“Nobel”in
əsl mahiyyəti
2015-ci il Nobel sülh
mükafatına 278 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərdən 49-u təşkilat,
227-si isə ayrı-ayrı şəxslərdir. Nobel sülh
mükafatı tarixində bu qeydə alınmış ikinci ən böyük
siyahıdır. Mükafata rekord sayda -
278 nəfərin namizədliyi 2014-cü ildə irəli sürülmüşdü. Keçən il Nobel sülh
mükafatına pakistanlı hüquq
müdafiəçisi Malala Yusufzay və
hindistanlı uşaq hüquq
müdafiəçisi Kaylaş Satyarthi layiq görülüb.
***
Alfred Nobel – isveçli kimyagər. Tüstüsüz barıtın tərkibini tapıb. Sülhpərvər və ixtiraçı olan isveçli kimyaçı dinamiti də ixtira edib. Bütün müharibələrə son verəcəyini düşündüyü bu ixtira son dərəcə ölümcül məhsul kimi qəbul olundu. 1888-ci ildə bir fransız qəzeti Alfredi “ölüm taciri” adlandıran nekroloq yayımladı. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəməyən Nobel qohumlarını təəccübləndirən və məhşur Nobel mükafatlarını təsis edən vəsiyyət qoydu. O, son vəsiyyətində varidatının təxminən 94%-ni “il ərzində bəşəriyyətə böyük töhfələr vermiş şəxslər” üçün 5 mükafatıntəsisinə ayırdı. Baxmayaraq ki, Nobel vəsiyyətnaməsində mükafatlar üçün çox möhtəşəm planlar təklif etdi, lakin vəsiyyətnamə ilə bağlı bir sıra problem yaşandı. Alfred Nobelin qohumları elə təəccüblənmişdilər ki, bir çoxu vəsiyyətnaməyə etiraz etmək istədi. Alfredin vəsiyyətnaməsindəki natamamlıqlar və digər maneələr nəticəsində Nobel fondunun təsisinə və ilk mükafatın təqdim olunmasına qədər maneələrlə dolu 5 il keçdi. Beləliklə, “sülh mükafatı” Nobelin ölümündən 5 il sonra təsis edildi. Bu günədək ən çox “Nobel” alan xalq amerikalılardır. Mükafatın 43% amerikalılardadır. ABŞ-dan sonra sıranı Almaniya, İngiltərə və Fransa davam etdirir. “Sülhə xidmət” üçün nəzərdə tutulmuş mükafatın verildiyi adlara baxmaq kifayətdir ki, “Nobel”in əsl mahiyyətini biləsən. Amerika və masonların siyasi məqsədlərinə xidmət edən hər kəs bu mükafatı ala bilər. Amerika və masonlara yaxın olanlar Nobelə eyni məsafədə yaxındırlar. Məsələn, Fransa parlamentində qondarma “erməni soyqırımı”nın müzakirə edildiyi vaxt Orham Pamuka “Nobel”in verilməsi kimi. Pamuk bundan əvvəl “türklər 1 milyondan çox ermənini kəsdi” deyərək ermənilər və qərblilərin könüllərini fəth etdi. Bizim Əkrəm Əylislinin adı da buna yaxın “xidmət”inə görə, adı erməni lobbisinin təşkilatçılığı ilə Nobel veriləcək şəxslərin siyahısına yazıldı. Hindistanlı şərqşünas Naipaul isə İslam dinini təhqir etdiyi üçün Nobel aldı. Digər Nobel laureatı, yazıçı Nəcib Məhfuza da İslam və dinin peyğəmbəri Məhəmmədi təhqir edənlər arasındadır. Ərəb ölkələrində kitabları qadağan olunan Məhfuza “xidməti”nin qarşılığında masonlar tərəfindən mükafatlandırıldı. Misir başçısı Ənvər Sədat İsrail baş naziri Menahem Beqinlə “Kemp Devid” sülh razılaşması imzaladığına görə, 1978-ci ildə Nobellə qiymətləndirildi. Halbuki həmin ərəfədə bütün ərəb ölkələri İsrail Fələstin və Suriyaya təcavüz etdiyi üçün bu dövlətlə əlaqələrini kəsmişdilər.
***
Nobel Fondunun 2008-ci ildəki sərgisi İslam dünyasını silkələdi. İtalyan yazıçı Oriana Fallaçi sərgidə İslam əleyhinə plakatlar asaraq Nobelin əsl mahiyyətini açdı. Fallaçi sərgidə fotoşəkil, plakatlarla yanaşı, İslamı təhqir edən video-çarxların yayımını da təşkil etdi. Sərginin kod adı “Qurani-Kərim” – İndiyədək yazılmış ən təhlükəli kitab” idi. Sərgidə iştirak edən müsəlmanların etirazlarına baxmayaraq, İslam əleyhinə keçirilən aksiya sonadək davam etdi. Halbuki fəaliyyətində yalnız xristianlar üçün obyektivlik nümayiş etdirən Beynəlxalq Qırmızı Xaç Komitəsi tez-tez bu mükafata layiq görülən az təşkilatlardandır.
***
Nobeldən diksindirən hadisələrdən biri 1953-cü ildə baş
verdi. Britaniyanın o vaxtki baş
naziri Uinston Çörçill bu mükafat layiq görüldü. Çörçill
40-cı illərdə ingilis ordusunun İraqı işğalı ərəfəsində
müsəlmanları kütləvi qırğın
silahları ilə qırmasına yönəlik olaraq səsləndirdiyi “Mədəniləşməmiş
qəbilələrə (müsəlmanlara)
qarşı zəhərli qazdan istifadə
edilməsini dəstəkləyirəm” fikrinə görə
mükafatlandırıldı. SSRİ-nin sonuncu
prezidenti Mixail Qorbaçova da Nobel elə-belə verilmədi. ABŞ və Avropanın ən böyük rəqibi – Sovet İttifaqının dağıtmağa
nail olan Qorbaçov eyni zamanda, 1990-cı ildə Bakıda yüzlərlə müsəlmanı
qırdı. Qəddafini öldürdü,
Suriyanı xarabalığa
çevirdi, Misiri ələ keçirdi və bütün bunlara görə, ABŞ Prezidenti Barak Obama Nobelləndirildi.
Ümumiyyətlə bu
tip nümunələr çoxdur.
Bəli,
bura dünyadır və burada hər şey mümkündür.
Mənsur
Olaylar.- 2015.- 5 mart.- S.10.