Gənclərin hərbi-vətənpərvərlik sahəsində

tərbiyəsi mühüm əhəmiyyət kəsb edir

 

Ölkədə fəaliyyət göstərən əksəriyyət gənclər təşkilatları tərəfindən zaman-zaman gənclərin vətənpərvərlik hisslərinin artırılması məqsədilə tədbirlər  planı, konsepsiya və digər sənədlər hazırlanıb. Belə təşkilatlardan biri olanMüasir İnkişafİctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında həyata keçirdiyi “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində kompleks tədbirlər” adlı layihənin nəticələrinin ümumiləşdirilməsi əsasında hazırlanıb.

Konsepsiya Azərbaycan gənclərində vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində kompleks tədbirlərin əsas istiqamətlərini və məzmununu müəyyən edir. Konsepsiya bir sistem kimi gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, onlarda yüksək vətənpərvərlik şüurunun, öz vətəninə sədaqət hissinin formalaşması, Azərbaycan Respublikası qarşısında vətəndaşlıq borclarını və konstitusion vəzifələrini vicdanla yerinə yetirməsi istiqamətində qarşıda duran vəzifələrin həlli üzrə dövlət və yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, Kütləvi İnformasiya Vasitələri və s. tərəfindən həyata keçirilməsi nəzərdə tutulan normativ, təşkilati, elmi-tədqiqat, pedaqojimetodiki tədbirlərin kompleksini əhatə edir. Təqdim edilən Konsepsiya tövsiyə xarakteri daşımaqla bu sahədə yalnız ilkin addım kimi qiymətləndirilir və yalnız “Müasir İnkişafİctimai Birliyinin bu sahədəki fəaliyyətinə və fikirlərinə əsaslanır. Konsepsiya bir-biri ilə sıx bağlı olan gənclərdə vətənpərvərliyin gücləndirilməsi və vətəndaşlıq hisslərinin gücləndirilməsi adlı iki əsas istiqamətlərdən ibarətdir. I istiqamətə hərbi vətənpərvərlik, təhsildə vətənpərvərliyin gücləndirilməsi, milli-mədəni dəyərlərin təbliği adlı üç bölmə, II istiqamətə isə dövlət rəmzlərinin və milli bayramların təbliği, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyətin yüksəldilməsi adlı iki bölmə daxildir.

Konsepsiyanın məqsədini -  Azərbaycan Respublikasının gənclərində milli vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, onların tam bir vətənpərvər şəxsiyyət kimi formalaşdırılmasına zəmin yaradılması, gənclərin şüurunda vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin tam bərqərar edilməsi, cəmiyyətin milli-mənəvi və əxlaqi kamilliyinin təmin edilməsi təşkil edir.

Göstərilən məqsədlərə uyğun olaraq    Azərbaycan xalqının şanlı keçmişini, qədim dövlətçilik ənənələrini, milli rəmzlərini təbliğ etmək, gəncləri Azərbaycan xalqına və dövlətinə sədaqətlə xidmət etməyə, daima vətən qarşısında borcunu yerinə yetirməyə hazır vəziyyətə gətirmək, gənclərdə vətənə və dövlətə münasibətdə qürur hissi formalaşdırmaq, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində təhsil prosesinin keyfiyyətini artırmaq, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlamaq, vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi üzrə normativ-hüquqi bazanın yaradılmasına nail olmaq, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi prosesinə təhsil, mədəniyyət müəssisələrinin, hərbi hissələrin, bütün dövlət və yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı fərdlərin cəlb edilməsinə nail olmaq qarşıya məqsəd qoyulub.

Sənəddə qeyd edili ki, gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsi istiqamətində onların hərbi-vətənpərvərlik sahəsində tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Qarabağın işğal altında olması - ölkənin bütün əhalisinə buya digər dərəcədə toxunan, hər bir azərbaycanlını narahat edən bir problem olmaqla yanaşı onun azad edilməsi vətəndaşların vahid məqsəd uğrunda milli birliyinə nail olunmasında vacib faktor kimi çıxış edir. Bu baxımdan gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsində Qarabağın azadlığı uğrunda mübarizəyə mühüm yer ayrılmalıdır. Bu məqsədlə “Qarabağı unutmamalı” adlı müntəzəm tədbirlərin keçirilməsi, həmin tədbirlər çərçivəsində Azərbaycan Respublikasının düşmən tapdağı altında olan hər bir bölgəsinin işğal günlərinin unudulmaması, daima xüsusi mərasimlər vasitəsilə yad edilməsı təklif olunur. Bildirilir ki, hazırda bu sahədə ictimaiyyətin, KİV-lərin həssaslığı məqbul hesab edilsə də göstərilən istiqamətdə tədbirlərin formatı dəyişdirilməli, sadəcə xatirə xarakteri daşımamalı, həm də gəncləri hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmağa çağırmalıdır. İlk növbədə KİV-lərdə, ictimaiyyət arasında “Qarabağ müharibəsində uduzmuşuq” şəklində pessimist fikirlərin təbliğinin qarşısı alınmalı, hərbi əməliyyatların hələ başa çatmaması, sadəcə olaraq Azərbaycan dövləti üçün əlverişsiz şərtlərlə, müvəqqəti şəkildə dayandırılması fikri təlqin etməlidir. Bu tədbirlərin beynəlxalq əhəmiyyət kəsb etməsi, dünya ictimaiyyətinin müxtəlif tədbirlər və nəşrlər vasitəsilə Qarabağ həqiqətləri barədə daha dolğun məlumatlandırılmasında gənclərin iştirakı artırılmalıdır. Belə tədbirlər gənclərin Qarabağla bağlı həssaslığının azalmamasına şərait yaradacaq.

Torpaqlarının 20% işğal altında olan, hər an hərbi əməliyyatların bərpa olunması ehtimalı olan Azərbaycan Respublikasında gənclərin bu sahədə hazırlığı xüsusilə vacibdir. Sənəddə qeyd olunur ki, bu məqsədlə müvafiq təhsil müəssisələrində hərbi dərslərin sayı artırılmalı, hərbi dərnəklər təşkil edilməli, həmin dərnəklər vasitəsilə gənclərin ortaali təhsil müəssisələrində həqiqi hərbi xidmətə tam hazırlığı təmin edilməli, hərbi dərslər üzərində ciddi dövlət nəzarəti təmin edilməli, bu sahədə ali təhsil müəssisələri ilə hərbi hissələr arasında əməkdaşlıq yaradılmalı, ortaali təhsil müəssisələrində təhsil alan şagird və tələbələr arasında hər il hərbi-idman yarışları təşkil edilməli, əsasən yay və qış tətilləri dövrlərində hərbi hissələrin tərkibində bir həftədən-bir ayadək davam edən xüsusi hərbi-idman düşərgələri təşkil olunmalıdır. Burada şagird və tələbələr arasında hərbi-idman oyunları, sadələşdirilmiş hərbi təlimlər keçirilməli, xüsusi elmipedaqoji hazırlıqlı şəxslər tərəfindən gənclər arasında ideoloji təbliğat aparılmalıdı. Təhsil müəssisələrində "Silahlı Qüvvələr aylığı", "Bu günün tələbəsi sabahın zabitidir" mövzusunda tədbirlər keçirilməli, gənclərin hərbi hissələrdə əsgər və zabitlərlə müntəzəm görüşləri təşkil edilməli, çağırış vaxtı hərbi komissarlıqlarda keçirilən yolasalma mərasimlərində gələcək çağırışçıların aktiv iştirakı təmin olunmalıdır. Gənclərin Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə mütəmadi görüşləri təşkil edilməli, onların təəssüratları bölüşdürülməlidir. Regional səviyyədə ayrı-ayrı yaşayış məntəqələrində müharibə veteranlarının və keçmiş hərbi qulluqçuların himayəsi altında hərbi klublar yaradılmalıdır. Konsepsiyada gənclərin hərbi xidmətdən yayınma halları ilə bağlı da xüsusi bənd yer alır. Qeyd edilir ki, gənclərin hərbi xidmətdən yayınması hallarının qarşısının alınması və onların hərbi xidmət keçməyə həvəsləndirilməsi vacib şərtlərdən biridir. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi prosesi buya digər dərəcədə təhsil prosesi ilə sıx bağlıdır. Bu baxımdan konsepsiyada bilavasitə  təhsil və tədris prosesində göstərilən sahədə aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir. Təhsildə tədris vəsaitlərinin müvafiq ekspertizası aparılaraq onların gənclərdə vətənpərvərlik hisslərini gücləndirməsi potensialının öyrənilməsi məqsədəuyğun sayılır Təcrübə göstərir ki, gənclər üçün baza bilikləri müəyyənləşdirən dərsliklərdə mövcud olan çatışmazlıqlar və ziddiyyətlər onlarda yanlış və elmi əsasları olmayan dünyagörüşü formalaşdırır ki, bu də gələcəkdə bir çox problemlər yaradır. Milli xüsusiyyətləri və sosial hadisələri əks etdirən dərsliklər (Azərbaycan dili, Azərbaycan tarixi, ədəbiyyat, insan və cəmiyyət və s.) yalnız yüksək ixtisaslı vətənpərvər mütəxəssislər tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, dövlətçiliyinin əsasları, milli-mənəvi dəyərlərlə tamamilə uyğun gələn şəkildə tərtib olunmalı, dərsliklər bütün müvafiq dövlət və ictimai strukturların ekspertizasından keçməli və yalnız tam rəy aldıqdan sonra tədrisə buraxılmalıdır. Lakin eyni zamanda dərslik müəllifləri təhsil müəssisələrində tədrisin gedişi ilə bilavasitə tanış olmalı, daima öz dərslikləri üzərində aparmalıdırlar. Aparılmış təhlillər əsasında tədris vəsaitlərinə müvafiq dəyişikliklər edilməsi, onların milli vətənpərvərlik və vətəndaşlıq elementlərini, milli, mədəni və mənəvi dəyərləri təbliğ edən elementlərlə zənginləşdirilməsi. Sosialhumanitar fənlərin tədrisi Azərbaycançılıq üzərində qurulmalı, Azərbaycanın tarixi, coğrafiyası, hüdudları dəqiq şəkildə tədris edilməli, əhalinin etnik kökləri, etnik-dini tərkibi dəqiq və qərəzsiz şəkildə əks olunmalıdır. Dərsliklərdə ömrünü xalqının maariflənməsi və vətəninin azadlığı uğrunda mübarizəyə həsr etmiş nümunəvi ziyalılarımızın və dövlət xadimlərinin (M.F.Axundov, H.Zərdabi, M.Rəsulzadə, C.Məmmədquluzadə, Ə.Topçubaşov, N.Yusifbəyli, F.Xoyski, Heydər Əliyev, Bəxtiyar Vahabzadə və digərlərinin) həyat və fəaliyyətləri geniş işıqlandırılmalı, gənclərin nümunə götürməsinə çalışılmalıdır. Həmçinin tarixi qəhrəmanlarımızın, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş milli qəhrəmanların, şəhidlərin və Qarabağ müharibəsi veteranlarının qəhrəmanlıqları da geniş tədris edilməli, tarixi qəhrəmanlarımızın, dövlət xadimlərimizin şərəfinə adlı təqaüdlər təsis edilməlidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 7-10 mart.- S.15.