləndirilməli və daimi təbliğ
olunmaldır”. Onun sözlərinə
görə, ümumiyyətlə, vətənpərvərlik ruhunun yüksəlməsində təbliğat
və təşviqatın önəmli rolu
var. Bu baxımdan da KİV-in üzərinə
böyük məsuliyyət düşür. Lakin
KİV vətənpərvərliyin təbliğini sadəcə
kampaniya şəklində
aparmamalıdır. Bunun üçün
də gənclər arasında daimi maariflənmə
olmalıdır: “Bu təbliğat işlərinə
yeri gələndə gənclərin özünü də cəlb etmək
lazımdır. Gənclər arasında KİV sorğu və müsabiqələri
keçirilməlidir. Bu təbliğat vətəndaş
cəmiyyəti ilə qarşılıqlı əməkdaşlıq
çərçivəsində də mümkündür.
KİV-lərdə milli-mənəvi dəyərləri, vətənpərvərliyi
təbliğ edən materiallar daha çox yer almalıdır. Xüsusən tarxi şəxsiyyətlərin, ictimai xadimlərin, milli qəhrəmanların
kimliyi, həyat yolu gənclər
arasında mütəmadi təbliğ olunmalıdır. Bu təbliğat elə güclü
olmalıdır ki, hər bir
gəncin içində bir ideal, qəhrəman yaranmaldır. Daxilində
qəhrəman yaşadan gənc isə daimi vətənpərvərlik eşqi ilə alışıb yanar. Elə dövlət gənclər siyasətinin
də əsas məqsədi budan ibarətdir”.
"Demokratik İslahatçı Gənclər"
İctimai Birliyinin sədri
Vüsalə Hüseynli bildirib
ki, bu gün
Azərbaycanda söz və mətbuat
azadlığının vəziyyəti normaldır: "Odur ki,
hazırkı məqamda mətbuatda vətənpərvərliyin
təbliği məsələsi olduqca vacibdir. Əvvəlcə o
məsələyə aydınlıq gətirmək
lazımdır ki, vətənpərvərlik
dedikdə nə başa düşürük.
Yəni, bir media qurumunun rəhbərliyi vətənpərvərliyi
necə dərk edirsə, onun təbliğatını
da elə qurur. Təbii
ki, bu sahədə nə
qədər iş görülsə,
azdır. Çünki gənc müstəqil
bir ölkənin inkişafı kimi, problemləri də mövcuddur.
Biz bu problemi
bir müddət öncə ordu ilə bağlı yayılan xəbərlərin
təqdimatında gördük. Bu səbəbdən
də düşünürəm ki, vətənpərvərlik
dedikdə, vətənin təbliği dedikdə, bura nələr daxil edilməlidir,
bunu dəqiqləşdirdikdən sonra qərar vermək olar
ki, mediada vətənpərvərliyin
təbliği qanedicidir, ya
yox. Vətənpərvərlik elə
bir emosional hissdir ki, bütün
şəxsi maraqlarını qurban verib, vətəninin və xalqının
marağını daha üstün
tutmağa hazır olmalısan. Gənclərdə
vətənpərvərlik hissinin formalaşmasında
xalq qəhrəmanlarının, eləcə
də müasir dövürdə örnək
və fəxr yerimiz olan
Milli Qəhrəmanların təbliği
də mühüm rol
oynayır. Buna görə də, körpədən
tutmuş yeniyetməyə, gəncə, qocaya qədər hamımız Vətən,
Millət, Torpaq uğrunda
savaş meydanına atılanları,
şəhidləri tanımağa borcluyuq.
Bəzən cəmiyyətdə vətənpərvərliklə
bağlı müzakirələr aparılan zaman
zəif təbliğata görə kütləvi informasiya vasitələri əsas hədəf
obyektinə çevrilir. Doğrudur,
cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın
üzərinə böyük məsuliyyət
düşür və bunu
inkar etmirik. Amma onu da
qeyd etməliyik ki, vətənpərvərlik
tərbiyəsində ailənin rolu
danılmazdır". V. Hüseynli qeyd edib ki,
mətbuatda vətənpərvərliklə bağlı
yazıları-vətənpərvər insanların həyat
hekayələrini mütəmadi işıqlandırmaq
lazımdır. Gənclər arasında vətənpərvərlik
ideyaları, onların dərk etdikləri yanaşma
ilə bağlı sorğular
aparılmalıdır ki, bu
sahədə maarifçiliyə böyük
töhfə verilsin: "Vətənpərvər
ruhlu yazılara böyük
tələbat duyulur. Azərbaycan
müstəqillik əldə etdikdən sonra
dövlət siyasətinin əsas məqsədlərindən biri də Azərbaycanda mütərəqqi mətbuat
ənənələrinin davam etdirilməsi
və müasir beynəlxalq təcrübə
ilə zənginləşdirilməsi, KİV-in
maddi-texniki vəziyyətinin
yaxşılaşdırılmasıdır. Dövlətimiz
ölkə mətbuatından, onun
imkanlarından respublikada dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində
səmərəli istifadə edilməsində
maraqlıdır. Demokratik, hüquqi
və dünyəvi dövlət quruculuğu
yolunu tutan, bu istiqamətdə inamlı addımlar atan Azərbaycanda azad mətbuatın
inkişafı daim diqqət mərkəzində
olan məsələlərdəndir. Heç kimə sirr deyildir ki, demokratik
cəmiyyətin varlığını təsdiqləyən əsas
amillərdən biri də söz
və mətbuat azadlığının yüksək səviyyədə
təmin olunmasıdır". Azərbaycan Vətən
Müharibəsi Veteranları Birliyinin sədri
Füzuli Rzaquliyev bildirib ki, mətbuatda vətənpərvərliyin
təbliğinə geniş yer verilməlidir. Mətbuatın ictimai rəyə geniş
təsir imkanı nəzərə alınsa belə bir təbliğatın səmərə verəcəyi
danılmazdır. Odur ki,
KİV rəhbərləri bir vətəndaş
kimi özləri bu məsələdə
təşəbbüslə çıxış etməlidirlər.
Ancaq sirr deyil ki, bu
sahədə əsas maarifləndirmə vasitəsi ölkə
televiziyalarıdır və telekanallar öz fəaliyyətində bu
sahədə ciddi dönüş
yaratmalıdırlar: “Gənclərin milli
mənlik süurunun inkişaf
etdirilməsi və vətənpərvərliyin
artırılmasında televiziyaların rolu
böyükdür. Bu
sahədə görəcəyimiz işlər çoxdur.
Çoxdur ona görə
ki, gecə-gündüz kommersiya
adlandırılan və ancaq şoularla məşğul olan,
ən çox izləyici toplayan
telekanallarımız bu məsələyə
çox az diqqət yetirir. Düzdür, bir tərəfdən telekanallar
azaddır. Amma, digər tərəfdən
onlara bu məsələ
ilə bağlı tövsiyyələr vermək olar. Əslində, bu sahədə
təbliğat telekanalların öhdəliyi olmalıdır. Telekanallarda professional səviyyədə
vətənpərvərlik proqramları
hazırlanmalıdır. Daha bayağı
verilişlər yox. Telekanallarda
bayağı verilişlər, şoular nə
qədər maraqlı ola bilər? Hər
şeyi ifrat dərəcədə
etmək lazım deyil. Bu
boyda problem ola-ola, torpaqlarımızın 20 faizi 25 ildən artıq işğal
altında olduğu halda,
vətənpərvərlik proqramlarını nəyinsə xətrinə
etmək düzgün deyil.
Bu sahədə telekanallar
ciddi tədbirlər görməlidir. Milli Televiziya və Radio Şurası bu məsələyə
ciddi müdaxilə etməlidir. Bu sahəyə telekanallar ciddi diqqət yetirməlidir. Gənc nəsilin
vətənpərvər yetişməsi, milli
mənlik şüurunu inkişaf
etdirmək üçün
telekanalların üzərinə böyük
vəzifə düşür. Çünki hazırda ən çox
izləyici telekanallardadır. Telekanallar
yalnız ordu günü,
respublika günü və
digər bayram günlərində deyil, vətənpərvərliklə
bağlı gündəlik verilişlər
hazırlamalıdır. Telekanallarda bu təbliğat yüksək sahədə
qurulmalıdır, bu sahəyə peşəkarlar
cəlb edilməlidir”. Ekspertlərin qənaətincə, vətənpərvərliyin
mətbuatda təbliğatının effektli
nəticə verməsi üçün
mütləq həqiqi nümunələr olmalıdır. Bir sadə vətəndaşın
informasiyanı ən asan ala biləcəyi yer televiziya və radiolardır. Nə qəzetlər,
nə də xəbər portalları geniş auditoriyaya çata bilir. Deməli, bu təbliğatın əsas ağırlığı
görüntülü medianın
inhisarındadır. Televiziyalar isə
reytinq qazanmaq üçün ucuz şoulara üstünlük
verməklə tamaşaçıları
istiqamətləndirir. Odur ki, gər
bir kəs ailəsində, iş yerində, kollektivlərdə,
sosial şəbəkələrdə
könüllü olaraq
vətənpərvərliyi yaymaq və təbliğ etməklə
məşğul olmalıdır.
Nəzərə almaq lazımdır
ki, bu gün
Azərbaycanın qarşısında
duran bir çox problemlərin həlli gənclərin milli və-tənpərvərlik
ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik
şüurunun, mənsub
olduğu millətə
və dövlətə
qarşı qürur hissinin formalaşdırılmasından
asılıdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 1 iyul.- S.15.