“Azərbaycan gənci vətənpərvərdir”

 

Ramiz Alıyev: “Prezidentin teztez cəbhə xəttinə getməsi və orada hərbçilərlə görüşlər təşkil etməsi Azərbaycan əhalisinin vətənpərvərlik ruhuna böyük təsir edir

 

Müharibə şəraitində olan bir ölkənin gənclərinin milli vətənpərvərlik ruhunda tərbiyə edilib böyüməsi vacib şərtdir. Məhz bu zərurəti nəzərə alan müvafiq dövlət qurumları, gənclər təşkilatları və QHT-lər də gənclərin vətənpərvərlik hisslərinin artırılması istiqamətindəki layihələrə, tədbirlərə üstünlük verirlər. Bəs görəsən gənclər bu imkanlardan necə faydalanır və onlarda Vətənə, millətə sevgi hansı səviyyədədir? Mövcud vəziyyət, gənclərə yaradılan imkanlaronun müsbət nəticələri ilə bağlı politoloq Ramiz Alıyevlə söhbətləşdik.

 

-Ramiz  müəllim, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir və gənclərin vətənpərvərlik hissləri sizi qane edirmi?

-Azərbaycanın  tarixini    əsrlər boyu gedən tarixisiyasi prosesləri bilən hər kəs əminliklə  deyə bilər ki, Azərbaycan gənci bütün dönəmlərdə öz vətəninə və dövlətinə sədaqətlə bağlı olmuşdur və hazırda da bu bağlılıq  davam  etməkdədir. Ona görə ki, hər bir Azərbaycan gənci Azərbaycan ailəsində tərbiyə alır, ilk olaraq orada öyrənir  o sevgini.  Və cəmiyyətə inteqrasiya  edərkən də ətrafdakıların əksəriyyətinin vətənpərvər, dövlətsevər olduqlarını  gördükdə vətənə, dövlətə olan bu sevgi daha da artır. Hansı ölkənin  gənci bu cür sevgidən məhrumdursa, həmin ölkə  bir neçə ildən olsa məhvə məhkumdur. Ona görə də hesab edirəm ki, hər bir azərbaycanlı ilk olaraq öz ailəsində övlad böyüdərkən bu məqamlara xüsusilə diqqət etməlidir. Daha sonra isə həmin uşaqların təhsil aldıqları məktəbə qədər təhsil mərkəzlərində və daha sonra məktəb və unversitetlərdə gənclərimizə bu sevgi  aşılanmalıdır. Ulu Öndərimiz deyirdi ki, “Hər bir gənc hansı sahədə çalışırsa çalışsın onun ilk vəzifəsi vətənpərvər olmaq, dövlətini, xalqını sevmək olmalıdır”.  Bu gün Azərbaycan gəncinin örnək götürəcəyi muxtəlif əsirlərdə olan tarixi şəxsiyyətlərimiz olduğu kimi müasir Azərbaycanın da tarixi şəxsiyyətləri mövcuddur. Mən əbəs yerə Ümummilli Liderimiz Heydər Əliyevdən bir sitat gətirmədim. Ulu öndər hər çıxışında fəxrlə azərbaycanlı olmağından fəxarət hissi duyduğunu deyərək bir növ gənclərə mesaj vermiş olurdu, azərbaycanlı olmağın böyüklüyünü gənclərə çatdırırdı. Bir ölkə başcısının bu cür mesajlarına həmin ölkənin gənclərinin böyük ehtiyacı var. Prezident cənab İlham Əliyevin hər müsbət liderlik keyfiyyətlərindən öncə  böyük bir vətənpərvər lider olması gənclər tərəfindən xüsusən alqışlanır və sevilir. Hər addımı ilə gənclərə örnək olan cənab prezident vətənini sevməkdə, ona sədaqətlə xidmət etməkdə də örnəkdir.

-Etiraf etmək lazımdır ki, hələ də vətəninə, millətinə, tarixinə biganə olan gənclər var. Sizcə bu kimi mənfi tendensiya ilə böyüyən gəncliyin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

-Mən öncəki fikirlərimdə əminliklə gənclərimizin vətənpərvər olmasını qeyd etmişəm və sözümün də üstündə dururam. Ona görə ki, mənim fikrimcə vətəninə, dövlətinə sədaqətlə bağlı olmayan gənclər o qədər azdır ki, hətta onları böyük bir göldə balaca damla hesab etmək olar. Həmin gənclərin isə örnək götürdükləri  onlarayol göstərən” insanlar yalnış insanlardı. Həmin gənclərdən öz mənafeləri naminə istifadə edirlər. Yaxın illərdə  biz bunun  bir daha şahidi olduq. Gəncləri yoldan çıxarıb cinayət törətməyə, dövlətə qarşı çıxmağa sövq etmişdilər və təbii ki, Azərbaycanın hüquq-mühafizə orqanları cinayətkarları vaxtında və zamanında cinayət məhsuliyyətinə cəlb etmişdir. Maraqlısı ondadır ki, həmin gənclərin cinayətkar olmasına səbəb olmuş insanlar belə bir məqamda  şou düzəldib xarici donorlardan maliyyə almaq niyyətində idilər. Ancaq bunu görən və həmin şəxslərin öz mənafeləri üçün qurban verildiklərini  hiss edən həmin gənclər həbsxanadan cənab prezidentə müraciət ünvanlamış və peşman olduqların bildirmişlər. Cənab prezident hər zaman olduğu kimi yenə də  humanist davranmış və prezident səlahiyyətindən istifadə edərək həmin  gənclərin  azad olunması üçün əfv haqqında sənədə imza atmışdır.

-Zaman zaman qəbul edilən dövlət proqramları, fərman və sərəncamlar gənclər arasında vətənpərvərlik hisslərinin artırılmasına nə dərəcədə təsir edir?

-Müasir Azərbacan  tarixində  gənclərə və gənc nəsilə diqqət və qayğı digər sahələrdə olduğu kimi 1994-cü ildən bu yana yüksələn formada davam etməkdədir. İlk dəfə 1994-cü ildə gənclərlə bağlı bir nazirliyin yaradılması, daha sonra                        Gənclər Forumunun təşkili, Azərbaycan gəncliyinə böyük inamın və diqqətin olmasından irəli gəlirdi. Onun nəticəsidir ki, həmin ənənə bu gündavam etməkdədir. İstər gənclərə fərdi şəkildə olan  dəstək, istərsə də                              Gənclər Təşkilatlarında və QHT-lərdə olan gənclərə diqqət və qayğı günü gündən artmaqdadır. Bu gün Azərbaycan gənci istər ölkə səhnələrində, istərsə də dünya səhnələrində Azərbaycanın mədəniyyətini, muğamını təbliğ edir. Gənclərimizin uğuru həm ölkəmizdə, həm də beynəlxalq yarışlarda saysız hesabsızdır. İdman yarışlarında bayrağımızı qaldırır, himnimizi səsləndirirlər. Səngərlərimizdə düşmənlə üz–üzə dayanıb düşmənin hər həmləsinə layiqli cavab verən də Azərbaycan gəncidir. Siyasi arenalarda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır və yalan ilə  dolu erməni lobbisnə  həqiqətlərlə layiqli cavab verir. Xaricdə dövlət hesabına təhsil alan gənclərimizin sayının artması nəticəsində demək olar ki, bütün yüksək təhsil göstəricisi ilə seçilən unversitetlərdə Azərbaycan haqqında  məlumatlar var və ölkəmizi Avropanın bir parçası hesab edirlər.  Bütün bunların yüksək səviyyədə olmasına əsas səbəb Azərbaycan dövlətinin gənclərə olan diqqət və qayğısının nəticəsidir. Azərbaycan  Respublikasın  Prezidenti  yanında  Gənclər Fondunun yaradılması, Azərbaycan  Respublikasın  Prezidenti  yanında  QHT –lərə Dövlət Dəstəyi Şurasının yaradılması, Azərbaycan  Respublikası  Prezidenti  yanında  Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması  nəticəsində hər il yüzlərlə                           gənclər təşkilatlarının dövlət tərəfindən layihələri maliyyələşir,                             yüzlərlə  KİV –nin   nümayəndəsi bu fondlardan yararlanır. Bütün  bu proseslərdən ən çox yararlanan Azərbaycan gəncləridir və onlarda bu etimaddan ruhlanaraq daha çox vətənpərvər olur və dövləti üçün, xalqı üçün üzərinə düşəni layiqincə edirlər.

-Prezident İlham Əliyev də son çıxışlarından birində bildirdi ki, gənclərimiz vətənpərvər ruhda böyüməlidir. Bu mənada Azərbaycan gənci dövlət başçısının tövsiyyələrinə nə dərəcədə əməl edir?

-Ulu Öndərimizin  ən  layiqli siyasi davamçısı olan   Prezident cənab İlham Əliyev hər çıxışında Azərbaycançılığı, vətənə, dövlətə bağlı olmağı gənclərə tövsiyə etmişdir. Hər addımı ilə gənclərə örnək olan cənab prezident çox gözəl bilir ki, Azərbaycanı istədiyi zirvəyə qaldırmasında ona ən yaxşı köməkçilər məhz vətənini, dövlətini sevən gənclər olacaq. Müasir gənclərimiz də əlində olan imkanlardan layiqincə yararlanmalı, ona olan etimadı doğruldaraq hər işində Azərbaycançılığı təbliğ etməlidir. Hesab edirəm ki, hər bir Azərbaycan gənci cənab prezidentin hər bir çıxışından örnək götürməli, dövlət başçısının tövsiyyələrinə qulaq asmalıdır. Bu gün Azərbaycan Prezidenti deyirsəki “Mən siz Azərbaycan gənclərinə arxalanıram, Siz də hər bir işinizdə mənə arxalana bilərsiniz” bu cümlənin mənası olduqca böyük və əlavə şərhə ehtiyacı olmayan bir cümlədir. Gənclərimiz bu münasibətdən yararlanmalı və daha çox inkişaf etməlidir.

-Ümumiyyətlə Ali Baş Komandanın tez-tez cəbhə xəttində əsgər və zabitlərlə görüşməsi, onları təltif etməsi, hərbi təlimlərə qatılması vətənpərvərlik ruhunun artırılmasına necə təsir göstərir?

-Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin teztez cəbhə xəttinə getməsi və orada hərbçilərlə görüşlər təşkil etməsi yalnız səngərdə olan olan hərbçi gənlərimizi deyil bütövlükdə Azərbaycan əhalisinin vətənpərvərlik ruhuna böyük təsir edir. Məhz ona görədir ki, Mübariz İbrahimov kimi gənclərmiz yetişibbu gün hər bir gəncin örnəyinə çevrilib. Düşmənin hücumlarını dəf edərkən şəhid olan gənc əsgərlərimizin ailəsinə və yaxınlarına dövlət tərəfindən göstərilən diqqət də xüsusən qeyd edilməlidir. Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən iki dəfə artıq olması Azərbaycanın hərbi gücünü bir daha  göstərir. Bütün bunları həm səngərdə olan gənclərmiz, həmdə digər sahələrdə olan gənclərimiz bilirbundan qürur hissi keçirirlər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 3 mart.- S.12.